Milli Teatr Gününə həsr olunmuş "Zaman və məkan" mövzusunda elmipraktik konfrans keçirildi...

Əda­lət Və­li­yev: "Azər­bay­can te­at­rı hər za­man öz mis­si­ya­sı­na sa­diq qa­lıb"

İl­ham Rə­him­li: "Ar­zu edər­dim ki, bu ax­sa­ma­lar ara­dan gö­tü­rül­sün"

 

Azər­bay­can mil­li te­at­rı­nın ta­ri­xi ənə­nə­lə­ri, onun in­ki­şaf perspek­tiv­lə­ri mü­tə­ma­di ola­raq mü­za­ki­rə edi­lir. Mə­lum­dur ki, döv­lət mə­də­niy­yə­tin va­cib qol­la­rın­dan bi­ri olan te­atr sə­nə­ti­nə xü­su­si əhə­miy­yət ve­rir. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 1 mart 2013-cü il ta­rix­li Sə­rən­ca­mı ilə hər il 10 mart Mil­li Te­atr Gü­nü ki­mi qeyd edi­lir. Azər­bay­can mil­li mə­də­niy­yə­ti­nin in­ki­şa­fın­da və öl­kə­nin mə­də­ni hə­ya­tın­da Azər­bay­can mil­li te­at­rı­nın əhə­miy­yə­ti ol­duq­ca bö­yük­dür.

Pe­şə­kar mil­li te­at­rı­mı­zın 144 ya­şı ta­mam ol­du. Res­pub­li­ka­mı­zın müx­tə­lif mə­də­niy­yət ocaq­la­rın­da Mil­li Te­atr Gü­nü mü­na­si­bə­ti­lə təd­bir­lər ke­çi­ril­di.

Dü­nən Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı və Azər­bay­can Döv­lət Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin təş­ki­lat­çı­lı­ğı ilə Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qın­da Mil­li Te­atr Gü­nü­nə həsr olun­muş "Za­man və mə­kan" möv­zu­sun­da el­mi-prak­tik konfrans ke­çi­ril­di. Res­pub­li­ka­nın ta­nın­mış te­atr xa­dim­lə­ri­nin qa­tıl­dı­ğı konfran­sı Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı­nın səd­ri, xalq ar­tis­ti, pro­fes­sor Azər Pa­şa Ne­mə­tov aça­raq mil­li te­at­rın keç­di­yi yol­dan da­nış­dı, te­at­rın in­ki­şa­fı­na tə­kan olan şəx­siy­yət­lə­ri xa­tır­la­dı.

O vur­ğu­la­dı ki, 2013-cü ilə qə­dər te­atr ic­ti­ma­iy­yə­ti Mil­li Te­atr Gü­nü­nü "par­ti­zan­lıq­la" ke­çi­rib: "Hər il Te­atr Gü­nü­nü par­ti­zan ki­mi ke­çi­rir­dik. Bu gün rəs­mən bi­zim bay­ra­mı­mız ki­mi təs­diq edil­mə­miş­di. Bu gü­nün rəs­mən Mil­li Te­atr Gü­nü ki­mi ke­çi­ril­mə­si üçün Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi Pre­zi­den­tə mü­ra­ci­ət et­di və 2013-cü il­dən öl­kə baş­çı­sı­nın sə­rən­ca­mı ilə biz öz pe­şə bay­ra­mı­mı­zı rəs­mən ke­çi­ri­rik".

Konfransda çı­xış edən mə­də­niy­yət və tu­rizm na­zi­ri­nin mü­a­vi­ni Əda­lət Və­li­yev əv­vəl­cə bay­ram mü­na­si­bə­ti­lə te­atr ic­ti­ma­iy­yə­ti­nin təb­rik et­di.

Müs­tə­qil­lik döv­rün­də mil­li te­at­rın keç­di­yi yo­lu saf-çü­rük edən na­zir mü­a­vi­ni vur­ğu­la­dı ki, Azər­bay­can te­at­rı hər za­man öz mis­si­ya­sı­na sa­diq qa­lıb: "Azər­bay­can te­at­rı bu il­lər ər­zin­də eniş­li-yo­xuş­lu, par­laq, yad­da­qa­lan, uğur­lu, uğur­suz sə­nət il­lə­ri ya­şa­yıb. An­caq 144 il da­vam­lı ola­raq yük­sə­li­şə ge­dən yol­da bə­zən bö­yük uğur­lar­la, bə­zən ki­çik uğur­lar­la irə­li­lə­yib. Azər­bay­can müs­tə­qil­lik əl­də et­dik­dən son­ra döv­lə­ti­mi­zin son də­rə­cə önəm ver­di­yi əsas sa­hə­lər­dən bi­ri mə­də­niy­yət olub. Ulu ön­də­ri­mi­zin da­vam­lı ola­raq diq­qət­də sax­la­dı­ğı mə­də­niy­yət, da­ha son­ra Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən xü­su­si qay­da­da nə­za­rə­tə gö­tü­rü­lüb, 2006-cı il­də Azər­bay­can te­at­rı ilə bağ­lı çox­lu say­da sə­rən­cam, fər­man im­za­la­nıb. 2006-cı il­də Azər­bay­can te­at­rı­nın in­ki­şa­fı ilə bağ­lı, Azər­bay­can te­atr sə­nə­ti­ni qo­ru­maq məq­sə­di­lə  ta­ri­xi­miz­də ilk də­fə ola­raq "Te­atr və te­atr fə­a­liy­yə­ti haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu qə­bul olu­nub. Qeyd et­mək is­tə­yi­rəm ki, bu qa­nun bu gün də Av­ro­pa və MDB-nin bir çox te­atr sə­nə­ti­nin in­ki­şaf et­di­yi öl­kə­lər­də hə­lə də yox­dur və bir ör­nək ki­mi qə­bul edi­lir. Azər­bay­can­da ke­çir­di­yi­miz bey­nəl­xalq te­atr konfransla­rın­da o öl­kə­lər­dən gə­lən qo­naq­lar hey­rət­lə­ri­ni bil­di­rir və bu qa­nu­nun tət­bi­qi ilə bağ­lı öz öl­kə­lə­rin­də mü­va­fiq iş­lər apa­rır­lar. 2007-ci il­də Pre­zi­dent İl­ham Əli­yev qa­nun­dan irə­li gə­lən mü­əy­yən müd­də­a­la­rı hə­ya­ta ke­çir­mək məq­sə­di­lə Azər­bay­can te­at­rı­nın mad­di-tex­ni­ki ba­za­sı­nın güc­lən­di­ril­mə­si üçün xü­su­si bir sə­rən­cam im­za­la­dı. 2009-cu il­də Azər­bay­can te­at­rı­nın 10 il­lik in­ki­şa­fı­nı özün­də eh­ti­va edən "Azər­bay­can te­at­rı 2009-2019-cu il­lər­də" Döv­lət Proq­ra­mı­nı im­za­la­dı. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, elə­cə də ai­diy­yə­ti qu­rum­lar Döv­lət Proq­ra­mı­nın ic­ra­sı ilə bağ­lı əmə­li fə­a­liy­yə­tə baş­la­yıb".

Na­zir mü­a­vi­ni qeyd et­di ki, son il­lər Azər­bay­can te­at­rın­da is­la­hat­lar hə­ya­ta ke­çi­ril­mə­yə baş­la­yıb. Ə.Və­li­ye­vin bil­dir­di­yi­nə gö­rə, is­la­hat­lar nə­ti­cə­sin­də Gən­cə­də fə­a­liy­yət gös­tə­rən Po­e­zi­ya Te­at­rı Gən­cə Döv­lət Dram Te­at­rı ilə bir­ləş­di­ri­lib. Na­zir mü­a­vi­ni de­di ki, Rus Dram Te­at­rı və Mu­si­qi­li Ko­me­di­ya Te­atrla­rı­nın rus trup­pa­la­rı möh­kəm­lən­di­ri­lib və Azər­bay­can Döv­lət Gənc Ta­ma­şa­çı­lar Te­at­rı­nın tər­ki­bin­də olan rus böl­mə­si Rus Dram Te­at­rı­nın tər­ki­bi­nə ke­çi­ri­lib. "Gənclər Te­at­rı və Ba­kı Ka­me­ra Te­at­rı Gənc Ta­ma­şa­çı­lar Te­at­rı­nın tər­ki­bin­də bir­ləş­di­ril­di. Mu­ğam Te­at­rı ləğv olun­du və Mu­ğam Te­at­rı­nın ştat­la­rı Mah­nı Te­at­rı və Bey­nəl­xalq Mu­ğam Mər­kə­zi­nin kadr po­ten­si­a­lı­nın güc­lən­di­ril­mə­si üçün on­la­ra ve­ril­di".

Na­zir mü­a­vi­ni vur­ğu­la­dı ki, te­atrla­rın bir ço­xun­da əsas­lı tə­mir-bər­pa iş­lə­ri apa­rı­lıb, te­atr bi­na­la­rı ye­ni­dən qu­ru­lub. Bir ne­çə te­atr bi­na­sı­nın tə­mir-bər­pa­dan son­ra ta­ma­şa­çı­la­rın ix­ti­ya­rı­na ve­ril­di­yi­ni de­yən Ə.Və­li­yev qeyd et­di ki, bu te­atrlar Azər­bay­can stan­dartla­rı­na uy­ğun ola­raq qu­ru­lub. "Bir ne­çə te­at­rın bi­na mə­sə­lə­si həll olu­nub. Şu­şa Te­at­rı­na bi­na ve­ri­lib. Ümid­va­rıq ki, te­atr bi­na­sın­da apa­rı­lan tə­mir-bər­pa iş­lə­ri ilin so­nu­na qə­dər ba­şa çat­dı­rı­la­caq. İrə­van Döv­lət Azər­bay­can Dram Te­at­rı­na hü­qu­qi ün­van ve­ril­di. Te­at­ra çox gö­zəl bir bi­na ay­rı­lıb, an­caq onun da ye­ni­dən qu­rul­ma­ğa, tə­mi­rə eh­ti­ya­cı var və dü­şü­nü­rəm ki, onun tə­mir mə­sə­lə­si növ­bə­ti möv­süm­də gün­dəm­də ola­caq. 40 ilə ya­xın bir müd­dət­də Sum­qa­yıt­da fə­a­liy­yət gös­tə­rən Sum­qa­yıt Te­at­rı­na hü­qu­qi ün­van və sta­tus ve­ril­di, te­atr bi­na­sı yük­sək şə­kil­də tə­mir olun­du, ke­çən il öl­kə baş­çı­sı­nın iş­ti­ra­kı ilə açı­lış mə­ra­si­mi ke­çi­ril­di. Pan­to­mi­mo Te­at­rı­na da bi­na ay­rı­lıb və dü­şü­nü­rük ki, ya­xın vaxtlar­da te­atr bi­na­sı­nın tə­mir mə­sə­lə­si öz həl­li­ni ta­pa­caq. Bun­dan baş­qa, te­atrla­rın mad­di-tex­ni­ki ba­za­sı­nın güc­lən­di­ril­mə­si üçün ad­dım­lar atıl­dı. Mən bu söz­lə­ri de­yər­kən res­pub­li­ka­da fə­a­liy­yət gös­tə­rən 26 döv­lət te­at­rı­nı nə­zər­də tu­tu­ram. 26 döv­lət te­at­rın­dan baş­qa, Ba­kı Bə­lə­diy­yə Te­at­rı və Üns Ya­ra­dı­cı­lıq Səh­nə­si də fə­a­liy­yət gös­tə­rir. 26 te­at­ra 20-dən ar­tıq nəq­liy­yat va­si­tə­si, yüz­lər­lə kompyu­ter ver­mi­şik".

Na­zir mü­a­vi­ni vur­ğu­la­dı ki, son 10 il­də Azər­bay­can te­atrla­rı 30-dan ar­tıq öl­kə­də qastrol sə­fər­lə­rin­də olub. Onun qeyd et­di­yi­nə gö­rə, bir ne­çə re­jis­sor, işıq­çı, rəs­sam bey­nəl­xalq təc­rü­bə mü­ba­di­lə­sin­də iş­ti­rak et­mək üçün xa­ri­ci öl­kə­lə­rə ezam olu­nub, müx­tə­lif müd­dət­lər­də kurslar­da iş­ti­rak edib­lər.

Res­pub­li­ka­nın bü­tün te­atrla­rın­da kadr is­la­hat­la­rı apa­rıl­dı­ğı­nı de­yən na­zir mü­a­vi­ni­nin söz­lə­ri­nə gö­rə, həm ekspe­ri­ment, həm də is­la­hat xa­rak­ter­li ye­ni­lik­lər olub.

Konfransda Azər­bay­can Döv­lət Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin rek­to­ru Fə­rəh Əli­ye­va çı­xış et­di. Azər­bay­can te­at­rı­nın uzun və mə­na­lı yo­lun­dan da­nı­şan rek­tor bil­dir­di ki, rəh­bər­lik et­di­yi ali mək­təb­də te­atr xa­dim­lə­ri ça­lı­şır və on­lar gənclə­rin te­at­ra sev­gi ru­hun­da ye­tiş­mə­si­nə ça­lı­şır. "Hə­ya­tı­mız ne­cə­dir­sə, te­atr da elə­dir. He­sab edi­rəm ki, te­atrda hə­ya­tın özü var" - de­yə rek­tor bil­dir­di.

"Za­man və te­atr" möv­zu­sun­da mə­ru­zə edən ta­nın­mış te­atrşü­nas, pro­fes­sor İl­ham Rə­him­li qeyd et­di ki, te­at­rı za­man­sız və mə­kan­sız tə­səv­vür et­mək ol­maz və te­atr konkret za­man­da və mə­kan­da möv­cud­dur. İ.Rə­him­li vur­ğu­la­dı ki, Azər­bay­can te­at­rın­da dün­ya­nın 73 xal­qı­na məx­sus dra­ma­tur­qun, ya­za­rın 5 min­dən çox əsə­ri səh­nə­yə qo­yu­lub. Əsər­lə­ri səh­nə­yə qo­yu­lan xa­ri­ci mü­əl­lif­lər ara­sın­da 12 "No­bel" mü­ka­fat­çı­sı­nın ol­du­ğu­nu de­yən İ.Rə­him­li­nin söz­lə­ri­nə gö­rə, bu əsər­lər uğur­la səh­nə həl­li­ni ta­pıb.

"Bu gün te­atrlar­da mil­li klas­si­ka­ya ma­raq ar­tıb. Düz­dür, bu bə­zi te­atrlar­da ənə­nə xa­ti­ri­nə səh­nə­yə qo­yu­lur. Bu­nun­la be­lə, or­ta­da çox uğur­lu iş­lər də var. Bi­zim çox ma­raq­lı re­jis­sor­la­rı­mız, çox ma­raq­lı dra­ma­turqla­rı­mız var, çox ma­raq­lı aktyor­la­rı­mız var. Am­ma Azər­bay­can­da dra­ma­turq, re­jis­sor və aktyor üç­lü­yü­nün bir üç­bu­caq­da, bir tə­fək­kür tər­zin­də, bir za­man priz­ma­sı tə­lə­bin­də iş­lə­mək vər­diş­lə­rin­də bir az ax­sa­ma­lar var. Ar­zu edər­dim ki, bu ax­sa­ma­lar ara­dan gö­tü­rül­sün. İs­tə­məz­dim ki, re­jis­sor­lar bi­oq­ra­fi­ya xa­ti­ri­nə əsər­lər ta­ma­şa­ya qoy­sun. Elə re­jis­sor­lar var ki, tu­ta­lım, Gən­cə­də iş­lə­yir. Bu il Ev­ri­pi­tin də, So­fo­lu­lun da, Brex­tin də, Şil­le­rin də əsə­ri­ni səh­nə­yə qo­yur, am­ma bir ta­ma­şa­sı da yad­da qal­mır. Çox tə­əs­süf ki, bu ənə­nə bu gün da­vam et­mək­də­dir. Bu cür ənə­nə­lə­rin ol­ma­sı­nı is­tə­məz­dim. Ümu­miy­yət­lə, dra­ma­turqlar­la bağ­lı gi­ley-gü­zar çox olur. De­yim ki, heç bir te­atr ağıl­lı, san­bal­lı, onu ma­raq­lan­dı­ran əsə­ri ge­ri qay­tar­mır. Sa­də­cə ola­raq, bi­zim dra­ma­turqla­rın bö­yük ək­sə­riy­yə­ti nəsrdən, po­e­zi­ya­dan gə­lib­lər və on­lar dra­ma­tur­gi­ya­nın prin­sip­lə­ri­ni bil­mir­lər, ya­xud zə­if bi­lir­lər, ya da bil­mək is­tə­mir­lər. Bir ço­xu­nun da re­jis­sor­la iş­lə­mək sə­riş­tə­si yox­dur" - de­yə pro­fes­sor qeyd et­di.

Konfransda əmək­dar in­cə­sə­nət xa­di­mi, sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru, pro­fes­sor Mər­yəm Əli­za­də "Te­atr pro­se­si: Za­ma­nın hə­rə­kə­ti", əmək­dar in­cə­sə­nət xa­di­mi, sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru, pro­fes­sor Ay­dın Ta­lıb­za­də "Postdra­ma­tik te­at­rın za­ma­nı te­atr epo­xa­sı­nın so­nu ki­mi", sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru, do­sent Vi­da­di Qa­fa­rov "Te­at­rın za­ma­nı, za­ma­nın te­at­rı", AD­MİU-nun dok­to­ran­tı Ai­da Qa­fa­ro­va "Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı za­ma­nın müs­tə­vi­sin­də" möv­zu­sun­da çı­xış et­di­lər.

Son­da Mil­li Te­atr Gü­nü mü­na­si­bə­ti­lə bir qrup te­atr nü­ma­yən­də­si­nə mü­ka­fat­lar ve­ril­di. Za­kir Da­da­şov, Nov­ruz Əli­yev, Nə­bi­li Hik­mət, Mə­bud Mə­hər­rə­mov və Va­qif Əsə­dov fəx­ri fər­man­la, El­nur Hü­sey­nov, Na­bat Sə­mə­dov, İra­də Gö­zə­lo­va, Nur­lan Rüs­tə­mov, Möh­sün Hü­sey­nov, Ən­ti­qə Bə­di­ro­va, Sə­xa­vət Məm­mə­dov, Afiq Məm­mə­dov, Azər Kə­ri­mov, Ay­nu­rə Əh­mə­do­va "Fəx­ri mə­də­niy­yət iş­çi­si" döş ni­şa­nı ilə təl­tif olun­du­lar.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 11-13 mart.- S.15