Azərbaycan  dilinin orfoepiya lüğəti ideyası ortaya  çıxdı Buludxan Xəlilov:"Azərbaycan orfoepiyası sahəsində görüləcək işlərə çox böyük ehtiyac var"

Azərbaycan dilinin orfoqrafiya qaydaları layihəsinin mətbuatda, eləcə ölkə ictimaiyyətində geniş müzakirə edildiyi, hətta ətrafında böyük qalmaqallar yaşandığı vaxtda dilimizin orfoqrafiya qədər vacib, lakin unudulan əsas qaydalarından birini yadınıza salmaq istəyirik. Söhbət nəinki sadə vətəndaşların, ziyalıların, hətta dilçilərin belə o qədər əhəmiyyət vermədiyi, tədqiqatdan kənarda saxladığı orfoepiya qaydalarından gedir.

Araşdırmamız nəticəsində məlum oldu ki, müstəqillik dövründə hələ ki, Azərbaycan dilinin vahid orfoepiya qaydaları yoxdur. Yəni bu sahədə kitab, vəsait nəşr edilməyib. Ötən əsrin 80-ci illərinin sonunda çap olunan orfoepiya qaydaları kitabı da dilimizin, şifahi nitqimizin, danışıq tərzimizin bugünkü vəziyyətini ifadə etmir.

 

Qeyd edək ki, orfoepiya dilçilik elminin ədəbi dilinin tələffüz normalarından qayda-qanunlarından bəhs edən bir bölməsidir. Yeri gəlmişkən, vurğulayaq ki, orfoepiya sözü yunancadüzgün”, “dürüstmənasında olan orthos sözü ilədanışıq”, “nitqmənasında olan eros sözünün birləşməsindən əmələ gələn bir termindir.

Məlumdur ki, dilimizin lüğət tərkibinə daxil olan sözlərin müəyyən qrupu yazıldığı kimi tələffüz edilmədiyi kimi, əksinə, deyildiyi kimi yazılmır. Məsələn, kitab (kitap), bağlayır (bağlıyır), iqtidar (iktidar), hikkə (hikgə), səcdə (səjdə), şəhərli (şəhərri), məxfi (məxvi) s.

Fonetikabölməsində bəzi saitlərin uzun tələffüzü, (k) səsinin yazıda ifadəsi, qoşa saitli qoşa samitli sözlərin yazılışı tələffüzü, sözlərin sonunda cingiltili samitlərin yazılışı tələffüzü, sonu “q” “k” ilə bitən çoxhecalı sözlərin yazılışı tələffüzü barədə müfəssəl məlumat verildiyindən, biz düzgün tələffüz üçün vacib olan bir sıra xüsusiyyətləri göstərməklə kifayətlənəcəyik.

Mütəxəssislər qeyd edirlər ki, indiyə qədər orfoepiya lüğətinin qaydalarının hazırlanaraq çap edilməməsi efirdə, ekranda, ictimaiyyətdə, məktəbdə müşahidə etdiyimiz danışıq dilinin pozulmasına səbəb olur.

Azərbaycan dilinin orfoepiya lüğətinin olmaması faktına münasibət bildirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor, dilçi-alim Buludxan Xəlilov indiyə qədər orfoepiya lüğətinin yaradılmamasını təəssüf hissilə qarşılayır. Bu sahənin diqqətdən kənarda qaldığını deyən B.Xəlilov hesab edir ki, bütün səyləri birləşdirib Azərbaycan dilinin orfoepiya lüğətini hazırlayıb nəşr etmək lazımdır: “Ümumiyyətlə, Azərbaycan dilinin qrammatikası indiyə qədər geniş şəkildə tədqiq olunub, öyrənilib, müxtəlif sahələrlə bağlı dissertasiyalar, dərs vəsaitləri yazılıb. Yəni bu sahədə uğurlarımız kifayət qədərdir. Ancaq Azərbaycan orfoepiyası sahəsində görüləcək işlərə çox böyük ehtiyac var. Vaxtilə orfoepiya sahəsində Əbdüləzəl Dəmirçizadənin, Əziz Əfəndiyevin xeyli xidmətləri olub. Amma bu sahədə geniş bir məktəb yaranmayıb. Dilçilik elminin elə sahələri var ki, orada böyük məktəb yaranıb, o məktəb xeyli işlər görüb. Ancaq Azərbaycan dilinin orfoepiyası ilə bağlı köklü işlər görülməlidir. Xüsusilə sözlərin düzgün tələffüz məsələsi bu gün öz aktuallığını itirməyən bir məsələdir. Həm orta məktəblərdə, həm ali məktəblərdə, həm radio televiziyalarda orfoepiya qaydalarına əməl edilməlidir. Bu, ümumiyyətlə, hər kəsin əməl etməli olduğu bir qaydadır. Orfoqrafiya qaydaları yazını tənzimləyir, sistemə salır. Ancaq düzgün tələffüz məsələsi sistemində qüsurlar daha çoxdur. Açıq deyək, bu problem ailədən, bağçadan, orta məktəbdən, ali məktəbdən, mövcud KİV-lərdən  başlayır. Bu səbəbdən bu sahədə xeyli ciddi, köklü işlər görülməlidir. Həvəskar səviyyədə, bir az da mütəxəssis səviyyəsində müəyyən orfoepiya sözlükləri çap olunub. Məktəblinin orfoepiya sözlüyü nəşr edilib s. Ancaq bunlar, bütövlükdə, dilin lüğət tərkibində olan sözlərin orfoepik lüğəti deyil. Açıq deyim, bu sahənin bir az praktik olduğundan ehtiyat edərək, ondan bir az uzaq düşmüşük. Ona görə Azərbaycan dilinin orfoepiya sözlüyü yoxdur, lakin bu sözlüyün yaranmasına çox böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, bir sıra sözlərin yazılışında qüsurlar var bu da onların tələffüzündən qaynaqlanır. Bu problem özünü daha çox alınma sözlərdə göstərir. Etiraf etməliyik ki, Azərbaycan dilinin orfoepiya sözlüyü yaranmalıdır. Azərbaycan dilinin izahlı lüğəti var, bu da xüsusi tarixi ənənəsi olan bir lüğətdir. Azərbaycan dilinin tarixi ənənəsi olan orfoqrafiya lüğəti var. Bu lüğət bu il 7-ci dəfə nəşr ediləcək. Ancaq təəssüflər olsun ki, Azərbaycan dilinin orfoepiya sözlüyü Azərbaycan dilində olan bütün sözləri əks etdirmir.B.Xəlilov hesab edir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsi respublikanın ali məktəblərinin filologiya fakültəsinin müvafiq şöbələri ilə bərabər Azərbaycan dilinin orfoepiya lüğətini hazırlamalıdır. B.Xəlilov qeyd etdi ki, biz mükəmməl orfoepiya sözlüyü hazırlamaq istəyiriksə, bu işə ciddi yanaşmalıyıq: “Onu da vurğulayım ki, bu sahədə işlər görülməlidir. Azərbaycan dilinin orfoepiya lüğətinin hazırlanması yalnız Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin imkanlarına uyğun məsələ deyil. Bura müvafiq ali təhsil müəssisələrinin filologiya fakültəsinin dilçiləri, kolleclərdə dərs deyən dilçi mütəxəssislər qoşulmalıdır. Nəyə görə? Orfoepiya sözlüyü orfoqrafiya sözlüyü qədər çətin bir sözlükdür, lüğətdir. Əgər orfoqrafiya sözlərin düzgün yazılşını tənzimləyirsə, orfoepiya da sözlərin düzgün tələffüzünü tənzimləyir. Ona görə orfoepiya lüğətinin hazırlanması ölkə dilçilərini bir araya gətirən işə çevrilməlidir. Təəssüflər olsun ki, bu işin çətinliyi bəzən mütəxəssislərin özünü qorxudur. Açıq deyim ki, biz dövlət müstəqilliyi əldə etdikdən sonra dəfələrlə orfoepiya sözlüyünün çap edilməsi müzakirə mövzusu olub. Ancaq dilçilər bu ağırlıqdan çəkinərək hər zaman geri durublar bu sahəni diqqət mərkəzindən kənarda saxlayıblar. Hesab edirəm ki, orfoepiya sözlüyü xüsusi bir layihə şəklində olmalıdır. Eyni zamanda da o layihənin işlənib hazırlanması, həyata keçməsi üçün orada xeyli mütəxəssislər çalışmalıdır. Onu da deyim ki, rus digər dillərdə orfoepiya sözlüyü var. Bu çox vacib məsələdir, söz necə yazılır, necə tələffüz olunur s. Bizdə bu istiqamətdə görüləcək işlər Azərbaycan dilinin praktik işləkliyinə xeyli zəmanət verə, danışıq dilimizi xeyli inkişaf etdirə bilər. Çünki Azərbaycan dilinin praktik işləkliyindəki problemlər orfoepiya lüğətinin olmamasından qaynaqlanır”.

Azərbaycan dilinin orfoepiya lüğətinin Sovet dövrü nəşrinə toxunan B.Xəlilov bildirdi ki, o lüğət özündə dilimizi tam olaraq ifadə etməyib. Onun sözlərinə görə, bu lüğət elə mükəmməl olmayıb: “Hazırda orfoqrafiya lüğətinin 7-ci nəşri çapa hazırlanır. Belə olan təqdirdə orfoqrafiya ilə orfoepiya qoşa qanaddır. Ancaq orfoqrafiya lüğəti dəfələrlə çap olunur, orfoepiya lüğətinin isə belə nəşrlərini tapmaq mümkün deyil. Bu qoşa qanadın biri həmişə diqqət mərkəzində olub, o biri qanad isə diqqətdən yayınıb. Ona görə bu istiqamət kənarda qalıb. Yazıda etdiyimiz qüsurlar mükəmməl orfoepiya lüğətinin olmamasından qaynaqlanır. Çünki orfoepiya lüğəti yarandıqdan, çap olunduqdan sonra düzgün yazı düzgün deyiliş bir-birini tamamlayacaq. Bu da dilin düzgün tətbiqinə geniş imkan, şərait yaradacaq”.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 7 fevral.- S.14.