Tarixdə iz buraxanlar: Şinasi

Şi­na­si türk ədə­biy­ya­tı­nın Av­ro­pa­da ən çox ta­nı­nan şa­ir və ya­zı­çı­la­rın­dan bi­ri­dir. 1826-cı il av­qust ayı­nın 5-də İs­tan­bul­da ana­dan olub. Əsl adı İb­ra­him Şi­na­si­dir. Ata­sı top­çu yüz­ba­şı Bo­lu­lu Məh­məd Ağa­dır.

Şi­na­si ilk təh­si­li­ni mə­həl­lə mək­tə­bin­də ta­mam­la­dıq­dan son­ra Top­xa­na mü­di­riy­yə­tin­də ma­liy­yə mə­mu­ru olub. Bu mə­mu­riy­yə­ti əs­na­sın­da döv­rün mə­də­niy­yət adam­la­rı ilə ta­nış olub, dil və ədə­bi mə­də­niy­yət möv­zu­la­rı­nı öy­rə­nib, qı­sa bir za­man­da düz­gün mən­zu­mə­lər söy­lə­yə­cək qə­dər ədə­biy­ya­tı­nı in­ki­şaf et­di­rib.

Top­xa­na ya­rı av­ro­pa­lı bir mü­əs­si­sə ola­raq qu­rul­muş­du. Bu­ra­da fran­sız mü­tə­xəs­sis­lər ol­du­ğu ki­mi, fran­sız­ca bi­lən türklər də var idi. Şi­na­si bu­ra­da yük­sək rüt­bə­li döv­lət və mə­də­niy­yət adam­la­rı ilə ta­nış olub, müx­tə­lif möv­zu­lar­da on­lar­dan çox şey­lər öy­rə­nib. Mə­sə­lən o, İb­ra­him bə­yin kö­mə­yi ilə Şərq el­mi-fəl­sə­fi də­yər­lə­ri­ni və mə­də­niy­yə­ti­ni ya­xın­dan mə­nim­sə­yə bi­lib. Şi­na­si ey­ni za­man­da Qərb mə­də­niy­yə­ti­nə də rəğ­bət bəs­lə­yib, xü­su­si­lə fran­sız di­li və ədə­biy­ya­tı­nı öy­rən­mə­yə meyl gös­tə­rib. Bir fran­sız za­bi­ti ona fran­sız di­li­ni öy­rə­dib. Hə­min za­bit son­ra­lar mü­səl­man­lı­ğı qə­bul edib və Tür­ki­yə­də Rə­şad bəy adı ilə ta­nı­nıb. Qeyd edək ki, sa­ray­da mə­sul və­zi­fə­də ça­lı­şan Bö­yük Rə­şid pa­şa­nın da Şi­na­si­nin hə­ya­tın­da mü­hüm ro­lu olub. Şi­na­si Rə­şid pa­şa­dan da­im qay­ğı gö­rüb, ona həsr et­di­yi bir qə­si­də­sin­də Rə­şid pa­şa­ya olan mə­həb­bə­ti­ni özü­nə­məx­sus for­ma­da iz­har edib. Be­lə­cə, za­man keç­dik­cə dil və mə­də­niy­yət ma­ra­ğı sa­yə­sin­də Şərq elmlə­ri ya­nın­da Qər­bə də üz tu­tan Şi­na­si­nin Top­xa­na­da­kı möv­qe­yi və eti­ba­rı yük­sə­lib.

Şi­na­si 24-26 yaş­la­rın­da ikən fran­sız­ca­sı­nı mü­kəm­məl­ləş­dir­mək və oxu­maq üçün Top­xa­na mü­şa­vi­ri Fet­hi pa­şa və Mus­ta­fa Rə­şid pa­şa­nın və­ka­lə­ti və Sul­tan Əb­dül­mə­cid xan­dan alı­nan ira­də ilə 1849-cu il­də iq­ti­sad təh­si­li al­maq üçün Pa­ri­sə ge­dib. Şi­na­si Türk im­pe­ra­tor­lu­ğu­nun Pa­ri­sə gön­dər­di­yi ilk tə­lə­bə­lər­dən idi. O, təx­mi­nən 5 il müd­də­tin­də Fran­sa hə­ya­tı ilə ta­nış olub, Av­ro­pa iq­ti­sa­di və mə­də­ni mo­de­li­nin öl­kə­sin­də tət­bi­qi­nə ma­raq gös­tə­rib. Son­ra­lar ma­liy­yə iş­lə­ri­ni öy­rən­mək üçün rəs­mi gös­tə­riş alan Şi­na­si, təh­sil al­maq­la ya­na­şı, ma­liy­yə na­zir­li­yin­də də iş­lə­mə­yə baş­la­yır. Şi­na­si bu­ra­da həm fran­sız­ca­sı­nı mü­kəm­məl­ləş­di­rir, həm də ma­liy­yə sa­hə­sin­də ça­lı­şa­raq bir müd­dət də Fran­sa Ma­liy­yə Na­zir­li­yin­də təc­rü­bə ke­çir. Bu ara­da məş­hur fran­sız şa­i­ri La­mar­ti­ne ilə dostla­şa­raq onun məc­lis­lə­rin­də iş­ti­rak edir.

1854-cü il­də İs­tan­bu­la dö­nən, di­gər tən­zi­mat­çı gənclər ki­mi döv­lət tə­rə­fin­dən Av­ro­pa­ya təh­si­lə gön­də­ri­lən Şi­na­si də yax­şı bir iq­ti­sad­çı ol­maq­dan zi­ya­də qə­zet­çi, te­atrçı, şa­ir ol­muş­du. Bir müd­dət ye­nə Top­xa­na­da ça­lı­şır. Son­ra Məc­li­si-ma­a­rif azam­lı­ğı­na gə­ti­ri­lən Şi­na­si Av­ro­pa­dan dön­dük­dən son­ra ye­ni üs­lub­da yaz­dı­ğı bə­dii əsər­lə­ri­ni çap et­di­rir, fran­sız­ca­dan tər­cü­mə et­di­yi mən­zum əsər­lər­dən iba­rət bir top­lu­su işıq üzü gö­rür. Bu əsər­lər onun Av­ro­pa ədə­biy­ya­tı­na doğ­ru ilk ad­dı­mı he­sab olu­nur. Rə­şid pa­şa­nın sə­da­rət­dən düş­mə­si­lə ye­ri­nə ke­çən Əli pa­şa tə­rə­fin­dən azad edil­sə də, Rə­şid pa­şa­nın tək­rar və­zi­fə­yə gəl­mə­si­lə köh­nə və­zi­fə­si­nə qay­ta­rı­lır.

Şi­na­si türk cə­miy­yət­lə­rin­də tən­zi­ma­tın ela­nı ilə baş­la­yan qərbləş­mə su­rə­si­nin ən önəm­li ya­zı­çı­la­rın­dan bi­ri olub. Bu da bir hə­qi­qət­dir ki, Şi­na­si türk cə­miy­yə­ti­ni Qərb tər­zin­də şe­ir­lə ta­nış edən və te­atr, mə­qa­lə ki­mi Qərb ədə­bi mo­del­lə­rin ilk nü­mu­nə­lə­ri­ni ve­rən, ye­ni­lik­çi fi­kir­lə­ri və ədə­biy­yat sa­hə­sin­də­ki fə­a­liy­yə­ti­lə öz döv­rü­nün ay­dın­la­rı­na tə­sir edən önəm­li bir şəx­siy­yət olub.

Şi­na­si­ni ən çox hə­vəs­lən­di­rən iş Av­ro­pa­da al­dı­ğı təh­sil və tər­bi­yə ilə Tür­ki­yə­də ilk xü­su­si qə­ze­ti çı­xar­maq idi. Qa­yə­si bu­ra­da xal­qa xalq di­li ilə xi­tab et­mək, on­la­ra Qər­bin ye­ni­lik­lə­ri­ni və ye­ni fi­kir­lə­ri­ni an­lat­maq idi. Bu məq­səd­lə Şi­na­si 1860-cı il­də "Ter­cü­ma­ni Ah­val" qə­ze­ti­nin nəş­ri­ni təş­kil edir. Bu qə­ze­tin nəşr edil­mə­si­lə türk qə­zet­çi­li­yi və Av­ro­pa türk ədə­biy­ya­tı baş­la­mış ol­du.

Ge­niş xalq küt­lə­si­ni təh­sil­lən­dir­mək üçün qə­ze­ti bir va­si­tə ki­mi gö­rən Şi­na­si ilk türkcə xü­su­si qə­zet olan "Ter­cü­ma­ni Ah­val" qə­ze­ti­ni Ağan bəy­lə bir­lik­də nəşr et­dir­dik­dən son­ra bir mət­bəə qu­rur və "Tas­vir-i Ef­kar" ad­lı qə­ze­ti də nəşr et­dir­mə­yə baş­la­yır.

Şi­na­si ye­ni ədə­biy­ya­tın ki­tab ha­lın­da nəşr olu­nan ilk te­atr əsə­ri "Şa­ir ev­lən­mə­si"ni 1860-cı il­də "Ter­cü­ma­ni Ah­val" qə­ze­tin­də his­sə-his­sə nəşr et­di­rib. La­kin 24-cü sa­yın­dan son­ra bu qə­zet­lə əla­qə­ni kə­sib. Bö­yük hə­vəs­lə ça­lış­dı­ğı bu qə­zet­dən 6 ay son­ra ay­rıl­maq məc­bu­riy­yə­tin­də qa­lıb. 28 iyun 1862-ci il­də öz adı­na çı­xar­dı­ğı qə­ze­ti "Tas­vi­ri Ef­kar" adı ilə nəşr et­di­rib. "Təs­vi­ri Ef­kar" qə­zet­çi­lik sa­hə­sin­də özün­dən əv­vəl­ki "Ter­cü­ma­ni Ah­val"dan da­ha çox iş gö­rüb və bö­yük prob­lem­lə­rə to­xu­nub.

Bu dövrdə "Ruz­na­me-i Ce­ri­de Ha­va­dis" qə­ze­tin­də dil mə­sə­lə­si ilə əla­qə­li ola­raq Şi­na­si­yə qar­şı ya­zı­lan im­za­sız ya­zı­lar önəm­li bir qə­ləm sa­va­şı baş­la­dıb. Baş­qa­la­rı­nın qa­tıl­ma­sı ilə bö­yü­yən və ədə­biy­yat ta­ri­xin­də "Me­se­le-i Meh­bu­se­tü An­ha" ola­raq ke­çən bu mü­ha­si­bə­də "Ruz­na­me"dgki ya­zı­la­rın dil möv­zu­sun­da mü­ha­fi­zə­kar bir və­ziy­yət­də olan Ki­çik Sə­id pa­şa­ya aid ol­du­ğu bi­li­nir. Bu mü­ba­hi­sə Şi­na­si­nin fik­ri və or­ta­ya qoy­du­ğu xü­su­si qay­da­lar ba­xı­mın­dan çox əhə­miy­yət­li­dir. Şi­na­si "Tas­vir-i Ef­kar" qə­ze­ti­nin ti­ra­jı­nı o gü­nə qə­dər heç bir qə­ze­tə nə­sib ol­ma­yan bir şə­kil­də yük­səl­dib 20 mi­nin üzə­ri­nə çı­xa­ran mü­ba­hi­sə­ni 4 ay son­ra kə­sib və qı­sa bir za­man­dan son­ra Pa­ri­sə qa­çıb.

"Tas­vir-i Ef­ka­rı" Na­mık Ka­ma­la bu­ra­xıb Fran­sa­ya qa­çan Şi­na­si­nin bu qa­çı­şı­nın ar­xa­sın­da 1 yan­var 1865-ci il­dən or­ta­ya qo­yu­la­caq Mət­bu­at Ni­zam­na­mə­sin­də ağır şərtlə­rin ol­du­ğu təx­min edi­lir­di.

Şi­na­si Pa­ri­sə qaç­dıq­dan son­ra lü­ğət ça­lış­ma­la­rı­na baş­la­yıb. Xərclə­ri Mus­ta­fa Fa­zıl pa­şa tə­rə­fin­dən qar­şı­la­nıb, Je­an Pi­et­ri va­si­tə­si­lə Na­mik Ka­mal ilə əla­qə sax­la­yıb. An­caq Na­mik Ka­mal və di­gər ye­ni Os­man­lı­lar Pa­ri­sə get­dik­lə­rin­də on­lar­dan uzaq du­rar, öz ça­lış­ma­la­rı­na da­vam edər­di.

Şi­na­si bu fə­a­liy­yət­lə­ri­lə ət­ra­fı­na top­la­dı­ğı gənclə­rə Av­ro­pa­da­kı si­ya­si fi­kir­lə­rin və Qərb mə­də­niy­yə­ti­nin təb­li­ği­ni edir­di. Ey­ni za­man­da av­ro­pa­lı­lar tə­rə­fin­dən dəs­tək­lə­nən İx­ti­lal­çı Ye­ni Os­man­lı­lar Cə­miy­yə­ti­nin rə­i­si sa­yı­la­caq qə­dər bu cə­miy­yə­tin si­ya­si fi­kir­lə­ri üzə­rin­də tə­sir­li olur­du. Bu və baş­qa sə­bəb­lər­lə Məc­li­si-ma­a­rif azad­lı­ğın­dan ikin­ci də­fə qo­vu­lur və "Tas­vi­ri Ef­ka­rı" Na­mik Ka­ma­la bu­ra­xa­raq ye­nə də Pa­ri­sə ge­dir. Şi­na­si şah­za­də Fa­zıl Mus­ta­fa pa­şa­nın yar­dı­mı ilə ikin­ci də­fə Pa­ri­sə yer­lə­şir. Onun Pa­ris­də qal­dı­ğı bu ikin­ci dövrdə vax­tı­nın ço­xu­nu bö­yük bir türk lü­ğə­ti ha­zır­la­maq­da ke­çir­di­yi mə­lum­dur. Onu da qeyd edək ki, Na­mik Ka­ma­lın Pa­ri­sə get­mə­sin­dən son­ra "Təs­vi­ri Ef­kar" qə­ze­ti­ni Ri­ca­i­za­də Ək­rəm çap et­di­rib.

Sol­tan Əb­dü­lə­zi­zin 1867-ci il­də Pa­ri­sə gə­li­şi za­ma­nı Şi­na­si­nin dos­tu və hi­ma­yə­da­rı Fu­ad pa­şa onun­la gö­rü­şür və Şi­na­si­ni Tür­ki­yə­yə ge­ri dön­mə­yə ra­zı sa­lır. Pad­şa­ha rə­fa­qət edən Fu­ad pa­şa ilə gö­rü­şüb İs­tan­bu­la dön­mə­si ba­rə­də söz ve­rən Şi­na­si pad­şa­hın əta­ra­fın­da­kı­lar­la bə­ra­bər Peş­te­ye ge­dir. Pad­şa­hın ay­rıl­ma­sı­nın ar­dın­dan ora­da bir müd­dət qa­lıb Ma­car dil alim­lə­ri və şərqşü­nas­lar­la gö­rü­şür. 24 sentyabr 1867-ci il­də Kös­ten­ce yo­lu ilə İs­tan­bu­la dö­nən Mus­ta­fa Fa­zıl pa­şa­nın Peş­te­dən onu da alıb İs­tan­bu­la gə­tir­di­yi bəl­li­dir. Sa­də­cə bir ne­çə ay İs­tan­bul­da qa­lan Şi­na­si qı­sa bir za­man­dan son­ra tək­rar Pa­ri­sə dö­nür. Bu­ra­da qal­dı­ğı iki ilə ya­xın bir za­man­da Fran­sa­nın Mil­li ki­tab­xa­na­sın­da Os­man­lı lü­ğə­ti üçün ça­lı­şır. Har­da­sa hə­ya­tı­nın tək məq­sə­di ha­lı­na gə­lən bu əsər "t" hər­fi­nə qə­dər ha­zır­la­nır. Am­ma bu ça­lış­ma­la­rın gü­nü­mü­zə qə­dər heç bir par­ça­sı ələ keç­mə­yib.

Şi­na­si 1869-cu il­dən son­ra mət­bəə iş­lə­ri­lə məş­ğul olub. "Mün­te­he­ba­ti Eşar" və "Du­ru­bi Em­sa­li Os­ma­ni­ye" əsər­lə­ri­ni ikin­ci də­fə nəşr et­di­rib. Hə­yat yol­da­şın­dan ay­rıl­dıq­dan son­ra uşa­ğı ilə yal­nız qal­ma­nın qüs­sə­si onu xəs­tə­lən­di­rib. O, lü­ğət ça­lış­ma­sı­nı ta­mam­la­maq üçün çox ça­lı­şıb, fə­qət bu çox mü­hüm işi­ni ta­mam­la­ma­dan 1871-ci il sentyabr ayı­nın 12-də və­fat edib.

Şi­na­si­nin və­fa­tın­dan son­ra Ebüz­zi­ya Tev­fik, "Mun­ta­ha­bat-ı Tas­vir Ef­kar" ad­lı ki­ta­bı ha­zır­la­nır. Ye­nə Ebüz­zi­ya Tev­fik tə­rə­fin­dən ey­ni ad­la 1894-cü il­də nəşr edi­lən baş­qa bir ki­tab­da isə Şi­na­si­nin "Tas­vi­ki Ef­kar"da çı­xan bə­zi mə­qa­lə­lə­ri bir ye­rə top­la­nıb.

Fran­sız ədə­biy­ya­tı­nın ədə­biy­ya­tı­mı­za tə­si­ri Şi­na­si ilə baş­la­yıb. Bu tə­sir əv­vəl tər­cü­mə şək­lin­də olub, da­ha son­ra onun şe­ir­lə­rin­də özü­nü gös­tə­rib.

Şe­ir­lə­ri "Mün­te­he­ba­ti Eşar" adı al­tın­da ya­yım­la­nıb. O, beş qə­si­də ya­zıb. Bun­lar da­im onu qo­ru­yan və ona qay­ğı gös­tə­rən məş­hur Mus­ta­fa Rə­şid pa­şa­nın şə­rə­fi­nə ya­zı­lıb. Bu ta­ri­xi in­sa­nı­mız qə­si­də­lə­rin­də öy­mə­yə və tə­ri­fə öl­çü­lü dav­ra­nıb və ger­çək xü­su­siy­yət­lə­rə bağ­lı qa­lıb, əda­lət, haqq, hü­quq, qa­nun və mə­də­niy­yət ki­mi so­si­al an­la­yış­la­rı şe­ir­lə­rin­də is­ti­fa­də edib. Sa­də və açıq üs­lub­dan is­ti­fa­də edə­rək li­rizm axı­şı­na uy­ğun tərzdə qə­zəl­lər ya­zıb. Ye­nə şe­ir sa­hə­sin­də fran­sız­ca­dan et­di­yi tər­cü­mə­lər və La Fon­te­nin fabl tər­zi yaz­dı­ğı mən­zum he­ka­yə­lə­ri var­dır.

Şi­na­si əsər­lə­rin­də di­lə ar­tıq də­rə­cə­də əhə­miy­yət ve­rib, uzun və çə­tin an­la­şı­lan cüm­lə ye­ri­nə qı­sa, açıq və dü­şün­cə yö­nün­dən qüv­vət­li cüm­lə­dən is­ti­fa­də edib. Nəsrlə­ri­nin ən çox se­vi­lən nü­mu­nə­lə­ri mə­qa­lə­lə­ri­lə dram­la­rı­dır. Dram­la­rın­da türkcə­də ilk də­fə nöq­tə­lə­mə işa­rət­lə­rin­dən is­ti­fa­də edib.  

Şi­na­si­nin mü­əy­yən yön­lə­ri qə­zet­çi­lik və te­atrçı­lıq olub. O, qə­ze­ti cə­miy­yə­tə mə­lu­mat ve­rə­rək onu ay­dın­la­dan bir va­si­tə ola­raq qə­bul edər­di. Te­at­ra da çox bö­yük əhə­miy­yət ve­rən Şi­na­si ilk te­atr töh­fə­si­ni 1859-cu il­də "Şa­ir ev­lən­mə­si" adı ilə Av­ro­pa zöv­qü­nün tə­si­ri al­tın­da ve­rib. Ha­di­sə yer­li və re­a­listdir. Qı­sa­sı, Şi­na­si ya­şa­dı­ğı cə­miy­yə­tin inam, ya­şa­yış, mə­də­niy­yət və ənə­nə­lə­ri­ni, kö­kün­dən ol­ma­sa be­lə, də­yiş­di­rə­rək Qər­bin ya­şa­yış, mə­də­niy­yət və ənə­nə­lə­ri­nə uy­ğun­laş­dır­maq üçün sə­nət ide­o­lo­gi­ya­sı uğ­run­da is­ti­fa­də edib. Bu cə­hə­ti ilə Şi­na­si şüb­hə­çi, qə­rar­sız və Qərb sev­gi­si komplek­si­nə qa­pı­lıb. Di­nə say­ğı­lı gö­rün­mək­lə bir­lik­də, mü­da­fiə et­di­yi fi­kir və ye­ni­lik­lə­rin zi­ya­də­li­yi, hət­ta di­ni ya­şa­yış və hökmlə­rə tərs düş­mə­si pis qar­şı­la­nıb. Si­ya­si və ide­o­lo­ji fə­a­liy­yət­lə­ri­lə Os­man­lı döv­lə­ti­nin çö­kü­şün­də ağır mə­su­liy­yət sa­hi­bi olan­lar­dan­dır.

Bu ta­ri­xi türk öv­la­dı­nı rəh­mət­lə yad edi­rik.

 Fazil QARAOĞLU professor

Bakı xəbər.- 2017.- 7-9  yanvar.- S.13