Tarixdə iz buraxanlar: Nazim Hikmət

Türk dün­ya­sı­nın ta­nın­mış şa­ir və ya­zı­çı­sı Na­zim Hik­mət 1902-ci il­də Se­la­nik­də ana­dan olub. Ata­sı Hik­mət bəy, ana­sı Cə­mi­lə xa­nım­dır.

Or­ta təh­si­li­ni bi­tir­di­yi za­man şe­ir yaz­ma­ğa baş­la­yan Na­zi­min ilk şe­ir­lə­rin­dən bi­ri 1918-ci il­də "Ye­ni Məc­muə"də ya­yım­la­nıb. Na­zim tez-tez on­la­ra gə­lən Yah­ya Ka­ma­la hey­ran idi. Yaz­dı­ğı şe­ir­lə­ri ona gös­tə­rə­rək fik­ri­ni so­rar­dı. Be­lə­cə, yaz­dı­ğı şe­ir­lər­lə qı­sa za­man­da şa­ir­lər ara­sın­da ta­nın­ma­ğa baş­la­yan Na­zim Hik­mət 1920-ci il­də "Ələm­dar" qə­ze­ti­nin aç­dı­ğı bir şe­ir ya­rış­ma­sın­da bi­rin­ci­lik qa­za­nır. İs­tan­bu­lun iş­ğal al­tın­da ol­du­ğu dö­nəm­də yaz­dı­ğı coş­qu do­lu şe­ir­lər­dən bə­zi­lə­ri və­tə­nin xi­la­sı üçün gənclə­ri sa­va­şa ça­ğı­ra­caq məz­mun­da olub.

1921-ci il­də Na­zim Hik­mət üç şa­ir dos­tu ilə bir­lik­də İne­bo­lu­ya gə­lir. On­la­rın məq­sə­di An­ka­ra­ya ge­dib mil­li hə­rə­kat­da iş­ti­rak et­mək idi. An­caq An­ka­ra­ya ge­diş iz­ni bu dörd dostdan Na­zim Hik­mət­lə Va­la Nu­rəd­di­nə ve­ri­lib. An­ka­ra­ya gəl­dik­lə­rin­də on­lar­dan İs­tan­bul gəncli­yi­ni mil­li qur­tu­luş mü­ca­di­lə­si­nə ça­ğı­ran bir şe­ir yaz­ma­la­rı is­tə­nir. Bu iki dost üç gün ər­zin­də bir şe­ir ya­zır. 10 min ti­raj­la nəşr edi­lən bu şe­ir göz­lə­nil­di­yin­dən da­ha çox ma­raq oya­dıb. Hət­ta Bö­yük Mil­lət Məc­li­sin­də bu ma­raq­dan do­ğa bi­lə­cək prob­lem­lər­lə əla­qə­li mü­za­ki­rə­lər ke­çi­ri­lib. Bu za­man­lar Mus­ta­fa Ka­mal­la da ta­nış olan bu gənclər mü­əl­lim­lik və­zi­fə­si­lə Bo­lu­ya gön­də­ri­lib­lər. Bo­lu­da mü­əl­lim­li­yə baş­la­yan gənclər ca­mi­yə get­mə­dik­lə­ri­nə gö­rə yer­li əha­li tə­rə­fin­dən xoş qar­şı­lan­ma­yıb­lar. Be­lə ol­duq­da on­lar bir ha­kim olan Zi­ya Hil­mi tə­rə­fin­dən hi­ma­yə al­tı­na alı­nıb­lar. Üzər­lə­rin­də­ki təz­yiq­dən na­ra­hat olan Na­zim və Va­la So­vet­lər İt­ti­fa­qı­nı tə­rif­lər­lə an­la­dan Zi­ya Hil­mi­nin tə­si­ri­lə Trab­zon­dan Ba­tu­ma ke­çə­rək Moskva­ya ge­dib­lər.

Gə­lə­cə­yin məş­hur şa­i­ri Na­zim Hik­mət Moskva­da rus­ca öy­rən­di­yi za­man in­qi­lab­çı so­vet şa­ir­lə­ri­nin yaz­dıq­la­rı­nı oxu­yub, Ma­ya­kovski­dən tə­sir­lə­nib. Va­la Nu­rəd­din­lə bir­lik­də Şərq Əmək­çi­lə­ri Kom­mu­nist Uni­ver­si­te­ti­nə qeyd olu­na­raq iq­ti­sa­diy­yat və si­ya­sət möv­zu­la­rın­da təh­sil al­ma­ğa baş­la­yıb.

Na­zim Hik­mə­tə tə­sir edən bu ye­ni dün­ya­da yaz­dı­ğı şe­ir­lər­dən bə­zi­lə­ri "Ay­dın­lıq" və "Ye­ni hə­yat" jur­na­lın­da ya­yım­la­nıb. Gə­lə­cə­yin şa­i­ri o il­lər­də TKP-yə gi­rib və öm­rü­nün so­nu­na qə­dər bu par­ti­ya­da ça­lı­şıb.

Na­zim Hik­mət 1924-cü il­də giz­li­cə İs­tan­bu­la dö­nə­rək "Ay­dın­lıq" jur­na­lın­da ça­lış­ma­ğa baş­la­yıb. Po­lis tə­rə­fin­dən iz­lən­di­yi­ni hiss et­dik­də isə İz­mi­rə kö­çüb. Şeyx Sə­id üs­ya­nın­dan son­ra 1925-ci il­də çı­xa­rı­lan Tak­ri­ri-Sü­kun qa­nu­nu­na gö­rə qu­ru­lan An­ka­ra İs­tiq­lal Məh­kə­mə­si tə­rə­fin­dən qi­ya­bi şə­kil­də 15 il həb­sə məh­kum edi­lib. Be­lə ol­duq­da giz­lən­di­yi İz­mir­dən İs­tan­bu­la gə­lə­rək ye­nə So­vet İt­ti­fa­qı­na ke­çib. 1926-cı il­də Cum­hu­riy­yət bay­ra­mın­da çı­xa­rı­lan qə­rar nə­ti­cə­sin­də əfv edil­di­yi­ni eşit­dik­də pas­port alıb və­tə­nə dön­mək is­tə­sə də, bu­na na­il ola bil­mə­yib. Bu­na bax­ma­ya­raq, 1928-ci il­də giz­li­cə Tür­ki­yə­yə dön­dük­də ya­xa­la­nıb. Sax­ta pas­port da­şı­dı­ğı­na gö­rə 3 gün müd­də­ti­nə həbs cə­za­sı­na məh­kum edi­lən Na­zim Hik­mət həbsxa­na­da qal­dı­ğı müd­dət bun­dan ar­tıq ol­du­ğu­na gö­rə sər­bəst bu­ra­xı­lıb.

Üs­yan­kar bir ru­hun sa­hi­bi olan Na­zim Hik­mət 1928-ci il­də Tür­ki­yə­yə gəl­dik­dən son­ra müx­tə­lif jur­nal və qə­zet­lər­də iş­lə­mə­yə baş­la­yıb. 1938-ci il­də Hərb mək­tə­bin­də kom­mu­nizm təb­li­ğa­tı et­mək ci­na­yə­tin­dən 28 il­lik həb­sə məh­kum olu­nub. Çan­kı­rı, Üs­kü­dar və Bur­sa cə­za ev­lə­rin­də 12 il­dən ar­tıq qal­dı­ğı bu həbs dö­nə­min­də bir çox şe­ir və sse­na­ri­lər ya­zıb, rəsmlər çə­kib, ağac iş­çi­li­yi və to­xu­ma­çı­lı­ğı öy­rə­nib. Həbsxa­na­da məş­hur "İn­san mən­zə­rə­lə­ri" epo­pe­ya­sı­nı, "Həbsxa­na­dan mək­tub­lar" sil­si­lə­si­ni, "Mə­həb­bət əf­sa­nə­si," "Yu­sif və Zü­ley­xa" pyes­lə­ri­ni və bir çox baş­qa əsər­lə­ri­ni ya­zıb. Yaz­dıq­la­rın­dan bir bö­lü­mü­nü giz­li ad­lar­la nəşr et­di­rib.

Na­zim Hik­mə­tin bir xə­ta­ya qur­ban get­mə­si ilə əla­qə­li Əh­məd Əmin Yal­ma­nın "Və­tən" qə­ze­tin­də baş­lat­dı­ğı kam­pa­ni­ya ic­ti­ma­iy­yət­dən dəs­tək gö­rüb. Bu ta­ri­xi şəx­siy­yə­tin sər­bəst bu­ra­xıl­ma­sı üçün bir çox zi­ya­lı­nın im­za­la­dı­ğı ya­zı­nın Cum­hur­baş­qa­nı­na, Bey­nəl­xalq Hü­quq­çu­lar Bir­li­yi­nin yaz­dı­ğı mək­tu­bun TBMM ilə Əda­lət və Mil­li Mü­da­fiə na­zir­lik­lə­ri­nə gön­də­ril­mə­sin­dən bir nə­ti­cə əl­də olun­ma­dıq­da, ürə­yin­dən və qa­ra ci­yə­rin­dən xəs­tə olan Na­zim Hik­mət 8 ap­rel 1950-ci il­də ac­lıq elan edib. Bir gün son­ra və­ziy­yə­ti pis­lə­şən Na­zim tez-tə­lə­sik İs­tan­bu­la apa­rı­la­raq xəs­tə­xa­na­ya yer­ləş­di­ri­lib. Seç­ki­lə­ri qa­za­nan De­mok­rat Par­ti­ya­sı­nın çı­xar­dı­ğı əfv mad­də­si­lə cə­za­sı en­di­ri­lən Na­zim Hik­mət 1950-ci ilin iyul ayın­da çı­xa­rı­lan ümu­mi əfv nə­ti­cə­sin­də azad­lı­ğa bu­ra­xı­lıb.          

Cə­za evin­dən çıx­dıq­da o, Pi­ra­yə­dən ay­rı­la­raq həbs hə­ya­tı­nın son il­lə­rin­də aşiq ol­du­ğu Mü­nəv­vər An­daç ilə ev­lə­nir. 1951-ci il­də ana­dan olan oğ­lu­na Məh­məd adı­nı qo­yur. Cə­za evin­dən çıx­dıq­dan son­ra da Na­zim Hik­mət po­lis tə­rə­fin­dən iz­lə­nir­di. Özü­nə qar­şı be­lə dav­ra­nış­la­ra dö­zə bil­mə­yən da­hi şa­ir çox sev­di­yi öl­kə­si­ni tərk et­mə­yə qə­rar ve­rib. 1951-ci il iyun ayı­nın 17-də evin­dən ay­rı­la­raq qo­hu­mu Rə­fik Er­du­ra­nın yar­dı­mı ilə giz­li­cə əv­vəl Ru­mı­ni­ya­ya, ora­dan da So­vet İt­ti­fa­qı­na qa­çıb və ora­da Tür­ki­yə­nin əley­hi­nə fə­a­liy­yət­lər­də ol­du­ğu­na gö­rə Tür­ki­yə və­tən­daş­lı­ğın­dan çı­xa­rı­lıb. Be­lə ol­duq­da So­vet İt­ti­fa­qı və­tən­daş­lı­ğı­na keç­mək məc­bu­riy­yə­tin­də qa­lıb. Və­tən­dən, ai­lə­dən ay­rı düş­mək Na­zim Hik­mə­tə çox ağ­rı­lar ve­rib. O, 1952-ci il­də ağır bir in­farkt ke­çi­rib. Bir müd­dət mü­a­li­cə olun­duq­dan son­ra bir çox öl­kə­lə­rə sə­ya­hət edən Na­zim Hik­mət bey­nəl­xalq şöh­rət qa­za­nıb. Bu il­lər­də gə­lə­cək gö­zəl gün­lə­ri, Və­tən həs­rə­ti və sev­gi­ni möv­zu ala­raq, duy­ğu do­lu hisslər­lə çox gö­zəl şe­ir­lər ya­zıb və şa­ir­li­yin zir­və­si­nə yük­sə­lib. Ürək xəs­tə­si olan Na­zim Hik­mət 1963-cü ilin əv­və­lin­dən eti­ba­rən ölü­mə ya­xın­laş­dı­ğı­nı ifa­də edən şe­ir­lər yaz­ma­ğa baş­la­yıb. Hə­min ilin 3 iyun gü­nü evin­də in­farkt ke­çi­rə­rək hə­ya­ta vi­da edib.

Na­zim Hik­mət Azər­bay­can xal­qı­nın və ədə­biy­ya­tı­nın ya­xın dos­tu idi. O, də­fə­lər­lə Ba­kı­ya gə­lib, Azər­bay­can şa­ir və ya­zı­çı­la­rı­nın bir ço­xu ilə şəx­sən dostluq edib, on­lar­la ya­ra­dı­cı­lıq əla­qə­si qu­rub. Onun Azər­bay­ca­na həsr et­di­yi şe­ir­lə­ri, Azər­bay­can mə­də­niy­yə­ti­nə da­ir mə­qa­lə və xa­ti­rə­lə­ri var. Əsər­lə­ri Azər­bay­can­da dö­nə-dö­nə nəşr olu­nub, pyes­lə­ri ta­ma­şa­ya qo­yu­lub. Bəs­tə­kar A.Mə­li­kov şa­i­rin "Mə­həb­bət əf­sa­nə­si" pye­si əsa­sın­da ey­ni ad­lı ba­let ya­zıb. Azər­bay­ca­nın di­gər bəs­tə­kar­la­rı Na­zim Hik­mə­tin şe­ir­lə­ri­nə ro­manslar bəs­tə­lə­yib­lər. R.Ba­ba­yev "Kəl­lə" pye­si­nə il­lüstra­si­ya­lar çə­kib, M.Rza­ye­va isə şa­i­rin büs­tü­nü ya­ra­dıb. Azər­bay­can ədə­biy­yat­şü­nas­la­rı şa­i­rin hə­yat və ya­ra­dı­cı­lı­ğı­na da­ir bir sı­ra san­bal­lı əsər­lər ya­zıb­lar.

Na­zim Hik­mət Azər­bay­can ədə­biy­ya­tı­nı yax­şı bi­lir­di. O, həm Ni­za­mi, Fü­zu­li, M.F.Axun­dov, Sa­bir haq­qın­da, həm də mü­a­sir­lə­ri Sə­məd Vur­ğun, Sü­ley­man Rüs­təm, Əh­məd Cə­mil, Rə­sul Rza, Mi­ka­yıl Rə­fi­li haq­qın­da mə­qa­lə­lər təq­dim edir­di. Ey­ni za­man­da Ba­kı­nın gö­zəl­li­yi haq­qın­da ya­zı­lar ya­zır­dı. Na­zim Hik­mət Ba­kı­da ol­du­ğu müd­dət­də Bül­bü­lün ifa­sın­da "Ko­roğ­lu"nu din­lə­yir, "Yed­di gö­zəl"dən zövq al­dı­ğı­nı ya­zır, Fi­lar­mo­ni­ya­da xalq mah­nı­la­rı­na, mu­ğam­la­rı­na qu­laq as­dı­ğı­nı bil­di­rir, mu­si­qi­li ko­me­di­ya te­at­rın­da ol­du­ğu­nu qeyd edir.

Na­zim Hik­mət ona ya­xın olan Azə­ri türkcə­si­nin da­nı­şıl­dı­ğı bir yer­də özü­nü çox ra­hat hiss edər­di. O de­yir­di,"Azər­bay­can mə­də­niy­yə­ti­nə bağ­lı­yam. Bu bağ­lı­lıq yal­nız So­vet Azər­bay­ca­nı mə­də­niy­yə­ti­nə de­yil, çev­ri­liş­dən əv­vəl­ki Azər­bay­can mə­də­niy­yə­ti­nə aid­dir. Mə­sə­lən, Də­də Qor­qud bir Azər­bay­can ya­zı­çı­sı üçün bö­yük abi­də­dir, mə­nim üçün də! Ko­roğ­lu həm Azər­bay­can xal­qı­nın, həm də mə­nim xal­qı­mın qəh­rə­ma­nı­dır. Sa­bir Azər­bay­can ədə­biy­ya­tı­nın ilk re­a­list, xalqçı, sa­ti­rik şa­i­ri, hey­ran ol­du­ğum us­tad­dır. Üze­yir Ha­cı­bə­yo­vun mu­si­qi­si öz mu­si­qi­miz qə­dər mə­nə ya­xın­dır".

Türk po­e­zi­ya­sı­na sər­bəst şe­ir vəz­ni­ni Na­zim Hik­mət gə­ti­rib. Onun ya­ra­dı­cı­lı­ğı mü­a­sir Türk ədə­biy­ya­tı­na güc­lü tə­sir gös­tə­rib. Əsər­lə­ri dün­ya xalqla­rı­nın ço­xu­nun di­li­nə tər­cü­mə olu­nub, pyes­lə­ri bir sı­ra öl­kə­lər­də ta­ma­şa­ya qo­yu­lub.

Na­zim Hik­mət 1951-ci il­də Ümum­dün­ya Sülh Şu­ra­sı Bü­ro­su­nun, 1959-cu il­dən son­ra isə onun Rə­ya­sət he­yə­ti­nin üz­vü olub.

Azər­bay­can ədə­biy­ya­tı ilə ya­xın­dan ta­nış ol­duq­ca, tə­zad­lı şa­ir ki­mi ta­nı­nan, öz ide­ya­sı­nın qur­ba­nı olan Na­zim Hik­mə­tin Azər­bay­can­da xü­su­si bir qay­ğı və sev­gi ilə anıl­dı­ğı­nın fər­qin­də olu­ruq. Onun Azər­bay­can şa­ir və ya­zı­çı­la­rı ilə əla­qə­lə­ri və Azər­bay­can ədib­lə­ri­nin də onun haq­qın­da yaz­dıq­la­rı çox ma­raq­lı­dır. Gö­rə­sən öm­rü həbslər­də, sür­gün­lər­də ke­çən bu şa­i­rin Azər­bay­can­da bu qə­dər se­vil­mə­si­nin, onun haq­qın­da çox say­da el­mi-pub­li­sis­tik mə­qa­lə­lə­rin, təd­qi­qat əsər­lə­ri­nin, ki­tab­la­rın ya­zıl­ma­sı­nın sə­bə­bi nə idi? Və elə bir fit­ri is­te­dad­lı şa­ir, dra­ma­turq, türk in­qi­la­bi po­e­zi­ya­sı­nın işı­ğı olan Na­zim Hik­mə­tin Azər­bay­can ədə­biy­ya­tı ilə nə qə­dər bağ­lı ol­du­ğu­nu araş­dır­dıq­ca bir da­ha əmin olur­san ki, Na­zim Hik­mə­tin Azər­bay­can ədə­biy­ya­tın­da ay­rı­ca bir ye­ri var. Keş­mə­keş­li hə­ya­tı, ürək­lə­ri par­ça­la­yan, ey­ni za­man­da hay­qı­ra­raq in­san­la­rı öz haq­la­rı uğ­run­da mü­ba­ri­zə­yə səs­lə­yən şe­ir­lə­ri ilə hə­mi­şə zir­və­lər­də qa­la­caq, kö­nül­lər­də ya­şa­ya­caq Na­zim Hik­mət. "Ürə­yin qa­dı­nı-ki­şi­si yox­dur. Bir mərd ola­nı var, bir də na­mərd ola­nı!" - de­yib Na­zim Hik­mət. Cə­mi 61 il ya­şa­yan bu bö­yük in­san dərdlə, həs­rət­lə na­xış­la­nan bir öm­rə sa­hib olub. Öl­kə­si­nə və mil­lə­ti­nə bü­tün var­lı­ğı ilə bağ­lı olan  Na­zim Hik­mət bö­yük in­san, əsl və­tən­daş idi.          

Na­zim Hik­mət 1963-cü il­də Moskva şə­hə­rin­də ürək tut­ma­sın­dan və­fat edib və No­vo­de­viç­ye qə­bi­ris­tan­lı­ğın­da dəfn olu­nub. Am­ma türk dün­ya­sı­nın bö­yük şa­i­ri 1953-cü il­də yaz­dı­ğı "Və­siy­yət" şe­i­rin­də Ana­do­lu­da bas­dı­rıl­maq is­tə­di­yin­dən söz aç­mış­dı. Bir öv­lad ki­mi həs­rə­ti­ni ürə­yin­də da­şı­dı­ğı İs­tan­bu­lu şe­ir­lə­ri ilə ox­şa­ya-ox­şa­ya qal­mış­dı Na­zim Hik­mət. O, elə bir qa­ta­rın sər­ni­şi­ni idi ki, ge­ri­yə yo­lu yox idi. Olum­la ölüm ara­sın­da çır­pı­na-çır­pı­na qa­lan Na­zim Hik­mət fa­ci­ə­si­ni özü da­ha yax­şı bi­lir­di. De­mək olar ki, bü­tün şe­ir­lə­rin­də bu çə­tin yol­la­rın yol­çu­su ol­du­ğu­nu, ni­ga­ran­çı­lı­ğı­nı çox qə­ri­bə ifa­də­lər­lə bil­di­rir­di..

Qaraoğlu Fazil

Bakı xəbər.- 2017.- 24 yanvar.- S.13