Elxan Qasımov: “Kino qəliz işdir

 

Əhməd haradadırfilminin çəkilməsindən 50 il ötür. Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir. Bu film xalq artisti Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Ekran əsərində Azərbaycan kinosunun məşhur simaları yer alıb. “Əhməd haradadır”  filmi sürücü Əhməd rolunu oynayan Elxan Qasımov və rəngsaz obrazını ifa edən Eldəniz Zeynalovun kinoda ilk işidir. Filmoqrafiyasına 50-dən çox kino daxil olanrejissor kimi bir çox filmlərə quruluş verən əməkdar artist E. Qasımov 50 ilin xatirələrini və kino haqqında fikirlərini bölüşüb.

– Əslində, ilk sualım başqa idi. Lakin otağınızdakı  Biz qayıdacağıq” filminin posterini görəndən sonra fikrimi dəyişdim. Qaçqın həyatı yaşamamısınız, lakin filmi çəkən zaman qaçqın həyatı ilə nə dərəcədə yaxından maraqlandınız?

– Əslində, qaçqın həyatını hər birimizbütün Azərbaycan xalqı yaşayıb. 50 ildir Azərbaycan kinosunda işləyirəm, həmin anları kinoya gətirmək borcum idi. İşğal olunmuş bölgələri mən çox-çox əvvəllər sevmişəm. Həmin torpaqların itirilməsi mənə ağır gəlir. O torpaqlara həsrət qalaraq dünyasını dəyişənlər var. “Biz qayıdacağıq”dakı qəhrəman Pərvaz indi  Milli Konservatoriyanın tələbəsidir. Deyir ki, onu Zakir kimi çağırırlar. O da bu həyatı yaşayıb. Filmin qəhrəmanı Zakirə dünyanın hər hansı ölkəsində baxsalar deyəcəklər ki, belə gözəl, ağıllı, istedadlı uşaq gərək qaçqın olmazdı. Filmin bir neçə adı vardı. Mənsə “Biz qayıdacağıq”ı seçdim. Çünki biz mütləq o torpaqlara qayıdacağıq!

– Azərbaycanda hansı mövzulu filmlərə ehtiyac var?

İlk növbədə insan mənəviyyatını müsbət tərəfə çəkən, tərbiyələndirən  filmlərə. “Görüş”, “Bəxtiyar” kimi filmlərdə sovet ideologiyası vardı.  “Bəxtiyar”da Rəşid Behbudov mütləq rus qızı sevməliydi.

 Lakin rejissorlar bunun içərisinə də azərbaycançılığı və əxlaqi mövzuları salırdı. “Əhməd haradadır?” filmində rejissor göstərir ki, sürücü belə olmalıdır: rəqs etməyi bacarmalı, xeyirxah, ağıllı, sevgisinin arxasınca gedən.   

– Niyə o vaxtkı filmlərə bu gün maraq var?

– Vaxtı ilə bəlkə də o filmləri biz bəyənmirdik, amma indi hamı  böyük maraqla baxır. “Əhməd haradadır?” filmindən cavanlar danışanda çox sevinirəm. Çünki yaşıdlarım məni tanıyır və o dövrü görüb.

 Demək, sənət daimidir. Köhnə kinoları sevdirən ilk növbədə nostalgiyadır. Bundan başqa, gözəl hisslərin tərənnümü. İndi kim kimə öz ev növbəsini verər? Filmdə isə Əhməd öz ev növbəsini digər Əhmədə verir. 

– 50-yə yaxın filmə çəkilmisiniz. Amma hamı sizisürücü Əhməd” kimi tanıyır...

– Hələ də küçədə məni “sürücü Əhməd” kimi tanıyır, yaxınlaşıb salamlaşırlar. Tanınmaq çox məsuliyyətlidir. Bu bir fenomendir ki, Azərbaycan kinosunda bir neçə nəfər var ki, ilk rolu ilə məşhurlaşıb.

 Uzun illərdir ki, rejissorluqla məşğul olan insan üçün  50 ildir bir rolu ilə tanınmaq xoşbəxtlikdir. Rejissor A.İsgəndərov, ssenari müəllifi S.Rəhman, bəstəkar R.Hacıyevdən tutmuş bu filmdə çəkilən məşhur aktyorların da burada rolu böyükdür. O boyda böyük insanların yanında 18 yaşlı Elxan Qasımov şitil idi. Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova, Mustafa Mərdanov, Lütfəli Abdullayev, Eldəniz Zeynalov, Səyavuş Aslan, Töhfə Əzimova kimi cəngavərlərin içərisində yadda qalmaq və məşhurlaşmaq xoşbəxtlikdir.

 

Kinoda ilk rolunuzdur. Necə dəvət aldınız?

İndiki Mədəniyyət və İncəsənət Universitetində Adil İsgəndərovun kursunda oxuyurdum. Öz tələbələrini bütün rollara sınaq çəkilişlərində yoxladı. Bütün kurs filmə qeyri-rəsmi kömək edirdi. Mən universitetə rəqqas kimi gəlmişdim. Mahnı rəqs ansamblında solist idim. Həm sürücülük bacarığım olduğu üçün elə sürücü Əhməd mənə tapşırıldı. Adil müəllim plastilin kimi adamdan obraz yaratmağı bacaran sənətkar idi.

Hansı maraqlı hadisələri xatırlayırsınız?

Filmin çəkilməsi elə ən böyük maraqlı hadisə idi. Məni sürücü Əhməd kimi seviblər çalışmışam ki, Elxan Qasımovu da ona oxşadam. Əhmədlə Elxan arasında da oxşarlıqlar çoxdur. Həyatda da hər zaman çalışmışam ki, xeyirxahlıq edəm. Bəlkə ona görədir ki, indi kinostudiyanın Həmkarlar Təşkilatının sədriyəm, kinonun böhran vaxtlarında çıxıb getmədim. Hər zaman, hər yerdə mənəsağ oldeyəndə Adil İsgəndərova rəhmət oxuyuram. İsmayıl Dağıstanlının da hər zaman ruhunu yad edirəm. İnstitutdan məni əsgər aparırdılar, o, qoymadı. Komissarlıqdan şəxsi işimi götürüb dedi ki, “bu oğlan böyük sənətkar olacaq, ali məktəbi bitirəndən sonra əsgər gedər”. 

Gürcü aktrisa Nonna Paçuaşvili ilə əlaqəniz varmı?

Bəli. Hər dəfə Bakıya gələndə görüşürük.

Tamaşaçılar Azərbaycan seriallarının bəsit quru təsir bağışlamasından şikayət edir. Sizcə, səbəb nədir? 

Seriallarda müasir həyatı çəkirlər. Müasir həyatı da biz yaşayırıq görürük. Biz hadisələrin iştirakçısıyıq hərəmizin öz münasibətimiz var. İndiki serial bəzi filmlərdə sənət yoxdur, onları seyr edə bilmirəm. Çünki bir falş artıq məni ekrandan uzaqlaşdırır. Amma artıq istedadlı gənclər gəlir. Bir telekanallarda mətbəx verilişlərinə baxa bilmirəm. Olimpiya çempionunun dolma bükməsinə baxaram. Çünki idmançının mətbəxdə olması təzadlı maraqlıdır. Lakin boynu beli bilinməyən müğənninin yemək bişirməsi maraqsızdır...

Azərbaycan kinosu hansı dövrünü yaşayır?

Azərbaycan kinosu dünya kinosundan texniki səviyyədə aşağıdır. Amma hisslərdə, duyğularda heç zaman aşağı olmayıb. Afrikanın cəngəlliklərində , inkişaf etmiş ölkələrdə valideynin övlada, uşağın valideynə münasibəti eynidir. Hisslər var ki, ümumbəşəridir. Biz filmlərimizdə bunları aşılamışıq. Teatrdan fərqli olaraq kinematoqrafiya çətindir. Tamaşada bir fikri  anlamırlarsa, gələn dəfə onu başqa tərzdə deyirsən. Kinoda bir dəfə necə göstərdinsə, o cür qəbul olunur. Kino işi qəlizdir.

 

Ümidə Həsənli

 

BakuPost .-2013.- 14 dekabr. - S.11.