COP29 üç istiqamətdə Azərbaycana dividendlər qazandıracaq...

 

 

Məlum olduğu kimi, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı təşkil olunub.

 

Konfransa hazırlıq işlərindən danışan COP29-un prezidenti Muxtar Babayev bildirib ki, tədbirin ölkəmizdə keçirilməsi prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür.

 

Qeyd edək ki, COP29 noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. Tədbir üçün Bakı Olimpiya Stadionu seçilib. COP29 iqlim fəaliyyətini sürətləndirmək və “Paris sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir. Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyilçox güman ki, 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcək. İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin də gündəliyini müəyyən edir. Burada nazirlər və diplomatlar növbəti COP tədbiri - əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər. COP tədbirlərinin məqsədi, “Parissazişinin tələbi olaraq dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaquyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. COP29 Konfrans iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək yönündə konkret addımlar atmaq üçün bir fürsətdir. Hələ ötən il dekabrın 15-də Azərbaycan hökümətinin üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirən Prezident İlham Əliyev deyib ki, ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq. Bundan başqa, prezident çıxışında deyib ki, Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq ölkəyə gəlib. COP29-da isə on minlərlə xarici ölkəyə gələcək. 2023-cü ildə Dubayda keçirilən COP28 tədbirində rəsmi rəqəmlərə görə, 70 min xarici qeydiyyatdan keçirb. Qeyri rəsmi rəqəmlərə görə, bu tədbirə qatılanların sayı 100 mindən çox olub. Rəsmi olmayan xəbərlərə görə, 97,372 nümayəndə şəxsən COP28-də iştirak etmək üçün qeydiyyatdan keçibbu, tarixdəki ən çox iştirakçının qatıldığı COP tədbiri olub. Bu rəqəm 2022-ci ildə Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən COP27-yə qatılanlardan demək olar ki, iki dəfə artıqdır. Bundan başqa, COP28-ə 3,074 nəfər virtual olaraq qoşulub və beləliklə ümumi iştirakçı sayı 100 mini keçib. Bu rəqəmlər qlobal iqlim dəyişikliyinin həllində COP konfranslarının artan əhəmiyyətini vurğulayır, çünki getdikcə daha çox ölkə, təşkilat və fərdlər tədbirdə iştirak edir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 2022-ci ildə Bakı və Abşeron yarmadasındakı otelmehmanaxana tipli yerlərdə çarpayı yerlərinin sayı 24 min 696 olub. 2023-cü ildə bu rəqəmin bir qədər də artdığı bildirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin iyun ayında Bakıda 89 min 168 nəfər xarici turist otellərdə yerləşib. Bundan başqa, Azərbaycanın indiyədək keçirdiyi ən böyük tədbir olan Avropa Oyunları zamanı idmançılar və onları müşayət edən heyətin yerləşdirildiyi Atletlər kəndi 8-13 mərtəbəli binalardanbir inzibati binadan ibarətdir. Yaşayış binalarında yerləşən 1042 geniş mənzildə 7500-ə yaxın insanın yaşayışı üçün hər cür şərait var.  COP tədbirinə ev sahibliyi edən ölkədəki maliyyə yükü isə bir neçə amildən asılı olaraq çox dəyişə bilər. Adətən ev sahibi ölkənin çəkdiyi xərclər birbaşa və dolayı xərclərə bölünür. Birbaşa xərclərə məkan və infrastruktur - konfrans obyektləri və ya onların inşası, nümayəndələr üçün maddi-texniki dəstəyin təmin edilməsi, nəqliyyat, təhlükəsizlik, tullantıların idarə edilməsi və sairə daxildir. Bunlar yüz milyonlarla dollara çatan əhəmiyyətli xərclər ola bilər. Bundan başqa, minlərlə nümayəndəni, müşahidəçini və media təmsilçilərini yerləşdirmək tələb olunur. İnzibatikadr xərclərinə isə işçilərin əmək haqqı, rabitə avadanlığı və digər əməliyyat xərcləri daxildir. Dolayı xərclərə isə artan təhlükəsizlik tədbirləri və izdihamın idarə edilməsi və antiterror tədbirləri üçün infrastruktura potensial investisiyalar daxildir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ev sahibi ölkələrə bəzi əsas xərcləri ödəməyə kömək etmək üçün məhdud miqdarda maliyyə dəstəyi verir. Ev sahibi ölkə adətən xərclərin əhəmiyyətli hissəsini öz resurslarından ödəyir. Özəl şirkətlər, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində onlardan tərəfdaşlıqlar və sponsorluqlar üçün vəsait və resurs cəlb edilə bilər. COP tədbirinə ev sahibliyi etmək potensial olaraq investisiyaları cəlb edə və uzunmüddətli perspektivdə turizmi artıra bilər. COP-a ev sahibliyi etmək hər bir ölkə üçün böyük maliyyə öhdəliyi ola bilər, lakin o, həm də beynəlxalq əməkdaşlıq, investisiyaiqlim liderliyini nümayiş etdirmək baxımından potensial faydalar gətirə bilər.

 

Nahid SALAYEV

Bakı Xəbər .- 2024.- 17 aprel, ¹ 77.- S.13.