Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nəzdində Kino İnkişaf Mərkəzi necə dönüş yaradacaq

Yusif Şeyxov: Hesab edirəm ki, bu mərkəz filmlərin daha geniş səviyyədə nümayiş olunmasını həyata keçirəcək

Zülfiyyə Eldarqızı: Bu mərkəz zərurətdən yaranıb

Cavid Təvəkkül: Belə bir mərkəzin yaradılması çox yaxşı haldır

Son illər ardıcıl olaraq filmlər çəkilsə , onların təbliği, yayımı istiqamətində davamlı işlər həyata keçirilməyib. Məlum olduğu kimi, Azərbaycanda çəkilən filmlərin nümayişi paytaxtın bir neçə kinoteatrında, iri ticarət mərkəzlərindəki kino zallarında həyata keçirilir. Bakıətrafı kənd qəsəbələrdə isə tamaşaçılara yerli, xarici filmlər təqdim edilir.

Bakı kənd qəsəbələrində vaxtilə fəaliyyət göstərən klubların əksəriyyəti öz fəaliyyətini dayandırdığı üçün, burada film nümayişi sahəsində ciddi problemlər var. Onu da vurğulayaq ki, yerli kanallarda son illər çəkilən bədii filmlərin , demək olar ki, hamısı nümayiş etdirilmir. Tamaşaçı kino arasındakı əlaqələrin bərpası istiqamətində son dövrlər dövlət tərəfindən müxtəlif işlər həyata keçirilir. Bu istiqamətdə görülən işlər genişmiqyaslı olmasa da, hər halda problemin aradan qaldırılmasına yardımçı olur.

Aprelin 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən yaradılan Kino İnkişaf Mərkəzi kino yayımı, kinoteatrların açılması s. məsələləri həll edəcək.

İdarədən mətbuata verilən məlumata görə, yeni yaranan qurum Bakı şəhər ətraf qəsəbələrdə mədəniyyət müəssisələrində yeni kinoteatrların yaradılması onların işinin təkmilləşdirilməsi ilə məşğul olacaq.

Mərkəz Azərbaycan mədəniyyətini incəsənətini daha geniş kütləyə çatdırmaq, həm bu sahədə çalışan insanların yaradıcılıq potensialının üzə çıxarılmasına köməklik göstərmək, kinoteatrlarda insanların xarici yerli, Azərbaycan reallıqlarını əks etdirən, milli qəhrəmanların həyatından bəhs edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə marağını artırmaq məqsədilə yaradılıb.

Yeni mərkəzdə müasir filmlərin premyeraları, nümayişlər, müzakirələr, diskussiyalar, yaradıcı insanlarla, aktyor rejissorlarla görüşlərin keçirilməsi nəzərdə tutulub.

Yeni yaradılan dövlət qurumunun kinonun gələcəyi üçün önəmli işlər görəcəyini düşünən kinoşünaslar bildirirlər ki, bu sahədə kifayət qədər çətinlik var qayğıları mərkəz həll etmək iqtidarındadır. Kinoşünaslar qeyd edirlər ki, son illər Azərbaycan tamaşaçısının çox az bir qismi xarici filmləri kinoteatrlarda, kütləvi yayım məkanlarında izləyib. Bakı kənd qəsəbələrinin yeni kinoteatrlarla, kino zalları ilə təmin edilməsinin vacib olduğunu düşünən kinoşünasların fikrincə, yeni yaradılacaq kinoteatrlar, bu sahədə görüləcək işlər böyük perspektiv vəd edir. Onların qənaətinə görə, bu gün rayonlarda fəaliyyət göstərən mədəniyyət idarələri, adidiyyəti regional qurumlar da yerlərdə kinoteatrların açılmasına təşəbbüs göstərməli Azərbaycan filmləri ilə yanaşı, xarici filmləri yaymaqda maraqlı olmalıdırlar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində yeni yaradılan mərkəzin gələcəkdə böyük işlər görəcəyinə ümid edir. O qeyd etdi ki, bu mərkəz hələ bir neçə il əvvəl yaransaydı, mövcud problemlər aradan qalxardı. Onun dediyinə görə, bu qurum kino yayımı sahəsindəki çətinliklərin aradan qaldırılmasına dəstək olacaq. Z.Eldarqızının sözlərinə görə, bu gün Azərbaycanda kinoprokatın olmaması kino yayımının qarşısına sədd çəkən amillərdən biridir: Hesab edirəm ki, yeni yaradılan mərkəz özünü doğruldacaq. Bilirsiniz ki, bu sahədə çətinliklər çoxdur bu çətinliklərin aradan qaldırılması böyük zəhmət tələb edir. Kino İnkişaf Mərkəzi dövlət tərəfindən yaradılan qurum olduğu üçün, kino sahəsinə daha ciddi məsuliyyətlə yanaşacaq. Vaxtilə Bakı kəndləri qəsəbələrində klublar fəaliyyət göstərirdi sakinlər klublara gedərək Azərbaycan keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarında istehsal edilən filmlərə tamaşa edirdilər. Hətta Sovet hökumətinin müvafiq dövlətlərdən alıb gətirdiyi filmlər o kinoteatrlarda göstərilirdi. Ancaq son 20-25 ildir Bakı kənd qəsəbələrində klublar fəaliyyət göstərmir. Bu da tamaşaçı kino arasındakı əlaqələrin qırılmasına gətirib çıxardı. Bu gün isə düşünürəm ki, yeni yaradılan mərkəz mövcud problemlərin köklü həllini həyata keçirəcək. Çünki bu mərkəz zərurətdən yaranıb onun yaranmasına çoxdan ehtiyac vardı.

Mədəniyyət Nazirliyinin kino sektorunun müdiri Yusif Şeyxov da Bakı-Xəbərə açıqlamasında bildirdi ki, Kino İnkişaf Mərkəzinin yaradılması olduqca müsbət hadisədir. Y.Şeyxovun sözlərinə görə, mərkəz bu sahədə fəaliyyət göstərməklə problemin aradan qaldırılmasına təkan verəcək: Bakıda Bakıətrafı qəsəbələr, kəndlərdəki mədəniyyət evlərində klublar fəaliyyət göstərir. Həmin klublar müasir kino avadanlıqları ilə təchiz olunublar. Lakin burada kino nümayişi havadan asılı vəziyyətdə idi. İndi onun aradan qaldırılması sahəsində yaradılan mərkəzin fəaliyyətə başlaması təqdirəlayidir. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən yaradılan Kino İnkişaf Mərkəzi müsbət işlər gösrəcək. Son illər Azərbaycan kinosunun tarixində heç vaxt olmadığı qədər filmlər çəkilir. Bu gün dövlət özəl kino şirkətləri tərəfindən komediyalar, melodramlar istehsal edilir. O filmləri Bakıdakı bir neçə kinoteatrda göstərməklə kifayətlənmək yəqin ki, düzgün olmazdı. Belə imkan varsa, ondan niyə istifadə edilməsin? Hesab edirəm ki, bu mərkəz filmlərin daha geniş səviyyədə nümayiş olunmasını həyata keçirəcək.

Kinorejissor kinossenarist Cavid Təvəkkül Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin müvafiq əmrinə əsasən yaradılan Kino İnkişaf Mərkəzinin gələcəkdə böyük işlər görəcəyinə ümid etdiyini deyir. C.Təvəkkülün sözlərinə görə, hazırda kino yayımı sahəsində mövcud olan boşluğu bu mərkəz doldura bilər: Belə bir mərkəzin yaradılması çox yaxşı haldır. Dövlətin bu sahəyə dəstək verməsi olduqca müsbət bir işdir. Bakı qəsəbə kəndlərində kinoteatrların açılması ilə bağlı görüləcək işlərin müsbət nəticə verəcəyinə inanıram. Düşünürəm ki, regionlarda fəaliyyət göstərən müvafiq şöbələrdə belə mərkəzlər yaradılmalıdır. Çünki rayonlarda da kinonun təbliğinə böyük ehtiyac var. Bir neçə istisnanı nəzərə almasaq, demək olar ki, rayonlarda kino mərkəzləri yoxdur. Xarici yerli filmlərin bölgələrdə nümayişi vacibdir. Bu həm ona görə vacibdir ki, kənd qəsəbələrdə yaşayan gənclər, yeniyetmələr o filmlərə baxıb kinoya gəlsinlər.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.-2 may.- S.14.