Bir gündə mədəniyyətimizin dünyaca təbliğində iki mühüm hadisə...

 

Azərbaycan mədəniyyətinin, tarixi irsinin, mədəniyyət siyasətinin təbliği istiqamətində beynəlxalq miqyaslı tədbirlərin təşkil edilməsi mühüm əhəmiyyət daşıyır. Mədəniyyət Nazirliyinin son zamanlar təşkil etdiyi tədbirlər bu amala xidmət edir.

 

Azərbaycan mədəniyyətinin dünyada təbliğ edilməsi, tanıdılması, eyni zamanda da Qarabağ zəfəri nəticəsində xilas edilən abidələrimizin, bütövlükdə klassik irsimizin beynəlxalq aləmə təqdim edilməsi vacib bir məsələdir. 

 

Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi”...

Noyabrın 24-də Bakıda öz işinə başlayan iki beynəlxalq tədbirin bu istiqamətdə oynadığı rol danılmazdır. Sözügedən tarixdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuşBöyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı beynəlxalq konfrans keçirildi. “Daş salnamə” muzeyində təşkil olunacaq konfrans “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı 4 sessiyadan ibarət idi. Həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunub. Beynəlxalq konfransda yerlixarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələrinin iştirak edib.

 

Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü”...

Eyni gündə Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində "Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpümövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) da öz işinə başladı.

 

24 noyabrda Bakının ev sahibliyi ilə başlayan beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunub. Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili olunub.

 

Bildirək ki,  Tbilisi Dövlət Universitetinin professoru Maka Elbakidzenin "Mədəniyyətlər arasında körpüRustaveliNizami" mövzusunda məruzəsi, Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovun "Özbəkistan və Azərbaycan xalqlarının mədəni və ədəbi əlaqələrinin möhkəmləndirilməsində Nizami Gəncəvinin rolu" mövzusundakı çıxışı, Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Hanzade GüzeloğlununYeddi gözəl” poemasında deyimlər: AbdiNizami qarşılaşdırması” mövzusunda məruzəsi həqiqətən də Nizami irsinə verilən qiymət olub.

 

Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı beynəlxalq konfransdan və “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpümövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumdan dünyaya verilən mesajların dəyərinin çox yüksək olduğunu deyən ədəbiyyatşünas Leyla Məmmədəliyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycanın qədim tarixini, mədəniyyətini, tarixi abidələrlə zəngin ölkə olduğunu, bütün bəşəriyyətin mənəviyyatını, bədii-estetik, fəlsəfi düşüncəsini, hümanizmi özündə əks etdirən əsərlər müəllifi olan dahi Nizami Gəncəvinin Vətəni kimi tanıdılması  baxımdan həm forumun, həm də konfransın xüsusi rolu var: “Azərbaycanın paytaxtı Bakı bir günün içində iki möhtəşəm tədbirə ev sahibliyi etdi, onlarla yerli və əcnəbi qonaqlara, mütəxəssislərə qucaq açdı. “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpümövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunun keçirilməsi onu göstərir ki, Nizami 9 əsrə yaxındır xalqlar, dövlətlər, mədəniyyətlər arasında etibarlı körpü rolunu oynayır. Nizami Gəncəvi işığına toplaşanların hər biri bir daha dərk etdi ki, Azərbaycan sülhün, humanizmin, tolerantlığın beşiklərindən biridir. Nizami Gəncəvi isrinin tədqiqi ilə məşğul olan mütəxəssislərin müəyyən bir qisminin Bakıya toplaşması özü çox maraqlı oldu. Bütövlükdə, mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsində belə tədbirlər əhəmiyyətlidi”.

 

“Azərbaycanın mədəni irsinin dünyada təbliğ olunması baxımından...”

L.Məmmədəliyeva qeyd etdi ki, Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı beynəlxalq konfransda da səsləndirilən fikirlərdən beynəlxalq aləm çox dəqiq informasiyalar alıb. Ekspertə görə, xüsusən də Azərbaycanın erməni vandalizminə məruz qalan abidələri barədə burada daha dolğun məlumatlar səsələndirilib. Ekspert dedi ki, ermənilər beynəlxalq konvensiyalara əhəmiyyət vermədən qarşısına çıxan bütün abidələri məhv ediblər. L.Məmmədliyeva hesab edir ki, Azərbaycan memarlıq məktəbi sənət məktəbləri arasında ən mühümüdür, Azərbaycanda müxtəlif mədəniyyətləri əks etdirən abidələr mövcuddur, burada atəşpərəstlik, xristianlıq və İslam dininə məxsus abidələr var. “Heç şübhəsiz, konfransda bu vacib məqamların vurğulanması, habelə ermənilərin Qarabağda, İrəvanda və başqa Azərbaycan torpaqlarında abidələrimizə divan tutması barədə məlumatların verilməsi çox mühümdür. Bu tədbirə beynəlxalq aləmdən qonaqların qatılması, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerin də iştirakı diqqəti çəkir. Azərbaycanın beynəlxalq aləmə təqdimatı baxımından belə tədbirlər çox keçirilməlidir. Məsələn, xarici diplomatlar, mütəxəssislər bilməlidir ki, ermənilər İrəvanda 800-dən artıq abidəmizi məhv edəb, yer üzündən silib. Bunu çatdırmaq üçün isə beynəlxalq tədbirlər bir vasitə olur. Hesab edirəm ki, Azərbaycanın mədəni irsinin dünyada təbliğ olunması baxımından belə tədbirlər çox mühümdür”- deyə ekspert vurğuladı.

 

İradə SARIYEVA

 

Bakı Xəbər .- 2021.- 27-29 noyabr.- S.11.