Tarix, zaman, seçim

 

Tarixə adını əbədi həkk etmiş ingilis mütəfəkkiri Edmund Berkin bir müdrik deyimi sanki dünyanın bütün problemlərinin açarı olmağa qadirdir: “Cəhalətin təntənəsi üçün bircə şey lazımdırsa, o da bacarıq zəka sahiblərinin fəaliyyətsizliyidir”. Çox sadə və eyni zamanda dərin bir məntiq. Bu məntiqin mahiyyətinə varanda istər-istəməz etiraf etməli olursan – nə yaxşı ki, insanlar seçib və seçilmək təcrübəsini mütləq işə çevirə biliblər.

Seçki mövzusu, seçki qayğısı ona görə həmişə gündəmdədir ki, unikal və həm də universal mexanizmdir. Bu səbəbdən də insanlar hər yerdə və hər an sözügedən metodikaya üz tutub, hədəfə ən qısa və optimal yollarla hərəkət etməyə çalışırlar. Taleyüklü məsələlərdə isə seçməyin alternativi, sadəcə, yoxdur. Bu üzdəndir ki, rəhbər seçimində yanılmamaq, demək olar bütün həyati əhəmiyyətli problemlərin öhdəsindən gəlmək deməkdir.

Başa çatmaqda olan 2013-cü ildə Azərbaycan xalqı daha bir mühüm seçim etməklə növbəti beşilliklə bağlı özü üçün aydın mənzərə yaratdı. Yetkin və səs hüququna malik ölkə vətəndaşları niyə İlham Əliyevə etimad göstərdilər? Ona görə ki, İlham Əliyev son 10 ildə ölkənin, onun şəhər və kəndlərinin simasını, özünün tərtib etdiyi konsepsiyaya əsasən, dəyişməyə müvəffəq oldu

“Aydınlıq – uğurun yarısıdır” deyirlər. Azərbaycan seçicisi İlham Əliyevə səs verməklə sabitliyə, şəffaflıq və inkişafa “hə” demiş oldu. Bu isə ondan xəbər verir ki, vətəndaşların böyük əksəriyyəti ölkədə başlanmış genişmiqyaslı yenilənmə, dirçəlmə və inkişaf modelinə inanır. Dövlətin tərəqqisini təmin etmək, insanların həyatına rahatlıq və təminat gətirmək, vətəndaşın təhlükəsizliyini, məmləkətdə sabitliyi qorumaq son dərəcə çətin və məsuliyyətli işdir. Ona görə də, insanlar seçim anında ciddi götür-qoy etməli olurlar. Builki seçkilərdə azərbaycanlılar tərəddüd etmədən üçüncü dəfə İlham Əliyevə etimad göstərdi. Çünki 10 il ərzində Azərbaycana rəhbərlik etmiş dövlət başçısı verdiyiı vədləri yerinə yetirdi, gündəmdə olan problemlərlə bağlı aydın fəaliyyət proqramı ortaya qoydu, bir çox məsələlərin öhdəsindən məharətlə gəldi, nəhayət, Azərbaycanı uğur məkanına çevirməyi bacardı

Hakimiyyət güclüləri sevirdeyənlər yanılmırlar. Hakimiyyət zirvəsinə çatanda yalnız o siyasətçilər ümidləri doğrulda bilir ki, onlar təpərlidir, enerjilidir və yüksək idarəçilik məharətinə malikdirlər. Ali rəhbər qismində İlham Əliyev nəyə qadir olduğunu əyani şəkildə təsdiqlədi və Azərbaycanı dünya miqyasında dinamik inkişaf edən dövlət kimi tanıtdı. Təməli düzgün qoyulmuş geniş miqyaslı infrastruktur layihələrindən başlamış, modern abadlıq işlərinə qədər nəzərdə tutulmuş bütün layihələrin reallaşdırılması ilə bağlı fəaliyyət deməyə əsas verir ki, planlaşdırılmış işlər, inkişafa hesablanmış mütərəqqi ideyalar mütləq məntiqi sonluğa çatdırılacaq.

Ölkə daxilindəki işgüzar mühit xaricdəki uğurlu kursu gerçəkləşdirməyə təminat yaradır. Hazırda valyuta ehtiyatının 50 milyard ABŞ dollarını aşması Azərbaycana kifayət qədər sərbəst xətt yürütmək imkanı verir. İnteqrasiya sektorunda isə demək olar aparıcı rollardan birini oynayır. Əldə olunan uğurlar imkanların diversifikasiyasını da təmin edir, ölkənin ən ağrıproblemi olan Qarabağ böhranının da açarını tapmağa imkanları genişləndirir. İndi, Azərbaycanın dost və tərəfdaşlarının sayının artdığı dövrdə, sözün əsl mənasında, ölkə qarşısında yeni era açılır. Bu era adlandırılmalı olsa, ən münasib ifadə “Quruculuğun təntənəsi” olardı.

 

BakuPost.-2013.- 24 dekabr. - S.2.