Bakının tarixi mərkəzini yaratmaq yolunda başladı - hansı rayonlar ləğv ediləcək...

 

Rizvan Qarabağlı: “Bakının tarixi mərkəzi Səbail Nəsimi rayonları ərazisində yaradılsa, daha məqsədəuyğun olar

 

Bakının tarixi mərkəzinin yaradılması, bununla əlaqədar xüsusi rayonun təşkil edilməsi gündəmdədir. Bir ilə yaxındır ki, Prezident İlham Əliyev Bakının tarixi mərkəzinin yaradılması ilə bağlı aidiyyəti qurumlara xüsusi tapşırıq verib. Bir neçə ay keçməsinə baxmayaraq, hələ bu istiqamətdə elə böyük işlər görülməyib, təkliflər yetərincə deyil.

 

Onu da qeyd edək ki, Memarlar İttifaqının rəhbərliyi Bakının tarixi mərkəzinin əsasən üç rayon ərazisində yaradılmasını təklif edirdi. İttifaqdan bildirirdilər ki, tarixi mərkəz, yeni yaradılacaq mərkəzi rayon Nərimanov, Nəsimi Səbail rayonları ərazisində yaradılmalıdır.

 

İçərişəhər" DTMQİ-nin idarə heyətinin sədri Əsgər Ələkbərov isə mətbuata bildirib ki, hazırda iki rayon üzərində müzakirələr gedir. O, həmçinin, “ötən ilin mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səslənib, bu istiqamətdə aparılır. Hazırda RomanınMərkəz 1” adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparılır. Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində aparılır. Yəqin ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan söhbət gedir. İçərişəhərə gəlincə, İçərişəhərin artıq xüsusi statusu var. 2005-ci ildən İçərişəhər qoruğunun öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi böyük bir status qazanıb”.

 

Mütəxəssislər hesab edirlər ki, Bakının tarixi mərkəzinin yaradılması yalnız bir neçə arxeoloji memarlıq abidəsinin mühafizəsinin təşkil edilməsi ilə məhdudlaşmır. Bakının tarixi mərkəzinin yaradılması üçün böyük bir layihə olmalıdır proses bu layihə əsasında həyata keçirilməlidir.

 

“...artıq bununla bağlı ölkə başçısının mövqeyi var, o bu mərkəzin yaradılmasını istəyir, ideyanı dəstəkləyir...”

Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Qarabağlı

 

hesab edir ki, Bakının tarixi mərkəzi rayonunun təşkil edilməsi üçün bütün əlaqədar qurumlar təkliflər verməli, xüsusi layihələr təqdim etməlidirlər. R.Qarabağlının sözlərinə görə, Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyən edilməsi üçün bütün detallar dəqiqliyi ilə nəzərə alınmalıdır. “Bakının mərkəzi rayonunun təşkil edilməsi müsbət haldır, amma gərək bunun üçün konkret layihə olsun ki, proses həmin layihəyə uyğun şəkildə getsin. Paytaxtın mərkəzində ayrıca bir tarixi rayon mərkəzinin yaradılması özü maraqlıdır. Bu, Nəsimi Səbail rayonları ərazisində yaradılmalıdır, çünki mərkəzdə yalnız bu iki rayon yerləşib. Nərimanov rayonu isə kənardır, həm burada elə qədim abidələr yoxdur, burada əsasən yeni abidələr, yeni nadir tikintilər var. Bu başqa məsələdir. Amma həm Nəsimi, həm Səbail ərazisində orta əsr, eləcə digər dövrlərə aid abidələr mövcuddur. Orta əsr abidələri əsasən İçərişəhərdə - Bakı qalasında yerləşir. Köhnə Səbail şəhəri suyun içində qalıb. Hər iki rayonda abidələr çoxdur. Hətta kapitalist dövrü memarlığı da həmin ərazidədir. Yəni mərkəzi rayonun yaradılması, buradakı abidələrin mühafizəsi s. məsələdən danışılırsa, hesab edirəm ki, Bakının tarixi mərkəzi Səbail Nəsimi rayonları ərazisində yaradılsa, daha məqsədəuyğun olar. Hər bir abidənin mühafizə zonası olmalıdır. Ümumiyyətlə, Bakının tarixi mərkəzi yaradılacaqsa, gərək həmin əraziyə münasibət fərqli olsun. Bakının tarixi mərkəzinə aid  həmin ərazi xüsusi mühafizə olunmalıdır, oradan ağırtonnajlı maşınlar keçməməlidir, səs-küy olmamalıdır, orada toz-torpaq yaradan işlər aparılmamalıdır, hətta küləyin qarşısına belə xüsusi çəpərlər çəkilməlidir, külək ora çox daxil olmasın. Burada bütün parametrlər gözlənilməlidir. Bilirsiniz, Bakının mərkəzində yeni bir mərkəz yaradılır, artıq bununla bağlı ölkə başçısının mövqeyi var, o bu mərkəzin yaradılmasını istəyir, ideyanı dəstəkləyir, bütün əlaqədar qurumlar da öz profillərinə uyğun olaraq bu mərkəzin yaradılması ilə bağlı işlənəcək layihənin hazırlanmasında öz təklifləri, fikirləri ilə iştirak etməlidirlər. Müxtəlif qurumlar aktiv olmalıdırlar. Prezidentə bununla bağlı sərəncam verdiyi üçün təşəkkür edirik. Amma bu işin həyata keçirilməsində əsas rol oynayacaq qurumlar ortaya qoymalı, onlara tapşırılan işlə ciddi məşğul olmalıdırlar” - deyə bildirən R.Qarabağlı hesab edir ki, Bakının tarixi mərkəzi yaradılarkən abidələrin bərpası, mühafizəsi xüsusən nəzərə alınmalıdır. “Abidələri qorumurlar. Mədəniyyət Nazirliyində abidələrin qorunması ilə bağlı mövcud olan sistem özünü doğrultmur”.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2020.- 25-27 yanvar.- S.15