Müstəqillik qarantı

 

Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, həmin dövrdə vahid komandanlığa tabe olan nizami mütəşəkkil ordusu olmayıb. Lakin iki il sonra hakimiyyətə  qayıdan Heydər Əliyev “ordu dövlət müstəqilliyinin qarantıdır” prinsipini rəhbər tutaraq Azərbaycan ordusunun təməlini qoydu.

 Güclü iqtisadiyyat– qüdrətli ordu

 1994-cü ildə mürəkkəb müharibə şəraitində Heydər Əliyev atəşkəsin elan edilməsinə nail olduordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara imkan yaratdı. Milli təhlükəsizlik siyasəti və ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Paralel olaraq, ölkədə beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması bu sahənin vacibtarixi əhəmiyyətli bir mərhələsi oldu.

 Hələ Sovet İttifaqı dövründə H.Əliyev milli zabit kadrlarının hazırlanması məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Onun əzmkarlığı sayəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb – görkəmli sərkərdə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. O zaman Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi qısqanc münasibət bəsləyirdi. Bu səbəbdən Bakıda hərbi məktəbin açılmasının böyük əhəmiyyəti var idi. İndi həmin məktəbin məzunlarından yetişən general və yüksək rütbəli zabitlər respublikanın Silahlı Qüvvələrində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, Milli Təhlükəsizlik orqanlarında xidmət edir.

  Dahi lider nəhəng transmilli iqtisadi layihələrə imza atmaqla həm ölkənin, həm də ordunun dirçəlməsinə və qüdrətlənməsinə nail oldu. Bu siyasət nəticəsində, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmlədib.

NATO ilə əməkdaşlıq da Azərbaycan ordusunun modernləşməsində mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq H.Əliyevin təşəbbüsü ilə ölkənin Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulması ilə başladı. Azərbaycan hərbçiləri NATO-nun hərbi təlimlərində, sülhməramlı əməliyyatlarında iştirak etməklə ən müasir hərbi bilik və təcrübələrini artırır, nəhayət, dünyanın ən güclü hərbi-siyasi quruculuğunda ən yüksək standartlara yiyələnir. 

 Tarixi Günün bərpası

 Heydər Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət əvəzsiz rol oynadı. Onun imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu sənəd tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm addım oldu.

 Artıq 15 ildir ki, bu tarix Azərbaycanda böyük təntənə ilə qeyd olunur. Paytaxtda  keçirilən möhtəşəm hərbi paradlar isə ordunun gücünə və H.Əliyev siyasətinin təntənəsinə əyani sübutdur.

 Azərbaycanda hərbi sənaye kompleksinin formalaşması da H.Əliyev siyasətinin məntiqi davamıdır. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnikasilah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir.

 

Azərbaycanın güclü silahlı qüvvələri ərazi bütövlüyünün dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün mühüm amildir. Döyüş qabiliyyətinə malik olan Azərbaycanın Milli Ordusu qarşısında duran vəzifələri uğurla yerinə yetirməyə zəmanət verir.

 

BakuPost .-2013.- 12 dekabr. - S.4.