Talışların həyatı barədə qondarma hesabatlar Azərbaycandakı milli-dini tolerant atmosferə qəti uyğun gəlmir...

 

Tarixən  Azərbaycanın etnik coğrafiyası rəngarəng olubtarixin heç bir mərhələsində Azərbaycanda, sayının azlığından-çoxluğundan asılı olmayaraq, milli azlıqlara qarşı diskriminasiyaetnik-dini ayrıseçkilik faktı qeydə alınmayıb.

 

Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyasının (1995-ci il, 12 noyabr) aşağıdakı maddələri (“Dövlət dili” Maddə 21, bənd 2; “Bərabərlik hüququ” Maddə 25, bənd 3; Milli mənsubiyyət hüququ” Maddə 44, bəndlər 1, 2; “Ana dilindən istifadə hüququ” Maddə 45, bəndlər 1, 2;) və digər normativ hüquqi aktlarla qorunur. Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq, dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

 

Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz...

Konstitusiyanın 25-ci maddəsində ("Bərabərlik hüququ") "dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir". Həmin maddədə göstərilir ki, "insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasisosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Milli azlıqların müdafiəsinin təmin edilməsində ən zəruri prinsiplərdən olan milli mənsubiyyət və dil hüququ Azərbaycan Konstitusiyasında birmənalı şəkildə təsbit edilib. 44-cü maddədə ("Milli mənsubiyyət hüququ") göstərilir ki, "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". 45-ci - "Ana dilindən istifadə hüququ" maddəsində deyilir: "Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz".

 

Azərbaycan hökuməti insan haqları, o cümlədən  milli azlıqların müdafiəsi sahəsində nüfuzlu beynəlxalq təşkilatlarla (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və s.) işgüzar əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan  Respublikası insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq sənədlərə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”na, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya, 2000-ci il 16 iyun tarixli Qanunla Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”na qoşulub.

 

Azərbaycana hansısa yöndən təzyiqlər üçün yeni modellər axtarırlar...

Buna baxmayaraq, xaricdən idarə olunan bəzi qüvvələr güya Azərbaycanda milli azlıqlar kimi talışların hüquqlarının tapdandığına dair saxta rəy formalaşdırmağa çalışırlar. Görünən budur ki, 44 günlük müharibədən sonra müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana hansısa yöndən təzyiqlər üçün yeni modellər axtarırlar. İndi də talışların hüquqlarının pozulması, yaxud təhsil almaq hüququnun olmadığı barədə yeni format tapıblar. Azərbaycan Talışlarının İctimai Şurası (ATİŞ) sentyabrın 15-də hesabat yayıb. Hesabatda Avropa Şurasının 2016-2021-ci illər ərzində “Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Sazişinə istinad edilərək Azərbaycanda talış xalqına münasibətdən bəhs olunur. Bildirilir ki, Azərbaycan hökuməti talışları xalq olaraq tanımır, onların dil, kimlik və təhsil hüquqlarına hörmətlə yanaşmır. Təbiidir ki, bu iddialar cəfəngiyatdır. Belə sərsəm iddiaların  meydana çıxması Azərbaycandakı multikultraltolerant mühitlə adekvatlıq təşkil edirmi? Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan multikultural məkan kimi milli azlıqlara və müxtəlif dini konfessiyalara müsbət münasibətilə tanınır: “Talışlarla bağlı hazırlanıb AŞPA-nın nəzərinə çatdırılan hesabat başdan-ayağa Azərbaycan dövlətinin bu sahədə yeritdiyi siyasətə kölgə salmaq məqsədi güdür. Çünki talışlarla Azərbaycan türkü arasında qohumluq, mənəvi yaxınlıq, qaynayıb-qarışmaq minillərə dayanır. Talışlarla türklər hər zaman bir yerdə olub və həmişə ortaq mövqe nümayiş etdirib. Azərbaycan Prezidentinin azsaylı xalqlarla bağlı xüsusi fərmanı var. Həmin fərmanda azsaylı xalqların milli, mədəni inkişafı üçün bütün müddəalar öz yerini tapıb. Talış xalqına münasibət çox yaxşıdır. Biz qaynayıb-qarışmış bir toplumuq. Onlar bizimlə iç-içə yaşayır. Talışların yaşadığı Lənkəranda  Dövlət Universiteti var. Orada talış dili və ədəbiyyatı üçün müəllimlər hazırlayan xüsusi fakültə mövcuddur. Bu bölgədə orta məktəblərdə 1-4-cü siniflərə talış dili tədris edilir. Yəni talış dilinə bu kimi diqqət ayrılır. Lənkəranda dövlət tərəfindən maliyyələşdirilən Lənkəran Dövlət Teatrında həm Azərbaycan, həm də talış dilində tamaşalar hazırlanıb nümayiş olunur. Bundan başqa, orda regional televiziya var. Sözügedən regional televiziyada həftənin üç günü talış dilində proqramlar hazırlanıb təqdim edilir. Regional televiziyanın nəzdində radio da varorda da talış dilində verilişlər yayımlanır. Talışların nümayəndələri Azərbaycan parlamentində, müxtəlif strukturlarda təmsil olunurlar. Mənsubiyyət etibarilə talış olanlar sırf Azərbaycan türklərinin yaşadığı rayonlarda həm icra başçısı, həm polis rəisi, həm də digər vəzifələrdə olurlar”.

 

Politoloqun sözlərinə görə, bizdə milli azlıqlara xüsusi diqqət göstərilir: “44 günlük Vətən müharibəsində talışlar xüsusi cəsarət, qəhrəmanlıq göstərdilər. Hər zaman talışlar bu cür davranıb, çünki Azərbaycan onların vətənidir və bu vətəni qorumaq üçün həmişə öndə olublar.  Onlar saylarının azaldılmasından gileylənirlər. Siyahıyaalmada kimsə öz milli mənsubiyyətini talış kimi göstərmirsə, biz buna nə edə bilərik? Bütün bu millətlər vahid Azərbaycan ətrafında birləşir. Biz bunun ən bariz nümunəsini 44 günlük müharibə zamanı gördük”.

 

Təbiidir ki, Azərbaycanda talışların hüquqlarının pozulduğu iddiası özünə ölkəmizdə heç bir dəstəkci qazana bilməz. Çünki Azərbaycandakı tolerantmultikultral mühit dünyada örnək kimi qəbul olunur.

 

Məhəmmədəli QƏRİBLİ

 

Bakı Xəbər  2021.- 24 sentyabr.- S.7.