Teatrların soyunma otağında

 

Artıq yeni teatr mövsümü başlayıb. Lakin tamaşa qədər ən azı pərdəarxası məqamlar da teatrsevərlərin marağında olur. Mövzu, süjet, aktyorlar qədər  geyimlər də səhnə əsəri haqqında təəssürat yaradan mühüm ünsürlərdəndir.Bəs, görəsən tamaşalarda hadisələrin baş verdiyi dövrün ilk göstəricisi olan geyimlər necə, harada hazırlanır və necə qorunub saxlanılır?

Azərbaycan Dövlət Opera və Balet  Teatrının  repertuarında 40-dan artıq tamaşa və hər birinə aid 50-100 arası geyim  nümunəsi var. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva deyir ki, sənət ocağı vaxtilə oynanılmış  tamaşaların hazırda istifadə edilməyən kostyumlarını da saxlayır: “Köhnə kostyumlar sökülmür. Bəzən repertuardan çıxan tamaşaların kostyumları yeni səhnə əsərində istifadə edilir. Geyinilməyənlər isə Opera və Balet Teatrına müraciət edən qurum və təşkilatlara, eləcə də bölgə teatrlarına verilir”.

 Sənət ocağında kostyum sexi var. Hər bir yeni tamaşa səhnəyə qoyulmazdan əvvəl kostyumların tikilməsi üçün teatrın geyim üzrə rəssamı eskizləri ora təqdim edir. Tikiş sexində 10-a yaxın professional çalışır. Uzun illərdir burada çalışan kostyumçularımız  da işlərini çox sevirlər. Baxmayaraq ki, otaqlar çox genişdir, onlar  hər kostyumun yerini dəqiq bilirlər”, - deyə Ş.Ağamirzəyeva bildirir.

Geyimlərin hazırlanması bir aya qədər vaxt aparır: “2005-ci ildə Polad BülbüloğlununEşq ölüm  baleti hazırlanan zaman çox sayda kostyum tikmək tələb edilirdi. Hətta tikiş sexinin işçiləri iki aya gecə işlədilər. Bu, geyimlərinə ən uzun müddət sərf olunan tamaşa oldu”.

 Opera Balet Teatrının rəngarəng libasları ilə seçilən səhnə əsəri isə 2008-ci ildə hazırlanan Qara Qarayevin “7 gözəlbaletidir: “Bu tamaşa keçən il Rusiyanın Böyük Teatrında nümayiş etdirildi. Rusiyanın KİV-i “7 gözəl”in musiqi, quruluşu, ifaçılıq səviyyəsinin yüksəkliyi ilə yanaşı, dekorasiya səhnə kostyumlarının gözəlliyi, möhtəşəmliyini dəfələrlə qeyd etdilər”.

Teatrın  təmirindən sonra kostyumların qorunub saxlanması üçün daha yaxşı şərait, yeni daha geniş tikiş sexi yaradılması nəzərdə tutulur.

 

Kostyumlar sanki canlıdır

 

Akademik Milli Dram Teatrında hazırda ən bahalı al-əlvanlığı ilə seçilən geyimlər  Hökmdar qadıntamaşasındandır. Bu  kostyumların parçaları, aksessuarlar daş-qaşlar xaricdən alınıb.

130 illik tarixə malik Cəfər Cabbarlı adına İrəvan  Dövlət Azərbaycan Dram Teatrı 1988-ci ildə öz texniki imkanlarından təcrid olunub. Həmin illərdə sənət ocağının bütün əmlakını ermənilər əllərindən alıblar. Sənət ocağının direktoru İftixar Piriyevin sözlərinə görə, Bakıya pənah gətirərək yenidən fəaliyyətə başladıqdan sonra tamaşalar üçün yeni dekorasiya geyimlərlə bərpa olunub: “Bakıya gələndən sonra 1995-ci ildə teatr dövlət statusu aldı   2000-ci ildən bugünədək  60-dan çox tamaşanın premyerası olub. Teatrda bütün səhnə əsərlərinin geyimlərini göz bəbəyimiz kimi qoruyuruq”.

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində Mədəniyyət Sarayının binasında yerləşən teatrın geyimləri şəraitsiz otaqda  saxlanılır. Burada sonuncu dəfə bu il Mirzə Fətəli Axundzadənin  Mürafiə vəkilləritamaşası üçün kostyum hazırlanıb: “Kütləvi səhnələrdəki obrazlara kostyum tikdirmirik, digər tamaşaların geyimlərindən yararlanırıq”.Teatrda ən dəbdəbəli geyim “O olmasın, bu olsun”, “Lənkəran xanının vəziritamaşalarındadır. Elə uzun müddətə hazırlanan kostyumlar da “O olmasın, bu olsun”dadır.

 

Geyimlə doğulan obrazlar

 

Abdulla Şaiq adına Kukla Teatrında isə geyimlər daha fərqli üsulla hazırlanır. Belə ki, kukla dünyaya elə geyimlə gəlir. Sənət ocağının direktoru Rəşad Əhmədzadə deyir ki, burada yalnız aktyorların iştirakı ilə hazırlanan tamaşalara geyim tikilir: “Mağazadan hər hansı bir kuklanı alıb paltarını çıxaranda adama elə gəlir ki, bu, sanki adam paltarıdır, lakin ölçüsü kiçikdir. Bizdə isə geyim kuklanın əyninə tikilir, yəni yapışdırılır”.

 Bu proseslər teatrın sexində həyata keçirilir. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun Mirzə Fətəli AxundzadəninMüsyö Jordan Dərviş Məstəli şahtamaşalarının geyimləri isə Sankt-Peterburqda hazırlanıb. Hazırda sənət ocağının  repertuarında 24 tamaşa var hər birində ən azı 10 kukla yer alır.

 

 

Ümidə Həsənli

 

         Baku Post .-2012.- 22 sentyabr.- S.16.