Tanınmış yazıçı Akif Əli haqqında yeni kitab çıxdı... -

Fi­lo­lo­gi­ya elmlə­ri dok­to­ru, ta­nın­mış tən­qid­çi Va­qif Yu­sif­li­nin "Akif ƏLİ. Söz ada­mı" ad­lı ye­ni ki­ta­bı res­pub­li­ka­nın əmək­dar jur­na­lis­ti, fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, ya­zı­çı-pub­li­sist Akif Əli­nin ya­ra­dı­cı­lı­ğı­na həsr edi­lib. Mü­əl­lif Azər­bay­can zi­ya­lı­sı­nın keç­di­yi zən­gin ömür yo­lu­na nə­zər sa­la­raq, onun çox­şa­xə­li el­mi-ədə­bi ya­ra­dı­cı­lıq fə­a­liy­yə­ti­ni təd­qiq edə­rək, onun ümu­mən hə­ya­ta ba­xış­la­rın­da mü­şa­hi­də et­di­yi ori­ji­nal­lı­ğı ki­ta­bın əsas möv­zu­su­na çe­vi­rii.

Va­qif Yu­sif­li qəh­rə­ma­nı­nın jur­na­listlik fə­a­liy­yə­tin­dən, ədə­bi-tən­qi­di mə­qa­lə­lə­rin­dən, el­mi ax­ta­rış­la­rın­dan, ro­man, he­ka­yə və es­se­lə­rin­dən söz açır, onun el­mi-təd­qi­qat işi olan "Mir­zə Ələk­bər Sa­bi­rin sa­ti­ra sə­nət­kar­lı­ğı" mo­noq­ra­fi­ya­sı­nı  sa­bir­şü­nas­lıq­da ye­ni bir ya­naş­ma ki­mi də­yər­lən­di­rir, Sa­bir sa­ti­ra­la­rı­nın po­e­tik xü­su­siy­yət­lə­ri­nin el­mi-nə­zə­ri araş­dır­ma­la­rı­na diq­qə­ti yö­nəl­dir.

Akif Əli­nin 1990-93-cü il­lər­də müs­tə­qil­li­yi­miz üçün ən ağır dö­nəm­lər­də­ki qə­zet­çi­lik fə­a­liy­yə­ti, Azər­bay­can ger­çək­lə­ri­nin müx­tə­lif prob­lem­lə­ri­ni əha­tə edən pub­li­sis­tik mə­qa­lə­lə­ri, ulu ön­dər Hey­dər Əli­ye­vin xal­qı­mı­zın xi­las­ka­rı, mü­a­sir Azər­bay­can döv­lə­ti­nin qu­ru­cu­su ki­mi ti­ta­nik zəh­mə­tin­dən bəhs edən dü­şün­cə­lə­ri ki­ta­bın ən ma­raq­lı fə­sil­lə­rin­dən­dir. Xü­su­sən, Akif Əli­nin zən­gin il­lüstra­si­ya­lı "Bö­yük öm­rün an­la­rı" ki­ta­bın­dan ət­raf­lı bəhs edən mü­əl­lif Türk dün­ya­sı­nın iki da­hi li­de­ri Mus­ta­fa Ka­mal Ata­tür­kün və Hey­dər Əli­ye­vin Və­tən na­mi­nə gös­tər­di­yi qəh­rə­man­lı­ğı, sə­mə­rə­li və mə­na­lı hə­yat yo­lu­nu işıq­lan­dı­ran bu də­yər­li əsə­rin yük­sək ide­ya-bə­dii və mə­nə­vi-əx­la­qi əhə­miy­yə­ti­ni vur­ğu­la­yır.

Akif Əli­nin "Ön­cə Və­tən­dir", "Qa­ra­göz oyu­nu", "Və­tən mü­ca­di­lə­si" və "İd­rak" ki­tab­la­rın­da top­la­nan çox­say­lı pub­li­sis­tik ya­zı­la­rı, bə­dii he­ka­yə və es­se­lə­ri, mi­ni­a­tür nəsr par­ça­la­rı, afo­rizm və de­yim­lə­ri ay­rı-ay­rı fə­sil­lər­də ge­niş təh­li­lə cəlb olu­nur, on­la­rın həm ədə­bi-bə­dii, həm də ic­ti­mai ma­hiy­yə­ti açıq­la­nır. Ki­ta­bın ma­raq­la oxu­nan fə­sil­lə­rin­dən bi­ri də sər­kər­də Ba­bə­kin mü­ba­ri­zə­si­nə həsr edil­miş və bö­yük Azər­bay­can qəh­rə­ma­nı­nın edam qa­ba­ğı dü­şün­cə­lə­ri­ni əks et­di­rən "Az­man" ro­ma­nı haq­qın­da­dır. Tən­qid­çi, bə­şər ta­ri­xin­də mis­li gö­rün­mə­miş qəd­dar­lıq­la edam edil­sə be­lə, əyil­məz ru­hu sa­yə­sin­də ölüm­süz­lük zir­və­si­nə uca­lan Ba­bə­kin qəh­rə­man ob­ra­zı­nı is­te­dad­la ya­ra­dan ya­zı­çı­nın bu əsə­ri­ni nəsr sa­hə­sin­də uğur­lu bir ad­dım ki­mi qiy­mət­lən­di­rir.

Ki­ta­bın ikin­ci his­sə­sin­də ta­nın­mış zi­ya­lı­nın müx­tə­lif mət­bu­at sə­hi­fə­lə­rin­də dərc olu­nan, in­ter­net saytla­rın­da yer alan çox­say­lı mü­sa­hi­bə­lə­rin­dən seç­mə­lər oxu­cu­la­ra təq­dim olu­nur. Onun ilk gənclik il­lə­rin­də bir sı­ra filmlər­də ya­rat­dı­ğı ma­raq­lı ek­ran ob­raz­la­rı xa­tır­la­nır, ra­di­o­da, te­le­vi­zi­ya­da ha­zır­la­dı­ğı po­pul­yar ve­ri­liş­lər­dən, mü­əl­lif proq­ram­la­rın­dan bəhs edi­lir, pe­da­qo­gi­ka, döv­lət qul­lu­ğu sa­hə­lə­rin­də­ki fə­a­liy­yə­ti­nə nə­zər sa­lı­nır, elə­cə də hə­ya­ta ba­xış­la­rı, dün­ya­gö­rü­şü, xa­rak­te­ri, in­san­la­ra, gö­zəl­li­yə, sə­nə­tə, ya­ra­dı­cı­lı­ğa mü­na­si­bə­ti dol­ğun­lu­ğu ilə can­lan­dı­rı­lır.

Fi­lo­lo­gi­ya elmlə­ri dok­to­ru, tən­qid­çi Va­qif Yu­sif­li­nin qə­lə­mə al­dı­ğı "Akif ƏLİ. Söz ada­mı" ki­ta­bı "Re­nes­sans-A" nəş­riy­ya­tı tə­rə­fin­dən nə­fis tər­ti­bat­la çap edi­lib. Ki­ta­bın mət­ni çox­say­lı fo­to-şə­kil­lər­lə mü­şa­yi­ət olu­nur.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 8-9 mart.- S.14