Şərəfli fədakar ömür yaşadı...

Hörmət, ehtiramsız bir anın olmur,

Kim deyər adını tutanın olmur,

Şəhidlər tək bircə atanın olmur,

El çəkir bu qəmi, bu dərdi, Zahid!

 

 Bu misralar şair Mədət Məhbubun Daxili Qoşunların şəhid zabiti baş leytenant Mahmudov Zahid Alı oğluna həsr etdiyi şeirdəndir. Həmin şeir 1996-cı ildəDəli Kürqəzetində dərc olunub. M.Məhbubun şəhid həmkəndlisi haqqında qələmə aldığı şeirdə vurğulanan dəyişməz bir həqiqət var - şəhidlər el yaddaşında heç vaxt unudulmur!Zahid Mahmudov 1955-ci il may ayının 18-də Qazax rayonunun Yuxarı Salahlı kəndində, Mahmudovlar ailəsində anadan olub. Bu kənd bütün Azərbaycanda məşhurdur. Belə ki, dahi şairlərimiz Molla Pənah Vaqif Səməd Vurğun Yuxarı Salahlıda dünyaya göz açıblar. Bir sıra digər görkəmli şəxsiyyətlərimiz bu kənddə doğulublar. Yuxarı Salahlı vətənpərvər ruhlu, mənəvi dəyərlərimizə bağlı olan insanların yaşadığı yurddur.Şəhidin valideynləriAlı Mahmudov Səmayə Mahmudova el-obasını sevən, zəhmətkeş, xeyirxah insanlar kimi xatırlanırlar. Onlar övladlarını da bu ruhda tərbiyə etmişlər. Mahmudovlar ailəsində üç oğul bir qız övladı dünyaya gəlib. Bu övladlardan hər biri öz müsbət keyfiyyətləri ilə cəmiyyətdə hörmət qazanıblar. Z.Mahmudov Yuxarı Salahlı kəndinin orta məktəbinin məzunudur. 1972-1973-cü illərdə əmək fəaliyyətinə başlayaraq o vaxtkı M.P.Vaqif adına üzümçülük sovxozunda işləyib. Sonra Bakı Rabitə Elektrotexnikumuna (hazırda Bakı Dövlət Rabitə Nəqliyyat Kolleci) qəbul olunub. Burada rabitəçi peşəsinin sirlərinə yiyələnib. Təhsili ilə yanaşı əmək fəaliyyətini davam etdirib. Belə ki, Respublika Rabitə Nazirliyi (hazırda Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi) Bakı Şəhər Telefon Şəbəkəsində texniki işə götürülüb. 1975-ci ildə isə Z.Mahmudov sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Xidmət etdiyi hərbi hissə Ukraynada yerləşib. Səhhəti ilə əlaqədar olaraq hərbi xidmətdən vaxtından əvvəl tərxis edilib. Hərbi xidmətdən qayıtdıqdan sonra texnikumda təhsilini bitirib.Onun çoxşaxəli əmək bioqrafiyasının təhlili göstərir ki, təyin olunduğu vəzifələrdə əzmlə çalışıb, peşəkarlıq səviyyəsinin artırılmasına nail olub, üzərinə düşən vəzifələrin icrasına vicdanla yanaşıb. Əmək fəaliyyətinin qısa bir müddəti (1976-cı il) Sumqayıt Xlorlu Üzvi Məhsullar Zavodu ilə bağlıdır. Sonrakı mərhələdə isə (1977-1992-ci illər) rabitə sahəsindən ayrılmayıb. Respublikamızın Rabitə Nazirliyi Mərkəzi Telefon Rabitəsi İB-nin Telefon Qovşağında ona müxtəlif məsul vəzifələr həvalə olunub. Harada işləyibsə, rəhbərliyin etimadını doğruldub. Bunu əmək kitabçasındakı mükafatlar barədə qeydlər təsdiqləyir.Z.Mahmudov 1988-1991-ci illərdə milli azadlıq hərəkatının fəallarından olub. O, Azərbaycanın uğurlu gələcəyini onun müstəqilliyə qovuşmasında görürdü. SSRİ rəhbərliyinin Qarabağ məsələsində ermənipərəst mövqeyinə etiraz səsini ucaltmaqdan çəkinmirdi. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı ölüm təhlükəsi ilə üz-üzə qalmışdı...1991-ci ilin oktyabr ayının 18-də Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsindən sonra müstəqil dövlət quruculuğu dövrü başladı. O, bir rabitə mütəxəssisi kimi öz sahəsi üzrə respublikamızın inkişafına töhfə vermək əzmi məramı ilə çalışırdı.

 

1992-ci ildən başlayaraq Dağlıq Qarabağ ətraf rayonlara erməni hərbi təcavüzünün şiddətlənməsi şəraitində respublikadaxili vəziyyət gərginləşmişdi. Xocalıda  ermənilərin törətdiyi soyqırım, Şuşa Laçının işğal olunması Z.Mahmudovu da dərindən sarsıtmışdı.1992-ci ilin iyun ayında DİN-in Daxili Qoşunlarına hərbi xidmətə qəbul olunmaq təklifinə tərəddüd etmədən razılıq vermişdi. O, təcrübəli rabitə mütəxəssisi kimi Daxili Qoşunların Rabitə xidmətinin rəisi vəzifəsinə təyin olunub. Onun Daxili Qoşunlarda rabitə sisteminin müharibə şəraitinin tələblərinə uyğun qurulmasında öz əməyini əsirgəmədiyi xüsusi qeyd edilməlidir. Bacarıqlı bir mütəxəssis kimi o, ön cəbhədə döyüş əməliyyatlarına cəlb olunan, habelə dövlətin ictimai təhlükəsizliyinin keşiyində dayanan Daxili Qoşunlar üçün rabitənin qədər mühüm əhəmiyyət kəsb etdiyini tam məsuliyyəti ilə anlayır və bu yöndə vəzifə borcunu fədakarcasına yerinə yetirirdi.Baş leytenant Z.Mahmudovun qeydləri apardığı bloknotu vərəqlədim. Bloknotdakı qeydlər onun gərgin rejimində fəaliyyət göstərdiyini təsdiqləyir. Həmin dövrdə Daxili Qoşunların hərbi hissələri ön cəbhənin ayrı-ayrı istiqamətlərində düşmənlə vuruşurdular. Ağdam-Ağdərə bölgəsində vəziyyət xüsusilə ağır idi. Baş leytenant Z.Mahmudov rabitənin təşkili ilə bağlı tədbirlərin görülməsi üçün döyüş zonasına da ezam olunur, vətənpərvər bir zabit kimi çətin sınaqlardan çəkinmirdi.           

1992-ci il avqustun 6-da o, Tərtər-Ağdərə bölgəsinə ezam olunub. Avqustun 7-də isə ermənilərin Ağdərə istiqamətindən hücumu başlayıb. Hərbi qulluqçularımız hücumun qarşısının alınmasına cəlb olunublar. Möhrətaq (hazırkı adı Kiçik Qarabəy) kəndi ərazisində döyüş tapşırığını yerinə yetirərkən baş leytenant Z.Mahmudov düşmən artilleriyasının atəşi altında mərmi qəlpələrindən ağır yaralanaraq şəhid olub. O, həmin döyüşdə ağır yaralanmış əsgər İsmayıl Mehdiyevi ərazidən çıxarmağa cəhd edib, lakin yaxınlıqlarında mərmi partlayışı onun həyatına son qoyub, İsmayıl isə təkrar yaralansa da, sağ qalıb. Bu gün İsmayıl Qazax rayonunun Yuxarı Salahlı kəndində yaşayır, I qrup əlildir. İsmayıl mənimlə telefon söhbətində şəhidi qorxmaz qeyrətli bir zabit kimi həmişə ehtiramla xatırladığını söylədi.Daxili Qoşunların veteranları Səfxan Bayramov, Ramiz Abdullayev Vüqar Bayramov şəhid haqqında söhbət zamanı onu ləyaqətli, öz şərəfini uca tutan, vətənini xalqını sevən, döyüş sınaqları qarşısında iradəsini itirməyən, peşəsini mükəmməl bilən zabit kimi xarakterizə etdilər.Baş leytenant Z.Mahmudov Qarabağ müharibəsində Yuxarı Salahlı kəndinin ilk şəhididir. Doğma yurdunda dəfn olunub.Azərbaycan Respublikası Prezidentinin 12.03.2009-cu il tarixli, 204 nömrəli Sərəncamı ilə baş leytenant Z.Mahmudov ölümündən sonraHərbi xidmətlərə görəmedalı ilə təltif olunub. Bundan əlavə, o, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Şəhidin qardaşı Fazil Mahmudov onun hərbi xidmət yolunu davam etdirib. Daxili Qoşunların sıralarından mayor hərbi rütbəsində ehtiyata buraxılıb. O, mənə danışdı ki, anası şəhid qardaşının köynəyini uzun illər heç kəsə göstərmədən sandıqda saxlayıb. Vəfatından əvvəl öləndə oğlunun köynəyi geyindirilərək dəfn olunmasını vəsiyyət edib. Dəfn zamanı bunu etmək mümkün olmasa da, şəhidin köynəyini kəfənin içinə qoyublar.Şəhid zabitin həyat yoldaşı Gültəkin Mahmudova xarici dil müəlliməsidir. Bakıda 212 saylı orta məktəbdə işləyir. O, ailə başçısının ölümündən sonra qədər əzablı olsa da, mənəvi gücünü toparlayaraq, onun ocağını yaşadıb, övladlarını böyüdüb, onların xoşbəxtliyi, dövlətimizə gərəkli vətəndaş kimi formalaşmaları üçün zəhmətini əsirgəməyib.Baş leytenant Z.Mahmudovun iki oğlu var. Böyük oğlu Zaur Mahmudov Dövlət İqtisad Universitetinin məzunudur, adamıdır. Kiçik oğlu Anar Mahmudov isə Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının məzunudur. O, Daxili Qoşunların zabitidir, hərbi rütbəsi baş leytenantdır. “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində layiqincə xidmət edir. Onun ən böyük arzusu atasının şəhidlik zirvəsinə ucaldığı kəndi işğal altındakı digər yurdlarımızı düşmən tapdağından azad edəcəyimiz günə qovuşmaqdır. Hər iki qardaş evlidir, övladları var. Şəhidin oğul nəvələrindən biri onun adını daşıyır.Onu da qeyd edim ki, Yuxarı Salahlı kəndindəki orta məktəb şəhid zabitin adını daşıyır. Məktəbdə şəhidin adını əbədiləşdirmək üçün xatirə guşəsi yaradılıb.

Bu günədək dövri mətbuatda şəhid hərbi qulluqçumuz haqqında bir sıra yazılar dərc olunub.

 

Qəbri nurla dolsun!

 

Yalçın QAYA

Bakı xəbər.- 2018.- 30 yanvar.- S.15.