Gələn ilin əvvəlində Ermənistan Qarabağ məsələsində mühüm yeniliklər etmək zorundadır...

 

    Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində maraqlı tərəf olduğunu ötən zaman ərzində aydın nümayiş etdiribbununla bağlı olaraq uzun illər ərzində Ermənistanla danışıqlar aparıb. Amma yenə ötən zaman onu da çox açıq göstərib ki, işğalçı tərəf Azərbaycanın bu jestlərini, sülh yoluna sadiqlyini lazımınca qiymətləndirə bilməyib.

Elə bu səbəbdən Ermənistan hər vəchlə Qarabağ konflikti ətarfında status-kvonun qorunub saxlanmasına çalışıb. Lakin Ermənistan üzərində bütün əsas parametrlər, o cümlədən hərb müstəvisində əzici üstünlüyə malik Azərbaycan vəziyyətin bu şəkildə qalmasına daha dözmək niyyətində deyil.  Məsələnin lazım gəlsə hərbi yolla həllini tapa biləcəyinə dair Bakı İrəvana xəbərdarlıqlarını artırır. Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı Prezident İlham Əliyev bu xüsusda mühüm məqamlara toxunub: “Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir”.

Dövlət başçısı bu gün beynəlxalq hüquq normalarının tamamilə kənara qoyulduğunu qeyd edib: “Əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündürbiz istənilən varianta hazırıq”. Qeyd edilən fikirlərdən kifayət qədər aydın görünür ki, Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə bərpa etməyə hazırdır. Belə vəziyyətdə Ermənistanın konkret addımlar atması üçün vaxtı çox məhddudur. Məsələ burasındadır ki, real vəziyyətdə Ermənistanda, daxili siyasi vəziyyət nəzərə alınaraq, danışıqlar prosesinin dayanması normal hesab edilir. Rəsmi Bakı da indiki şəraitdə bunu anlayışla qarşılayır. Dekabrda Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra bu ölkədə hakimiyyətdə hansı qüvvənin yer alacağı dəqiq müəyyən olunacaq. Məhz bundan sonra Azərbaycan Ermənistanın Qarabağ məsələsində dəqiq mövqeyinin müəyyən edilməsini gündəmə gətirəcək. Ermənistanın mövqeyi isə Qarabağ münaqişəsinin hərb, yoxsa sülh yolu ilə çözümünü müəyyən edəcək. Hər halda görünən budur ki, artıq növbəti il ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm yeniliklər olacaq. Bunu israilli politoloq Yuri Boçarov da istisna etmir. Ekspertin fikrincə, Azərbaycan və həmsədr ölkələr problemin dinc müstəvidə həllini istəyir: “Halbuki, Azərbaycan problemin güc müstəvisində həlli üçün də kifayət qədər imkanlara malikdir. Hər halda aprel döyüşləri yaddan çıxmayıb. Ermənistanın bunu nəzərə alıb dinc həllə çalışması İrəvanın özü üçün vacibdir. İndilikdə isə öz bəyanatları ilə Azərbaycan hakimiyyətini təxribata çəkməyə çalışan Nikol Paşinyan onu yaxın perspektivdə nələrin gözləyə biləcəyindən xəbərsizdir. Amma ola bilsin ki, dekabr seçkilərindən sonra o, daha real mövqe sərgiəlyib Azərbaycanla uzlaşsın. Ermənistan nəzərə almalıdır ki, Bakı hərbi cəhətdən çox üstündürregion özüciddi hadisələrin astanasındadır. İran ətrafında baş verənlər bunu çox aydın göstərir”.

Yeri gəlmişkən qeyd edək ki, İran ətrafında baş verənlər Ermənistanın çöküşünü daha sürətli hala gətirməkdə, onun zəifləməsini sürətləndirməkdədir. Belə vəziyyətdə Ermənistanın Qarabağ məsələsində Azərbaycana müqavimət imkanları daha da tükənir.  Daşnaksütyun“ Partiyasının siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan da bunu açıq etiraf edir. Onun sözlərinə görə, İrəvanın İranla münasibətlərini minimuma endirməsi üçün ABŞ-ın Ermənistana təzyiqləri davam edəcək: “Təzyiqlər davam edəcək. ABŞ-da bu cür qərar verilib. Bu qərarın nə dərəcə ədalətli olması başqa məsələdir. Bizim üçün məsələ çox çətindir. Eyni anda həm ABŞ-ı razı salıb, həm də İranla münasibətləri qorumaq olmaz. Yeganə yol ABŞ-dakı erməni diasporunun Ermənistanın heç bir alternativinin olmamasını Vaşinqtona anlada bilməsidir. Amma indilikdə bu da mümkün görünmür”. Ermənistan parlamentinin Respublika Partiyasından olan deputatı Artaşes Qeqamyan isə qeyd edir ki, İran hadisələri Qarabağda da yeni savaşı tətikləyə bilər.

Qeqamyan qeyd edir ki, Ermənistanda Soros Fondu və Qərbin digər qurumları tərəfindən 80-dən çox ictimai təşkilat ölkəni dağıtmaq işini həyata keçirir: “Onların fəaliyyəti mənəvi dəyərləri tam məhv etmək və erməni dövlət quruluşunu dağıtmağa hesablanıb. Bildirməliyəm ki, onlar bu işdə uğur qazanırlar. Bu şeytan layihəsinin başında baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan dayanır”.

Erməni deputat iddia edir ki, bu durumda ABŞ Paşinyandan Dağlıq Qarabağ münaqişəsini həll etməyi tələb edir.

“Məqsəd burada müharibəni başlamaqİranla Rusiyaya qarşı istifadə etməkdir. Lakin buna qədər Ermənistanda başqa proseslər baş verəcək. Ölkədə iqtisadi böhran yaradılacaq və bütün günah Rusiyanın üzərinə yıxılacaq. İndiyə qədər belə cəhdlər olub. Digər tərəfdən, ABŞ Ermənistandan İranla sərhədi bağlamağı tələb edəcək. Tramp Obama deyil, o daha sərt olacaq. Okeanın o tayındakı strateqlər bu proseslərin davamı olaraq Qarabağda müharibəni başladacaqlar və beləliklə, Ermənistan burada məğlubiyyətə uğrayacaq. O səbəbdən Qarabağ məsələsində danışıqlar yolu ilə təcili addımlar atılmalıdır. Nəzərə alaq ki, Azərbaycan ötən illər ərzində hərbi cəhətdən xeyli möhkəmlənib”. O bildirib ki, beynəlxalq vəziyyət də daha sürətlə Azərbaycanın lehinə dəyişməkdədir. 

Ekspertlər qeyd edir ki, Qarabağ məsələsində İrəvanın mövqelərini daha da zəiflədən daha bir amil Rusiyaİran faktoru ilə hazırda birbaşa bağlıdır. Artıq bəllidir ki, Kreml Ermənistana qətiyyən etibar etmir. Hətta əksinə, Rusiyanın hazırkı siyasəti regionda daha çox Azərbaycanla yaxınlaşmağa hesablanıb.  İran da tədricən Ermənistandan üz döndərməə məcburdur. Çünki Ermənistan real vəziyyətdə İrana qarşı ABŞ-ın planlarında yer alır və İrəvan bu məsələdə ona tapşırılan missiyanı yerinə yetirməyə hazırlaşır. Qeyd olunan xüsusda politoloq Elxan Ələsgərov çox maraqlı məqamalara toxunur. İlk olaraq o vurğulayır ki, ABŞ sanksiyalardan sonra indiİranla bağlı hərbi hazırlıqlara başlayıb. Politoloq bunu Con Boltonun Cənubi Qafqaza səfəri və orada İranla bağlı gedən müzakirələrin nəticəsi kimi gördüyünü deyir: “Ümumiyyətlə, sanksiyalar ABŞ-ın İrana qarşı siyasətinin sadəcə ilkin mərhələsi idi. ABŞ-ın İrana qarşı siyasətinin əsas və yeni mərhələsi başlayır. Belə ki, ABŞ sanksiyalardan sonra indiİranla bağlı hərbi hazırlıqlara başlayıb. Hazırda ABŞ-ın bu siyasətinin cizgilərini Suriyada, Ermənistanda və digər ölkələrdə görməkdəyik. ABŞ-ın İranı cənub, şərq və qərbdən əhatə edən müttəfiqləri - Əfqanıstan, İraq və Körfəz ölkələri onsuz da Vaşinqtonun siyasətini dəstəkləyir. Belə olan halda İrana bu ölkənin şimal sərhədi Ermənistan üzərindən nəzarət etmək qalır. Üstəlik, Ermənistandakı durum da ABŞ-a həmin istiqamətdən İrana qarşı imkanlar əldə etməyə böyük fürsət verir. Birincisi, Ermənistanda hazırda qərbyönümlü qrantlarla maliyyələşən kütlə çevrilişlə hakimiyyətə gələn dövlət başçısını seçməyə hazırlaşır. İkincisi, təcrübəsiz Paşinyan çaşqın bəyanatlar verməkdə davam edir. Üçüncüsü, Ermənistan maliyyə baxımından böhranlı vəziyyətdədir. Bu fonda Ermənistanın pulla alınması olduqca asan bir məsələyə çevrilir”.

Politoloq Ermənistandan Qarabağa üçüncü avtomobil yolunun çəkilməsinin də məhz eyni məqsədə xidmət etdiyini bildirib: “Bu yolun İranla sərhədin yaxınlığından keçməsi təsadüf deyil. Çünki sözügedən yol hərbi baxımdan Qarabağda erməni birləşmələrinə heç nə vəd etmir. Digər tərəfdən, Zəngilan tərəfdən çəkiləcək bu yol heç yaşayış üçün də nəzərdə tutulmayıb. Çünki həmin ərazidə yaşayış məntəqələri yoxdur. Bütün bunlar yalnız bir mətləbdən xəbər verir. Belə ki, sözügedən yoldan məhz İrana qarşı platsdarm, yaxud da hərbi bölgə məqsədilə istifadə ediləcək. Görünür, Ermənistan burada hansısa dövlətlərin hərbi birləşmələrinin yerləşməsinə icazə verib. Həmin bölgədəki mövcud şərait də gələcək hərbi əməliyyatlarda Ermənistan üzərindən İrana qarşı istifadə üçün yaralıdır”. Bütün bunlar çox aydın şəkildə nümayiş etdirir ki, Ermənistan artıq İrana qarşı xəyanətkar bir mövqedədir və Tehranda bunu nəzərə almağa məcburdurlar.  Ermənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda ölkənin iflası və özünütəcridi daha da dərinləşcək. Beləliklə, regionda Ermənistan ona indiyə qədər böyük yardımlar göstərən Rusiya və İranın da dəstəyini itirir.  Məhz bu şəraitdə Qarabağda mümkün yeni savaşda Azərbayanın Ermənistan ordusunu daha qısa zaman kəsiyində tam şəkildə darmadağın etməsi daha asan hala gəlir.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan dövlət başçısı da bu xüsusda İrəvana xəbərdarlıqlar edibordumuzun gücünü növbəti dəfə işğalçı ölkəyə xatırladıb. Belə vəziyyətdə Ermənistan artıq Dağlıq Qarabağ məsələsində konkret mövqe tutmalıdır. Aydındır ki, İrəvan yenə indiki siyasi kursa sadiq qalsa və zəbt edilmiş əraziləri  azad etməsə, daha ağır zərbələrə məruz qalacaq. Elə Ağdamda da Azərbaycan dövlət başçısı xüsusilə qeyd etdi ki, Ermənistan 2016-cı ilin təkrarını yaşamaq istəmirsə, düşünməlidir. Hər halda, Bakı İrəvana son şans verir və qarşıdakı zaman Ermənistanın bu şansı necə dəyərləndirəcəyini aydın göstərəcək. Burada İrəvan onu da nəzərə almalıdır ki, Qarabağ münaqişəsinin hərbi yolla həll variantı işə düşərsə, Ermənistanın bir dövlət kimi tam çöküşü də qaçılmaz olacaq.

 

Tahir TAĞIYEV

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər.- 2018.- 8 noyabr. - S. 9.