Azərbaycana gələn rus turistlər sayca ötən on ayda hamını üstələyib

Rusiyalı turistlər Türkiyədə xərclədikləri vəsaitdən daha az məbləği Azərbaycanda sərf etdikləri üçün ölkəmizə üstünlük verirlər

Elçin Rüstəmov: “Qonşu ölkələrin vətəndaşlarının səfərlər etməsi üçün nəqliyyat xərci yüksək olmur, bu baxımdan rusiyalı turistlər səyahət üçün ölkəmizə gəlirlər

Məlumdur ki, Azərbaycanda da turizm sahəsi yeni mərhələyə qədəm qoyub. Son dövrlər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli konfranslar, oyunlar, tədbirlər turist axınında əhəmiyyətli rol oynayır. Ölkəmizə Avropa, Asiya Afrika ölkələrindən yüzlərlə turist gəlir. Gələn turistlərin hər biri ayrı-ayrı mədəniyyətin daşıyıcısıdır.Qeyd edək ki, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2420,4 min ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,1 faizi Rusiya, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.Cari ilin yanvar-oktyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Küveyt vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 13,7 faiz, Oman vətəndaşlarının sayı 6,3 faiz artıb. İrandan gələnlərin sayında 33 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilib. Ümumilikdə, Körfəz ölkələrindən 492,9 min nəfər gəlmiş ölkəmizə gələnlərin, demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.Məlumat üçün bildirək ki, ölkəmizə gələn əcnəbilər vətəndaşlığı olmayan şəxslərin 56,5 faizi dəmir yolu avtomobil, 42,5 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib.İstirahət üçün ölkəmizə gələn turistlər arasında ilk üçlüyü rus, gürcü türk vətəndaşları tutub."New ERA Travelşirkətinin direktoru, turizm eksperti Elçin RüstəmovBakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, manatın məzənnəsinin xarici valyutaya nisbətən dəyişməsi ölkəyə gələn turistlərin sayına təsir edib: “Manat xarici turistlər üçün dollar ya avro ekvivalentində daha cəlbedici görünür. Bu səbəbdən hesab edirəm ki, onlar üçün Azərbaycana gəlmək daha sərfəlidir”.

Həmsöhbətimizin sözlərinə görə, rusiyalı turistlər daha çox Azərbaycanın çimərlik turizminə üstünlük verir. Bunun da müəyyən səbəbləri var: “İlk növbədə bildirim ki, Türkiyədə olan ruslar Azərbaycana gələndə qiymət fərqini hiss edirlər. Onlar Türkiyədə xərclədikləri vəsaitdən daha az məbləği Azərbaycanda sərf edirlər. Bu səbəbdən ruslar ölkəmizə üstünlük verirlər. Həmçinin, məsafənin qısa olması Rusiya vətəndaşlarının ölkəmizi seçməsinə səbəb olur. Rus turistlərinin yola sərf etdikləri vəsait çimərliklərdə xərclədiklərini toplayanda bu onlar üçün daha cəlbedici görünür.Həmsöhbətimizin sözlərinə görə, Azərbaycana səfər edən turistlər arasında rus, gürcü türk vətəndaşlarının olmasının səbəblərindən biri qonşu ölkə olmağımızla bağlıdır: “İstənilən dünya ölkəsinə daha çox qonşu ölkələrin vətəndaşları turist kimi səfər edirlər. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrin vətəndaşlarının səfərlər etməsi üçün nəqliyyat xərci yüksək olmur. Bu baxımdan rusiyalı turistlər səyahət üçün ölkəmizə gəlirlər”.

 

Günel CƏLİLOVA

Bakı xəbər.- 2018.- 24-26 noyabr.- S.15.