Sənət, zaman və məkan

 

Yaradıcılıq üçün hansı yaş həddi yetkin sayıla bilər? Bu suala hələ ki, tutarlı cavab tapılmayıb. Yəqin ki, tapılsaydı, qəribə olardı. Çünki yaradıcılıq, fəaliyyət növü kimi, öz cazibə və sirlər qutusunu hər kəs üçün həyatın ən gözlənilməz anında açır. Peşəkar rejissor, bu gün 60 yaşını qeyd edən Namiq Qurbanovla söhbətimiz bir daha təsdiqlədi ki, yaş anlayışı yaradıcı insanlarda tam nisbidir.

Həmsöhbətim həyatının 40 ilini yaradıcılığa həsr edib. Hər zaman kamera arxasında olan N.Qurbanov televiziya rejissoru kimi tanınır. Sankt-Peterburq (Leninqrad) Dövlət Teatr, Kinematoqrafiya Musiqi İnstitutunun televiziya telefilm rejissorluğu  fakültəsini bitirdikdən sonra 1972-ci ildən televiziyada fəaliyyət göstərir. O vaxt yeganə televiziya kanalı olan Azərbaycan Dövlət Televiziyası onun daimi əvəzedilməz yeridir:

– 40 ildə yerinizi dəyişmək fikriniz olmayıb?

AzTV-də işıqçıdan rejissoradək yüksəldim. Bir müddət özəl televiziya kanallarında çalışsam da, 2006-cı ildə yenidən AzTV-yə döndüm.  Özəl kanallarda işləmək bir az çətindir. 57 yaşlı  AzTV böyük təcrübəyə malik məktəbdir. Bu gündə ən nəcib ənənələri yaşadır, çünki burada sağlam mühit hökm sürür.

 AzTV-də televiziya işçilərinin bir neçə nəsli var. Burada işləmək mənim üçün asandır. Məsələn, səs rejissoruna hansı məqamda etmək lazım olduğunu deməyə ehtiyac yoxdur. Özəl kanallarda isə bəzən səs rejissorunun nəyə lazım olduğunu soruşurlar. Bu mənada AzTV professionallar üçün münbit məkandır.

AzTV-də gənclərin özünü ifadə etmək imkanı dərəcədədir?

Etiraf etməliyəm ki, AzTV bu mənada təqdirəlayiq məkandır. İndi bizim kanalda gənc baş rejissor, baş redaktorlar var. Əvvəllər bu yaşda yüksək vəzifələr verilmirdi. Gənc yaşlarımızda bizi heç kim öyrətmirdi, özümüz təşəbbüs göstərib öyrənməyə çalışırdıq.

İndi vəziyyət başqadır. Necə deyərlər, oyunun qaydaları tamam dəyişib. Məsələn, mənim haqqım çatmır ki, kiməsə yaxınlaşıb səhvlərini deyim, məsləhət verim. Öz assisentlərimə söz deməyə ərkim çatır, amma başqa rejissorlara yox, əgər lazım bilsələr onlar məndən soruşmalıdır. Gənclər yaşlı nəslə sovet dövründən qalmış adamlar kimi yanaşır. Halbuki, əsl peşəkarlar məhz o dövrdə yetişib.Təəssüf ki, ali məktəblərimiz gənclərə televiziya işini kifayət qədər öyrətmir. 

Müasir televiziya vizual  baxımından çox çevikdir. Bəs, bizim çevikliyimiz bunu balanslaşdırırmı?

Televiziya iki məqamı tələb edir: diqqətçəkən hadisəyə köklənməyi bunu vaxtında işıqlandırmağı. Əgər operativ süjeti, yaxud videomaterialı sabaha saxlasam, başqa kanal bunu mənim əvəzimə edəcək. Bir , materialı elə hazırlayıb təqdim etməlisən ki, tamaşaçı hadisəni düzgün anlasın.

 Ekran qarşısında əyləşənə nağıl danışmaq yox, canlı insanı, baş verən hadisəni tam reallığı ilə göstərmək lazımdır. Deməli, prosesi struktur düzgün qurulmalıdır. 

Hazırda işlə məşğulsunuz?

İndiZaman məkanadlı müəllif proqramı hazırlayıram. Dünyanı yaradanlarsilsiləsini isə dünya cazmenləri ilə davam etdirəcəm.Emalatxana  rəssam heykəltəraşlara həsr ediləcək.  Bundan başqa, “Kinli, xəsis, səfeh”, “DayanacaqƏsəradlı üç  qısametrajlı bədii film çəkmişəm.

AzTV tarixində cəmi 1-2 dəfə qısametrajlı film çəkilib. Lakin yeni rəhbərlik gələndən sonra bu filmlər çəkilməyə başlandı. Bir neçə qısametrajlı bədii film çəkməyi planlaşdırıram. Əsas mövzu qadın kişi münasibətləri olacaq.

Rejissor kimi özünüzü hansı işlə təsdiq etdiniz?

– “Mən rejissoramdemək üçün indiyədək bütün dünyada olan rejissorlara baxmalıyam özümü onlarla müqayisə etməliyəm. Bu ömrün sonunadək davam edən prosesdir. 1986-cı ildə Sovet dönəmində Ümumittifaq gənclər proqramları telefilmlər festivalı keçirildi, “Çobanadlı filmə görə laureat oldum. Heç ondarejissoramdemədim.   

– 40 ildə nəyə nail olmaq istəmisiniz?

  Daim böyük kinoda işləmək arzusunda olmuşam. 1972-ci

ildə kinostudiyada yer yox idi, gözləməkdənsə televiziyaya gəldim. Kino sahəsində təhsil alaraq kinostudiyada işləmək istədim, alınmadı. Sovet vaxtı film çəkmək istəyirdinsə, bunu kinostudiyada həyata keçirmək lazım idi. Xüsusi təhsil olmadan orada çalışa bilməzdin. Mənə kinostudiyada dedilər ki, diplomun film çəkməyə yaramır...

Hansı mövzuda film çəkmək istərdiniz?

Heç vaxt mövzu haqqında düşünmürəm. İdeya qəfildən, elə bizim söhbət zamanı, yaxud sizinlə görüşdən ayrılandan sonra da yarana bilər. İnsana ilahidən nəsə bir vəh gəlməlidir.

  Serial çəkmək haqqında düşünürsünüz?

– Biz bu prosesin ilk pilləsindəyik. Çoxlu sayda serial çəkmək lazımdır, hətta zəif olsa belə, əvvəl-axır yaxşısı yaranacaq. 

Seriallar auditoriyaya hesablanmalıdır. Yaxşı rejissorun isə öz auditoriyası olmalıdır. Hər bir rejissor mövzunu mütləq öz yaradıcı potensialından, daxili aləmindən keçirib təqdim etməlidir.

Düşünürəm ki, serial çəkilməsində bütün süni maneələr aradan qaldırılmalıdır. Əslində mənə serial çəkmək maraqlıdır, lakin mövzu da cəlbedici olmalıdır.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-26 yanvar.-S.-10.