Azərbaycan muzeylərinin milli mədəniyyətimizin təbliği istiqamətində gördü işlər...

Azər­bay­can mə­də­niy­yə­ti dün­ya­nın ən qə­dim mə­də­niy­yət­lə­rin­dən bi­ri­dir. Mil­li mə­də­niy­yə­ti­miz de­yən­də yad­da­şı­mız­da çe­şid­li sa­hə­lər can­la­nır. Mə­də­niy­yə­ti­mi­zin müx­tə­lif qol­la­rı xal­qı­mız haq­qın­da ge­niş tə­səv­vür ya­ra­dır. Azər­bay­can döv­lə­ti, elə­cə də Hey­dər Əli­yev Fon­du ta­ri­xi­mi­zin və mə­də­niy­yə­ti­mi­zin təb­li­ği na­mi­nə bö­yük iş­lər gö­rür. Bu iş­lə­rin san­ba­lı, tu­tu­mu o qə­dər ağır­dır ki, onu heç nə ilə mü­qa­yi­sə et­mək ol­maz.

Bu gün Azər­bay­can­da ta­ri­xi­mi­zin və mə­də­niy­yə­ti­mi­zin təb­li­ğin­də mu­zey­lər müs­təs­na ro­la ma­lik­dir. Mu­zey­lə­ri­miz xal­qı­mı­zın mə­də­niy­yət nü­mu­nə­lə­ri­ni ol­duq­ca yük­sək sə­viy­yə­də qo­ru­yur, təb­liğ edir. Mu­zey­lə­rə döv­lə­ti­miz ol­duq­ca bö­yük qay­ğı bəs­lə­yir, on­la­rın mü­a­sir sə­viy­yə­də for­ma­laş­ma­sı üçün dəs­tək gös­tə­rir. Ha­zır­da öl­kə­miz­də fə­a­liy­yət gös­tə­rən mu­zey­lə­rin bö­yük his­sə­si əsas­lı şə­kil­də tə­mir edi­lib, ye­ni in­ver­tar­lar­la, təh­lü­kə­siz­lik sis­te­mi ilə təc­hiz olu­nub. Mu­zey­lər Azər­bay­can mə­də­niy­yə­ti­ni həm əya­ni, həm də vir­tu­al şə­kil­də təb­liğ et­mək gü­cü­nə ma­lik­dir.

Mü­tə­xəs­sis­lər qeyd edir ki, mü­a­sir dövrdə mu­zey­lə­rin so­si­al-mə­də­ni ro­lu­nun əhə­miy­yət­li də­rə­cə­də artma­sı on­la­rı bey­nəl­xalq aləm­də mə­də­ni pro­ses­lə­rin fə­al iş­ti­rak­çı­sı­na çe­vi­rib. Alim­lə­rin vur­ğu­la­dı­ğı­na gö­rə, Bu gün mu­zey­lər qlo­bal­laş­ma­nın ne­qa­tiv tə­si­ri­nə mü­qa­vi­mət gös­tə­rən, keç­miş­lə bağ­lı hə­qi­qət­lə­ri özün­də tə­cəs­süm et­di­rən, mə­də­ni ir­si qo­ru­yan mə­bəd sa­yı­lır.

Ta­rix üz­rə elmlər dok­to­ru Nər­giz Əli­ye­va mət­bu­a­ta bil­di­rib ki, Azər­bay­can­da mu­zey işi qə­dim­dən baş­la­ya­raq özü­nə­məx­sus yol ke­çib. O qeyd edib ki, Azər­bay­can hökmdar­la­rı­nın sa­ray­la­rın­da, mə­bəd­lər­də, həm­çi­nin di­gər ti­ki­li­lər­də mil­li mə­də­niy­yət ta­ri­xi­nin ən müx­tə­lif dövrlə­ri­nə aid qiy­mət­li əş­ya­lar və sə­nət nü­mu­nə­lə­ri mü­ha­fi­zə edi­lib: "Ta­ri­xi və bə­dii əhə­miy­yət da­şı­yan ekspo­nat­la­rın mü­hüm bir his­sə­si son­ra­kı dövrlər­də əsas eti­ba­ri­lə şəx­si kol­lek­si­ya­lar­da top­lan­mış­dır. Ey­ni za­man­da ta­ri­xən re­gi­on­da baş ver­miş ge­o­si­ya­si pro­ses­lər nə­ti­cə­sin­də Azər­bay­can mə­də­niy­yə­ti­nin, el­mi­nin, in­cə­sə­nə­ti­nin uni­kal nü­mu­nə­lə­ri yük­sək es­te­tik də­yə­rə ma­lik əsl sə­nət mö­cü­zə­lə­ri ki­mi dün­ya­nın ən məş­hur mu­zey­lə­ri­nin da­i­mi ekspo­nat­la­rı ara­sın­da yer alıb.

Tə­əs­süf ki, öl­kə əra­zi­sin­də­ki mil­li-mə­də­ni sər­vət­lə­rin bir qis­mi ta­rix bo­yu mü­ha­ri­bə­lər, zəl­zə­lə­lər və di­gər tə­bii fə­la­kət­lər nə­ti­cə­sin­də məhv olub. So­vet döv­rü rep­res­si­ya­la­rı za­ma­nı isə on­la­rın bir ço­xu, o cüm­lə­dən di­ni abi­də­lər - məs­cid və kil­sə­lər "köh­nə­li­yin qa­lıq­la­rı" sa­yı­la­raq da­ğı­dıl­mış, hət­ta üs­tün­də ərəb ya­zı­sı olan xal­ça­lar be­lə is­lam di­ni ilə əla­qə­lən­di­ri­lə­rək yan­dı­rı­lıb. Nə­ha­yət, onu da tə­əs­süf­lə qeyd et­mək la­zım­dır ki, mil­li müs­tə­qil­li­yin bər­pa­sın­dan son­ra­kı ilk il­lər­də Er­mə­nis­ta­nın iş­ğa­lı­na mə­ruz qal­mış əra­zi­lər­də­ki ta­rix-me­mar­lıq abi­də­lə­ri, xa­ti­rə-me­mo­ri­al komplekslə­ri və mu­zey-qo­ruq­lar da­ğı­dıl­mış, fondlar­da mü­ha­fi­zə olu­nan qiy­mət­li ekspo­nat­lar və sə­nət ya­di­gar­la­rı bü­tün­lük­lə qa­rət edi­lib.

Xal­qı­mı­zın keç­di­yi ta­ri­xi yo­lu can­lı də­lil-sü­but­lar­la əks et­di­rən bir çox qə­dim ekspo­nat və ma­te­ri­al­lar bu gün Mil­li Azər­bay­can Ta­ri­xi Mu­ze­yi­nin ekspo­zi­si­ya­sı və fondla­rın­da qo­ru­nub sax­la­nır. Mu­zey öz ekspo­zi­si­ya­sı ilə xal­qın ta­ri­xi yad­da­şı­nın möh­kəm­lən­mə­si­nə kö­mək edir, onun ta­ri­xi keç­mi­şi­ni, döv­lət­çi­lik ənə­nə­lə­ri­ni, mə­də­niy­yə­ti­ni təb­liğ edir.

Mu­zey 1920-ci il oktyab­rın 25-də Azər­bay­can SSR Döv­lət Mu­ze­yi adı iləə baş­la­mış, 1921-ci ilin ma­yın­da ilk ta­ma­şa­çı­la­rı­nı qə­bul et­miş­dir. İlk vaxtlar mu­zey­də ta­rix, ar­xe­o­lo­gi­ya və et­noq­ra­fi­ya, bo­ta­ni­ka və zo­o­lo­gi­ya, mi­ne­ra­lo­gi­ya və ge­o­lo­gi­ya, təs­vi­ri in­cə­sə­nət və bə­dii sə­nət, xalq təh­si­li, kö­mək­çi təd­ris mü­əs­si­sə­lə­ri şö­bə­lə­ri, elə­cə də doğ­ma di­ya­rın təd­qi­qi cə­miy­yə­ti və qə­dim abi­də­lə­rin mü­ha­fi­zə­si ko­mis­si­ya­sı fə­a­liy­yət gös­tə­rir­di. Azər­bay­can Döv­lət Mu­ze­yi­nin 1925-ci il­də təs­diq edil­miş əsas­na­mə­si­nə uy­ğun ola­raq, mu­ze­yin struk­tu­run­da edi­lən də­yi­şik­lik nə­ti­cə­sin­də ta­rix-et­noq­ra­fi­ya, in­cə­sə­nət, bi­o­lo­gi­ya, ge­o­lo­gi­ya şö­bə­lə­ri və döv­rə gö­rə çox zən­gin ki­tab­xa­na fə­a­liy­yə­ti­ni da­vam et­dir­di.

1923-cü il­də mu­ze­yə di­rek­tor tə­yin edil­miş Da­vud Şə­ri­fo­vun sə­yi ilə Moskva, Sankt-Pe­ter­burq və Tif­lis­dən Azər­bay­ca­na aid bir sı­ra ekspo­nat­lar, o cüm­lə­dən xan­lıq­la­rın bay­raq­la­rı, si­lah­lar, rəsm əsər­lə­ri və s. mu­ze­yə qay­ta­rıl­dı. Ye­ri gəl­miş­kən, bu il ana­dan ol­ma­sı­nın 130 il­li­yi­ni qeyd et­di­yi­miz Da­vud Şə­ri­fo­vun Ta­rix Mu­ze­yi­nin in­ki­şa­fın­da bö­yük ro­lu ol­muş­dur. Onun mu­ze­yə rəh­bər­lik et­di­yi 1923-1928-ci il­lər Azər­bay­can­da mu­zey­şü­nas­lı­ğın in­ki­şaf döv­rü idi. 1928-ci il­də D.Şə­ri­fo­vun di­rek­tor və­zi­fə­sin­dən uzaq­laş­dı­rıl­ma­sı mu­ze­yə bö­yük zi­yan vur­du. Mu­ze­yin ye­ni tə­yin olun­muş er­mə­ni di­rek­to­ru bir sı­ra qiy­mət­li ekspo­nat­la­rın Moskva­da açıl­mış İn­qi­lab mu­ze­yi­nə gön­də­ril­mə­si ba­rə­də sə­rən­cam ver­miş­di. Həm­çi­nin qeyd et­mək la­zım­dır ki, 1930-cu il­lə­rin so­nu - 1940-cı il­lə­rin əv­vəl­lə­rin­də baş ver­miş küt­lə­vi rep­res­si­ya və mü­ha­ri­bə alim­lə­rin və mu­zey iş­çi­lə­ri­nin sı­ra­la­rı­nı sey­rəltdi. 1945-ci il­də Azər­bay­can SSR EA-nın ya­ra­dıl­ma­sı ilə əla­qə­dar Azər­bay­can Ta­ri­xi Mu­ze­yi aka­de­mi­ya­nın ic­ti­mai elmlər böl­mə­si­nin tər­ki­bin­də el­mi-təd­qi­qat ida­rə­si ki­mi fə­a­liy­yə­tə baş­la­dı".

Alim vur­ğu­la­yıb ki, mu­zey­də el­mi ekspo­zi­si­ya şö­bə­si, el­mi fond şö­bə­lə­ri, fond və bər­pa la­bo­ra­to­ri­ya­sı fə­a­liy­yət gös­tə­rir. Onun qeyd et­di­yi­nə gö­rə, mu­ze­yin zən­gin kol­lek­si­ya­sı müx­tə­lif il­lər­də nəşr edil­miş ka­ta­loq, al­bom, ki­tab-al­bom, buk­let və mə­qa­lə­lə­rin əsa­sı­nı təş­kil edir. Mu­ze­yin əmək­daş­la­rı Fran­sa, Bri­ta­ni­ya, Ru­si­ya, İran, Al­ma­ni­ya, Pol­şa, Yu­qos­la­vi­ya, Bol­qa­rıs­tan və di­gər öl­kə­lər­də mü­ha­zi­rə­lər­lə çı­xış edib­lər: "Mu­zey in­di də bir sı­ra xa­ri­ci öl­kə­lər­lə əmək­daş­lı­ğı da­vam et­di­rir. Mu­ze­yin alim­lə­ri Tür­ki­yə, ABŞ, Ru­si­ya, Hin­dis­tan, Qa­za­xıs­tan, Pol­şa, Nor­veç, İta­li­ya, Bri­ta­ni­ya, Be­la­rus, Gür­cüs­tan, Bos­ni­ya, Uk­ray­na və di­gər öl­kə­lər­də ke­çi­ri­lən sim­po­zi­um və konfranslar­da uğur­la çı­xış edir­lər.

Azər­bay­can mə­də­niy­yə­ti­nin təb­li­ğin­də mu­ze­yin təş­kil et­di­yi sər­gi­lə­rin bö­yük ro­lu var. Bü­tün fə­a­liy­yə­ti ər­zin­də Azər­bay­can Ta­ri­xi Mu­ze­yi dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ke­çi­ri­lən sər­gi­lə­rin iş­ti­rak­çı­sı ol­muş­dur. Bu gün də mu­ze­yin əmək­daş­la­rı Azər­bay­ca­nın zən­gin mə­də­niy­yə­ti­nin xa­ric­də ta­nı­dıl­ma­sı işin­də bö­yük səy gös­tə­rir. Elə bu ya­xın­lar­da, no­yab­rın 27-də Mil­li Azər­bay­can Ta­ri­xi Mu­ze­yi­nin Pra­qa­da Çe­xi­ya Mil­li Mu­ze­yi­nin tər­kib his­sə­si olan Naprstek mu­ze­yi­nin bi­na­sın­da təş­kil et­di­yi "Azər­bay­can - mö­cü­zə­li Od­lar yur­du" sər­gi­si­nin tən­tə­nə­li açı­lı­şı olub. Sər­gi­də Azər­bay­ca­nın ta­rix və mə­də­niy­yə­ti­ni əya­ni ola­raq əks et­di­rən 300 ekspo­nat təq­dim olu­nub. Çox­lu ta­ma­şa­çı­nın gəl­di­yi sər­gi ma­a­rif­lən­di­ri­ci təd­bir­lər­lə mü­şa­yi­ət olu­nub".

Mü­tə­xəs­sis qeyd edir ki, Mil­li Azər­bay­can Ta­ri­xi Mu­ze­yi öl­kə­nin zən­gin mə­də­ni ir­si­nin qo­run­ma­sı və təb­li­ği ilə bə­ra­bər, xa­ri­ci öl­kə­lər­lə əla­qə­lə­ri­nin in­ki­şa­fı­na xü­su­si diq­qət ye­ti­rir. "Mil­li Azər­bay­can Ta­ri­xi Mu­ze­yi­nin hə­diy­yə­lər kol­lek­si­ya­sı" sər­gi­si­nin ke­çi­ril­mə­si və ey­ni­ad­lı ka­ta­lo­qun nəş­ri buə xid­mət edir. 2014-cü il ma­yın 16-da mu­zey­də "Dost el­lə­rin hə­diy­yə­lə­ri" sər­gi­si açı­lıb. Sər­gi­də Azər­bay­ca­nın gör­kəm­li şəx­siy­yət­lə­ri­nə məx­sus xa­ti­rə əş­ya­la­rı, Azər­bay­can Res­pub­li­ka­sı­na, onun müx­tə­lif təş­ki­lat­la­rı­na və gör­kəm­li xa­dim­lə­ri­nə həm xa­ri­ci öl­kə­lər tə­rə­fin­dən, həm də res­pub­li­ka da­xi­lin­də ve­ril­miş hə­diy­yə­lər - 74 öl­kə və böl­gə­ni təm­sil edən 600-dən ar­tıq na­dir ekspo­nat nü­ma­yiş olu­nub.

N.Əli­ye­va­nın qeyd et­di­yi­nə gö­rə, 2008-ci il­də Mil­li Azər­bay­can Ta­ri­xi Mu­ze­yi­nin rəs­mi in­ter­net say­tı ya­ra­dı­lıb. Onun bil­dir­di­yi­nə gö­rə, o vaxtdan bə­ri sayt xey­li təc­rü­bə qa­za­nıb və ha­zır­da öl­kə­nin ən yax­şı saytla­rın­dan bi­ri­dir. Mu­zey sayt va­si­tə­si­lə mu­zey­şü­nas­lıq işi­nin in­ki­şa­fı na­mi­nə yer­li və xa­ri­ci öl­kə mu­zey­lə­ri ilə sıx əla­qə­lər qu­rur. Ey­ni za­man­da 2008-ci il­dən eti­ba­rən mu­zey əmək­daş­la­rı­nın ekspo­nat­la­rın öy­rə­nil­mə­si ilə bağ­lı nəşr olun­muş əsər­lə­ri­nin elektron va­ri­antla­rı rəs­mi saytda yer­ləş­di­ri­lib.

Mə­lum­dur ki, ilk ola­raq Azər­bay­can mə­də­niy­yə­ti­nin təb­li­ği işi­nə öl­kə da­xi­lin­də baş­la­nıb. Bi­li­rik ki, Azər­bay­can mu­zey­lə­ri öz zən­gin­li­yi ilə Azər­bay­ca­na gə­lən min­lər­lə  tu­ris­tin ma­ra­ğı­nı çə­kir. On­lar mə­də­niy­yə­ti­mi­zin təb­li­ği sa­hə­sin­də müs­təs­na rol oy­na­yır. Tu­ristlə­rin öl­kə­mi­zin mə­də­niy­yə­ti ba­rə­də fi­kir­lə­ri elə on­la­rın va­si­tə­si­lə sü­rət­lə ya­yı­lır. Xü­su­si­lə be­lə adam­lar jur­na­listdir­sə, elm, mə­də­niy­yət, in­cə­sə­nət sa­hə­lə­ri­nin nü­ma­yən­də­lə­ri­dir­sə, bu, təb­li­ğat işin­də da­ha mü­hüm rol oy­na­yır. Ekspertlər qeyd edir ki, öl­kə da­xi­lin­də mə­də­niy­yə­tin sə­viy­yə­si qal­xıb, bu da onun xa­ric­də uğur­la təb­li­ği­nə şə­ra­it ya­ra­dır. Azər­bay­ca­nın mə­də­niy­yət po­ten­si­a­lı­nın bir his­sə­si­nin mu­zey­lər­də ya­şa­dı­ğı­nı de­yən alim­lər bil­di­rir ki, əc­nə­bi­lər öl­kə­mi­zin mə­də­niy­yə­ti haq­qın­da ge­niş tə­səv­vü­rə ma­lik­dir. Se­vin­di­ri­ci hal­dır ki, mə­də­niy­yə­ti­mi­zin təb­li­ği üçün müx­tə­lif proq­ram­lar ha­zır­la­nıb təq­dim edi­lir. Mü­tə­xəs­sis­lər vur­ğu­la­yır ki, Azər­bay­can mə­də­niy­yət si­ya­sə­ti­nin əsas məq­sə­di bö­yük po­ten­si­al­lı mə­də­niy­yə­ti­mi­zi mü­a­sir el­min kö­mə­yi ilə da­ha çox­şa­xə­li şə­kil­də üzə çı­xa­rıb dün­ya­da təb­liğ et­mək­dir.  Mə­də­niy­yə­ti­miz ba­rə­də xa­ri­ci öl­kə­lər­də ge­niş təb­li­ğat iş­lə­ri apa­rı­lır və bu­nun üçün fə­al bir şə­bə­kə ya­ra­dı­lıb, di­as­por da buə dəs­tək olur.

Bu gün Azər­bay­can mə­də­niy­yə­ti­nin na­dir in­ci­lə­ri­nin sax­lan­dı­ğı mu­zey­lər­də mə­i­şə­ti­mi­zi, hə­ya­tı­mı­zı, ge­yim mə­də­niy­yə­ti­mi­zi əks et­di­rən say­sız sər­gi nü­ma­yiş olu­nur. Bu­ra­da müx­tə­lif dövrlə­rə aid olan ekspo­nat­lar xal­qı­mız, döv­lə­ti­miz, ta­ri­xi şəx­siy­yət­lə­ri­miz haq­qın­da ge­niş tə­səv­vür ya­ra­da bi­lir. Mu­zey­lər xal­qı­mı­zın mə­də­niy­yət fon­du­dur və bu fond bu gü­nü­mü­zün və sa­ba­hı­mı­zın da­ya­ğı­dır.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 7-9  yanvar.- S.15