Dövlətçilik tariximizdə tam suverenlik - 19 sentyabr və 15 oktyabr.....

Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Otuz il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı.

Prezident İlham Əliyev yerlixarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı.

Son 200 ilin ən böyük qələbəsini qazandıq

Qırx dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. Bu dövlətin Azərbaycan torpaqlarını 30 illik işğalına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində son qoyuldu. Son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.

2020-ci il 8 noyabrda üçtərəfli bəyanatdan sonra bəzilərində belə təsəvvür yaranmışdı ki, qələbəmiz tam deyil. ABŞ, Avropa İttifaqı, Fransas. 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idi, bu məqsədlə ATƏT-in Minsk qrupunun reanimasiyasına cəhdlər göstərildi, yenidən uzun-uzadı danışıqlar prosesinə başlamağa cəhd edildi.

...Bununla da Xankəndidə Azərbaycanın Dövlət Bayrağının qaldırılacağı günü yaxınlaşdırırdı

Bütün bunlar Azərbaycan Prezidentinin polad iradəsinə və qətiyyətinə təsir edə bilmədi. Nəyi, nə zaman və necə etməyin ən yaxşı nümunələrini göstərən dövlət başçısı suverenlik və ərazi bütövlüyümüzün tam bərpası üçün zəruri addımları atdı. Vətən müharibəsindən sonrakı 3 il ərzində baş verən proseslər də bunu təsdiqləyir. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənlik, prinsipiallıq və qəti iradə nümayiş etdirərək, 19 sentyabrda ant-terror əməliyyatının başlanmasına əmr verdi. Bununla da  Xankəndidə Azərbaycanın Dövlət Bayrağının qaldırılacağı günü yaxınlaşdırırdı. Beləliklə, 3 il ərzində həyata keçirilən siyasət bu il sentyabrın 20-də öz məntiqi sonluğu ilə yekunlaşdı. Müstəqillikdən sonra ilk dəfədir biz bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.

Bizim müstəqillik tariximiz  1991-dən başlasa da, tam suverenlik  Prezidentin qətiyyətli siyasəti sayəsində 2023-dən başladı...

Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür

Oktyabrın 15-də qalib sərkərdə cənab İlham Əliyev böyükmüdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidiröz ərazisindən bir qarış da kimsəyə verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız heç vaxt yıxılmır, heç nədən qorxmur, öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə hasil olur. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü ilin 15 oktyabr tarixində müdrik qərarı ilə cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. Xankəndində əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahid olduq.

Ümumiyyətlə, Xankəndidə bayrağımızın ucaldılmasını Vətən müharibəsindən sonra dövlətimizin, xalqımızın, Prezidentimizin əldə etdiyi ən böyük nailiyyət hesab edirəm. Eyniylə 8 Noyabr zəfəri kimi 15 oktyabr tarixi də hər zaman xalqımız tərəfindən böyük qürur və məmnunluq hissi ilə xatırlanacaq, Prezidentimizin xalqımız qarşısındakı bu tarixi xidməti əsla unudulmayacaq. Çünki bu, xalqımızın on illərlə həsrətində olduğu bir qələbədir və biz bu qələbəni qəhrəman oğullarımızın qanı və canı bahasına, eləcə də Ali Baş Komandanımızın qətiyyəti sayəsində qazanmışıq.

 

Məhəmmədəli QƏRİBLİ

Bakı Xəbər .- 2023.- 18 noyabr, ¹ 207.- S.8.