“... VƏ SƏN” İŞIQ ÜZÜ GÖRDÜ

 

Həmkarımız, tanınmış şair-publisist Əbülfət Mədətoğlunun növbəti kitabı oxuculara təqdim edilib. 368 səhifəlik kitabın redaktoru Ön sözün müəllifi Fəridə Rəhimlidir.

Redaktor vurğulayır ki, “Kitabı haqqında yazmaq istədiyim insan qəlbi sevgi dolu olan, həm şəxsi həyatı, həm yazıları ilə içindəki sevgini paylaşmağa, bölüşməyə həmişə hazır olan biridirƏbülfət Mədətoğludur”.

Şairin son illərdə yazdığı müxtəlif mövzuları əhatə edən “...VƏ SƏN” “Adiloğlunəşriyyatı tərəfindən çap olunub. Nəfis şəkildə oxucu qarşısına çıxarılan kitab işinin peşəkarı olan naşir Zaur Qafarzadə tərəfindən nəşriyyat xeyir-duası alıb.

Müəllifi təbrik edir inanırıq ki, o, bu kitabı ilə oxucularını sevindirəcək

 

Bakı Xəbər.- 2025.- 6-8 sentyabr, ¹159.- S.14.