67 yaşlı Cavan

 

 Bu gün Xalq Artisti, tanınmış caz ifaçısı Cavan Zeynallı 67 yaşını qeyd edir. Asəf Zeynallı adına musiqi texnikumu və Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsini bitirən musiqiçi 1972-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist, 4 il sonra isə Dövlət Filarmoniyasında solist-vokalçı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə “Qaya” Dövlət ansamblının solisti olub.

 Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış edən Cavan Zeynallı bir çox bədii və sənədli filmlərdə də çəkilib. Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Xalq Artisti həyat və yaradıcılığı haqqında ən maraqlı faktları “New Baku Post”a danışıb.

 – Bu gün sizin ad gününüzdür, təbrik edirik. Doğum gününüzü necə qeyd edəcəksiniz?

 – Ad günümü cənab Prezidentin mənə hədiyyə etdiyi yeni mənzildə qeyd etmək istərdim, lakin orada təmir gedir. Həyat yoldaşım Röya xanımla yaşadığımız mənzil qonaq qəbul etmək üçün balacadır. 15 yaşımdan ad günümü sakit qeyd etməyi sevirəm, hay-küy, təntənə  xoşlamıram, şöhrətpərəst deyiləm. Bəlkə ona görə xalq məni sevir.

 Cavanşir necə Cavan oldu?

 Səhnə adları qısa olmalıdır ki, yadda qalsın.  Qayaansamblında qastrollarda olan zaman rəhbərimiz  Teymur Mirzəyev məni elan edəndə adımın cansıxıcı səsləndiyini dedi. Ona görə qısaca Cavanı seçdik. Demirəm ki, ad səhnədə ən vacib məsələlərdəndir. Yox. Əvvəlcə səs, səviyyə , musiqi sənətini bilmək lazımdır. Ancaq indi bizdə ada, reklama daha çox önəm verilir.

 Sizi cavan saxlayan nədir?

 Hamıya inanan, sevən, hamının yaxşılığını istəyən insanam. Cavanlığın sirlərindən biri musiqini sevməkdir. Ən əsası həyatı  sağlam  yaşamaq lazımdır. Məsələn, mən idmanı, dənizi çox sevirəm. Əvvəllər dənizdən qorxurdum, amma sonra üzgüçülüyə gedib hovuzda üzməyi öyrəndim. Səhərlər Bulvarda, parklarda gəzirəm, mütləq idmanla məşğul oluram. Cavan qalmağımda həyat yoldaşımın da çox böyük rolu var. O, məni çox sevir, istəyirəm onu o saat həll edir, gözəl yeməklər bişirir, ev işində səliqəlidir. Bəzi adamlar var ki, evdə günü dığdığla keçir, dava-dalaş olur. Bu, yaşayış deyil.

 Cazdan başqa hansı musiqi janrlarını dinləyirsiniz?

 Klassika, caz, estrada janrlarını, fortepiano, saksafon, skripkanı sevirəm. Həyat günü-gündən gözəlləşsə çətinləşir. Belə olan halda isə yüngül musiqi dinləmək istəyirsən. Artıq bu gün Bethovenin inqilaba çağırış edən simfoniyaları lazımsızdır.

 Cavan Zeynallı caza necə gəldi?

 Caz eşidəndə özümü çox yaxşı hiss edirdim, sanki uçurdum. Anam Şəfiqə Məcidova opera müğənnisi idi, dahi Üzeyir bəyin kollektivində işləmişdi. Onun sənət barədə söhbətlərini çox maraqla dinləyirdim. Orta məktəbdə oxuyanda fortepianoya getdim. Sonra Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano bəstəkarlıq fakültəsində təhsil alanda dostlarının əhatəsində Müslüm Maqomayevin oxumasını təqlid edirdim. Amma ağlıma da gəlməzdi ki, həmin zarafatyana hərəkət taleyimi dəyişəcək. O dövrdə vokal bölməsinin müəllimi Aleksandr Melovanov bunu eşidib vokalla məşğul olmağı təklif etdi.

 Vaqif  Mustafazadəni, onunla yaxın yaradıcılıq münasibətində olan insan kimi necə xatırlayırsınız?

 Tələbəykən radio zavodunda praktika keçirdik. İlk dəfə orada konsertdə Vaqifi gördüm, ifası çox xoşuma gəldi. Lakin qədər çalışsam da, onunla tanış ola bilmədim. O vaxt “Baku” qəzetinin baş redaktoru işləyən dostum Hacı Babayev bu arzumdan xəbər tutanda məni Vaqifdən qəzet üçün müsahibə almağa göndərdi. Bu qədər pərəstiş etdiyim insanla dostlaşacağımı heç xəyalıma da gətirməzdim. Amma sonradan biz həm dost olduq, həm birgə işlədik.

 – “Qayailə yaradıcılığınızı necə bağladınız niyə oradan ayrıldınız?

 – “Qayaməndən əvvəl məşhur idi. Bu əfsanəvi heyətdə 20 il işlədim. Fəxr edirəm ki, “Qaya”da işləmişəm, orada  işlədiyim illər ərzində qazandığım təcrübəni tamaşaçı rəğbətini heç ilə əvəz etmək olmaz. Qara dəniz sahillərində on altı konsert verməyimiz, İrina Otiyeva, Larisa Dolina ilə birgə uğurlu çıxışlarımız heç vaxt yadımdan çıxmaz. AmmaQayaparçalandı yenidən solo fəaliyyətə qayıtdım.

 Caza hər kəs qulaq asmalıdır, yoxsa o hər zaman yalnız müəyyən kütlə üçün bir musiqi janrı olaraq qalmalıdır?

 Cazı hər adam dərk edə bilmir. Hələ sovet dövründə deyirdilər ki, bu musiqi ancaq elit, yuxarı səviyyə üçündür. Bəzən musiqiçilər cazı elə ifa edirlər ki, heç kim heç anlamır, lakin yüngül, bir çoxlarının xoşuna gələn caz da var. Rusiyada anlaşılmaz cazları çox dinləmişəm. Caz Amerikada yaradılıb, orada hamı cazı sevir. Cazmenlər insanların dinləyə dərk edə biləcəkləri kimi ifa etməlidirlər.

 

 

  Ümidə Həsənli

 

  BakuPost .- 2012.- 29 sentyabr.- S. 16.