İlahi adlar yurdu - Cəbrayıl-1

 

Tarixi çox qədimlərə gedən diyarın adı "Cəbrayıl ata ", yaxud Allah baş mələyi Həzrəti Cəbrayılla əlaqələndirilir

 

Dül-dül ziyarətgahənda ayaq izləri qalan Həzrət kimdir?

 

Bu dəfə Cəbrayıldayıq. İnzibati mərkəzi Cəbrayıl şəhəridir. Ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma rayondakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbəndlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.

Coğrafi mövqeyi

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzüQarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. (Kür çayının subasarında, əsasən söyüdağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində, sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılıb.) Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.

İşğal

Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunub. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzi və Xudafərin körpüsü istiqamətində milli ordumuz irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu.

Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edib. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etdilər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçib və qısa müddətdə Füzuli rayonunun böyük hissəni azad edib.

Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi.

Ümumilikdə, 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfinin itkiləri 1,5 - 2 dəfə Azərbaycan tərəfindən çox oldu. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ilin qışında keçirdiyi ən uğurlu əməliyyat olub.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində, bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd Şturm-S, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silahsursat götürüb. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.

İşğaldan əvvəl və sonra...

Ərazisi 105 min hektardır. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri - Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.

İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan tarix - diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer - mama məntəqəsi xidmət göstərirdi.

1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət alıb. Rayon mərkəzində bir vaxtlar Dəyirman dərəsi kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilib. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvolu idi. Rayonda irili - xırdalı 90 kənd vardı.

1988-ci ildən başlayaraq rayonun bəxtində qara zolaqların sayı artmağa başladı. Cəbrayılın ərazisində ermənilərin yaşadığı iki kənd var idi: Hərəkül və Banazur.

1990-cı ildən 1993-cü il iyulun 23-nə kimi cəbrayıllıların ağır günləri başladı. O zaman Şuşada, Laçında, Ağdamda olduğu kimi, cəbrayıllılar da köməyə ehtiyac duyurdular. Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi.

O çətin dözülməz günlərdə Cəbrayıl rayonunda kifayət qədər qüvvə yox idi. Amma çətinliklərə baxmayaraq sərhəddə ermənilərə qarşı müdafiə xətləri yaradılmışdı. Şaqay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona nəzarət edildi. Şaqay yüksəkliyi itirildikdən sonra rayonun işğalı mərhələsi başladı.

Cəbrayıl ərazisini o ağır günlərdə qoruyan ərənlər də az olmayıb. Yusif Allahverdiyev, Samir Alıyev, Şükür Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, Mehdi İsmayılov və s. kimi qəhrəmanlar olmazın şücaətlər göstəriblər.

Ümumiyyətlə, döyüşlərdə Cəbrayıldan 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. Ayrıca, 14 polis əməkdaşı, 60 mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. 180 nəfərə yaxın Cəbrayıl sakini Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb.

Hazırda cəbrayıllılar arasında 351 şəhid ailəsi var. Artıq neçə illərdir ki, cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər. Daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar. Bu gün müxtəlif təyinatlı obyektlərdə məskunlaşan Cəbrayıl camaati öz ata-baba ocaqlarına qayıdacaqları günü həsrətlə gözləyirlər.

Tarixi

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-şərqdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökumdarın yaxın adamlarından biri olub və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl atayaonun övladlarına məxsus imiş. Cəbrayıl kəndinin şimalında \"Cəbrayıl ata\" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır.

Digər mənbə və məlumata görə, Cəbrayıl toponimi İslamdamonoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sozu ərəbcə Allahın qulu deməkdir. Bu versiyanın tərəfdarları onu da qeyd edirlər ki, Araz cayı uzərində tikilmiş Xudafərin körpüsü də (Allaha eşq olsun, Allaha afərin) məhz islamcılıqla bağlı olub. Deyilənə görə, Həzrət Əli Cəbrayılda olan Dül-dül ocağını ziyarət etməyə gəlib və onun atlarının izi həmin ziyarətgahda qalıb.

XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə Qraxdın da deyiblər. Bu, deyilənlərə gorə, 1831-ci ildə rayonun Daşkəsən kəndində Karantin idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali Karantin sozunu Qraxdın kimi tələffuz etib. Bəzi mənbələrə gorə isə Qraxdın sozu XVIII əsrdə Nadir şahın hakimiyyəti dovrundə Azərbaycana köcmüş Cəlair turk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.

Cəbrayıl rayonunun ərazisi qədimdə burada movcud olmuş Carlığın, Midiya və Əhəmənilər dövlətlərinin (e. ə. VII-IV əsrlər), sonralar isə Albaniya dövlətinin tərkibində olub. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları çağırılıb. III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunub. Xalq üsyanından qorxan Sasanilər nəhayət Albaniyaya mustəqillik verdilər.

VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Ərəb Xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olub. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412 - ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından XIX əsrin əvvəllərinədək Qarabağ xanlığının tərkibində olub. 1841 -ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilib.

1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən cıxarılıb, Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu dövrdə qəzanın ərazisi 6,63 min kvadrat km, əhalisi 66360 nəfər olmaqla, indiki Cəbrayıl, Fuzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib.

Cəbrayıl baramaçılıq, xalçaçılıq sənətləri ilə məşhur olub. Qəzada 5 ipək fabriki fəaliyyət göstərib. 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edilib. Rayonun ərazisi indiki hüdudları daxilində, sahəsi 1050 kv.km, əhalisi 24300 nəfər olub.

1905-1918-ci illərdə Cəbrayıl qəzası Qaryagin qəzası adlandırılıb. XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaradılıb. 1840-cı ildən başlayaraq burada rus pulları işləyib. 1876-cı ildə Cəbrayılda rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib.

(Ardı var)

Ramid İBRAHİMOV

Bizim yol.- 2011.- 23 dekabr.-S.11.