Klassik rəssamlardan Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin başqalarının əsərləri auksiona çıxarılıb satılıb

Oqtay Əliyev: Ola bilsin, müəyyən dövrdən sonra bizim rəssamların da təbliğatı yüksək səviyyədə qurulacaq onlar xarici ölkələrdə geniş tanınacaqlar

Azərbaycan rəssamlarının dünyada təbliğatı sahəsində mövcud problemlər hələ qalmaqdadır. Baxmayaraq ki, Mədəniyyət Nazirliynin Heydər Əliyev Fondunun təşəbbüsü, təşkilatçılığı ilə müxtəlif xarici ölkələrdə klassik çağdaş Azərbaycan rəssamlarının əsərlərinin sərgisi təşkil edilir, onların tanıdılması istiqamətində sistemli işlər görülür.Bu gün dünyada incəsənət əsərlərinin təbliğ edilməsi satılması məsələsində başlıca rolu auksionlar oynayır. Sirr deyil ki, dünya şöhrətli bir sıra rəssamların əsərləri çox baha qiymətə xarici auksionlarda satılır. Bu əsərlərin qiyməti hədsiz dərəcədə baha olur. Azərbaycanın dünya şöhrətli fırça ustaları az deyil. Təkcə Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Tahir Salahovun, Sakit Məmmədovun adını çəkmək kifayətdir ki, dediklərimiz öz təsdiqini tapsın. Rəssamların fırça nümunələri auksionlara çıxarılarkən həm satılır, həm təbliğ edilir.Dünya şöhrətli Azərbaycan rəssamlarının əsərləri xaricdə keçirilən auksionlarda satışa çıxarılırmı?Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Oqtay Əliyev bizimlə söhbətində bildirdi ki, keçən dövrlərə baxdıqda bu gün Azərbaycan rəssamları dünyada tanınmaqdadırlar. Onun sözlərinə görə, son illər dünyada Azərbaycan rəssamlarının işlərinə tələbat artmaqdadır. Bu gün dünyada Azərbaycan rəssamlarının işinə tələbat yetərincədir. Bu barədə həmişə müxtəlif tədbirlər, sərgilər çərçivəsində rəssamlarla söhbətlərimiz olur. Keçən illərlə müqayisədə doğrudan da rəssamlarımızın əsərlərinə tələbat artıb. Həm klassik, həm müasir rəssamlarımızın əsərlərinə dünyada çox böyük maraq göstərilir. Klassik rəssamların əsərlərini əsasən xaricdə dövlət səviyyəsində keçirilən sərgilərdə təqdim edə bilirik. Bu özünü Mədəniyyət Nazirliyinin xətti ilə müxtəlif ölkələrdə keçirilən sərgilərdə daha qabarıq şəkildə göstərir. Səttar Bəhlulzadənin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Vidadi Nərimanbəyovun, Mikayıl Abdullayevin əsərləri dünyada tanınır. Müasir rəssamlardan isə Sakit Məmmədovun adını çəkə bilərəm. O, müasir dövrümüzün ən gözəl, ən tanınmış rəssamlarından biridir. S.Məmmədov müxtəlif üslublarda, o cümlədən klassik, realizm üslubunda əsərlər yaradır. Dünyanın, xüsusən Avropanın ən tanınmış rəsm qalereyalarında, incəsənət muzeylərində Sakit müəllimin əsərləri sərgilənir. Müasir rəssamlarımızdan S.Məmmədovun əsərləri auksiona çıxarılır satılır deyən O.Əliyev qeyd etdi ki, Azərbaycan rəssamlarının əsərləri çox cüzi şəkildə xarici ölkələrdə təşkil edilən incəsənət auksionlarına çıxarılır orada satılır. O.Əliyevin sözlərinə görə, əvvəlki illərdə, ümumiyyətlə, Azərbaycan rəssamlarının əsərlərinin auksiona çıxarılmasında müəyyən zəifliklər olub: Əvvəllər bu sahədə işlər çox zəif idi. Yəni bizim rəssamların əsərləri o auksionda zəif görsənirdi. Ancaq son 10 ildə vəziyyət müsbətə doğru dəyişməyə başladı. Deyim ki, son zamanlar, az da olsa, bizim rəssamların da əsərləri xarici auksionlara çıxarılır. Dünya auksionunda digər rəssamların əsərləri hansı qiymətədirsə, bizim rəssamların əsərləri o qiymətə satılır. Bu əsərlər tam yüksək yox, orta qiymətə satışa çıxarılır. Bilirsiniz, bizim rəssamların əsərləri təbliğat, reklam baxımından tanınmış fransız, italyan, eləcə Hollandiya rəssamlıq məktəbinin nümayəndələrinə hələ çatmır. Sözsüz ki, söhbət sənətkarlıqdan, onların işləmə texnologiyasından getmir, bu, birbaşa təbliğatla bağlıdır. Ola bilsin, müəyyən dövrdən sonra bizim rəssamların da təbliğatı yüksək səviyyədə qurulacaq onlar xarici ölkələrdə geniş tanınacaqlar. Bizim rəssamların əsərləri auksionlarda olub onlar əsasən Avropa dövlətlərində təmsil olunublar. Bu auksionlarda S.Məmmədovun başqalarının əsərləri auksionlarda maraqla qarşılanıb. Klassik rəssamlardan T.Nərimanbəyovun, M.Abdullayevin başqalarının əsərləri auksiona çıxarılıb satılıb.

 

Qeyd edək ki, bu gün xarici kolleksiyaçıların kolleksiyasında Azərbaycanın görkəmli rəssamlarının hər birinin 20-30 əsəri olduğu bildirilir. Bu gün əsasən S.Bəhlulzadənin əsərlərinə böyük maraq var. O.Əliyev bildirdi ki, hazırda əcnəbi kolleksiyaçıların kolleksiyasında saxlanan əsərlər vaxtilə o rəssamların qohumlarına, dost-tanışlarına bağışladığı əsərlərdir ki, onlar bu tabloları ya onlara satıblar, ya da hədiyyə ediblər.O.Əlieyevin sözlərinə görə, Azərbaycan rəssamlarının əsərlərinin xarici ölkələrdə satılması yaxşı haldır, onlar Azərbaycan incəsənətini təbliğ edirlər. Bununla belə, O.Əliyev hesab edir ki, dahi rəssamlarımızın əsərlərinin öz ölkəmizdə qorunub saxlanması daha faydalı olardı.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 13-15 oktyabr.- S.14.