Azərxalça”nın məhsulları İsveç bazarında...

AzərxalçaAçıq Səhmdar Cəmiyəti istehsal etdiyi məhsulları beynəlxalq xalça bazarına çıxarmaq üçün mühüm tədbirlər həyata keçirir. 

AzərxalçaAçıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindənBakı Xəbər”ə verilən məlumata görə, cəmiyyət hər il  dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak edir. Həmin sərgilərdə nümayiş etdirilən xalçalar isə "Azərbaycan brendi" kimi təqdim olunur. 2016-2018-ci illərdə "Azərxalça"nın məhsulları Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Rusiyada Cənubi Koreyada keçirilən belə tədbirlərdə sərgilənib böyük maraq oyadıb. Bundan başqa, dünyanın bir sıra inkişaf etmiş ölkələrinin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, onlara xalça ixracı üçün razılıqlar əldə olunub. Cəmiyyət Azərbaycan xalçalarının müxtəlif ölkələrdə satışının təşkili məqsədilə mağazalar yaratmaq istiqamətində aparır. Artıq ilk mağaza İsveçin Stokholm şəhərində açılıb.

 

İsveçdə fəaliyyət göstərən “NGK-AZE” şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçünAzərxalça”ya müraciət edib. Təklif dəyərləndirilib, həmin şirkətinAzərxalça”nın İsveçdəki distribütoru olmasına razılıq verilib. StokholmunVikjöticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan Gəncə qrupları üzrə müxtəlifölçülü 15 xalça satışa çıxarılıb.

 

Qeyd edək ki, İsveçdə həndəsi naxışlı al-əlvan rəngli Azərbaycan xalçalarına tarixən ciddi maraq olub. İsveçdəki kolleksionerlərin şəxsi kolleksiyalarında xeyli qədim Azərbaycan xalçaları var. Ancaq ilk dəfədir ki, bu ölkədə Azərbaycan xalçalarının satış mağazası açılır.

 

Belə satış mağazalarının yaradılmasına başqa ölkələrin şirkətləri maraq göstərir. HazırdaAzərxalçahəmin təklifləri dəyərləndirir.

Bakı xəbər.- 2019.- 26-28 yanvar.- S.14