"Əli və Nino" Brüsseldə...

Mar­tın 8-də Av­ro­pa Par­la­men­tin­də "Əli və Ni­no" fil­mi­nin Av­ro­pa­da ilk təq­di­ma­tı olub. Qur­ban Sə­i­din ey­ni ad­lı ro­ma­nı əsa­sın­da çə­kil­miş film azər­bay­can­lı gənc Əli ilə gür­cü qı­zı Ni­no ara­sın­da mə­həb­bət he­ka­yə­sin­dən bəhs et­mək­lə bə­ra­bər, XX əs­rin əv­vəl­lə­rin­də Cə­nu­bi Qaf­qaz­da baş ve­rən si­ya­si ha­di­sə­lə­ri təs­vir edir.

Bri­ta­ni­ya­lı məş­hur re­jis­sor, Kann Film Fes­ti­va­lı­nın qa­li­bi, BAF­TA mü­ka­fa­tı la­u­re­a­tı, Bri­ta­ni­ya Ki­no Aka­de­mi­ya­sı­nın və Qrem­mi mü­ka­fat­çı­sı Asif Ka­pa­di­ya­nın çək­di­yi filmdə baş rol­la­rı 86-cı Ki­no Aka­de­mi­ya fes­ti­va­lı­nın qa­li­bi Adəm Bək­ri və Qo­ya mü­ka­fa­tı la­u­re­a­tı, is­pa­ni­ya­lı aktri­sa Ma­ri­ya Val­ver­de ifa edir.

Fil­min təq­di­mat mə­ra­si­min­də Av­ro­pa Par­la­men­ti­nin üz­vü xa­nım No­ri­ka Ni­ko­la­yi, Azər­bay­can Res­pub­li­ka­sı­nın Bel­çi­ka­da­kı sə­fi­ri cə­nab Fu­ad İs­gən­də­rov, Gür­cüs­tan Res­pub­li­ka­sı­nın Bel­çi­ka­da­kı sə­fi­ri xa­nım Na­ta­li Sa­ba­nad­ze və Av­ro­pa Azər­bay­can Cə­miy­yə­ti­nin Be­ni­lüks ofi­si­nin rəh­bə­ri cə­nab Mark Ver­vil­gen çı­xış edib.

200 nə­fər­dən çox iz­lə­yi­ci­nin iş­ti­rak et­di­yi təq­di­mat mə­ra­si­mi­nə Av­ro­pa Par­la­men­ti­nin və Mil­li Məc­li­sin üzvlə­ri, Av­ro­pa və­tən­daş cə­miy­yə­ti­nin təm­sil­çi­lə­ri, Bel­çi­ka­da Azər­bay­can di­as­po­ru­nun üzvlə­ri, ta­nın­mış ic­ti­mai-si­ya­si xa­dim­lər də qa­tı­lıb.

Bakı xəbər.- 2017.- 10 mart.- S.14