Milli-mənəvi və tarixi-mədəni
abidələrimizə qarşı soyqırım siyasəti
(1918-1920-ci illərdə)
Təbii-coğrafi
ərazi baxımından qonşu adlandırılan mənfur
hay-daşnak quldurlarının müsəlman-türk
dünyasının timsalında Azərbaycan xalqına və
dövlətinə qarşı zaman-zaman yönləndirilmiş
çoxşaxəli soyqırım siyasəti tariximizin
müxtəlif mərhələlərində acı nəticələlərlə
səhifələnib.
Çox
təəssüf ki, bu
səhifələrdə Azərbaycan xalqının kütləvi
qətliamı, ərazilərimizin zəbt edilməsi,
yüzilliklər boyu dinc
sakinlərin uzaq və yaxın ellərə
zorla sürgünü
və köçürülməsi, beynəlxalq miqyasda təhdidlərin və sui-qəsdlərin
edilməsi
ilə yanaşı, milli-mənəvi və
tarixi-mədəni sərvətlərimizin də
yağmalanması, dağıdılması, eləcə də
məhv edilməsi halları bu qanlı
izlərdə əksini tapıb. Çünki
“dişi tökülmüş”
hay quldurları və barbarları
xalqımızın fiziki məhvi ilə
kifayətlənmək istəmirdi. Hay
kilsəsinin hökmü və diqtəsi
ilə onlar xalqımızın mənəvi
soyqırımına da imza
atıb. Sanki
bu hökmü icra etmək
onların (bir-birini it
küçüyü kimi
əvəz edən hay nəsillərinin)
“vətən və dövlətçilik borcu”
kimi boyunlarından asılıdır.
Eramızdan əvvəl
və sonrakı əsrlərdə iri
dövlətlərin siyasi-iqtisadi
maraqlarına uyğun olaraq
Azərbaycanın bölgələrinə köçürülmiş hayların sıx məskunlaşdığı
Qarabağ, Zəngəzur, Göyçə,
Şirvan mahallarında onların bu sayaq qanlı əməlləri
tarix boyu təkrarlanıb. Təbii ki, hayların Azərbaycan
ünvanlı tarixi-mədəni abidələrimizə, milli-mənəvi
və mədəniyyət ocaqlarımıza qarşı apardığı soyqırım siyasətinin məğzində
aşağıdakı bir sıra vacib məqsədlər (onlar
üçün) aydın görünür:
- tarixi-mədəni
abidələri dağıtmaqla Azərbaycan xalqının Cənubi
Qafqazda kökənli xalq mövqeyinin zəiflədilməsi,
Qafqazın yerli soylarından olmasına
şübhə yaradılması;
- dinc əhalinin kütləvi
qırğınına rəvac verməklə bölgədə
demoqrafik dəyişikliyin öz
xeyirlərinə həll olunması (əsasən Misirdən, Livandan, İraqdan, Suriyadan, Yunanıstandan, Bolqarıstandan
hay ailələrinin bu
ərazilərə köçürülməsi hesabına);
- tarixi-mədəni
abidələrin izini, ünvanını,
soyadını itirməklə (yox etməklə)
sonradan həmin yerdə
“haylaşdırılmış” abidə və
ünvanların üzə
çıxarılması;
- milli-mənəvi
sərvətlərimizə qarşı “səlib
yürüşlərini”
kerçəklişdirməklə öz
adlarına uyğun qondarma
toponimik şəbəkənin
formalaşdırılması və ona tarixilik donunun geyindirilməsi;
- Azərbaycan
dövlətinin sərhədləri hüdudunda
yerləşən türksoylu xalqlarla birbaşa əlaqələrin
mümkünlüyünə imkan verilməməsi.
Hay
mənşəli ictimai-siyasi və hərbi
qurumların bu istiqamətlərdə
1918-1920-ci illər ərzində
Azərbaycan sərhədi hüdudlarında həyata keçirdiyi qanlı olaylar
əhatə dairəsinə və faciəvi
miqyasına görə daha çox fərqlənir (əvvəlki əsrlərə
nisbətən). Və sonrakı mərhələlər
üçün geniş
imkanlar yaradır.
Bəs bu məqsədləri yönündə
onların fəaliyyətləri necə həyata keçirilib? Bu istiqamətdə
olan hay əməllərini
aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Azərbaycan
xalqının milli-mənəvi və tarixi-mədəni abidələrinin,
xüsusi memarlıq üslubuna
malik məşhur tikililəri məhv
edilməklə milli qədimliyimizə və
mədəniyyətimizə aid izlərin silinməsi.
Son illərdə
dünyanın çeşidli
ünvanlarında Azərbaycan soylu mədəniyyət
və incəsənət əsərlərinin
“haylaşdırılması” məhz bu mənbədən
qidalanır. Gələcəkdə S.Bəhlulzadənin, M.Abdullayevin, T.Salahovun və bir çox məşhur rəssamlarımızın,
eləcə də incəsənət xadimlərimizin əsərlərinin
müəllifi kim hayların
adlarının çəkilməsinə də hazır
olmalıyıq.
Xalqımızın
milli-mənəvi və tarixi-mədəni abidələrinə
qarşı hayların soyqırımı bütün
yaşayış məntəqələrində, o cümlədən
Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Təbriz,
Şamaxı, Quba, Dərbənd
şəhərində də (o dövrdə
quberniya və qəzalarda) törədilib.Paytaxtımızın qədim
memarlıq tikililərinə (Şirvanşahlar saray
kompleksinə, Qız qalasına, Qala
divarlarına) hərbi gəmilərdən
atılan topların təsirilə onların zədələməsi, neft maqnatı Ağa Musa Nağıyevin
(1848-1919) vəsaiti hesabına 1908-1913-cü illərdə tikilmiş “İsmailiyyə” binasının yandırılması, 1910-1911-ci illərdə hay əsilli
Mayılov qardaşlarının tikdirdiyi
(xərci isə milli xeyriyyəçi
H.Z.Tağıyev (1823-1924) tərəfindən qarşılanıb)
Opera və Balet
Teatrı tikilisinin yandırılması və
s. buna misal ola
bilər. Bu faciəyə dözməyən məşhur sahibkar
A.M.Nağıyevin 1919-cu ildə ürəyi dayanıb. 2. Azərbaycan
xalqının dini-ibadət və müqəddəs ziyarətgahlarının,
qəbirstanlıqlarının dağıdılması, yerlə-yeksan
edilməsi ilə milli-mənəvi soyqırımın
aparılması. Bu məqsəd
hayların yerli, kökənli əhalinin dini-inanc mənbələrini, ilk
növbədə milli-mənəvi dəyərlərin qorunub saxlandığı ocaqları məhv
etməklə böyüyən nəslin irfani
tərbiyəsinin zədələnməsinə yönəlik
idi. Ona görə
də hay
kilsəsinin diqtəsi ilə quldur hay-daşnak və bolşevik
silahlı dəstələri Azərbaycanın bütün qəzalarında hücum
etdikləri yaşayış binalarının (bəzi hallarda dinc sakinləri məscidə yığaraq
oranı oda qalamışlar), həmçinin
məscidlərin divarındakı daş yazı
nümunələrini, digər yazılı mənbələri
məhv etmiş, qiymətli maddi əşyaları (xalça,
sumax, palaz, başqa ləvəzimatları, zinət əşyalarını,
zərgərlik məmulatlarını) qarət edərək aparıblar.Bakı qəzasının
Binəqədi kəndində minarəli məscidlərdən
olan Cümə məscidini (1904-1917-ci illərdə
tikilib) 1918-ci ilin mart ayında quldur haylar Keyrəki dağından top
atəşinə tutublar. O müdhiş atəşin və topun izi indi
də məscidin yan divarında
qalmaqdadır.XIX əsrin 2-ci yarısında Bakı şəhərində
bir çox mülkü olan və
Kürdəxanı kəndi yaxınlığında məscid
tikdirmiş Hacı Sultan
Əli oğlu Dadaşovun
adına bağlı “Sultan Əli məscidi”
və Xırdalan kəndində 1884-cü ildə Axund Qafur Molla Ələsgər
oğlu (1822-1925) tərəfindən tikdirilmiş Cümə məscidi də həmin
vaxtda və eyni qaydada
yandırılıb.
Cənubi
Qafqazın ən qədim camesi (743-cü
ildə inşa edilmiş)
Şamaxı Cümə məscidi 1918-ci ilin
mart-aprel aylarında hay
quldurları tərəfindən yandırılaraq qiymətli nümunələri də
yağmalanıb. Bakı qəzasının
Navahı kəndində (Hacıqabul kəndi), Şamaxı qəzasının
Cəm-cəmli kəndində (Qobustan rayonu), Kalva kəndində
(Ağsu rayonu) qədim
məscid və qəbiristanlıq,
Zəngəzur qəzasının Orta
Yeməzli (Zəngilan rayonu) kəndində
“Həcəggə” (“Həccə gəl” mənasında)
adlanan yerdə tikilmiş
XVIII əsrə aid qədim məscid,
Naxçıvan qəzasının
Sirab kəndində (Babək rayonu) “Hacı Kərim” və Qazançı
kəndində (Culfa rayonu)
“Məşədi Qənbər” məscidləri bütünlüklə yandırılaraq məhv edilib.
Lənkəran
qəzasında hay daşnaklarının
və bolşevik-denikinçi
quldurların (kazakların)
1918-ci ilin aprel
ayında yerli
əhaliyə qarşı törətdiyi soyqırımda (qəzanın
40 kəndinin əhalisi bu
qırğına məruz qalıb) hərbi baza
kimi Xəzər dənizində lövbər salan “Aleksandr Jander” gəmisi istifadə edilib.
Bu gəmidən açılan top atəşləri, eləcə də
basqınçıların silahlı piyada
dəstələri Gərmətük, Sütəmurdov, Velədili,
Aşağı Nüvədi, Mamusta kəndlərində
məscidləri yandıraraq məhv edib. Həmin mərmilərdən partlamayanı
1974-cü ildə Aşağı Nüvədi kəndinə
tapılıb.Bir fakt da
odur ki, 1919-cu ildə
Zəngəzur qəzasında gedən döyüşlərdə
gərmətüklü Abbasqulu Aslanov (iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi
Aslanovun böyük
qardaşı) hay quldurlarına
qarşı qəhrəmanlıqla vuruşub.Nəzərə
almaq lazımdır ki,
XIX əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycan kəndlərində əsas və yeganə ictimai-maddi və mədəni tikili kimi yalnız məscidlər və onların nəzdində
fəaliyyət göstərən mədrəsələr
mövcud olub. Bununla da quldur
haylar Azərbaycan xalqının dini və dünyəvi (bəzi mədrəsələrdə
dünya elminin məlumatları
da tədris olunmuşdur)
təhsilinə zərbə və zədə vurmaq
əsas məqsədlərdən biri olub.
3. Qəbirstanlıqların, dini inanc ocaqlarının, əski müqəddəs
yerlərin yerlə yersan edilməsi ilə
minilliklər ərzində formalaşmış milli-mənəvi
dəyərlərin yox edilməsi, tarixi adət-ənənələrin
yadlaşdırılması da hay kilsəsinin əsas hədəfi idi.
1918-1919-cu illərdə Zəngəzur
qəzasında Keçikli kəndinə
(Zəngilan rayonu) qonşu
Şıxavız kəndindən (Qafan rayonu) hücum edən silahlı quldurlar
ilk növbədə qədim kənd qəbirstanlığını
dağıdıb. Bu illərdə Xocalı
kəndi ətrafındakı e.ə. III-II minilliklərə aid Xocalı mədəniyyətinin daş –torpaq kitabələrini-kurqanları
yerlə-yeksan edən hay barbarları
sonrakı dövrlərdə bu əməllərini
xeyli genişləndirib. Belə ki, bu tarixi-maddi
mədəniyyətimizin izlərini tamamilə yer
üzündən silmək məqsədilə həmin
kurqanların yerində kecən əsrin 80-ci illərində
Xocalı şəhər
uçarlığı (aeroportu),
avtovağzalı tikilib.
Xocalı
şəhəri (qədim kənd yaşayış məntəqəsi
hüdudlarında) ilə haylar yaşayan Noragüc kəndi
(əhalisinin sayı 3 minə qədərdir) arasında türk şəhidlərinin qəbri yerləşən
hissələr keçən əsrin 60-70-ci illərində
yerlə-yeksan edilərək orada həyətyanı
sahələr
salınıb.
Biləcəri kəndində
(Binəqədi rayonu) XVIII əsrə aid olan qəbirlər
1918-ci ildə, xilaskar türk
ordusunun şəhid olmuş
döyüşçülərinin məzarları isə
ötən əsrin 20-30-cu illərində məqsədli
şəkildə məhv edilib. Qədim tarixi özündə yaşatmış həmin
yerlər hazırda A.Zeynallı və Yəhya Hüseynov
adına küçələrin və Biləcəri Dəmiryolu
stansiyasının yük anbarı
altında qalıb.
1918-1919-cu illərdə
Cəbrayıl qəzasının Qışlaq kəndi haylar yaşayan qonşu Sur kəndi tərəfindən
hücuma, talana və
qarətə məruz qaldıqda əhali xeyli
müddət dağlardakı kühüllərdə (mağaralarda) yaşamalı olub,
müqəddəs ziyarətgahları– “Yel
ocağı”,
“Dalaq
daşı”, “İspirə ocağı” adlı
ocaqlarının da taleyi
eyni olub, kəhrizləri
kor qoyulub.Zəngəzur qəzasında Qazançı,
Dərəli, Canbar, Ağkənd (Zəngilan
rayonu) kəndləri ətrafındakı
qədim alban qəbirstanlıqlarının,
Yusiflər kəndində qədim Alban məbədinin
hədəfə alınması təsadüfi
olmayıb. Bədnam haylar həmin tarixi abidələrimizə
sonralar iddia qaldırıblar - öz adlarına yazmaq
üçün. Qazançı və Dərəli kəndlərində
quldurların dağıtdığı yerlər yalnız “Kənd
yeri”, “Köhnə dam”
adı ilə yaddaşlarda qalıb.
1918-ci ilin iyun-iyul aylarında
Naxçıvan qəzasındakı soyqırımlarda (“Sirab soyqırımı”) tarixi
yurdumuzun milli-mənəvi və tarixi-maddi abidələri (məscidləri, qəbirstanlıqları,
tarixi memarlıq nümunələri)
dağıdılaraq məhv edilib. Sirab kəndində “Qarayazı”, “Yel dalı”, “Gəlin ağıl”, “Cinli keçidləri”,”Gavur yoxuşu”,
Qahab kəndində (Babək rayonu) “Ölüm dərəsi”,
“Daş qala” qanlı savaşlara şahid və
şəhid olub.
Həmin illərdə
Göyçay qəzasının Alı
kəndində 650-700 ev vardısa,
silahlı hay-bolşevik dəstələrinin
hücumu zamanı kənd evləri, XVIII əsrə
aid qəbirstanlıq, qədim məscid
yerlə-yeksan edildikdən sonra bu yaşayış vahidi “özünə gəlməyib” və
hazırda 130
evdən ibarətdir.Xalqımızın demoqrafik
artım amillərinə və yaşayış məntəqələrinin ərazi üzrə yerləşməsinə
təsir edən bir faktı qeyd etmək yerinə düşər.
1910-cu ildə
Naxçıvan qəzasının əhalisi 146 min nəfər olduğu halda, faciəvi hadisələrdən sonra, 1920-ci ildə bu rəqəm
74 min nəfər
azalaraq 72 min nəfərə
çatıb.4. Azərbaycan ərazisində əsrlər boyu
beynəlxalq ticarət yolları üzərində formalaşmış
iri ticarət mərkəzlərinin və
nəqliyyat qovşağlarının sıradan
çıxarılması.Bakı qəzasının
Navahı kəndi iri ticarət mərkəzi
kimi XIX əsrin sonunda
xeyli inkişaf edib, bura 2000 ev olmaqla həm də
bölgənin mədəni mərkəzinə çevrilib. Silahlı hay quldurları və azğın bolşeviklərin
1918-ci ilin mart-aprel
aylarında qanlı hücumu bu yaşayış məntəqəsinin mədəni
mərkəz (məktəb, məscid olmuş)
və aktiv xidmət (dükan,
dəyirman, karvansaray) ocağı kimi tarixi fəaliyyətinə,
eləcə də kənd sakini və tacir Kərbəlayi
Məşədi Rəşid Nurəli oğlunun
İranla, Orta Asiya ilə bağlı beynəlxalq ticarət
əlaqələrinə son qoyub.
Oxşar hal Şamaxı qəzasının
Maçaxı, Tircan, Basqal kəndlərində də
(İsmayıllı rayonu) qeydə
alınıb.
Ümimilikdə
yuxarıda göstərilən halların mahiyyəti, məzmunu
oxşar olsa da, sayı da kifayət qədərdir.
Keçən
əsrin əvvəllərində bütün
cəbhə boyunca Azərbaycan dövlətinə
və xalqına qarşı hay
quldurları və barbarları tərəfindən yönəlmiş
soyqirim faciələri əsrin sonunda da təkrarlanıb,
indi də davam etməkdədir.
Deməli, mənfur düşmən hələ də səngərdən
çəkilməyib.
Bu səngərin
dağıdılmasının zamanı və tarixi
isə yetişməkdədir.
Qismət
YUNUSOĞLU
Bakı
xəbər.- 2018.- 5 iyun.- S.10.