Qarabağda erməni saxtakarlığı...

Qa­ra­bağ əra­zi­si dün­ya­da in­sa­nın məs­kun­laş­dı­ğı ilk əra­zi­lər­dən bi­ri­dir. Bu əra­zi hə­lə XIX əsr­dən baş­la­ya­raq dün­ya­nın bir çox hə­vəs­kar ar­xeo­loq­la­rı­nın diq­qə­ti­ni cəlb edib. Möh­tə­şəm Azıx və Tağ­lar ma­ğa­ra­la­rı, bu ma­ğa­ra­la­rın qə­dim sa­kin­lə­ri tə­rə­fin­dən ya­ra­dı­lan Qu­ru­çay ar­xeo­lo­ji mə­də­niy­yə­ti nə­in­ki tək­cə Qa­ra­ba­ğın, elə­cə də bə­şər ta­ri­xi­nin ilk mər­hə­lə­si­ni öy­rən­mək üçün əvəz­siz abi­də­lər­dir.

Qa­ra­bağ əra­zi­si ilk əkin­çi və mal­dar tay­fa­la­rı­nın ya­rat­dı­ğı Kür-Araz ar­xeo­lo­ji mə­də­niy­yə­ti­nin abi­də­lə­ri ilə də zən­gin­dir. Bun­lar bü­tün­lük­lə e.ə. VI-V mi­nil­lik­lər­də hə­min əra­zi­də əha­li­nin tə­sər­rü­fat hə­ya­tı­nı, onun məi­şə­ti­ni, adət və ənə­nə­si­ni öy­rən­mək ba­xı­mın­dan bö­yük əhə­miy­yət kəsb edir. Azər­bay­can ar­xeo­loq­la­rı tə­rə­fin­dən az-çox öy­rə­ni­lən çox­tə­bə­qə­li Qa­ra­kə­pək tə­pə abi­də­si, Xan­tə­pə, Kül­tə­pə, Gü­nəş­tə­pə, Şə­kər­cik, Şo­mu­lu, Zər­gər­tə­pə və on­lar­la baş­qa­la­rı bü­tün­lük­lə Qaf­qaz eneo­li­ti­nin ən na­dir abi­də­lə­ri­dir.

Qa­ra­bağ əra­zi­si ilk tunc döv­rü abi­də­lə­ri ilə də zən­gin­dir. Təd­qi­qat­çı­la­rın fik­rin­cə, ümu­miy­yət­lə Azər­bay­can­da əsa­sən hə­lə Kür-Araz eneo­lo­ji döv­rün­də üç mis ema­lı mə­də­ni möv­cud olub. Qa­ra­bağ­da elə bir mə­də­nin ol­ma­sı bu əra­zi­də ümu­miy­yət­lə tunc döv­rü abi­də­lə­ri­nin, o cüm­lə­dən ye­ni tip­li ya­şa­yış məs­kən­lə­ri­nin, qə­bir abi­də­lə­ri­nin, is­teh­sa­lat ocaq­la­rı­nın mey­da­na gəl­mə­si­nə zə­min ya­ra­dıb. Bu abi­də­lə­rin təd­qi­qi gös­tə­rir ki, Qa­ra­bağ­da otu­raq hə­ya­tın, bu­nun­la bağ­lı olan əkin­çi­li­yin və sə­nət­kar­lı­ğın ge­niş şə­bə­kə­si ya­ra­nıb, ya­rım­kö­çə­ri mal­dar­lıq tə­sər­rü­fa­tı for­ma­la­şıb. Gü­nəş­tə­pə, Xan­tə­pə, Uzun­tə­pə, Mey­nə­tə­pə, Üzər­lik­tə­pə və baş­qa komp­leks­lər­dən iba­rət hə­min abi­də­lər­də, xü­su­si­lə or­ta tunc döv­rü abi­də­lə­rin­də mü­da­fiə is­teh­kam­la­rı­nın möv­cud­lu­ğu xü­su­si mül­kiy­yət meyl­lə­ri­nin güc­lən­di­yi­ni gös­tə­rir. Bu­nun­la da ib­ti­dai ic­ma qu­ru­lu­şu­nun təd­ri­cən da­ğıl­ma­sı­nın əsa­sı ya­ra­nır­dı. Bu ba­xım­dan ilk şə­hər əla­mət­lə­ri­ni özün­də əks et­di­rən Üzər­lik­tə­pə­də qa­zın­tı iş­lə­ri za­ma­nı zən­gin ma­te­ri­al­lar əl­də edi­lib. Qa­ra­ba­ğın son tunc, ilk də­mir döv­rü Xo­ca­lı abi­də­lə­ri komp­lek­sin­də öz ək­si­ni ta­pır. Bu­ra­ya kur­qan, krom­lex, men­hid və tsik­lop­lar ki­mi na­dir abi­də­lər da­xil­dir.

Azər­bay­can əra­zi­sin­də era­dan əv­vəl IV əsr­dən eti­ba­rən möh­tə­şəm Al­ban döv­lə­ti for­ma­laş­ma­ğa baş­la­yıb. Al­ban tay­fa­la­rın­dan olan qar­qar­la­rın və uti­lə­rin ya­şa­dı­ğı Qa­ra­bağ əra­zi­si bü­tün­lük­lə Al­ba­ni­ya­nın et­nik, si­ya­si və iq­ti­sa­di ra­yon­la­rın­dan bi­ri­nə çev­ri­lib. Mə­lum­dur ki, IV əs­rin I rü­bün­də bü­tün Za­qaf­qa­zi­ya­da ol­du­ğu ki­mi, Al­ba­ni­ya­da da xris­ti­an­lıq döv­lət di­ni sə­viy­yə­si­nə yük­sə­lib. Al­ba­ni­ya­da xris­ti­an­lı­ğın ən ge­niş ya­yıl­dı­ğı əra­zi məhz Qa­ra­bağ böl­gə­si olub. Ümu­miy­yət­lə, ilk feo­da­lizm döv­rü Qa­ra­bağ əra­zi­sin­də bir tə­rəf­dən xris­ti­an­lıq ge­niş in­ki­şaf ta­pıb və xris­ti­an abi­də­lə­ri ya­yı­lıb, di­gər tə­rəf­dən də ora­da ye­ni-ye­ni şə­hər­lər və mü­da­fiə qa­la­la­rı ti­ki­lib. Bun­la­rın içə­ri­sin­də son­ra­dan bü­tün öl­kə­nin pay­tax­tı­na çev­ri­lən Bər­də­ni, Al­ban hökm­dar­la­rı­nın yay iqa­mət­ga­hı Al­yen şə­hə­ri­ni gös­tər­mək olar.

Ar­xeo­lo­ji ax­ta­rış­lar nə­ti­cə­sin­də ilk feo­da­lizm döv­rün­də Qa­ra­bağ əra­zi­sin­də di­ni və et­nik ba­xım­dan bir qə­dər müx­tə­lif­lik hiss olu­nur. Be­lə ki, xris­ti­an mə­bəd­lə­ri və xris­ti­an dəfn adə­ti ilə ya­na­şı, bu dövr­də Qa­ra­bağ­da büt­pə­rəst­li­yə aid daş hey­kəl­lə­rin ge­niş şə­bə­kə­si ya­ra­nıb. Bu hey­kəl­lər əsa­sən Ağ­dam, Mir­bə­şir, Ağ­də­rə və Xan­kən­di əra­zi­lə­rin­də ya­ra­dı­lıb.

Bü­tün­lük­də Al­ba­ni­ya­da ol­du­ğu ki­mi, Qa­ra­ba­ğın da hə­ya­tın­da ən böh­ran­lı gün­lər VIII əs­rin əv­vəl­lə­ri­nə tə­sa­düf edir. Be­lə ki, bu vaxt­dan Al­ban xris­ti­an­lı­ğı da­xi­lin­də­ki mo­no­fi­zit, dio­fi­zit və nes­te­ri­an cə­rə­yan­la­rı ara­sın­da ya­ra­nan zid­diy­yət­lər, bu­nun­la əla­qə­dar əha­li­nin bö­yük bir qru­pu­nun mü­qəd­dəs İs­la­ma meyl et­mə­si və nə­ha­yət, si­ya­si cə­hət­dən öl­kə­nin ərəb əsa­rə­ti al­tın­da ol­ma­sı, bü­tün öl­kə­də ol­du­ğu ki­mi, Qa­ra­bağ­da da cid­di si­ya­si böh­ran­la nə­ti­cə­lə­nib.

Pə­ra­kən­də­lik və feo­dal çə­kiş­mə­lə­ri nə­ti­cə­sin­də ye­ni-ye­ni şə­hər - qa­la­lar, o cüm­lə­dən məş­hur Kirs qa­la­sı, Oğ­lan­qa­la, La­çın­qa­la, Lehk qa­la­sı və baş­qa­la­rı ya­ra­nıb. Əv­vəl­ki şə­hər­lə­rin mü­da­fiə is­teh­kam­la­rı güc­lən­di­ri­lib. Al­ban xris­ti­an kil­sə­lə­rin­də isə bər­pa iş­lə­ri adı al­tın­da ye­ni­dən­qur­ma baş­la­nıb və kil­sə­lər mo­no­fi­zit eh­kam­la­rı əsa­sın­da in­şa edi­lib. XII əs­rin so­nu, XIII əs­rin əv­vəl­lə­ri Qa­ra­ba­ğın yu­xa­rı his­sə­si üçün ye­ni bir si­ya­si pro­se­sin baş­lan­ğı­cı olub. Be­lə ki, Meh­ra­ni­lər sü­la­lə­si­nin Sü­nik çar­lı­ğı ilə qo­hum olan ye­ni nəs­lin nü­ma­yən­də­lə­ri keç­miş Al­ban sə­nə­ti­ni bər­pa et­mə­yə ça­lı­şıb və bu məq­səd­lə Qa­ra­ba­ğın yu­xa­rı his­sə­sin­də Xa­çın feo­dal çar­lı­ğı­nı ya­ra­dıb­lar. Tez­lik­lə güc­lə­nən bu çar­lı­ğa öz döv­rü­nün ən gör­kəm­li feo­dal­la­rın­dan olan Cə­la­li­lər sü­la­lə­si­nin nü­ma­yən­də­si Hə­sən Ca­lal baş­çı­lıq edib. O özü­nü Al­ban hökm­da­rı və Al­ban sə­nə­ti­nin bər­pa­çı­sı ad­lan­dı­rıb. Məhz bu za­man Qa­ra­ba­ğın or­ta əsr abi­də­lə­rin­də III mər­hə­lə baş­la­yıb. Bu döv­rün xa­rak­te­rik cə­hə­ti on­da­dır ki, keç­miş Al­ban kil­sə­si­nin şöh­rə­ti­ni bər­pa et­mək üçün on­lar­la ye­ni möh­tə­şəm kil­sə ti­ki­lib və əv­vəl­ki­lər bər­pa olu­nub. Hə­sən­riz mə­bə­di, Xos­ta­vəng komp­lek­sin­də Ar­zu xa­tun məq­bə­rə­si, Be­şik­mi­dağ ma­ğa­ra kil­sə­si və bir çox baş­qa­la­rı məhz bu dövr­də in­şa edi­lib. Qa­ra­ba­ğın mü­səl­man­lı­ğı qə­bul et­miş əha­li­si ara­sın­da isə ərəb və fars dil­li epiq­ra­fik abi­də­lər ya­yı­lıb. Ümu­miy­yət­lə, Qa­ra­bağ hə­mi­şə Azər­bay­ca­nın feo­dal döv­lət­lə­ri olan Sa­ci­lə­rin, son­ra Sa­la­ri­lə­rin, da­ha son­ra Şəd­da­di­lə­rin, Ata­bəy­lə­rin, Qa­ra­qo­yun­lu­la­rın tər­ki­bin­də olub. Sə­fə­vi döv­rün­də isə bu­ra­lar xü­su­si bəy­lər­bəy­li­yə çev­ri­lib. XVIII əsr­də Qa­ra­bağ xan­lı­ğı ya­ra­nıb. Bü­tün bu pro­ses­lər mü­əy­yən də­rə­cə­də öz ək­si­ni abi­də­lər­də ta­pır. Tə­əs­süf­lər ol­sun ki, Qa­ra­ba­ğın abi­də­lə­ri hə­mi­şə plan­lı şə­kil­də er­mə­ni­lər tə­rə­fin­dən da­ğın­tı­ya mə­ruz qa­lıb. De­mək olar ki, bu­gün bü­tün Al­ban kil­sə­lə­ri bər­pa adı al­tın­da er­mə­ni­lər tə­rə­fin­dən sö­kü­lə­rək Qri­qo­ri­an üs­lu­bun­da in­şa edi­lib və bu kil­sə­lər­də­ki Al­ban ya­zı­la­rı plan­lı şə­kil­də məhv edi­lə­rək er­mə­ni­ləş­di­ri­lib.

Bu əra­zi­də­ki abi­də­lə­rə hü­cum keç­miş so­vet ha­ki­miy­yə­ti il­lə­rin­də də da­vam et­di­ri­lib. Be­lə ki, ay­rı-ay­rı Er­mə­nis­tan və­tən­daş­la­rı və Eç­mi­əd­zin kil­sə xa­dim­lə­ri tə­rə­fin­dən Qa­ra­ba­ğın epiq­ra­fik abi­də­lə­ri qa­nun­suz şə­kil­də oğur­la­na­raq İrə­van xan­lı­ğın­da qu­ru­lan Er­mə­nis­ta­na apa­rı­lıb, "Al­ban" sö­zü ya­zı­lan daş­la­rın məh­vi üçün xü­su­si kam­pa­ni­ya baş­la­nıb və bu iş­lər giz­li və pə­ra­kən­də hal­da gö­rü­lüb.

İn­di ar­tıq 25 il­dir ki, er­mə­ni­lər iş­ğal et­dik­lə­ri Qa­ra­bağ­da abi­də­lər­lə əla­qə­dar Azər­bay­ca­nın izi­ni itir­mək üçün üç is­ti­qa­mət­də iş apa­rır­lar:

1. Bi­lin­di­yi ki­mi, Bey­nəl­xalq qa­nun­la­ra gö­rə, mü­ha­ri­bə ge­dən öl­kə­lər­də mə­nə­vi mə­də­niy­yət abi­də­lə­ri­nə to­xu­nul­mur. Fə­qət er­mə­ni­lər öz­lə­ri­nə xas xa­rak­ter­lə mad­di-mə­də­niy­yət qa­lıq­la­rı­nı ələ ke­çir­dik­dən son­ra Şu­şa­da, La­çın­da, Kəl­bə­cər­də, Ağ­dam­da və di­gər şə­hər­lər­də­ki mu­zey­lə­ri və bu mu­zey­lər­də top­lan­mış bü­tün kol­lek­si­ya­la­rı er­mə­ni­ləş­dir­di­lər və bu ma­te­ri­al­la­rı öz abi­də­lə­ri ki­mi təb­liğ et­mə­yə baş­la­dı­lar. Bu ba­xım­dan er­mə­ni­lər tə­rə­fin­dən xü­su­si qrup­lar, cə­miy­yət­lər, kö­nül­lü dəs­tə­lər ya­ra­dı­lıb. On­lar həm­çi­nin er­mə­ni ta­ri­xi ba­xı­mın­dan in­ter­pre­ta­si­ya edə bi­lə­cək­lə­ri Xo­ta­vəng­də­ki Mü­qəd­dəs Ye­li­sey mə­bə­din­də, elə­cə də Ayoğ­lan və Ali­ars abi­də­lə­rin­də qal­mış ya­zı­lı daş­la­rı İrə­va­na və Eç­mi­əd­zi­nə da­şı­yıb­lar. Hə­lə 1968-ci il­də Qan­za­sar­da olar­kən Er­mə­nis­tan­dan xü­su­si us­ta­lar gə­ti­ri­lib bu mə­bə­din gu­ya bər­pa­sı­na kö­mək et­mək bə­ha­nə­si­lə bir çox ya­zı­lı ki­ta­bə­lə­ri çı­xa­rıb­lar. On­lar bu iş­lə­ri İrə­van xan­lı­ğın­da, Zən­gə­zur­da, Göy­çə ma­ha­lın­da... da öz­lə­ri­nə xas us­ta­lıq­la gö­rüb­lər.

2. Er­mə­ni­lər Azər­bay­ca­na və al­ban­la­ra məx­sus bü­tün abi­də­lə­ri məhv edib­lər. Mə­lum­dur ki, Qa­ra­bağ­da­kı er­mə­ni dil­li epiq­ra­fik abi­də­lər­də əha­li özü­nün Al­ban xal­qı­na məx­sus ol­du­ğu­nu hə­mi­şə qeyd et­mə­yə ça­lı­şıb. De­mək olar ki, Qa­ra­bağ­da­kı bü­tün ni­şan daş­la­rı "Yes ağ­na­nes" - "mən al­ban­lı" ifa­də­si ilə baş­la­nıb. Məhz bu ifa­də­ni po­za­raq on­lar na­dir abi­də­lə­ri ey­bə­cər­ləş­di­rib­lər.

3. Er­mə­ni­lər öz əməl­lə­ri­nin üs­tü­nü ört-bas­dır et­mək üçün dün­ya­ya car çə­kir­lər ki, gu­ya Azər­bay­can plan­lı şə­kil­də Qa­ra­bağ­da er­mə­ni abi­də­lə­ri­ni məhv edib və nə­ti­cə­də Er­mə­nis­tan döv­lə­ti bö­yük xərc he­sa­bı­na əra­zi­nin nə­in­ki er­mə­ni abi­də­lə­ri­ni, elə­cə də di­gər ta­ri­xi abi­də­lə­ri bər­pa et­mə­yə məc­bur olur.

Er­mə­ni­lər de­yir: "Əda­lə­tin bi­zim tə­rə­fi­miz­də olub-ol­ma­ma­sı önəm­li de­yil, biz qa­lib gəl­mə­li­yik. Bu, ye­ga­nə yol­dur! Biz qa­lib gə­lən­də han­sı üsul­lar­dan is­ti­fa­də et­di­yi­mi­zi biz­dən so­ru­şan ol­ma­ya­caq..." Bu fi­kir Hit­le­rin dəs­ti-xət­ti­nə çox bən­zə­yir. Doğ­ru­su, Qri­qo­ri­an kil­sə­si­nin eh­kam­la­rı­na ar­xa­la­nan və hər za­man döv­lət sə­viy­yə­sin­də fəa­liy­yət gös­tə­rən bu qa­tı şo­vi­nizm xalq­la­rı fə­la­kət­lə­rə, mü­ha­ri­bə­lə­rə, qır­ğın­la­ra dü­çar edib, bu gün də dü­çar et­mə­yə da­vam edir.

Azər­bay­can əsr­lər bo­yu bu şo­vi­niz­min hə­də­fi olub, bu gün də onun hə­də­fin­də­dir. Er­mə­ni şo­vi­niz­mi­nin si­ya­sə­ti bö­yük döv­lət­çi­lik şo­vi­niz­mi­dir. Bu, öz rə­qib­lə­ri­ni si­ya­si təz­yiq al­tın­da tut­maq qüd­rə­ti­nə ma­lik ef­fek­tiv bir va­si­tə­dir. Er­mə­ni şo­vi­niz­mi bü­tün za­man­lar­da şan­taj üsul­la­rı­na bağ­lı olub, sir­li si­ya­si bir oyun ki­mi özü­nü bü­ru­zə ve­rib. Er­mə­ni şo­vi­nist­lər öz mən­fur ide­ya­la­rı­nı hə­ya­ta ke­çir­mək üçün ilk növ­bə­də Qri­qo­ri­an kil­sə­si­nin da­xil­də və xa­ric­də fəa­liy­yət gös­tə­rən qüv­və­lə­ri­nə, xa­ri­ci er­mə­ni lob­bi­si­nə və di­as­po­ru­na gü­və­nir­lər. On­lar çir­kin əməl­lə­ri­ni dün­ya ic­ti­ma­iy­yə­tin­dən ya­yın­dır­maq is­tə­yir­lər. Fə­qət nə ta­rix, nə də ic­ti­mai fi­kir er­mə­ni qəsb­kar­la­rı və on­la­rın ha­va­dar­la­rı­nın sax­ta­kar­lı­ğı­nı ört-bas­dır edə bi­lə­cək. Doğ­ru­dur, ta­rix bo­yu tə­ca­vüz­kar və hiy­lə­gər olan er­mə­ni­lər öz­lə­ri­ni məz­lum bir xalq ki­mi qə­lə­mə ve­rə­rək dün­ya ic­ti­ma­iy­yə­ti­nin diq­qə­ti­ni çək­mək is­tə­yib­lər və bə­zən bu­nu ba­ca­rıb­lar. Fə­qət hə­qi­qə­ti giz­lə­mək, pər­də­lə­mək o qə­dər də asan de­yil. Ta­ri­xi mə­lu­mat­lar gös­tə­rir ki, er­mə­ni mil­lə­ti yü­zil­lər bo­yun­ca öz­lə­ri­nə ha­kim olan döv­lət­lər tə­rə­fin­dən si­ya­si, di­ni, iq­ti­sa­di və mə­də­niy­yət təz­yi­qi gö­rüb, əziy­yət­lər içə­ri­sin­də ya­şa­yıb­lar. Bu əziy­yət­lə­rin ba­şın­da tez-tez baş ve­rən məc­bu­ri köç­lər gə­lir. Bu da er­mə­ni­lə­rin iki­üz­lü­lük, sat­qın­lıq, ida­rə­si al­tın­da ol­duq­la­rı döv­lə­tə qar­şı tö­rət­dik­lə­ri xə­ya­nət­lər və on­la­rın bir yer­də yer­lə­şib in­ki­şaf edə bil­mə­mə­lə­rin­dən irə­li gə­lir.

Bu da bir hə­qi­qət­dir ki, er­mə­ni id­dia­la­rı­nın tə­mə­lin­də az­dı­rı­lan bir ta­rix ya­tır. Bu az­dı­rı­lan ta­ri­xin ya­lan ol­ma­sı­nı rəs­mi sə­nəd­lər işı­ğın­da dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq hər bir elm ada­mı­nın bor­cu­dur. Əks təq­dir­də ta­ri­xi ya­lan­lar da­vam et­di­ri­lə­cək. Biz il­lər­dən bə­ri da­vam et­di­ri­lən bu əsl­siz id­dia­lar qar­şı­sın­da əsl gü­nah­kar­la­rın və­tən­da­şı ol­du­ğu döv­lə­tə xə­ya­nət edən er­mə­ni­lər ol­du­ğu­nu və ta­ri­xin ya­lan bil­məz­li­yi­ni dün­ya ic­ti­ma­iy­yə­ti­nə, xü­su­si­lə də er­mə­ni id­dia­la­rı­na dəs­tək ve­rən döv­lət­lə­rə rəs­mi sə­nəd­lər­lə bil­dir­mə­li­yik. Bu da bir hə­qi­qət­dir ki, ar­xiv sə­nəd­lə­ri ta­ri­xi ha­di­sə­lə­rə si­ya­si ba­xım­dan ya­naş­ma­la­rı ara­dan qal­dı­rır, hə­qi­qət­lə­ri ən ob­yek­tiv şə­kil­də əks et­di­rir.

Bu gün er­mə­ni lob­bi­si və di­as­po­ru uy­dur­duq­la­rı sax­ta mə­lu­mat­lar və ya­lan­lar­la öz mil­li var­lıq­la­rı­nı təb­liğ et­mək­də­dir­lər. Hə­lə­lik bun­la­ra bə­zi öl­kə­lər ina­nır. Fə­qət ta­rix bo­yu heç bir döv­lə­tin məq­sə­di er­mə­ni mə­sə­lə­si­ni həll et­mək ol­ma­yıb. Bu da bir hə­qi­qət­dir ki, bü­tün dün­ya ic­ti­ma­iy­yə­ti er­mə­ni­lə­rin kim­li­yi­ni bi­lir və on­la­rı ter­ror­çu bir cə­miy­yət ola­raq qə­bul edir. He­sab edi­rik ki, ol­duq­la­rı yer­lər­də kim­sə­ni öz­lə­rin­dən üs­tün gör­mə­yən er­mə­ni­lər də qey­ri-in­sa­ni dav­ra­nış­la­rı­na, əsil­siz id­dia­la­rı­na gö­rə ta­rix qar­şı­sın­da öz­lə­ri­ni məh­kum et­dik­lə­ri­ni bil­mə­li­dir­lər.

Fazil QARAOĞLU,profesor

Bakı xəbəer.- 2017.- 25 may.- S.12.