Tarixdə iz buraxanlar: Hüseyn Cavid

Gör­kəm­li Azər­bay­can şa­i­ri Hü­seyn Ca­vid 24 oktyabr 1882-ci il­də Nax­çı­van­da ru­ha­ni ai­lə­sin­də ana­dan olub. İb­ti­dai təh­si­li­ni ata­sın­dan, elə­cə də döv­rü­nün ta­nı­nan zi­ya­lı­sı, bö­yük qar­da­şı Mə­həm­məd Rə­si­za­də­dən alıb, da­ha son­ra Mə­həm­məd Ta­ğı Sid­qi­nin "Mək­tə­bi-tər­bi­yə" ad­lı ye­ni üsul­lu mək­tə­bin­də oxu­yub. Klas­sik üs­lub­da ilk şe­ir­lə­ri­ni "Gül­çin" və "Sa­lik" im­za­la­rı ilə bu­ra­da ya­zıb. Hü­seyn Ca­vid 1899-1903-cü il­lər­də Cə­nu­bi Azər­bay­can­da olub, Təb­ri­zin Ta­li­biy­yə məd­rə­sə­sin­də təh­si­li­ni da­vam et­di­rib. 1909-cu il­də İs­tan­bul Uni­ver­si­te­ti­nin ədə­biy­yat fa­kül­tə­si­ni bi­ti­rib, əv­vəl Nax­çı­van­da, son­ra isə Ba­kı­da mü­əl­lim­lik edib.

Hü­seyn Ca­vi­din hə­ya­tın­da və dün­ya­gö­rü­şü­nün in­ki­şa­fın­da İs­tan­bul Uni­ver­si­te­tin­də ke­çən tə­lə­bə­lik il­lə­ri mü­hüm mər­hə­lə təş­kil edir. Bu ali təh­sil oca­ğın­da Tür­ki­yə­nin ta­nı­nan alim­lə­rin­dən dərs alan Hü­seyn Ca­vid ey­ni za­man­da Rza To­fiq, To­fiq Fik­rət ki­mi gör­kəm­li şa­ir­lə­rin əsər­lə­rin­dən fay­da­la­nıb. Hə­lə 1903-cü il­dən "Şər­qi-Rus" qə­ze­tin­də ara-sı­ra mə­qa­lə­lər­lə çı­xış edən Ca­vi­din İs­tan­bul­da tə­lə­bə ikən "İr­şad" qə­ze­tin­də, "Növ­bə" və "Fü­yu­zat" jur­nal­la­rın­da "Bir ahi­məz­lu­ma­nə" ad­lı şe­ir­lə­ri çap olu­nub. İs­tan­bul Uni­ver­si­te­ti­ni bi­tir­dik­dən son­ra 1909-1910-cu il­lər­də Nax­çı­van­da mü­əl­lim­lik­lə məş­ğul olan ca­van zi­ya­lı hə­ya­ti mü­şa­hi­də­lə­ri­ni ge­niş­lən­di­rib, bir sı­ra şe­ir­lə­ri­ni, "Ana" pye­si­ni ya­zıb.

1911-ci il­də Tif­li­sə ge­dən Hü­seyn Ca­vid 1917-ci ilə qə­dər bu­ra­da ya­şa­yıb, ədə­bi-pe­da­qo­ji fə­a­liy­yə­ti­ni da­vam et­di­rib. Bu müd­dət ər­zin­də o, "Ma­ral," "Şeyx Sə­nan," "Şey­da" pyes­lə­ri­ni qə­lə­mə alıb, "Keç­miş gün­lər" ad­lı iki şe­ir ki­ta­bı Tif­lis­də­ki "Şərq" mət­bə­ə­sin­də çap­dan çı­xıb. 1918-1919-cu il­lər­də Nax­çı­van­da­kı "Rüş­diy­yə" mək­tə­bin­də dərs de­yib. 1918-ci il­də Miş­ki­naz xa­nım­la ai­lə hə­ya­tı qu­rub. Ədib Nax­çı­van­da ya­ra­dı­lan Araz-Türk Res­pub­li­ka­sı­nın təd­bir­lə­ri­nə rəğ­bət bəs­lə­yib, Ba­kı­da Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin ədə­bi bir­li­yi olan "Ya­şıl qə­ləm" dər­nə­yi­nin üz­vü ki­mi fə­a­liy­yət gös­tə­rib, ədə­biy­yat alə­min­də par­la­yıb. "Ba­har şəb­nəm­lə­ri" ad­lı şe­ir­lər ki­ta­bı­nın 1918-ci il­də çap­dan çıx­ma­sı, "İb­lis" və "Uçu­rum" dram­la­rı­nın ya­zıl­ma­sı və xü­su­sən "İb­lis" pye­si­nin uğur­la ta­ma­şa­ya qo­yul­ma­sı Ca­vi­din ədə­bi şöh­rə­ti­ni ar­tı­rıb.

Hü­seyn Ca­vid ya­ra­dı­cı­lı­ğı bə­dii növ, janr və for­ma cə­hət­dən çox zən­gin­dir. O, li­rik şe­ir­lə­rin, li­rik-epik po­e­ma­la­rın, Azər­bay­can ədə­biy­ya­tın­da ilk mən­zum fa­ciə və dram­la­rın mü­əl­li­fi­dir. "Keç­miş gün­lər" ad­lı ilk şe­ir ki­ta­bı 1913-cü il­də çap olu­nub. Ya­ra­dı­cı­lı­ğı­nın ilk dövrlə­rin­də ic­ti­mai-si­ya­si li­ri­ka­ya da­ha çox diq­qət edib. Onun "Ök­süz Ən­vər", "Ço­ban tür­kü­sü", "Ki­çik sər­sə­ri", "Dün və bu gün", "Qa­dın", "Gör­mə­dim", "Və­rəm­li qız" və s. şe­ir­lə­rin­də mül­kə­dar-bur­jua qu­ru­lu­şu­nun əda­lət­siz­li­yi, əmək­çi in­san­la­rın fa­ci­ə­li hə­ya­tı təs­vir edi­lir. İlk mət­bu əsər­lə­rin­dən olan "Mə­sud və Şə­fi­qə" şe­i­rin­də Ba­kı neft mə­dən­lə­rin­də ça­lı­şan fəh­lə­lə­rin dö­zül­məz və­ziy­yə­ti sa­hib­kar­la­rın tü­fey­li, fi­ra­van hə­ya­tı ilə qar­şı­laş­dı­rı­lır. "Sən nə­sən, kim­sən de­yən arif­lə­rə" po­e­ma­sın­da şa­ir in­san­la­ra işıq­lı hə­yat, azad gə­lə­cək yo­lu ax­ta­rıb. Onun "Məz­lum­lar üçün," "Qü­ru­ba qar­şı" şe­ir­lə­rin­də im­pe­ri­a­list mü­ha­ri­bə­lə­ri­nə qar­şı nif­rət öz ək­si­ni ta­pıb.

Hü­seyn Ca­vid da­ha çox dra­ma­turq ki­mi ta­nı­nıb. Onun fəl­sə­fi və ta­ri­xi fa­ci­ə­lə­ri, ai­lə-mə­i­şət dram­la­rı üs­lub, ya­zı ma­ne­ra­sı, for­ma ye­ni­li­yi ba­xı­mın­dan Azər­bay­can dra­ma­tur­gi­ya­sın­da döv­rün ümum­bə­şə­ri, bö­yük ic­ti­mai-si­ya­si və mə­də­ni əhə­miy­yə­tə ma­lik prob­lem­lə­ri öz ək­si­ni ta­pıb. İlk mən­zum "Ana" pye­sin­də nə­cib­lik, sə­da­qət, mərdlik ki­mi key­fiy­yət­lə­rin yal­nız sa­də in­san­lar­da ol­du­ğu gös­tə­ri­lib. Onun "Ma­ral" fa­ci­ə­sin­də şəx­siy­yət və qa­dın azad­lı­ğı mə­sə­lə­si qal­dı­rı­lır, ai­lə mü­na­si­bət­lə­rin­də fe­o­dal-bur­jua və mür­tə­ce ru­ha­ni əx­la­qi gö­rüş­lə­ri tən­qid edi­lir. Azər­bay­can ədə­biy­ya­tın­da ilk mən­zum fa­ciə olan "Şeyx Sə­nan" ad­lı əsə­rin­də xalqla­rı bir-bi­rin­dən ayı­ran di­ni və mil­li tə­əs­süb­keş­lik əley­hi­nə üs­yan­lar, eti­raz ru­hu ha­kim­dir. Hü­seyn Ca­vid bu dövrdə təd­ric­lə "haqq ve­ril­mir, alı­nır" ide­ya­sı­na gə­lib çıx­mış­dı. Hə­min ide­ya "Şey­da" dra­mın­da, "Haq­qı­nı sən mü­ba­ri­zə ilə ala bi­lər­sən" po­e­ma­sın­da da­ha ay­dın ifa­də­si­ni ta­pıb. "Şey­da"da Hü­seyn Ca­vid yal­nız ide­ya və mə­nə­viy­yat­lar­da­kı zid­diy­yə­ti de­yil, re­al so­si­al zid­diy­yət­lə­ri də gös­tə­rir, "fü­qə­ra­yi-ka­si­bə"ni, "qa­bar­lı əl­lə­ri" is­tis­mar­çı­lar­la mü­ba­ri­zə­yə ça­ğı­rır.

Hü­seyn Ca­vi­din ya­ra­dı­cı­lı­ğın­da mü­hüm yer tu­tan "İb­lis" fa­ci­ə­sin­də döv­rün bü­tün mür­tə­ce qüv­və­lə­ri - "in­san in­sa­na qurddur" fəl­sə­fə­si­ni tə­rəf­dar­la­rı "iyir­min­ci əs­rin mə­də­ni vəh­şi­lə­ri" olan im­pe­ri­a­list da­i­rə­lə­ri İb­lis su­rə­tin­də ümu­mi­ləş­di­ri­lir, iş­ğal­çı mü­ha­ri­bə­lə­rə lə­nət yağ­dı­rı­lır. Mür­tə­ce qüv­və­lər­lə azad­lıq, bə­ra­bər­lik, sülh, bey­nəl­mi­ləl­çi­lik, ma­a­rif və mə­də­niy­yət dostla­rı­nın toq­quş­ma­sı Hü­seyn Ca­vi­din 1920-ci ilə­dək yaz­dı­ğı əsər­lə­rin baş­lı­ca konflik­ti idi. Bu əsər­lə­rin bə­dii qa­yə­si­ni bə­şə­riy­yə­tin fə­la­kə­ti­nə əda­lət­siz, is­tis­mar­çı ic­ti­mai qu­ru­luş­la­rın sə­bəb ol­ma­sı fik­ri təş­kil edir.

Hü­seyn Ca­vi­din Azər­bay­can­da So­vet ha­ki­miy­yə­ti­nin qə­lə­bə­sin­dən son­ra­kı ya­ra­dı­cı­lı­ğın­da ye­ni hə­ya­tın tə­rən­nü­mü əsas yer tu­tur. Şa­ir Azər­bay­can qa­dın­la­rı­nın sa­vad­lan­ma­sı və cə­miy­yət iş­lə­ri­nə qo­şul­ma­sı­na, şü­ur­lar­da əmə­lə gə­lən in­qi­la­ba, Və­tə­nin hə­qi­qi sa­hi­bi ol­muş zəh­mət­keş xal­qa şe­ir­lər həsr edir. So­si­a­list var­lı­ğı Hü­seyn Ca­vi­din o vax­ta qə­dər qəm­li, ələm­li olan şe­i­ri­nə nik­bin ruh gə­ti­rir. 1926-cı il­də mü­a­li­cə üçün Al­ma­ni­ya­ya ge­dən və 7 ay Ber­lin­də ya­şa­yan Hü­seyn Ca­vid ora­dan ka­pi­ta­lizm cə­miy­yə­tin­də­ki sin­fi zid­diy­yət­lə­ri, fəh­lə­lə­rin və zəh­mət­keş zi­ya­lı­la­rın ağır hə­ya­tı­nı, mə­nə­vi iz­ti­rab­la­rı­nı əks et­di­rən bir sı­ra si­ya­si-li­rik və li­rik-epik şe­ir­lər­lə qa­yı­dır. O, "Nil yav­ru­su" əsə­rin­də müs­təm­lə­kə zül­mü­nü qə­zəb və nif­rət­lə dam­ğa­la­yır­dı.

1920-1930-cu il­lər­də Hü­seyn Ca­vid bir sı­ra ta­ri­xi dram­lar ya­zıb. "Pey­ğəm­bər" və "To­pal Tey­mur" ad­lı əsər­lə­rin­dən son­ra yaz­dı­ğı "Sə­ya­vuş" və "Xəy­yam" ta­ri­xi dram­la­rı Hü­seyn Ca­vi­din ta­ri­xə, ta­ri­xi şəx­siy­yət­lə­rə ba­xı­şın­da cid­di bir dö­nüş olub. Şa­ir bu əsər­lə­rin­də is­tib­da­da qar­şı üs­yan edən küt­lə­ni, üs­yan baş­çı­la­rı­nı və Xəy­yam ki­mi azad­fi­kir­li bir mü­tə­fək­ki­ri baş qəh­rə­man se­çib.

Fa­şizm və II Dün­ya mü­ha­ri­bə­si təh­lü­kə­si­nin artma­sı 30-cu il­lə­rin əv­vəl­lə­rin­də Hü­seyn Ca­vi­di na­ra­hat edən prob­lem­lər idi. Cə­nu­bi Azər­bay­can­da­kı azər­bay­can­lı­la­rın "şa­hən­şah­lıq" üsu­li-ida­rə­si­nin əsa­rə­ti al­tın­da əzab çək­mə­si, ən adi in­san hü­quq­la­rın­dan məh­rum edil­mə­si də və­tən­pər­vər şa­ir ki­mi Hü­seyn Ca­vi­di dü­şün­dü­rür­dü. Onun fəl­sə­fi, si­ya­si-ic­ti­mai gö­rüş­lə­ri "ümu­mi mə­həb­bət" ide­ya­sın­dan so­si­a­list hu­ma­niz­mi­nə qə­dər bir in­ki­şaf yo­lu ke­çib.

Po­e­zi­ya­sı yük­sək bə­dii sə­nət­kar­lı­ğı, də­rin emo­si­o­nal­lı­ğı, sə­mi­mi­li­yi ilə se­çi­lir.

Azər­bay­can­da so­vet ha­ki­miy­yə­ti­nin qu­rul­ma­sın­dan son­ra Hü­seyn Ca­vid mü­əl­lim ki­mi fə­a­liy­yət gös­tə­rib, Mü­əl­lim­lər İnsti­tu­tun­da və Ba­kı Te­atr Tex­ni­ku­mun­da dərs de­yib. Bir-bi­ri­nin ar­dın­ca ya­zı­lan əsər­lə­ri - "Azər" po­e­ma­sı, "Afət", "Pey­ğəm­bər", "To­pal Tey­mur", "Knyaz", "Sə­ya­vuş", "Xəy­yam", "İb­li­sin in­ti­qa­mı" pyes­lə­ri və dram əsər­lə­ri­nin mü­vəf­fə­qiy­yət­lə ta­ma­şa­ya qo­yul­ma­sı gör­kəm­li sə­nət­ka­ra bö­yük şöh­rət qa­zan­dı­rıb. Ba­kı­da təş­kil olu­nan "Hü­seyn Ca­vid ax­şa­mı," döv­lət tə­rə­fin­dən mü­a­li­cə olun­maq üçün Al­ma­ni­ya­ya gön­də­ril­mə­si, ona fər­di tə­qa­üd mü­əy­yən olun­ma­sı, əsər­lə­ri­nin Azər­bay­can­la ya­na­şı Za­qaf­qa­zi­ya və Or­ta Asi­ya te­atrla­rın­da bö­yük uğur­la səh­nə­yə çı­xa­rıl­ma­sı, ki­tab­la­rı­nın nəş­ri ədi­bin nü­fu­zu­nu ar­tır­maq­la bə­ra­bər, sə­nə­ti­nə və şəx­siy­yə­ti­nə pa­xıl­lıq­la ya­na­şan­la­rın da mey­da­na çıx­ma­sı­na rə­vac ve­rib. Nə­ti­cə­də, 1931-ci il­dən eti­ba­rən döv­ri mət­bu­at­da haq­qın­da tən­qid ruh­lu mə­qa­lə­lər gö­rün­mə­yə baş­la­nıb, əsər­lə­ri­nə qu­ru­lan ədə­bi məh­kə­mə­lər­də, 1934-cü il­dən üz­vü ol­du­ğu Azər­bay­can Ya­zı­çı­lar İt­ti­fa­qı­nın yı­ğın­caq­la­rın­da o "bur­jua ya­zı­çı­sı", ya­xud "mü­a­sir hə­ya­tı əks et­dir­mə­yən" ya­zı­çı ki­mi dam­ğa­la­nıb. Rə­za­lə­tin hökm sür­dü­yü o dövrdə ümid­siz­lik, bəd­bin­lik öz qə­zəb­li hök­mü­nü elə bir həd­də çat­dı­rıb ki, hər ax­şa­mın to­ran­lı­ğı ev­lə­rə bir va­hi­mə gə­ti­rib. O qor­xu­lu ge­cə­lə­rin bi­rin­də qa­ra qüv­və­lər Hü­seyn Ca­vi­di də apa­rıb­lar. Mil­lə­ti­ni, xal­qı­nı ca­nın­dan ar­tıq se­vən bö­yük mü­tə­fək­kir Hü­seyn Ca­vid 1937-ci ilin qə­zəb­li mö­hü­rü­nə - "və­tən xa­i­ni" ki­mi iy­rənc it­ti­ha­ma mə­ruz qa­lıb. Bü­tün bun­la­rın nə­ti­cə­sin­də Hü­seyn Ca­vid 1937-ci ilin iyun ayın­da əsas­sız ye­rə həbs olu­nub, "Giz­li mil­lət­çi ək­sin­qi­la­bi təş­ki­lat"da iş­ti­rak bə­ha­nə­si­lə sək­kiz il­lik həbs cə­za­sı­na məh­kum edi­lib. Qo­ca ədib 1938-1940-cı il­lər­də keç­miş SSRİ əra­zi­sin­də­ki ən uzaq və so­yuq həbs dü­şər­gə­si olan Ma­qa­dan şə­hə­rin­də cə­za çə­kib. 5 de­kabr 1941-ci il­də Si­bir­də­ki Tay­şet ra­yo­nu­nun Şev­çen­ko qə­sə­bə­sin­də həbsdə ikən və­fat edib.

Ta­ri­xi şəx­siy­yət Hü­seyn Ca­vi­də 6 mart 1956-cı il­də bə­ra­ət ve­ri­lib. Gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü ilə Ca­vi­din cə­na­zə qa­lıq­la­rı 1982-ci il­də Si­bir­dən Və­tə­nə gə­ti­ri­lib, Nax­çı­van­da tor­pa­ğa tap­şı­rı­lıb. Ədi­bin xa­ti­rə­si əbə­di­ləş­di­ri­lib. Ana­dan ol­ma­sı­nın 100 il­lik yu­bi­le­yi döv­lət sə­viy­yə­sin­də ge­niş qeyd olu­nub. Nax­çı­van­da ev-mu­ze­yi ya­ra­dı­lıb, Ba­kı­da, vax­ti­lə ya­şa­dı­ğı bi­na­da (in­di­ki Azər­bay­can MEA Əl­yaz­ma­lar İnsti­tu­nun bi­na­sı) Hü­seyn Ca­vi­din ba­rel­yef təs­vi­ri olan xa­ti­rə löv­hə­si vu­ru­lub. 1982-ci il­də Nax­çı­van­da "Hü­seyn Ca­vid po­e­zi­ya te­at­rı" açı­lıb. Nax­çı­va­nın Ba­bək ra­yo­nun­da Ca­vi­da­bad kən­di­nə, Ba­kı­da və Res­pub­li­ka­nın di­gər şə­hər və ra­yon­la­rın­da kü­çə, mək­təb, ki­tab­xa­na və s. mə­də­ni-ma­a­rif mü­əs­si­sə­lə­ri­nə adı ve­ri­lib. Ba­kı­da hey­kə­li, Nax­çı­van­da tür­bə­si ucal­dı­lıb, ev mu­zey­lə­ri təş­kil edi­lib. Onun qə­lə­min­dən çı­xan əsər­lə­rin ide­ya­sı­nı in­sa­nın, cə­miy­yə­tin mə­nə­vi oya­nı­şı və azad­lı­ğı, bə­şə­riy­yə­tin mə­nə­vi ey­bə­cər­lik və mə­şəq­qət­lər­dən xi­la­sı, gö­zəl­lik, hə­qi­qət və xe­yir­xah­lıq təş­kil edir. Bir söz­lə, Ca­vid uca ide­al­lar şa­i­ri olub.

Hü­seyn Ca­vid klas­sik Azər­bay­can ədə­biy­ya­tı­nın ən yax­şı ənə­nə­lə­ri­ni in­ki­şaf et­di­rən qə­ləm adam­la­rın­dan­dır. O, Azər­bay­can mü­tə­rəq­qi ro­man­tiz­mi­nin ba­ni­lə­rin­dən, Azər­bay­can ədə­biy­ya­tı­nın ya­ra­dı­cı­la­rın­dan bi­ri­dir.

"Hə­qi­qət is­tə­rəm, yal­nız hə­qi­qət", - de­yə bü­tün öm­rü bo­yu çar­pı­şan, ya­zıb-ya­ra­dan Hü­seyn Ca­vi­din əsər­lə­ri elə bir haq­dan qüd­rət alıb ki, bu gün də ak­tu­al və mə­na­lı səs­lə­nir.

Mər­hum pre­zi­dent Hey­dər Əli­yev Ca­vid haq­qın­da be­lə de­yib: "Hü­seyn Ca­vi­din bü­tün ya­ra­dı­cı­lı­ğı, bü­tün fə­a­liy­yə­ti Azər­bay­can xal­qı­nın mə­də­ni­yə­ti­ni yük­sək­lə­rə qal­dır­maq­dan, xal­qı­mı­zı azad, müs­tə­qil xalq et­mək­dən iba­rət olub­dur. Onun bü­tün ya­ra­dı­cı­lı­ğı Azər­bay­can xal­qı­nı mil­li azad­lı­ğa, müs­tə­qil­li­yə ça­ğı­rıb­dır".

Ta­ri­xi möv­zu­lar­da möh­tə­şəm əsər­lər ya­ra­dan Hü­seyn Ca­vid əsrlə­rin ən də­rin qat­la­rı­na döv­rü­nün gö­zü ilə ba­xa­raq, iş­lə­di­yi möv­zu­nu elə qüd­rət­lə mə­na­lan­dı­rır­dı ki, bü­tün ədə­bi dö­yüş­lər­dən qa­lib çı­xır­dı. O, əsər­lə­rin­də yal­nız Azər­bay­can de­yil, bü­tün bə­şə­riy­yə­ti dü­şün­dü­rən prob­lem­lə­rə işıq tu­tur­du. Ca­vi­din ax­tar­dı­ğı hə­qi­qə­tin bir mə­na­sı var­dı - mil­lə­ti azad və bir­lik­də gör­mək! Ulu ön­də­ri­miz: "Xal­qı­mız, ta­ri­xi­miz nə qə­dər ya­şa­ya­caq­sa, Hü­seyn Ca­vi­din ir­si də o qə­dər ya­şa­ya­caq­dır" - de­yib.

Bə­li, bu bö­yük şa­ir dün­ya dur­duq­ca ya­şa­ya­caq­dır. Biz bu ta­ri­xi şəx­siy­yə­ti­mi­zi rəh­mət­lə yad edi­rik.

Ruhu şad olsun!

Fazil QARAOĞLU professor

Bakı  xəbər.- 2017.-11-13 mart.- S.13