Milli dəyərləri ucaldan insan

 

Ümummili lider Heydər Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafına göstərilən qayğı daim yüksək səviyyədə olub. Onun ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti və incəsənəti tarixi bir yol keçərək çiçəklənmə dövrünü yaşayıb”. BunuNew Baku Posta müsahibəsində Azərbaycan Dövlət Musiqili Teatrının (ADMT) direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev deyib. Onun sözlərinə görə, hər kəsin yaddaşında dahi insan, qayğıkeş rəhbər kimi iz buraxan dünya şöhrətli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Bir ziyalı insan kimi, onun üçün mədəniyyət və incəsənət hər zaman ön planda olub: “Ümummilli liderin inanılmaz səyləri nəticəsində “Kitabi Dədə-Qorqud” yazılı abidəsinin 1300 illik yubileyi keçirildi. Buraya dünyanın bütün meridianlarından qonaqlar gəldi. Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi sənətkarların dünya miqyasında yubileyləri təşkil olundu, Molla Pənah Vaqif, Hüseyn Cavidin məqbərələri inşa edildi, Nəsimi, Nəriman Nərimanov, Cəfər Cabbarlının heykəlləri ucaldıldı. And yerimizə çevrilən Şəhidlərin Xatirə Kompleksibir sıra başqa monumental əsərlərin yaradılması məhz H.Əlieyin şəxsi təşəbbüsü və ideyası ilə həyata keçirilib”.

 Fenomenal yaddaş sahibi

 Bu gün sənət adamları, korifey sənətkarlar, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi ənənə halını alıb. Bu təkcə yubliey tədbiri ilə bitmir, kitablar nəşr olunur, muzeylər açılır, yeni ekspozisiyalar qurulur. Bu ənənənin əsasını H.Əliyevin qoyduğunu deyən Ə.Lalayev həmçinin dahi şəxsiyyətin bu işlərlə yaxından maraqlanmasını, hər zaman diqqətdə saxlayaraq qiymətli tövsiyyələr verdiyini vurğuladı: “H.Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi dövrdə Mədəniyyət və Turizm Nazirliyində çalışırdım. Ümummili lider nazirliyin xətti ilə keçirilən bütün tədbirlərdə şəxsən iştirak edirdi. Onun tapşırığı ilə Azərbaycan tarixində əvəzsiz rolu olan şəxsiyyətlərin həyat və yaradıcılığının geniş təbliğinə ciddi diqqət yetirilirdi. Sovet ideologiyasının qadağa qoyduğu bəzi sənət korifeylərinin yenidən Azərbaycan xalqına qaytarılması, onların ədəbi irsinin öyrənilməsi, yaradıcılıqlarının araşdırılması şəxsən H.Əliyevin təşəbbüsü idi. Dahi rəhbər daim vurğulayırdı ki, keçmişini unudan xalqın heç vaxt gələcəyi ola bilməz”.

 Heç kimə sirr deyil ki, ulu öndər həm də fenomenal yaddaşa malik şəxsiyyət idi. İncəsənətə sevgisini heç zaman gizlətməyən H.Əliyev dramaturqların yaradıcılığını, pyeslərin süjet xəttini və qəhrəman obrazların adlarını çox gözəl bilməsi ilə də yazıçı, rejissor və aktyorları heyran qoyurdu. Onun yaradıcı insanlara, rejissorlara, teatr rəhbərlərinə hər zaman diqqətlə yanaşması, aktyorlara çox böyük qayğısı bu insanın məfkurəsindən və şəxsi mədəniyyətindən qaynaqlanırdı: “H.Əliyev bütün yeni tamaşaların premyerasında məmnuniyyətlə iştirak edirdi. O, həmçinin baxdığı tamaşalar haqqında öz fikirlərini həvəslə, həm də peşəkarcasına bölüşürdü. Hazırda H.Əliyevin adını daşıyan Sarayda saysız-hesabsız tədbirlər keçirmişik. Tamaşalardan sonra o, bir qayda olaraq səhnənin arxasına keçirdi, yaradıcı heyətlə görüşüb səmimi söhbət edirdi. Bəzən sənətkarların qəlbinə toxunmayacaq dərəcədə irad və fikirlərini bildirirdi. Bəyəndiyi ifaları yüksək qiymətləndirirdi, sənət adamlarının şəxsi qayğıları ilə maraqlanırdı”.

 Sənətçilərin yaxın sirdaşı

 Azərbaycanın, xüsusən də Bakının fəxri sayıla biləcək bir çox mədəniyyət ocaqlarının, binaların tikintisi, yenidən qurulması və bərpası məhz H.Əliyevin adı ilə bağlıdır. Bunlardan biri də hazırda Ə.Lalayevin rəhbərlik etdiyi ADMT-dir. Arxitektura sahəsində ən mütərəqqi və milli ideyalarla yaxından tanış olan, incə zövqə malik H.Əliyev yenidənqurma və bərpa işlərini daim diqqət mərkəzində saxlayırdı: “1993-cü il sentyabrın 19-da H.Əliyev bizim indiki binanın tikinti və yenidənqurması işləri ilə tanış oldu. Onun teatrın binası haqqında dedikləri çox yaxşı yadımdadır: “Teatr təkcə bina deyil. Bu binanın özüestetik zövq aşılamalıdır”. Bu çox düzgünmüdrik deyilən bir fikirdir. O zaman tikintiyə Ə.Ləmbəranski rəhbərlik edirdi. O, H.Əliyevə tikinti haqqında məlumat verdi. Bu bina inqilabdan əvvəl H.Z.Tağıyevin anbarı olub. Sonralar teatr binasına uyğunlaşdırılaraq sənətsevərlərin ixtiyarına verilib. H.Əliyev binanı gəzdi, arxitekturası və bərpa layihəsi ilə tanış oldu, sonra fikir və iradlarını bildirdi.

 H.Əliyev dedi ki, binanın arxitekturasında vahid üslub yoxdur və bərpa layihəsinin müəyyən dəyişikliklərə ehtiyacı var. O zaman ölkə rəhbərinin teatr binasına baş çəkməsi böyük bir hadisə idi. Çünki ölkədə vəziyyət normal deyildi, sabitlik tam bərqərar olunmamışdı. Buna baxmayaraq, H.Əliyev bu üçün vaxt ayıra bilmişdi. Bina təhvil veriləndən sonra 1998-ci ilin dekabr ayında H. Əliyev “O olmasın, bu olsun” tamaşasına baxdı. Razılığını və teatr haqqında fikirlərini bildirdi”.

 Ə.Lalayev mədəniyyət və incəsənət sahəsində olan insanlara prezident təqaüdü, mükafatlar, mənzillər verilməsi, sənətkarların məişət şəraitinin yaxşılaşdırılması və teatrın inkişafına yönələn işlərin görülməsini incəsənət sahəsində çalışan adamlar üçün bir stimul olduğunu deyir. Teatr rəhbəri bildirir ki, H. Əliyevin qoyduğu xoş ənənə bu gündavam edir: “Prezident İlham Əliyev mədəniyyətimizin hamisinə çevrilib. Bir-birindən gözəl teatr binaları tikilərək, yaxud bərpa olunaraq yaradıcı insanların ixtiyarına verilib. Bizim Musiqli Teatrın binası məhz İlham Əliyevin şəxsi nəzarəti ilə demək olar ki, yenidən tikilib. Gözoxşayan bina özü bir tamaşadır”.

 S.Vurğun adına Dövlət Rus Dram, Akademik Milli Dram, Gənc Tamaşaçılar Teatrının təmir-bərpa edildiyini xatırlayan Ə.Lalayev yaxın zamanlarda OperaBalet Teatrı başda olmaqla digər sənət ocaqlarının da təmir-bərpa ediləcəyini xatırlatdı. Bölgə teatrlarının da diqqətdən kənarda qalmadığını deyən əməkdar incəsənət xadimi yenidən qurulan Mingəçevir və Şəki Tearını yada saldı :Bunlar ölkə rəhbərinin xalqın ruhuna, milli dəyərlərə verdiyi yüksək qiymətdir”.

 

 

Əliqismət Lalayev, ADMT-nın direktoru

 

BakuPost.-2013.- 12 dekabr. - S.10.