Qədim dillərin öyrədilməsi üzrə elmi-tədqiqat laboratoriyasıAzərbaycanda ilk

 

Azərbaycanda qədim dünya dillərinin öyrənilməsi sahəsində ciddi problemlər mövcuddur. Bu sahədə mütəxəssislərin hazırlanması sahəsində, demək olar ki, aparıcı elmi qurumlarda çox az görülür. Bütövlükdə isə Azərbaycanda qədim dillər üzrə mütəxəssislərin yetişdirilməsi probleminin həlli üçün addımlar atılmalıdır. Ölkəmizdəölüdillər üzrə mütəxəssislərin olmaması halı da diqqəti cəlb edir.

 

Azərbaycan Dövlət Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyasının yaradıldığı haqqında məlumat yayılıb.

 

Ümumiyyətlə, Azərbaycan dilinin mədəniyyəti tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin öyrənilməsi sahəsində böyük işlər görülməlidir.

 

ADU: “Mərkəzdə qədim yunan, latın, sanskrit dilləri mədəniyyətlərinin öyrənilməsi istiqamətində işlər aparılacaq

Azərbaycan Dillər Universitetindən (ADU) qəzetimizə verilən məlumata görə, yenicə fəaliyyət göstərməyə başlayan Qədim dillər elmi-tədqiqat laboratoriyasında bir sıra qədim dünya dilləri öyrədiləcək. Universitetdən məlumat verdilər ki, ADU-da fəaliyyətə başlayan Qədim dillər elmi-tədqiqat laboratoriyası yaxın gələcəkdə Azərbaycanın bu sahə ilə maraqlanan bütün mütəxəssisləri üçün gərəkli vacib elm mərkəzinə çevriləcək.Mərkəzdə qədim yunan, latın, sanskrit dilləri mədəniyyətlərinin öyrənilməsi istiqamətində işlər aparılacaq” - deyə ADU-dan bildirdilər.

 

Buludxan Xəlilov: “Qədim dillər üzrə mütəxəssislər hazırlanması üçün xüsusi vəsait ayrılmalıdır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor, dilçi-alim Buludxan XəlilovBakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda qədim dünya dillərinin öyrənilməsi sahəsində ciddi problemlər mövcuddur. Bu sahədə mütəxəssislərin olmadığını deyən B.Xəlilov hesab edir ki, həmin istiqamətdə genişmiqyaslı işlər görülməlidir. “Ümumiyyətlə, Sovetlər dönəmində keçmiş ittifaq məkanında qədim dillər üzrə mütəxəssislər olub. Azərbaycanda da belə mütəxəssislər var idi. Professor Yusif Yusifov qədim dilləri yaxşı bilirdi. Ona görə qədim dillərin materialları əsasında dünya Azərbaycan tarixinin yazılması sahəsində xeyli gördü. Əvvəllər Moskvada, Sankt-Peterburqda qədim dillər üzrə mütəxəssislər yetişdirilsə , təəssüflər olsun ki, sonradan bu ənənə qırıldı. Yəni kadrlar yetişmədi. Əvvəlki dövrdə yetişən kadrların özlərinə isə imkan yaradılmadı ki, onlar özlərindən sonra kadr hazırlasınlar. Sovetlər Birliyi dağıldıqdan qədim dillər üzrə mütəxəssislər dünyasını dəyişdikdən sonra Azərbaycanda qədim dillər üzrə mütəxəssislər yox dərəcəsindədir. Düzdür, indi qədim dil materialları üzərində tədqiqatlar aparan dilçilər var. Amma bu onların qədim dillər üzrə mütəxəssis olması anlamına gəlmir. Bu alimlər dilin lüğət tərkibindən sözləri götürüb onların üzərində müqayisələr aparırlar. Qədim dil mütəxəssisi olmaq üçün mixi, şumer, urartu, kurrik yazılarını oxumaq lazımdır. Yəni bu sahənin öyrənəni olmalıdır. Bu sahədə tədqiqatlar gedir, amma etiraf edək ki, bu proses həvəskar səviyyədə həyata keçirilir. Bunun üçün məktəb yaranmalıdır”.

 

B.Xəlilov qeyd etdi ki, Prezident İlham Əliyevin dilçiliklə, Azərbaycan dilinin inkişafı ilə bağlı verdiyi sərəncamlarda, imzaladığı sənədlərdə əsas məsələlərdən biri ölkəmizdə qədim dillər üzrə mütəxəssislərin hazırlanması olub. B.Xəlilovun sözlərinə görə, Azərbaycan dili ilə bağlı Dövlət Proqramında xüsusi olaraq qeyd edilib ki, qədim dillər üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir: “Hesab edirəm ki, qədim dillər üzrə mütəxəssislər hazırlanması üçün xüsusi vəsait ayrılmalıdır. Akademiyanın Nəsimi adına Dilçilik İnstitutu keçmiş postsovet məkanında qədim dilləri öyrənən universitetlərin, mərkəzlərin mütəxəssisləri ilə əlaqələr qurmalıdır, bu sahədə aspirantlar, doktorantlar, dissertantlar yetişdirilməlidir. Təəssüflər olsun ki, bu sahədə çox geridə qalırıq. Bununla da qədim dövrümüzü öyrənməkdə çətinliklər çəkirik. Bu nəyə imkan yaradır? Azərbaycan dünya tarixini öyrənən mütəxəssislər çox zaman başqa xalqların nümayəndələri olublar. Onlar dilin, ədəbiyyatın, mədəniyyətin tarixini istədikləri şəkildə yazıblar, yazırlar da. Azərbaycan müstəqil dövlətdir Prezidentimizin o sərəncamından istifadə edərək bu işə elmi-tədqiqat institutlarını cəlb etməklə hər sahə üzrə mütəxəssislər yetişdirilməlidir. Sözsüz ki, bu işə xüsusi maliyyə vəsaiti ayrılmalıdır. Bu sahədə mütəxəssislərin yetişdirilməsi üçün onlar keçmiş Sovet məkanı respublikalarında fəaliyyət göstərən qədim dil mərkəzlərinə, institutlarına, şöbələrinə göndərilməlidirlər ki, kadrlar yetişdirilsin.

 

Azərbaycan Dövlət Dillər Universitetində Qədim dillər üzrə elmi-tədqiqat laboratoriyasının yaradılmasını alqışlamaq lazımdır. Amma bu laboratoriyanı yaratmaqdan əvvəl orada işləyəcək qədim dillər üzrə mütəxəssislər olmalıdır. Yaradırıqsa, bu gözəldir, amma yaratdığımız sahədə mütəxəssis olmasa, orada uğurlar əldə edə bilmərik. Hesab edirəm ki, dünya ilə ayaqlaşmaq, dünyada gedən tədqiqatları yaxından izləmək üçün xarici ali məktəblərin müfaviq şöbələri ilə əlaqələr yaratmalıyıq. Həmin yerlərdə gənclər aspirant, doktorant kimi yetişməlidir. Gənclər qədim dilləri öyrənmək üçün müxtəlif yerlərə üz tutmalıdırlar. Bu, dövlət müstəqilliyimizin bizə verdiyi böyük şansdır”.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2019.- 15 noyabr.- S.14