II “Şuşa Qrantıelan olunacaq

 

Prezident yanında Elmin İnkişafı Fondu elm festivalı keçirmək, alimlərin ən yaxşı elmi işlərinə görə birdəfəlik mükafatlar təsis etmək niyyətindədir. Fondun icraçı direktoru Elçin Babayev “New Bakı Post”a eksklüziv müsahibəsində görülən işlər qarşıdakı planlar barədə danışdı. Qurum bir çox yeniliklərə hazırlaşır:

Hazırda hansı layihələr gerçəkləşdirilir?

Elmin İnkişaf Fondu yarandığı gündən bir neçə sanballı müsabiqə keçirib, onlarla layihələr yüzlərlə alim mütəxəssislər bir neçə milyon manatlıq qrantlara layiq görülüb. Artıq son illərdə bu müsabiqələrin rəngarəngliyi artmaqdadır. Əgər ilk müsabiqələrimizdə ən müxtəlif növ layihələr bir müsabiqədə bir yerə toplanırdısa, artıq Fond elə bir səviyyəyə gəlib çatıb ki, müəyyən xarakterli layihələri sərbəst olaraq müsabiqə şəklində elan edə bilir.

 Gənc alim mütəxəssislərin 2-ci qrant müsabiqəsi elan olunub. Sənədlər bu həftənin sonuna qədər qəbul olunacaq. Maraq kifayət qədər böyükdür.  

 Yenilik kimi bu ilMobillikqrantının elan edilməsini vurğulamaq istərdik. Bu müsabiqə bu ildən etibarən ildə ən azı 3 dəfə keçiriləcək.

– “Şuşa Qrantılayihəsində işlər yerdədir?

– “Şuşa Qrantıötən il təsis olundu. Bəziləri elə başa düşür ki, bu layihə yalnız Şuşanın tədqiqini nəzərdə tutur. Bu əsla belə deyil. Şuşa Qrantıqrantın düşünələrək seçilmiş adıdır. Şuşa Qarabağın tacı, mədəniyyət elm beşiyi, dahilərin məskənidir. Qrantın adı ona görə belə seçilib. Amma bu qrant bütövlükdə Qarabağla bağlı ixtiyarı tədqiqata yönəlmiş layihələrin dəstəklənməsini nəzərdə tutur. Təbii ki, söhbət onun tarixi, etnoqrafiyası, arxeologiyası, bitki örtüyü, hətta siyasi məsələlərindən gedir. Sual çıxa bilər ki, işğal altında olan ərazilərdə bu məsələlər cür həyata keçirilə bilər. Əraziyə getmək mümkün olmadığına görə müəyyən tədqiqat layihələrində hələ ki, məhdudluq ola bilər, amma bəzi layihələrimiz var ki, bu cür tədqiqatlar mümkündür. Məsələn, bir layihəmizdə Şuşa ətrafındakı ərazilərdəki mövcud vəziyyət aerokosmik şəkillər vasitəsilə öyrənilir üçölçülü model yaradılır. Bu layihənin reallaşmasına Fond böyük təşəbbüs göstərdi. Hazırda müsair kosmik şəkillər vasitəsilə əvvəldən qalan aerokosmik şəkillərlə tədqiqat aparılır. Dövlət Torpaq Xəritəçəkmə Komitəsi bu işdə kömək edir, istifadə oluna biləcək məlumatları verir. Bu layihənin sonunda bəlli olacaq ki, işğala qədər, işğal işğaldan sonrakı dövrdə vəziyyət necə olub. Bu nəticə həm ölkənin apardığı məqsədyönlü siyasətdə hücum taktikasında əsl silaha çevrilə bilər. Layihənin sonunda nəşr maraqlı nəticələrin təqdimatları nəzərdə tutulub.

Maraqlı layihələrdən biri Fondun qrantı əsasında Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ilə Berlinin Humboldt Universiteti arasında həyata keçiriləcək. Bu, Qarabağ elitasının tədqiqi ilə bağlıdır. Qarabağın yeni dövr azәrbaycanlı elitası modernlәşmә prosesi vә mütәmadi siyasi dönüşlәr arasında (XVIII әsrin sonu-XX әsrin sonu) araşdırılacaq. Tanınmış almaniyalı professor Yeva Mariya Aux bu işə dəstək verir. Ümumiyyətlə onun Azərbaycanın tanıdılması yönündə böyük xidmətləri var.

 Mayın 8-də Şuşanın işğalı günündə 2-ci “Şuşa Qrantıelan olunacaq. Biz bunu daimi əsaslarla keçirmək niyyətindəyik.

Reallaşan layihələr ən çox hansı sahəni əhatə edir ən passiv sahə hansıdır?

Bütün elm sahələrini əhatə edirik. Prioritet sahələr üzrə (məsələn, nanotexnologiyalar, İKT və s.) və kəsişən elm sahələrini əhatə edən layihələrə üstünlük verilir. Məsələn: bioloqlar və riyaziyyatçılar. O layihələrdə ki, həm akademiya, həm universitet təmsilçiləri, həm müstəqil alim var, onlar daha effektiv sayılır. Məqsəd müxtəlif sektorlarda çalışan alimləri bir araya gətirib, komanda şəklində onlara qrant ayırıb çalışdırmaqdır. Bu elmi-texniki nəticələr almaqsağlam ünsiyyət qurulması baxımından daha effektlidir. Müştərək layihələrə də üstünlük veririk. Xüsusilə xarici elmi fondlarlamüvafiq qurumlarla olan birgə layihələrə. Amma biz Azərbaycan tərəfinə qrant ödəyirik, xaricöz tərəfinə. Qüvvələr və səylər tədqiq edilən mövzu ətrafında birləşdirilir.

Ənənəvi olaraq fizika-riyaziyyattexnika elmləri sahəsində daha çox layihə təqdim olunur. Səbəbi məktəbin güclü olmasıdır. Sevindirici odur ki, biologiya, tibbaqrar elmləri üzrə layihələrin sayı onlara çatıb və hətta bəzi müsabiqələrdə bir az da üstələyib; bu sahələrdən daha çox layihələr təqdim olunur.

 İstərdik ki, humanitarictimai elmlər sahələrindən daha çox layihələr daxil olsun. Bu sahələrdə potensial çox böyükdür, lakin az layihə verilir. Bəlkə də biz bu sahədə geriləməni aradan qaldırmaq üçün humanitarictimai elmlər üzrə məqsədli qrant müsabiqəsi elan etdik.  Bu maddiqeyri-maddi mədəni irsin, xalq sənət, incəsənət, aşıq sənəti, muğamın və b. öyrənilməsinə yeni ab-hava gətirmək üçün lazımdır.

Təqdim edilən işlər qane edirmi? Plagiata qarşı necə mübarizə aparılır?

Ənağırşərtlərimizdən biri qrant layihəsi üzrə alınmış nəticələrinməqalələrin ölkədən kənarda tanınmış nəşrlərdə çapıdır. Artıq əvvəlki layihələr üzrə xeyli nəticələr var, sanballı elmi jurnallarda (Springer, Elsevier b. kimi nüfuzlu nəşriyyatlarda nəşr olunmuş) dərc olunan məqalələrin sayı daima artır. 1-2 ilə bundan sonra daha çox olacaq. Maraqlı bir faktı deyim: ölkə daxilində onkologiya üzrə 2 fəlsəfə doktoru dissertasiyası müdafiə edilərkən Fondun qrantına da istinad verilib. Bu artıq ölkədə elmin inkişafına verilən real töhfədir.

 Layihələrin keyfiyyətinə gəlincə, hər müsabiqədə bir neçə yüksək səviyyəli layihəyə rast gəlinir. Əksəriyyəti isə xeyli normaldır. Amma içərisindəbaşdansovduşəkildə hazırlananlar da olur. Haradansa bloklar şəklində köçürülmüş cümlələrlə dolu, fikir, məqsəd tamamlanmadan təqdim edilən layihələr var. Bəzi hallarda isə artıq vaxtsa yerinə yetirilmiş işlər üzrə layihə gətirirlər. Plagiatı müstəqil elmi ekspertlərin ictimai forumun köməyi ilə ortaya çıxarmağa çalışırıq. Müəllif  Hüquqları Agentliyi bu işdə bizə kömək olur. Təkrar təqdim olunan ideyalar aydınlaşdırılır. 

Qrant layihələrinin təqdimində alimləri qane etmir?

Kağız-kuğuz, sənəd işi çoxdur. Fond dövlət büdcəsindən maliyyələşir. Dövlət büdcəsindən gələn maliyyənin müvafiq sənədləşməsi təbii bir proses kimi qəbul olunmalıdır, maliyyə, elmi-texniki hesabat verilməlidir. Qrantla işləmək istəyən şəxs bunlarla razılaşmalıdır. Fond isə öz növbəsində çalışır ki, sənədlərin sayı azalsın. Qrant layihələri üçün ayrılan məbləğlər müvafiq vergidən müəyyən rüsumlardan azad olunarsa, bu sahədə xeyli yüngülləşər. Söhbət Fond tərəfindən alimlərə verilən stimullaşdırıcı əməkhaqqı ilə bağlı vergi rüsum ödəmələrindən gedir. Cihazların, avadanlıqların alınmasını Fond öz üzərinə götürüb. Böyük məsuliyyətli işdir. Sifarişlər verilir, yerli beynəlxalq müqavilələr bağlanır. Onların gətirilməsi, gömrük rəsmiləşdirilməsi, quraşdırılması, sazlanması, işçi heyəti üçün təlimlər s. böyükhəcmli işdir Fondun nəzarətindədir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı var ki, müəyyən qisim elmi avadanlıq cihazlar idxalda vergi rüsumdan azad olunur. Lakin o siyahıya yenidən baxılmalı genişlənməlidir. İstənilən halda qrant layihəsi yerinə yetirilərkən müvafiq hüquqi sənədləşməyə əməl olunmalıdır. Onları sadələşdirmək üçün isə gücümüzü sərf edirik. Hesab edirik ki, alimlərimiz vaxtlarının çox hissəsini elmi tədqiqatlara sərf etməlidirlər.  

Yaxın gələcək üçün  planlar nədir?

Aprel ayında AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birgə “Springer” nəşriyyatının treninqini keçirəcəyik ki, Azərbaycan alimləri xaricə göndərdikləri məqalələrini necə tərtib etməyi daha yaxsı öyrənsinlər onların xaricdə resenziyadan keçmə ehtimalı yüksəlsin. Aprel ayında qrant layihəsi çərçivəsində botanika üzrə beynəlxalq konfrans da keçirəcəyik. Dünyanın bir neçə ölkəsindən 20-yə yaxın tanınmış alim iştirak edəcək. May ayında Kiyev Politexnik İnstitutu ilə birlikdə innovasiyalar texnologiyaların transferi ilə bağlı milli seminar keçirməyi planlaşdırırıq.

 Artıq beynəlxalq əməkdaşlığın başqa mərhələsinə keçmişik. Avropa Komissiyasının ERA-NET proqramıyla əməkdaşlığımız var. Bu il isə Belarus Respublika Fundamental Tədqiqatlar Fondu ilə ilk birgə qrant müsabiqəsini elan etmişik. Sənədlər qəbul olunub, elmi ekspertiza mərhələsindədir. Bu yaxınlarda onların da nəticələri açıqlanacaq. Hədəf kimi beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Bu il Rusiya Fundamental Tədqiqatlar Fondu ilə, Cənubi Koreyanın Milli Tədqiqat Fondu ilə bir sıra ölkələrlə əməkdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutmuşuq. Gələcək üçün olan planlar isə daha zəngindir. Devizimiz bunu özündə tam əks etdirib: “Elm – inkişaf, rifah gələcək naminə!”

 

 

Yaqut Tapdıqqızı

 

Baku Post.-2013.-3 aprel.-S.7.