Narkomaniya milli genofondu, ailə institutlarını məhv edən ən dəhşətli bəlaya çevrilir

 

Dünya dövlətləri üçün getdikcə ən ciddi problemlərdən birinə çevrilən məsələ dövrümüzün bəlaları sırasında yer alan narkomaniyadır. Əslində, qlobal miqyasda nəzər yetirəndə problemin kökünün qədım olduğunu görmək mümkündür. Ancaq Azərbaycanda bu fenomen nisbətən yeni hesab edilə bilər.

 

Bir vaxtlar kitablarda oxuduqlarımıza, xarici filmlərdə gördüklərimizə indi real həyatda rast gəlinir...

 

Son illərə kimi Azərbaycanda narkotik maddələrlə bağlı məlumatlara yalnız kitablardaya bəzi xarici filmlərdə rast gəlinirdi. Amma hazırda vəziyyət, təəssüf ki, çox pisləşib və narkomaniya bəlasına Azərbaycanda da mübtəla olanların sayında ciddi artım qeydə alınır. Azərbaycan polisi tərəfindən təkcə bu ay ərzində keçirilən əməliyyatlar nəticəsində çoxsaylı narkotik maddələrin, o cümlədən “patı” adlanan psixotrop maddə olan metamfetamin istifadəçilərinin saxlanılması da bunun təsdiqidir.

 

Daha bir təəssüf doğuran hal narkotik bəlasına düçar olanlar arasında gənclərin getdikcə üstünlük təşkil etməsidir. Bunun ümdə səbəblərindən biri narkotacirlərin sosial şəbəkələr vasitəsilə də öz bizneslərini genişləndirmək cəhdləri və bu zaman gəncləri hədəf seçməsidir. Özüsosial şəbəkələr üzərindən həyata keçirilən narkotik ticarət az qala detektiv filmlərdə olduğu kimi mürəkkəb kombinasiya əsasında qurulur, bunun üçün müasir texnologiyaların imkanlarından getdikcə daha çox istifadə edilir. Bunu Azərbaycan polisinin narkotik maddələrin dövriyyəsinə qarşı keçirdiyi əməliyyatlar da təsdiq edir. Məsələn, elə bu günlərdə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təmassız, yəni onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan, bu yolla əldə olunan külli miqdarda pul vəsaitlərinin qeyri-leqal yolla dövriyyəsinə nəzarət edən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərinin ifşa edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib. Rəsmi məlumata əsasən, tədbir zamanı əvvəlcə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən “İnstaqram” və digər sosial şəbəkələr vasitəsilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, “İnstaqramsosial şəbəkəsində açılmış səhifələr vasitəsilə narkotik maddələr, əsasən "patı” və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri “Whatsapani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsilə onlara çatdırılır. “İnstaqramsosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və nazirliyinfacebook” şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

 

Araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədilə bir-birini tanımadan fəaliyyət göstərir və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olub. Yəni həmin narkotacirlərin ani mesajlaşma sistemi vasitəsilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar. İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar müxtəlif vətəndaşlara şirnikləndirici asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb. Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdiyi əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər, eləcə də dəstəyə daxil olan daha 18 nəfər saxlanıb. Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilibmüvafiq addımların atılması davam etdirilir. Bütün bunlar narkoticarətin nə dərəcədə təhlükəli həddə çatmasını aydın təsəvvür etməyə imkan verir. Burada artıq böyük bir mafioz-biznes şəbəkəsindən söhbət gedir.

 

Narkotik asılılığı insan biologiyasında, mənəviyyatında sağalmaz yaralar açır...

 

Narkomaniya ilə mübarizə üsulları bu təhlükənin miqyasının böyüməsi fonunda  daha da sərtləşdirilməlidir. Təbii ki, narkotiklərin zərəri haqqında məlumatların geniş yayılması, maarifçilik işlərinin gücləndirilməsi də xüsusi diqqət mərkəzində olmalıdır. Bunlar gənc nəsli və digərlərini sözügedən bəladan xilas etməyin yeganə yoludur.

 

Narkotik asılılığı konkret fərd, onun ailəsi və sonda cəmiyyət üçün faciəyə çevrilir. Narkotik aludəçiliyi fiziki sağlamlığın ciddi fəsadlarına səbəb olur. Lakin o, həm də insanın mənəvi deqradasiyasını şərtləndirir. Bu səbəbdəndir ki, bir çox mütəxəssis narkotik asılılığını “biopsixososial-mənəvi” xəstəlik adlandırır. Yəni narkoman insan tədricən özünə hörmətini, insanlıq xüsusiyyətlərini, mənəvi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura, tapa bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu üzrə də bacarıqlarını itirir. Cinayət mühitinə qarışaraq ətrafındakı insanlara bədbəxtlik gətirir və istər-istəməz həyatını məhv edir. Narkomaniyanın digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməz olmasıdır. Yəni dərmanların təsiri ilə bədənin məruz qaldığı dəyişikliklərin bir hissəsi əbədi olaraq qalır. Təəssüf ki, narkomanların əksəriyyəti üçün psixi pozğunluqlar da ömürlük diaqnoz olaraq qalır. İnsan bədənində və mənəviyyatında sağalmaz yaralar açan narkomaniya dolayı yolla intihardır. Narkomaniyanın geniş şəkildə yayılması istənilən xalqın milli genofondunu dağıdır, ailə institutlarını məhv edir. Bunlar fonunda müvafiq dövlət qurumları ilə yanaşı, cəmiyyət özünarkomaniya ilə mübarizədə fəal olmalıdır. Yalnız birgə səylərlə günümüzün qlobal probleminin - narkomaniyanın həllində müsbət nəticələr əldə edə bilərik.

 

Tahir TAĞIYEV

 

Bakı Xəbər.-  2021.- 23 sentyabr.- S.12.