Rəqəmsal platformalar vətəndaş-hökumət təmaslarında əsas üsula çevrilir...

 

Müasir dövrdə informasiya kommunikasiya texnologiyaları (İKT) cəmiyyətlərin inkişafında həlledici amillərdən birinə çevrilib. Texnologiyanın həyatın bütün sahələrinə nüfuz etməsi ölkələrin iqtisadiyyatından tutmuş təhsilinə, səhiyyəsindən idarəetmə sistemlərinə qədər geniş təsir dairəsinə malikdir.

 

Bu səbəbdən bir çox dövlətlər İKT-nin inkişafını prioritet sahə kimi müəyyənləşdirir bu istiqamətdə genişmiqyaslı islahatlara start verirlər.

 

Dünyanın inkişaf etmiş bütün ölkələrində yeni texnologiyaların tətbiqi sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır. İnformasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə çağdaş dövrdə ölkələrin iqtisadi rəqabət qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. İKT-nin inkişafı ilk növbədə güclü rəqəmsal infrastrukturun qurulmasından başlayır. Fiber-optik internet şəbəkələrinin genişləndirilməsi, 5G texnologiyalarının tətbiqi bulud əsaslı xidmətlərin yayılması ölkənin texnoloji inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən sayılır. İnfrastrukturun regionlar üzrə bərabər şəkildə inkişaf etdirilməsi isərəqəmsal bərabərlikprinsipini təmin etməyə xidmət edir.

 

Ucqar kəndlərdə belə sürətli internetə çıxış təmin olunur

 

Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan bu sahə inkişaf səviyyəsinə görə bir çox ölkələrdən fərqlənir. Elmi-texniki inkişaf müharibələrin metoduna da təsirsiz ötüşmür. Mütəxəssislər bildirirlər ki, gələcəkdə müharibələr dövlətlərin nizami orduları arasında deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsas məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək ya nəzarətdə saxlamaq olan xüsusi qruplar arasında aparılacaq. Azərbaycan bu istiqamətdə ciddi addımlar atır. “Onlayn Azərbaycan”, “Rəqəmsal transformasiyaElektron hökumətproqramları çərçivəsində ucqar kəndlərdə belə sürətli internetə çıxış təmin olunur, dövlət xidmətlərinə əlçatanlıq artırılır. 16 yanvar 2025-cü il tarixində Prezident Fərmanı ilə Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası təsdiq edilib. Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi rəqəmsal transformasiyasını sürətləndirilməsini vətəndaşların həyat keyfiyyətinin artırılmasını qarşıya məqsəd qoyub. Konsepsiyanın reallaşdırılması nəticəsində dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə prosesləri təkmilləşəcək, göstərilən dövlət xidmətləri rəqəmsal platformaya transformasiya ediləcək, formalaşan yeni texnoloji tələblər əsasında dəyişən iqtisadi fəaliyyətlərin çevik uyğunlaşması baş verəcək, insan texnoloji kapitalın ölkə daxilində saxlanılması təmin ediləcək, eləcə ölkənin dünya bazarlarında rəqabət qabiliyyətinin artması gözlənilir.

 

Bu, təkcə texnoloji deyil, həm idarəetmə mədəniyyətində keyfiyyət dəyişikliyi yaradır

 

İKT-nin cəmiyyətə ən real gündəlik təsirini göstərən sahələrdən biri elektron hökumət sistemidir. Bu sistem vasitəsilə vətəndaşlar dövlət orqanlarına fiziki olaraq getmədən, onlayn qaydada sənədlərini əldə edə, rüsumlarını ödəyə müxtəlif müraciətlər edə bilirlər. Nəticədə bürokratiya azalır, şəffaflıq vətəndaş məmnunluğu artır. Son illər ərzində Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsindəelektron hökumət”in formalaşması, elektron imzanın tətbiqi, dövlət xidmətlərininbir pəncərəprinsipi əsasında təqdim edilməsi ilə bağlı mühüm addımlar atılıb. Bu məqsədləElektron Hökumət İnformasiya Sistemi” (EHİS) fəaliyyət göstərir. Hazırda AzərbaycanmyGov”, “e-sosial”, “ASAN xidmətkimi rəqəmsal platformalar vasitəsilə yüzlərlə elektron xidməti vətəndaşların ixtiyarına verir. Bu, təkcə texnoloji deyil, həm idarəetmə mədəniyyətində keyfiyyət dəyişikliyi yaradır.

 

Azərbaycan regionda elektron xidmətlərdən ən çox istifadə edən ölkələrdən biridir

 

Sözügedən məsələniBakı-Xəbər”ə şərh edən millət Vüqar Bayramovun fikrincə, bu istiqamətdə ölkədə kompleks sistemli tədbirlər görülür: “Azərbaycan regionda elektron xidmətlərdən ən çox istifadə edən ölkələrdən biridir. Bu xidmətlərdən sahibkarlar, cəmiyyətin fərqli kateqoriyasını təmsil edən vətəndaşlarımız daxil olmaqla hamı istifadə edir. Bu da öz növbəsində praktik olaraq dövlət xidmətlərindən daha çevik daha tez elektron olaraq istifadə edilməsinə imkan yaradır. Bu konteksdən təbii ki, elektron xidmətlər bir tərəfdən hesabatlılığın, şəffaflığın artırılması, xidmətlərə əlçatanlığın yüksəldilməsi baxımından vacib hesab olunur. Digər tərəfdən həm bütövlükdə cəmiyyətdə yeni bir instisional ənənənin əsasını qoyur. O baxımdan, xüsusən elektron xidmətlərin miqyası genişləndikcə, bu, yeni bir ənənənin bütövlükdə yeni bir instisional yanaşmanın formalaşması deməkdir. Ona görə bu baxımdan Azərbaycan artıq elektron xidmətləri ixrac edən ölkədir. Çünki artıq xeyli sayda ölkələr “ASAN xidmətmodelini öyrənirlər, tətbiq edirlər. Bununla bağlı Azərbaycanla yeni anlaşmalar imzalanır. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanın elektron xidmətlər sahəsindəki təcrübəsi artıq bir sıra xarici ölkələr tərəfindən qəbul olunur. Eyni zamanda bu xidmətlər həmin ölkələrdə tətbiq edilir. Hesab edirəm ki, bütün bunlar elektron xidmətlər sahəsində Azərbaycanın uğurudur”.

 

Vidadi ORDAHALLI

Bakı Xəbər .- 2025.- 15 oktyabr (¹185).- S.8.