Azərbaycan muzeylərində birgünlük açıq qapı ziyarəti

Muzeylər tarixin qorunduğu məkandır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da muzeylər seyrçilərin diqqət mərkəzindədir. İlin bütün günlərində muzeylərə giriş ödənişli olsa da, yalnız 18 may tarixində muzeylərdə keçirilənAçıq qapıgünləri çərçivəsində tamaşaçıların muzeylərə daxil olması pulsuzdur.

Qeyd edək ki, artıq bir neçə ildir Azərbaycanda da qeyd edilən 18 may - Beynəlxalq Muzeylər Günündə muzeylərdəAçıq qapıelan edir.

Məlumat üçün bildirək ki, hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunub. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün bu bayramın qeyd edildiyi ölkələrin bütün muzeylərindəAçıq qapıelan olunur arzu edənlər pulsuz olaraq sərgi ekspozisiyalara tamaşa edirlər.

Məlumatlara görə, Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. XX əsrin əvvəllərində Bakı ticarət məktəbi nəzdində Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus Texniki Cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət göstərib. İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cumhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də “İstiqlalmuzeyi fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində respublikada muzey şəbəkəsi daha da genişləndirilib: Nizami adına Ədəbiyyat Muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Maarifi Muzeyi, əksər rayon şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm mədəniyyət xadimlərinin ev muzeyləri s. bu qəbildəndir.

 

Azərbaycan həm açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma altında muzey" adlandırıb. Muzeylərlə zəngin olan ölkəmizdə muzeylərin fəaliyyətinin tamaşaçılar tərəfindən qiymətləndirilməsi çox vacibdir.

 

18 may - Beynəlxalq Muzeylər Günü münasibətiləİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün muzeylərdəAçıq qapıgünü elan edilib. Məlumatlara görə, “Açıq qapıgünündə paytaxt sakinləri şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı, Sıratağlı dini-memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər Məscidi, “Müqəddəs əmanətlərekspozisiyası, habeləQalaqoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar Muzeyinin ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə ediblər.

 

Qeyd edək ki, seyrçilər sözügedən muzeylərdə səhər saat 10-dan axsam saat 19-dək ekspozisiyaya  pulsuz baxıblar.

 

Qala Arxeoloji-etnoqrafik muzeyindənBakı-Xəbər”ə verilən məlumata görə, mayın 18-də muzeyə daha çox məktəblilər gəlib. Muzey əməkdaşının sözlərinə görə, “Açıq qapıgünü çərçivəsində az sayda olsa da, əcnəbi turistlər muzeyi ziyarət  ediblər: “Muzeyimizə əsasən şagirdlər gəlirlər. Beynəlxalq Muzeylər Günü münasibətiləAçıq qapıelan etdiyimiz üçün bu gün muzeyə gələn şagirdlərin sayında əvvəlki vaxtlarla müqayisədə xeyli artım var. Mayın 18-də muzeyimizi əsasən şagirdlər ziyarət ediblər. Qonaqlarımız sırasında bir neçə əcnəbi olub. Muzeyimizi ziyarət edən qonaqların sayı haqqında məlumat verə bilmərik”.

 

Milli Azərbaycan Tarixi Muzeyindən verilən məlumata görə, “Açıq qapıgünü çərçivəsində muzeyə gələnlərin sayında xeyli artım müşahidə edilib. Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Emin DadaşovBakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, muzey ziyarətçilərinin sayında xeyli artım baş verib: “Bizim qonaqlarımız əsasən məktəblilər olub. Muzeyimizi ziyarət edənlər sırasında turistləri qeyd etmək istəyirəm. Beynəlxalq Muzeylər Günündə turistlər muzeyimizi ziyarət ediblər. 2000 nəfərdən artıq şəxs muzeyimizi ziyarət edib. Hesab edirəm ki, heç bir qonağımız bizdən narazı qalmayıb”.

Azərbaycan Xalça Muzeyindən aldığımız məlumata görə, muzey seyrçiləri arasında kütləvilik müşahidə edilib. Muzey əməkdaşının verdiyi məlumata görə, həmin gün gündüz saat 12-yə qədər 2000 nəfərdən artıq qonaq muzeyi ziyarət edib: “Bizim muzeyə gələnlərin sayı həmişə çox olur. Beynəlxlaq Muzeylər Günü münasibətilə isə ziyarətçilərin sayında xeyli artım var. Həm yerli, həm xarici ziyarətçilər muzeyimizi ziyarət ediblər”.

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin baxıcısı Xumar İsmayılovaBakı-Xəbər”ə bildirdi ki, çalışdığı muzeyə gələn ziyarətçilərin sayı əvvəlki günlərlə müqayisədə çoxdur: “Muzeyimizə əvvəllər ziyarətçilər gəlirdi. Ancaq bu gün (dünən - İ.S.) daha çox canlanma müşahidə edilir. Muzeyimizə gələnlərin sayında xeyli artım olub. Qonaqlar arasında az da olsa, əcnəbi turistlər var. Əsas ziyarətçilər öz vətəndaşlarımızdır”.

Cəlil Məmmədquluzadənin mənzil-muzeyinin direktoru Pərixanım Muradova da bizimlə söhbətində Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyə məktəblilərin gəldiyini dedi: “Bizim qonaqlarımız məktəblilər idi. Bir neçə məktəbli muzeyimizi ziyarət etdilər onlar sərgi ilə tanış oldular”.

 

İradə SARIYEVA 

Bakı xəbər.- 2018.- 19-21 may.- S.13