Azər­bay­can­da da­xi­li tu­riz­min in­ki­şa­fın­da ma­raq­lı ten­den­si­ya var...

Müs­lüm İb­ra­hi­mov: "Da­xi­li tu­riz­min in­ki­şaf ten­den­si­ya­sı ya­xın il­lər­də da­ha yük­sək sə­viy­yə­də mü­şa­hi­də olu­na­caq"

"Da­xi­li tu­riz­min in­ki­şaf et­mə­si sə­bəb­lə­rin­dən bi­ri kənd  tu­riz­mi­nin for­ma­laş­ma­sı­dır"

 

Tu­rizm ar­tıq bü­tün dün­ya­da ən gə­lir­li sa­hə­lər­dən bi­ri­nə, ge­niş sü­rət­lə in­ki­şaf edən iq­ti­sa­di sek­to­ra çev­ri­lib. Tu­rizm sek­to­ru­nun da­vam­lı ola­raq in­ki­şaf et­mə­si ge­niş­lən­mə­si bu sek­to­ru so­si­al-iq­ti­sa­di tə­rəq­qi­də apa­rı­cı qüv­və­yə çe­vi­rib. Bu özü­nü ye­ni yer­lə­ri­nin ya­ra­dıl­ma­sı, tu­rizmlə bağ­lı mü­əs­si­sə­lə­rin infrastruk­tu­run qu­rul­ma­sın­da gös­tə­rir.

Tu­rizm sa­hə­si­nin in­ki­şa­fı üçün otel­lə­rin sa­yı­nın ço­xal­ma­sı, tu­rizm ob­yektlə­ri­nin gü­nü-gün­dən in­ki­şaf et­mə­si bu sa­hə­yə ma­ra­ğın artma­sın­dan xə­bər ve­rir.

Tək xa­ri­ci və­tən­daş­lar de­yil, həm­çi­nin yer­li sa­kin­lər is­ti­ra­hət üçün öl­kə­mi­zin sə­fa­lı böl­gə­lə­ri­ni se­çir. Bu da öl­kə­də da­xi­li tu­riz­min in­ki­şa­fı­na sə­bəb olur.

Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Na­zir­lər Ka­bi­ne­ti­nin 2016-cı ilin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da çı­xış edər­kən da­xi­li tu­riz­min in­ki­şa­fı­na da to­xu­nub. O bil­di­rib ki, ke­çən il öl­kə­miz­də 35 meh­man­xa­na ti­ki­lib, 25 meh­man­xa­na ti­kil­mək­də­dir, ümu­miy­yət­lə, meh­man­xa­na­la­rın sa­yı Azər­bay­can­da 500-dən çox­dur. Am­ma tə­lə­bat da­ha da ar­tır, da­xi­li tu­rizm in­ki­şaf edir.

Döv­lət baş­çı­sı yer­li əha­li­nin da­ha çox Azər­bay­can­da is­ti­ra­hət et­mə­yə üs­tün­lük ver­di­yi­ni qeyd edib:

"Mən çox şa­dam ki, Azər­bay­can və­tən­daş­la­rı da­ha çox Azər­bay­can­da is­ti­ra­hət et­mə­yə üs­tün­lük ve­rir­lər. Biz­də gö­zəl tə­bi­ət, gö­zəl şə­ra­it, gö­zəl meh­man­xa­na­lar, is­ti­ra­hət zo­na­la­rı var. Bu gün bü­tün dün­ya­dan tu­ristlər Azər­bay­ca­na axı­şır­lar. Bu da öl­kə iq­ti­sa­diy­ya­tı­na bö­yük mən­fə­ət gə­ti­rir. Biz gə­lə­cək­də tu­rizmdən mil­yardlar­la dol­lar və­sa­it qa­za­na­ca­ğıq bu, bi­zim iq­ti­sa­di və­ziy­yə­ti­mi­zə çox bö­yük dəs­tək ola­caq".

İq­ti­sad elmlər dok­to­ru Müs­lüm İb­ra­hi­mov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, Azər­bay­ca­nın da­xi­li tu­riz­mi gü­nü-gün­dən in­ki­şaf edir: "Azər­bay­can­da tu­riz­min in­ki­şa­fı ilə bağ­lı "Stra­te­ji Yol Xə­ri­tə­si"ndə mü­va­fiq müd­də­a­lar yer alıb. "Stra­te­ji Yol Xə­ri­tə­si"ndə da­xi­li tu­riz­min ne­cə in­ki­şaf et­di­ril­mə­si bu­nun əhə­miy­yə­ti ba­rə­sin­də ma­raq­lı mə­qam­la­ra rast gəl­mək olar".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, ha­zır­da da­xi­li tu­riz­min in­ki­şaf mər­hə­lə­si ya­şa­nır: "Bəl­li­dir ki, de­val­va­si­ya­dan son­ra əc­nə­bi öl­kə­lə­rə xa­ri­ci val­yu­ta ilə sə­fər et­mək, bir növ, sər­fə­li de­yil. Be­lə olan­da da­xi­li tu­rizm xid­mə­ti rə­qa­bət qa­bi­liy­yət­li ola­caq. Yer­li və­tən­daş­la­rın da­xi­li tu­rizmdən ya­rar­lan­ma­sı da­ha sə­mə­rə­li­dir, nə­in­ki xa­ri­ci öl­kə­lə­rə üz tut­ma­sı".

Mü­sa­hi­bi­mi­zin söz­lə­ri­nə gö­rə, ha­zır­da tu­rizm sek­to­run­da elə mü­tə­xəs­sis­lər var ki, on­lar öz işi­ni yük­sək sə­viy­yə­də ic­ra edir: "Əv­vəl bu sa­hə­də pe­şə­kar kadrla­rın sa­yı az idi. An­caq in­di və­ziy­yət müs­bə­tə doğ­ru də­yi­şir. Həm­çi­nin, tu­rizm ix­ti­sas­la­rı­na abi­tu­ri­yentlə­rin ma­ra­ğı ar­tıb. Ar­tıq ne­çə il­dir bu sa­hə­yə in­ves­ti­si­ya ya­tı­rı­lır. İn­ves­tor­lar bu sa­hə­nin perspek­tiv­li ol­du­ğu­nu bil­dik­lə­ri üçün tu­rizm sek­to­ru­na in­ves­ti­si­ya qo­yur­lar. Tu­riz­min in­ki­şa­fı döv­lə­tin nə­za­rə­tin­də­dir".

M.İb­ra­hi­mo­vun söz­lə­ri­nə gö­rə, öl­kə­də ke­çi­ri­lən bey­nəl­xalq əhə­miy­yət­li fo­rum­lar, id­man ya­rış­la­rı tu­ristlə­rin sa­yı­na tə­sir edir: "Tu­ristlə­rin sa­yı­nın artma­sı sə­bəb­lə­rin­dən bi­ri dil mə­sə­lə­si­dir. Yə­ni MBD öl­kə­lə­ri­nin və­tən­daş­la­rı ilə rus di­li ya­xın­lı­ğı var. Həm­çi­nin, və­tən­daş­la­rı­mı­zın in­gi­lis di­lin­də sər­bəst da­nış­ma­sı tu­ristlə­rin Azər­bay­ca­na gəl­mə­si­nə sə­bəb olur".

İq­ti­sad­çı bil­dir­di ki, da­xi­li tu­riz­min in­ki­şaf et­mə­si sə­bəb­lə­rin­dən bi­ri kənd tu­riz­mi­nin for­ma­laş­ma­sı­dır: "Tək yer­li və­tən­daş­lar de­yil, əc­nə­bi­lər Azər­bay­ca­nın da­ğə­tə­yi böl­gə­lə­ri­ni gör­mək is­tə­yir. Şi­mal cə­nub əra­zi­lə­rin­də is­ti­ra­hət et­mək ək­sər və­tən­daş­la­rın is­tə­yi­dir".

M.İb­ra­hi­mov onu da əla­və et­di ki, tu­rizm sek­to­run­da "ma­de in Azər­bay­can" bren­di for­ma­la­şır. Xa­ri­ci­lər bu brendlə ta­nış ol­duq­dan son­ra Azər­bay­ca­na sə­fər et­mək is­tə­yir: "Xa­ri­ci və­tən­daş­la­rın Azər­bay­can tu­riz­mi­nə ma­raq gös­tər­mə­si yer­li və­tən­daş­la­rın da öl­kə­mi­zin sə­fa­lı böl­gə­lə­rin­də is­ti­ra­hət et­mək is­tə­yi­ni for­ma­laş­dı­rır".

Mü­sa­hi­bi­miz he­sab edir ki, da­xi­li tu­riz­min in­ki­şaf ten­den­si­ya­sı ya­xın il­lər­də da­ha yük­sək sə­viy­yə­də mü­şa­hi­də olu­na­caq.

Gü­nel CƏ­Lİ­LO­VA

Bakı xəbər.- 2017.- 12 yanvar.- S.15.