Regionların inkişafında yeni mühüm mərhələ başlanıb

 

Bu gün Azərbaycan üçün əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasıdır. Lakin bunun dövlətin sosial-iqtisadi siyasətində əsas prioritet olmasına baxmayaraq, digər regionların da tarazlı inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində yer alır. Elə bu səbəbdəndir ki, refionlar paritet əsasda inkişa edir, yeni yüksəliş mərhələsinə daxil olur. Bu, geniş quruculuq-abadlıq işlərinin aparılması ilə müşayiət edilir, ölkənin siyasi-iqtisadi potensialının regionlarda da uğurla tətbiq edilməsinə imkan verir.

 

Bölgələrlə paytaxt arasında fərq mərhələli şəkildə aradan qaldırılır

 

Mövcud vəziyyəti təhlil edən ekspertlər Azərbaycan tərəfindən görülən işlərin miqyasının heyrətamiz olduğunu bildirir. Çünki Azərbaycan XXI əsrin müharibəsini apararaq 44 gündə tarixi qələbəyə imza atıb. Bununla yanaşı, müharibədən dərhal sonra Azərbaycan yeni silahların alınması, ordunun döyüş qabiliyyətini artıran digər işlərin görülməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. Burada ən əsas məqamlardan biriodur ki, işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunmuş ordumuz üçün yeni hərbi hissələrin tikilməsi sürətlə aparılır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müasir konsepsiyalara uyğun yeni yaşayışın təmini üçün meqa layihələr icra olunur. Paralel olaraq digər regionlarda da heç bir layihə təxirə salınmır və Prezident İlham Əliyev səfərlər edərək yeni layihələrin açılışlarını həyata keçirir. Məsələyə bu fonda nəzər salan iqtisadçı deputat Vüqar Bayramov qeyd edir ki, regionların inkişafı Azərbaycanda bölgələr ilə paytaxt arasında fərqin mərhələli şəkildə aradan qaldırılması istiqamətində həyata keçirilən siyasətin əsas prioritetlərindən biridir.

 

Deputat bildirir ki, Prezident İlham Əliyev bölgələrimizin inkişafına xüsusi diqqət və qayğı göstərir: “Yalnız işğaldan azad olunmuş ərazilərimizə deyil, digər rayonlarımıza dövlət başçısının və birinci vitse-prezident Mehriban Əliyevanın səfərləri bir daha təsdiq edir ki, regionlarımızın inkişafı, yeni yerlərinin yaradılması ölkəmiz üçün prioritetdir. Bu istiqamətdə diqqət daha da artırılıb. Bölgələrdə sənaye, aqrar, xidmət sektorunda müəssisələr yaradılıb, o cümlədən yeni təməlqoyma mərasimləri həyata keçirilib. Məqsəd sənayeləşmənin dəstəklənməsi, emaledici sahənin stimullaşdırılması və inkişafı, ixtisaslı kadrların regionlarda işlə təmin olunmasına dövlət dəstəyinin artırılmasından ibarətdir. Son makroiqtisadi göstəricilər ondan xəbər verir ki, paytaxtla bölgələr arasında fərqin mərhələli şəkildə aradan qaldırılması, balanslı iqtisadi inkişafın dövlət tərəfindən dəstəklənməsi siyasəti uğurla davam etdirilir”. Həqiqətən də bu gün regionlarda bütün sosial infrastruktur yenidən qurulur, səhiyyə, təhsil, mədəni, tarixi, dini müəssisələr modern inkişaf tərzində öz tərəqqi mərhələsinə daxil olur.

 

Regionlar ölkənin qeyri-neft sektorunun əsas inkişaf mərkəzinə çevrilib

 

Bu gün Azərbaycan regionlarının ölkənin qeyri-neft sektorunda əsas inkişaf mərkəzinə çevrilməsi heç kimə sirr deyil. Çünki ölkəmizdə qeyri-neft iqtisadiyyatının, o cümlədən qeyri-neft sənayesinin davamlı inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər daha çox regionlarda reallaşır. O da önəmli məqamdır ki, investisiya yatırımının stimullaşdırılması üçün tətbiq edilən səmərəli mexanizmlər regionlarda da biznesin inkişafına əlverişli şərait yaradıb.

 

Digər bir mühüm cəhət budur ki, regonların inkişaf siyasəti sosialyönümlülüyə əsaslanır. Belə ki, dövlətin siyasətində sosial amillərin ön planda yer alması işğaldan azad edilmiş  ərazilərdə və digər regionlarda görülən abadlıq-quruculuq işləri fonunda özünü qabarıq büruzə verir. Lakin şübhəsiz ki, Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan 44 günlük Vətən müharibəsinin nəticələri artıq regionların inkişaf siyasətində də mühüm yeniliklərin olması ilə müşayiət edilir. Söhbət ilk olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından gedir. İşğaldan azad edilən ərazilər məhz bu iqtisadi rayonların tərkibindədir. Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr də əsas etibarı ilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarna qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Amma məsələyə ümumi yanaşdıqda bir daha bəlli olur ki, Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas məqsədi ölkə əhalisinin həyat səviyyəsinin, maddi gəlirlərinin, məşğulluq səviyyəsinin davamlı şəkildə yüksəldilməsi, iqtisadi artım tempinin dayanıqlığının saxlanılmasıdır. Qeyd edilən məqsədə nail olmaq üçün Azərbaycanın sosial-iqtisadi tərəqqi strategiyasında regionlarda dinamik inkişafın təmin edilməsi xüsusi diqqət mərkəzində yer alır. Bu kontekstdə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni nəzərdə tutan dövlət proqramları və digər layihələr həyata keçirilir. Bunlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı,  yeni yerlərinin yaradılmasında, infrastruktur sahələrinin təkmilləşdirilməsində və yenilənməsində, regionların investisiya cəlbediciliyinin artırılmasında mühüm rol oynayır. Regionlarda, eləcə də bütün ölkədə görülən işlər sayəsində koronavirus pandemiyası səbəbindən iqtisadiyyatda qeydə alınan azalma artıq artımla əvəz olunur. İqtisadi artımda ticarət, nəqliyyat sektoru, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, informasiya və rabitə, turizm və xidmət sektoru kimi qeyri-neft sektoruna aid sahələr də mühüm rol oynamaqdadır.  Qeyd edilən sahələrin regionlarda dinamik inkişafında dövlət tərəfindən göstərilən dəstək müstəsna əhəmiyyət kəsb edir. Bütün bunlardan irəli gəlir ki, ölkədə pandemiya şəraitinin və bundan irəli gələn məhdudiyyətlərin hökm sürməsinə baxmayaraq, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin ilk 9 ayında kənd təsərrüfatının ümumi məhsulu 5 %,o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,6 %, bitkiçilik məhsulları istehsalı 7,3 % artıb. Qeyd edək ki, aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edən və kənd təsərrüfatı sektorunun müasirləşdirilməsində vacib rol oynayan aqroparkmüasir iri fermer təsərrüfatlarının yaradılması üzrə işlər də sürətlə davam etdirilir. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, respublikanın 32 rayonu üzrə 239 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkiri fermer təsərrüfatının yaradılması üzrə işlər həyata keçirilir. Bütün bunlar bölgələrdə yenimüasir istehsal müəssisələrinin, yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin və sosial rifahının yüksəldilməsi, paytaxtla regionlar arasında inkişaf fərqlərinin aradan qaldırılması ilə müşayiət edilir.

 

Tahir TAĞIYEV

 

Bakı Xəbər  2021.- 12 noyabr.- S.10.