Azərbaycanda tolerant mühit - Qarabağın erməni əhalisinin rəvan reinteqrasiyasına imkan açır...

Müasir Azərbaycanı xarakterizə edən əsas cəhətlərdən biri yüksək səviyyəli tolerantlıqdır. Bu fonda Azərbaycanın dünya üçün ən yaxşı nümunələrdən biri olması da bəlli həqiqətdir.

Qeyd edilən məqamları əsas götürən ekspertlər bildirir ki, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasında da hər hansı probem olmayacaq. Onların hüquq və təhlükəsizliyinin təmin olunması da ən yüksək səviyyədə həyata keçirələcək.

Vətəndaş harmoniyasının təmin edilməsinə yönəlmiş siyasət

Xatırladaq ki, Azərbaycan reinteqrasiya üçün bütün müvafiq şərtləri yaratmağa hazır olduğunu ən yüksək səviyyədə bəyan edib. Qeyd edək ki, tarixmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması və əməkdaşlığının, onların tolerantlığının, sülhsevərliyinin, həmrəyliyinin çoxlu nümunələri var. Ona görə də Azərbaycan ərazisində heç vaxt dini münaqişələr yaranmayıb. İslam, xristian, yəhudi və digər dini icmaları arasındakı əlaqələrdə isti münasibətləri görmək olar. Azərbaycan yer üzündə müsəlmanların, xristianların və digər din təmsilçilərinin birgə yaşamasının, dini-mənəvi harmoniyanın nadir rəmzlərindən biridir. Bu, bütün digər dinlərin nümayəndələri üçün tolerantlığın ən yaxşı nümunəsidir.

Azərbaycan müxtəlif millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkədir. Belə bir keyfiyyətli dövlətə nail olmaq Azərbaycanın humanizm və ümumbəşəri dəyərlərə əsaslanan milli siyasətinin təbii nəticəsidir. Bu siyasətin mahiyyətindən danışarkən qeyd etmək lazımdır ki, müstəqilliyin ilk günlərindən ölkə rəhbərliyi sosial, iqtisadisiyasi problemlərin həlli ilə yanaşı, etnik-mədəni dəyərlərin və adət-ənənələrin bərpasına da böyük önəm verməyə başlayıb. Belə siyasətin hüquqi əsası Azərbaycan Konstitusiyasında və onun əsasında yaradılmış qanunvericilik bazasında təsbit edilib. Azərbaycanın bu sahədə milli siyasəti, xüsusilə, aşağıdakı prinsiplərə əsaslanır:  Birincisi, cinsi, irqi, milli, dil, din, sosial mənşəyindən asılı olmayaraq, bərabər hüquq və azadlıqların, vətəndaşların qanun qarşısında bərabərliyinin təmin edilməsi, inanclara hörmət.  İkincisi, ictimai həyatın siyasi institutların, ideologiyaların və fikirlərin müxtəlifliyi əsasında inkişafının təmin edilməsi.  Üçüncüsü, müxtəlif xalqların və millətlərin nümayəndələrinin dillərinə, adət və ənənələrinə hörmətin təmin edilməsi, onların inkişafı üçün lazımi şəraitin yaradılması. Azərbaycanın milli siyasətinin əsas prinsipləri həyatda öz real  təcəssümünü tapır. Belə ki, hazırda ölkəmizdə çoxsaylı milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Qeyd edək ki, milli mədəniyyət mərkəzlərinin çoxşaxəli mənəvi-maarifçilik fəaliyyəti Azərbaycanda qarşılıqlı hörmət və millətlərarası tolerantlıq  ruhunun bərqərar olmasına töhfə verən mühüm amildir. Bütün yuxarıda deyilənləri qısaca ümumiləşdirmək üçün qeyd etmək lazımdır ki, Azərbaycanda əldə edilmiş  ictimai-siyasi sabitlik ölkədə millətlərarası sülhün və vətəndaş harmoniyasının təmin edilməsinə yönəlmiş dərin düşünülmüş siyasətin nəticəsidir. Çünki dünya təcrübəsi və müstəqillik illərində toplanmış təcrübənin göstərdiyi kimi, iqtisadi, siyasi, mənəvi sahələrdə genişmiqyaslı islahatların, ictimai münasibətlərin köklü dəyişikliklərin həyata keçirilməsinin ən mühüm şərti ölkədə siyasi sabitlik, vətəndaş sülhü və millətlərarası harmoniyadır. Cəmiyyətdə sülhünsabitliyin təmin olunmasında dini tolerantlıq da mühüm rol oynayır. Xalqımıza xas olan dini tolerantlıq ənənəsinin dərin tarixi kökləri var. Azərbaycanın din sahəsində siyasəti  bu ənənələrin möhkəmlənməsinə, məzmunca zənginləşməsinə xidmət edir. Dövlət dini qurumlarla münasibətlərində dünyəvi olmaqla aşağıdakı prinsiplərə əməl edir:  Birincisi, dindarların dini hisslərinə hörmət, dini inancların vətəndaşların və ya onların hüquqi birliklərinin şəxsi yanaşması kimi tanınması.  İkincisi, həm dini etiqad edən, həm də onlara etiqad etməyən vətəndaşların bərabər hüquqlarının və təqiblərin yolverilməzliyinin təmin edilməsi.  Üçüncüsü, mənəvi dirçəliş və ümumbəşəri əxlaqi dəyərlərin təsdiqi məsələsində onların imkanlarından istifadə etmək üçün müxtəlif dini qurumlarla dialoq axtarmağın zəruriliyi. Bütün bunların Qarabağın erməni əhalisi tərəfindən nəzərə alınması onların özlərinin lehinədir.

Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi üçün bütün tədbirlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilir

Qeyd edək ki, Azərbaycan yeni müstəqillik tarixində dini təhsil məsələsinə də diqqət edib, bu sahədə işlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan dini təhsilin tam sistemini formalaşdırıb.  Əvvəlki dövrlərin ən yaxşı nailiyyətlərini özündə cəmləşdirən Azərbaycan  mədəniyyəti, öz növbəsində, təkcə İslam mədəniyyətinin sonrakı inkişafına deyil, həm də Qərb intibahına, qlobal miqyasda tolerantlıq prinsiplərinin inkişafına ciddi təsir göstərib. Ona görə də xalqlarımızın mədəni nailiyyətləri təkcə müsəlman deyil, həm də dünya mədəniyyətinin tərkib hissəsi hesab olunur. Yekun olaraq deyə bilərik ki, regionumuzun xalqları arasında əsrlər boyu mövcud olan əməkdaşlıq, birlik, millətlərarası harmoniyadini tolerantlıq müstəqillik illərində özünəməxsus məzmun kəsb edib. Bu, həm də çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ərazisində irqindən, millətindən, dinindən və ana dilindən asılı olmayaraq dövlətimizin hər bir vətəndaşına bərabər münasibəti təsdiqləyir. Azərbaycanın dövlət strukturlarında, rəhbər orqanlarda və digər qurumlarda müxtəlif xalqların nümayəndələri təmsil olunurlar. Bu da Azərbaycanda bütün xalqlara bərabər münasibətin təcəssümüdür. Ölkəmizdə tarixən mövcud olan tolerantmultikultural ənənələr həm də hüquqisiyasi müstəvidə tam təsdiqini tapıb. Dinlər arasında əminamanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə həm də demokratik dəyərlərin tərəqqisinə yol açıb. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq  yeri olub. İndi də Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi üçün bütün tədbirlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilir, ayrı-ayrı dinlərin ardıcıllarının tam bərabərhüquqlu vətəndaş kimi yaşayıb fəaliyyət göstərməsinə şərait yaradılır. Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Bunu ermənilər də bilməmiş deyillər. O səbəbdən reinteqrasiyaları üçün problemin olmadığı da onlara yaxşı məlumdur.

Tahir TAĞIYEV

Bakı Xəbər .- 2023.- 30 sentyabr.- S.8.