İs­lam həm­rəy­li­yi­nin re­al­laş­ma­sın­da Azər­bay­can döv­lə­ti­nin ta­ri­xi əhə­miy­yət­li ro­lu...

Azər­bay­can is­lam mə­də­niy­yə­ti­nin ta­ri­xən in­ki­şaf et­di­yi, özü­nü təs­diq­lə­di­yi öl­kə­lər­dən­dir. Mü­ba­li­ğə­siz de­yə bi­lə­rik ki, za­man-za­man Azər­bay­can cə­miy­yə­ti, ic­ti­ma­iy­yə­ti və döv­lə­ti is­lam di­ni­nin tə­mər­küz­ləş­mə­si­nə, nü­fuz da­i­rə­si­nin ge­niş­lən­mə­si­nə bö­yük ma­raq gös­tə­rib.

Öl­kə­miz ta­ri­xən is­la­mın da­ya­ğı olub. Nə­in­ki is­la­mın, hət­ta sağ­lam tə­ma­yül­lü qey­ri-is­lam din­lə­ri­nin də öl­kə­miz­də in­ki­şa­fı diq­qət­dən qaç­mır. De­mək is­tə­yi­rik ki, is­lam qey­ri-din­lə­ri in­kar et­mə­yib, ək­si­nə, on­la­ra da­yaq olub. Əs­lin­də, is­la­mın kö­kün­də, ma­hiy­yə­tin­də ba­rış, sülh, əmi­na­man­lıq məf­hu­mu da­ya­nır. İs­lam xey­rin için­dən do­ğu­lan din­dir və mə­ra­mı şəf­qət, yax­şı­lıq, dö­züm­lü­lük, qar­daş­lıq və s. ki­mi də­yər­lə­ri əməl­də əks et­dir­mək, gös­tər­mək­dir.  

2016-cı il Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin Sə­rən­ca­mı ilə "Mul­ti­kul­tu­ra­lizm ili" elan edil­di və bu sa­hə­də ol­duq­ca möh­tə­şəm yer­li və bey­nəl­xalq təd­bir­lər hə­ya­ta ke­çi­ril­di. Ke­çən il bu möv­zu­da ki­fa­yət qə­dər ya­zı­la­rı­mız ol­du və oxu­cu­la­rı­mız bu ya­zı­lar­la ya­xın­dan ta­nış­dır. 

Azər­bay­can döv­lə­ti­nin yü­rüt­dü­yü mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti cə­miy­yət­də yük­sək əh­val­la qar­şı­lan­dı.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 10 yan­var 2017-ci il ta­rix­li Sə­rən­ca­mı ilə 2017-ci il Azər­bay­can Res­pub­li­ka­sın­da "İs­lam Həm­rəy­li­yi İli" elan edi­lib. Sə­nəd­də qeyd edi­lir: "Azər­bay­can uzun əsrlər­dən bə­ri is­lam si­vi­li­za­si­ya­sı­nın əsas mər­kəz­lə­rin­dən bi­ri ol­muş­dur. O, is­lam di­ni­nin ya­yıl­ma­sın­da və ey­ni za­man­da mü­səl­man in­ti­ba­hı­nın bər­qə­rar ol­ma­sın­da mü­hüm rol oy­na­mış­dır. Bü­tün bun­lar Azər­bay­can əra­zi­sin­də ilk vaxtlar­dan is­lam di­ni­nin mad­di və qey­ri-mad­di ir­si­nin for­ma­laş­ma­sı­na zə­min ya­rat­mış­dır. 743-cü il­də ti­ki­lən Şa­ma­xı Cü­mə Məs­ci­di və öl­kə­mi­zin mu­zey­lə­rin­də sax­la­nan qə­dim əl­yaz­ma­lar bu­nun ba­riz nü­mu­nə­si­dir.

Din­lə bağ­lı sərt qa­da­ğa­la­rın möv­cud ol­du­ğu so­vet döv­rü Azər­bay­can­da cə­mi 17 məs­cid fə­a­liy­yət gös­tər­di­yi hal­da, ha­zır­da on­la­rın sa­yı 2000-i ötüb keç­miş­dir. Hə­min məs­cid­lə­rin 300-dən ço­xu ta­ri­xi-mə­də­ni abi­də ki­mi qo­ru­nur. Azər­bay­can döv­lə­ti­nin is­lam di­ni də­yər­lə­ri­nə qay­ğı­sı sa­yə­sin­də son il­lər ər­zin­də is­lam mə­də­niy­yə­ti­nin qiy­mət­li abi­də­lə­rin­dən Bi­bi­hey­bət, Tə­zə­pir, Əj­dər­bəy, Şa­ma­xı Cü­mə məs­cid­lə­ri və Gən­cə şə­hə­rin­də­ki "İmam­za­də" komplek­si əsas­lı şə­kil­də ye­ni­dən qu­ru­la­raq tə­mir olun­muş, öl­kə­mi­zin pay­tax­tın­da Cə­nu­bi Qaf­qa­zın ən möh­tə­şəm mə­bə­di - Hey­dər məs­ci­di in­şa edil­miş­dir.

Azər­bay­can Res­pub­li­ka­sı İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­nın, İSES­CO-nun, həm­çi­nin mü­səl­man öl­kə­lə­ri­ni bir­ləş­di­rən di­gər mö­tə­bər qu­rum­la­rın üz­vü se­çi­lə­rək is­lam alə­mi ilə qar­şı­lıq­lı fay­da­lı mü­na­si­bət­lər qur­muş, qlo­bal əhə­miy­yət­li bir sı­ra mü­hüm mə­də­ni fo­rum­la­rın təş­ki­lat­çı­sı ki­mi çı­xış et­miş­dir.

Azər­bay­can to­le­rantlıq mü­hi­ti­nin tə­şək­kül tap­ma­sı­na, mul­ti­kul­tu­ra­liz­min, mə­də­niy­yət­lə­ra­ra­sı və si­vi­li­za­si­ya­la­ra­ra­sı di­a­lo­qun qu­rul­ma­sı­na, is­lam də­yər­lə­ri­nin dün­ya­da təb­li­ği­nə bö­yük töh­fə­lər ver­miş­dir. Azər­bay­ca­nın is­lam alə­min­də qa­zan­dı­ğı nü­fuz 2009-cu il­də Ba­kı və 2018-ci il­də Nax­çı­van şə­hər­lə­ri­nin is­lam mə­də­niy­yə­ti­nin pay­tax­tı elan olun­ma­sın­da öz ifa­də­si­ni tap­mış­dır. IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın 2017-ci il­də Ba­kı şə­hə­rin­də ke­çi­ril­mə­si ilə bağ­lı qə­rar isə öl­kə­mi­zin is­lam həm­rəy­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si sa­hə­sin­də növ­bə­ti əmə­li ad­dım­lar at­ma­sı üçün əl­ve­riş­li şə­ra­it ya­ra­dır".

Mü­tə­xəs­sis­lər he­sab edir ki, Azər­bay­can­da­kı şə­ra­it is­lam təh­lü­kə­siz­li­yi­nə qa­rantdır. Yə­ni öl­kə­miz­də is­lam di­ni tam ola­raq qo­ru­nur, in­ki­şaf et­di­ri­lir, is­la­mi də­yər­lər mü­ha­fi­zə olu­nur, təb­liğ edi­lir. Xal­qı­mı­zın is­lam di­ni­nə bö­yük mə­həb­bə­ti, eh­ti­ra­mı var. İs­lam həm­rəy­li­yi de­yən­də bu­ra­da an­caq is­lam məz­həb­lə­ri­nin bir­li­yin­dən söh­bət get­mir, qey­ri-is­la­mi din­lə­rə hör­mət­dən, dö­züm­lü mü­na­si­bət­dən söh­bət ge­dir. İs­lam həm­rəy­lik, ba­rış, qar­daş­lıq di­ni ol­du­ğu üçün, o di­gər din­lə­ri də bu ide­ya ət­ra­fın­da bir­ləş­di­rir. İs­lam həm­rəy­li­yi de­yən­də ora­da to­le­rantlıq, mul­ti­kul­tu­ra­lizm, elə­cə də is­lam bir­li­yi ki­mi məf­hum­lar yer alır.    

Bil­di­yi­miz ki­mi, bu il öl­kə­miz­də İs­lam Həm­rəy­li­yi Oyun­la­rı ke­çi­ri­lə­cək.

Qeyd edək ki, 2014-cü il­də 24 iyul ta­ri­xin­də Sə­u­diy­yə Ərə­bis­ta­nı­nın Cid­də şə­hə­rin­də İs­lam Həm­rəy­li­yi İd­man Fe­de­ra­si­ya­sı­nın 8-ci Baş As­samble­ya­sı ke­çi­ri­lib və As­samble­ya­da Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Olim­pi­ya Ko­mi­tə­si­nin vit­se-pre­zi­den­ti Çin­giz Hü­seynza­də, "Ba­kı-2017" İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın Təş­ki­lat Ko­mi­tə­si­nin ic­ra­çı di­rek­to­ru Kö­nül Nu­rul­la­ye­va və İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın iş­çi qru­pu­nun üz­vü Meh­man Kə­ri­mov Ba­kı şə­hə­ri­nin təq­di­ma­tı ilə çı­xış edib. As­samble­ya çər­çi­və­sin­də "Ba­kı-2017" na­mi­zəd­lik ki­ta­bı­nın təq­di­ma­tı olub. Da­ha son­ra as­samble­ya­da səs­ver­mə baş tu­tub və tam yek­dil­lik­lə Azər­bay­can 2017-ci il­də IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­na ev sa­hib­li­yi et­mək hü­qu­qu qa­za­nıb.

Mə­lum ol­du­ğu ki­mi, Azər­bay­can döv­lə­ti və cə­miy­yə­ti ta­ri­xən is­lam həm­rəy­li­yi və təh­lü­kə­siz­li­yi­nin qo­run­ma­sı­na bö­yük əhə­miy­yət ve­rib və bu­na na­il olub.

Azər­bay­can döv­lə­ti­nin is­lam di­ni­nin in­ki­şa­fı­na ver­di­yi önəm göz qa­ba­ğın­da­dır. Bil­di­yi­miz ki­mi, 2009-cu il­də Ba­kı is­lam mə­də­niy­yə­ti­nin pay­tax­tı elan edi­lib və öl­kə­miz bu ta­ri­xi mis­si­ya­sı­nı uğur­la ba­şa çat­dı­rıb.

Ekspertlər qeyd edir ki, Hey­dər Əli­ye­vin mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə, bü­töv­lük­də mə­də­niy­yə­ti­mi­zə gös­tər­di­yi qay­ğı müs­tə­qil Azər­bay­ca­nı­mı­zın mə­də­ni hə­ya­tın­da əsas­lı yük­sə­li­şə sə­bəb olub. Qeyd edir­lər ki, Azər­bay­ca­nın mə­də­niy­yət si­ya­sə­ti öl­kə­mi­zi ye­ni in­ki­şaf yo­lu­na çı­xa­ran Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ri­lir. Tə­sa­dü­fi de­yil ki, Azər­bay­can tək­cə öz iq­ti­sa­di gös­tə­ri­ci­lə­ri ilə de­yil, həm də mə­də­niy­yət sa­hə­sin­də­ki na­i­liy­yət­lə­ri ilə öyü­nə bi­lər.

Mə­lum­dur ki, Azər­bay­can Av­ro­pa ilə Asi­ya­nın qo­vu­şa­ca­ğın­da yer­ləş­di­yi üçün onun mə­də­niy­yə­ti həm Qər­bin, həm də Şər­qin ele­mentlə­ri­ni özün­də eh­ti­va edir. Müx­tə­lif dövrlər­də­ki qa­da­ğa­la­ra bax­ma­ya­raq, öl­kə­miz­də is­lam mə­də­niy­yə­ti ənə­nə­lə­ri uzun il­lər qo­ru­nub sax­la­nıb və bu gün də hə­min də­yər­lər in­ki­şaf et­di­ri­lir, ye­ni nə­sil­lə­rə çat­dı­rı­lır. Te­o­loq­lar bil­di­rir ki, qlo­bal­laş­ma döv­rün­də Azər­bay­can mə­də­niy­yə­ti dün­ya mə­də­niy­yə­ti­nə uğur­la in­teq­ra­si­ya olu­nur, an­caq müs­tə­qil Azər­bay­can döv­lə­ti öz mə­də­niy­yət si­ya­sə­tin­də mil­li-mə­nə­vi də­yər­lə­ri qo­ru­yub sax­la­maq üçün əhə­miy­yət­li təd­bir­lər hə­ya­ta ke­çi­rir.

Mə­lum­dur ki, bə­şər mə­də­niy­yə­ti­nə əhə­miy­yət­li töh­fə­lər bəxş edən is­lam mə­də­niy­yə­ti get­dik­cə in­ki­şaf edir, tək­mil­lə­şir. İSES­CO üz­vü olan is­lam döv­lət­lə­ri bu gün öz mə­də­niy­yə­ti­nin bir-bi­ri­nə ya­xın­laş­ma­sı, in­ki­şa­fı üçün əhə­miy­yət­li la­yi­hə­lə­ri re­al­laş­dı­rır. Söz yox ki, bu in­ki­şa­fı sü­rət­lən­dir­mək məq­sə­di­lə hər il is­lam öl­kə­lə­rin­dən bi­ri­nin is­lam mə­də­niy­yə­ti­nin pay­tax­tı elan olun­ma­sı da bu zə­ru­rət­dən do­ğub. Ba­kı­nın 2009-cu il­də is­lam mə­də­niy­yə­ti­nin pay­tax­tı elan olun­ma­sı məhz Azər­bay­ca­nın is­lam mə­də­niy­yə­ti ənə­nə­lə­ri­nə sa­diq­li­yi ilə izah olu­nur. Qeyd edək ki,  Ba­kı­nın is­lam mə­də­niy­yə­ti­nin pay­tax­tı elan olun­du­ğu 2009-cu il­də hə­ya­ta ke­çi­ri­lən təd­bir­lə­rin nə­ti­cə­lə­ri ba­rə­də çox da­nı­şı­lıb, ya­zı­lıb. İl­lər ər­zin­də ke­çi­ri­lən da­vam­lı təd­bir­lər Azər­bay­can mə­də­niy­yə­ti ta­ri­xin­də məx­su­si yer tu­tur. Bu il də öl­kə­miz­də "İs­lam Həm­rəy­li­yi İli" elan edil­mə­si in­di­yə qə­dər gö­rü­lən iş­lə­rin da­va­mı­dır.

Din­şü­nas­lar de­yir ki, Azər­bay­can is­la­mi də­yər­lə­rə sa­diq­dir və bu də­yər­lə­rin nə­sil­dən-nəs­lə ötü­rül­mə­si ilə xal­qı­mı­zın mə­də­niy­yə­ti əsas­lı şə­kil­də zən­gin­lə­şib.

Ekspertlər vur­ğu­la­yır ki, in­di­yə qə­dər ke­çi­ri­lən təd­bir­lər­də is­lam dün­ya­sı­nın bö­yük mə­də­niy­yət, elm xa­dim­lə­ri yad edi­lib, öl­kə­miz­də is­lam öl­kə­lə­ri­nin mə­də­niy­yət gün­lə­ri ke­çi­ri­lib, bu qar­şı­lıq­lı gö­rüş­lər mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun in­ki­şa­fı­na tə­kan ve­rib.

Ekspertlər bil­di­rir ki, bi­zim öl­kə­miz də Av­ro­pa mə­də­niy­yə­ti­nə in­teq­ra­si­ya yo­lun­da­dır. Biz Av­ro­pa­nın da mə­nə­vi də­yər­lə­rin­dən ki­fa­yət qə­dər bəh­rə­lə­ni­rik və mə­də­ni təd­bir­lə­rin­də fə­al iş­ti­rak edi­rik.

Xü­su­si vur­ğu­la­nır ki, hər bir xal­qı dün­ya­ya ta­nı­dan amil­lər­dən bi­ri hə­min xal­qın mə­də­niy­yə­ti­dir.

Qeyd edək ki, 18 fev­ral 2009-cu il­də "Ba­kı-İs­lam mə­də­niy­yə­ti­nin pay­tax­tı-2009" mə­də­niy­yət ili­nin açı­lı­şın­da İSES­CO-nun baş di­rek­to­ru Əb­dü­lə­ziz Bin Os­man Əl-Tü­veycri qeyd edib ki, şə­hə­ri­miz mə­də­niy­yət­lər və si­vi­li­za­si­ya­lar ara­sın­da di­a­loq, bir­gə ya­şa­ma və həm­rəy­lik şə­hə­ri­nə, elə­cə də in­cə­sə­nət, elm və mə­də­niy­yət qov­şa­ğı­na çev­ri­lib: "...İs­lam Konfran­sı Təş­ki­la­tı­nın mə­də­niy­yət na­zir­lə­ri­nin 4-cü ic­la­sın­da qə­bul olu­nan İSES­CO-nun "İs­lam mə­də­niy­yə­ti pay­taxtla­rı" proq­ra­mı ta­rix bo­yu mə­də­niy­yə­tə, ədə­biy­ya­ta, elm və bi­li­yə ve­rə­cə­yi töh­fə­ni nə­zə­rə ala­raq, əsa­sən is­lam mə­də­niy­yə­ti­nin ya­yıl­ma­sı­na, yük­səl­mə­si­nə, ye­ni­ləş­mə­si­nə, xü­su­si­lə fərqlə­nən bir sı­ra is­lam şə­hər­lə­ri­nin mə­də­niy­yət və si­vi­li­za­si­ya­sı­nın şan­lı ir­si­ni qeyd et­mə­yə yö­nə­lib. La­kin proq­ram qə­tiy­yən keç­miş­də­ki uğur­la­rı xa­tır­lat­ma­ğa xid­mət et­mir, onun bu cür şə­hər­lə­rin ta­ri­xi-mə­də­ni var­lı­ğı üzə­rin­də qu­rul­ma­sı­na xid­mət edir ki, is­lam si­vi­li­za­si­ya­sı­nın də­yər­lə­ri­nə əsas­la­nan bu gü­nü, həm də gə­lə­cə­yi ya­ra­daq. Bu da, öz növ­bə­sin­də, xalqla­rın fərqli­li­yi­nə, ir­qi və ir­si mən­su­biy­yə­ti­nə, mə­də­niy­yət kök­lə­ri­nə və si­vi­li­za­si­ya xü­su­siy­yət­lə­ri­nə bax­ma­ya­raq, bə­şə­riy­yə­tin bö­lüş­dü­yü irs ola­raq qal­maq­da­dır.

Be­lə­lik­lə, biz is­lam si­vi­li­za­si­ya­sı­nın fərqli cə­hət­lə­ri­nin bi­ri­ni təş­kil edən keç­mi­şi, bu gü­nü və sa­ba­hı bir ahəngdə bir­ləş­di­ri­rik ki, mə­də­niy­yət­lər və si­vi­li­za­si­ya­lar ara­sın­da­kı di­a­lo­qun ma­hiy­yə­ti olan xalqlar və in­san­lar ara­sın­da qar­şı­lıq­lı an­laş­ma və bir­gə ya­şa­ma­nın əsa­sı­nı təş­kil edən qar­şı­lıq­lı əla­qə və zən­gin­ləş­mə tə­min olun­sun.

İs­lam mə­də­niy­yə­ti pay­taxtla­rı­nı qeyd et­mək­lə, biz nə in­di­ki mə­sə­lə­lər­dən, nə də gə­lə­cə­yin prob­lem­lə­ri­ni qa­bartmaq­dan çə­ki­ni­rik. Ək­si­nə, bu gü­nü­mü­zün qay­ğı­sı­na qal­dı­ğı­mız ki­mi, in­di­ki nəs­lin yax­şı gə­lə­cə­yi­ni tə­min et­mək üçün ça­lı­şı­rıq və be­lə­lik­lə, dö­züm­lü di­ni­mi­zin da­i­mi ide­al­la­rı­na və da­im di­gər dün­ya öl­kə­lə­ri­nə açıq olan si­vi­li­za­si­ya­mı­zın bü­növ­rə­si­nə əsas­la­nan mə­də­niy­yət­lər və si­vi­li­za­si­ya­la­ra­ra­sı di­a­lo­qu da­vam­lı bir pro­se­sə çe­vi­ri­rik".

Bir ne­çə il əv­vəl baş ve­rən açı­lış mə­ra­si­min­də İSES­CO rəh­bə­ri­nin çı­xı­şın­dan gə­tir­di­yi­miz si­tat­dan da gör­mək olur ki, Azər­bay­can İs­lam və Qərb alə­mi üçün ol­duq­ca ma­raq­lı bir öl­kə­dir.

Əl­bət­tə, 2017-ci ilin "İs­lam Həm­rəy­li­yi İli" elan edil­mə­si də is­lam mə­də­niy­yə­ti­nin, is­lam dün­ya­gö­rü­şü­nün cə­miy­yət­də da­ha ge­niş sə­viy­yə­də təb­li­ğa­tı­na tə­kan ve­rə­cək.

Azər­bay­can ta­ri­xən is­la­ma da­ya­nıq­lı olan şa­ir­lər, elm xa­dim­lə­ri, fi­lo­sof­lar, mü­tə­fək­kir­lər, sə­nət­kar­lar ye­tiş­di­rib. Bun­dan baş­qa, Azər­bay­can müx­tə­lif mə­də­niy­yət­lə­rin qar­şı­lıq­lı əla­qə­si ilə se­çi­lib. Bu, Azər­bay­ca­nı mə­də­niy­yət­lə­rin, si­vi­li­za­si­ya­la­rın, sə­nət­lə­rin və çox­mil­li ədə­biy­yat ənə­nə­lə­ri­nin bir­ləş­mə nöq­tə­si­nə, sö­zün hə­qi­qi mə­na­sın­da, ya­na­şı ya­şa­ma və mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq mər­kə­zi­nə çe­vi­rib.

Azər­bay­can zən­gin mə­də­niy­yə­ti, mə­nə­vi də­yər­lə­ri, şan­lı ta­ri­xi olan müs­tə­qil döv­lət­dir. Döv­lə­ti­miz is­lam də­yər­lə­ri­nə hər za­man yük­sək əhə­miy­yət ve­rir.

İra­də SA­RI­YE­VA

 

Bakı xəbər.- 2017.- 13 yanvar.- S. 15.