“Zəngin mədəni irsimizi dünyaya

tanıtmaq üçün gözəl fürsət yaranıb”

 

Dünya miqyaslı azərbaycanlı alim:

“Beynəlxalq aləmdə əqli və etik mədəniyyətimizi nümayiş

etdirərək Azərbaycana məhəbbət hissini artıra bilərik”

 

“Bizim Yol”un bu dəfəki müsahibi kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovdur. Müsahibiz mədəniyyət və elm tarixinə, nəzəriyyəsinə dair 200-dən artıq elmi və elmi-maarifləndirici işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-ın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və "Humay" mili mükafatı ilə təltif olunmuş "Kulturologiya" fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, dünya mədəniyyəti Beynəlxalq Universitetin layihəsini göstərmək olar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında respublikada yeganə "İdarəçilik mədəniyyəti" innovativ kulturoloji kursun müəllifidir. Kurs demokratik ölkələrin idarəetmə təcrübəsinin və dünya mədəniyyəti və sivilizasiyasının nailiyyətlərinin elmi təhlili əsasında hazırlanmışdır. Kursun tədrisi şəxsiyyətlər və liderlərin formalaşmasına, gələcək mütüxəssislər və məmurlər tərəfindən müasir elmi biliklərin, beynəlxalq standartlara cavab verən, professional vərdişlərin, yüksək demokratik idarəetmə etikasının mənimsənməsinə xidmət edir.

Professor Fuad Məmmədovun kulturologiya və idarəçilik mədəniyyətinin nəzəri-metodoloji problemlərinə dair elmi tövhəsini xüsusi ilə qeyd etmək lazımdır. O, ilk dəfə olaraq, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini kulturologiya elminə, universal kulturoloji təhlili isə (insan, ailə, cəmiyyət, dövlət və qlobal səviyyələrdə) idarəetmə elminə tədbiq edib. Onun "mədəniyyətin elmi anlayışı", "yaradıcılıq düsturu", "mədəni inkişafın amilləri", "mədəni insan düsturu", "idarəetmənin və özunuidarəetmənin effektivliyi" və s. yaratdığı nəzəri anlayışlar və kateqoriyalar humanitar elmlərin inkişafı üçün fundamental xarakter daşıyır.

Fuad Məmmədovun 40 ildən artıq elmi-pedoqoji, o cümlədən, 20 ildən artıq pedoqoji stajı var. O, 1990-cu ildən daimi fəaliyyət göstərən, "Mədəniyyət və cəmiyyət" adında, respublika kulturuloji seminarının elmi rəhbəridir. 1990-2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində, xarici qonaqların iştirakı ilə keçirilən, müxtəlif mövzularda 300-ə yaxın respublika və beynəlxalq konfranslar, interaktiv seminarlar, treninqlər, dəyirmi masalarfokus-qruplara rəhbərlik edib. İnsan, cəmiyyət və dövlətin sosial-mədəni inkişafina həsr olunmuş mövzularda aliorta məktəblərdə, müəssisələrdə, televiziyaradioda, jurnal və qəzetlərin səhifələrində daimi kulturoloji maarifləndirici xarakterli çıxışlar edir.

Professor 26 ölkədə olubbu ölkələrin sosial-mədəni inkişaf təcrübəsini, Azərbaycanın inkişafında yaradıcı şəkildə istifadə etmək üçün öyrənib. 1999-cu ildə o, Avropa Şurasının mədəniyyət siyasəti üzrə ekspertləri siyahısına daxil edilib, 2001-ci ildə "Ambassador for Peace" Beynəlxalq fəxri diplomuna layiq görülüb. Beləliklə:

-Fuad müəllim, əvvəla “mədəniyyət” və “incəsənət” məhfumlarının mahiyyətinin aydınlaşdırılmasından başlayaq. Bu iki terminin fərqli anlamları varmı?

-Əlbəttə. Mədəniyyət ikinci süni təbiətdir. Qədim romalılar deyirdilər: “kultura kontura natura”. Naturalatinca təbiət deməkdir. Kontura”, yəni təbiətə daxil olmayanların hamısı mədəniyyətdir. İnsanın ağlı, hissləri fiziki əməyinin nəticəsində yaranıbsa, hamısı - bütün toplu, ruhi, yəni əqli mənəvi, eləcə maddi nümunələr mədəniyyətə daxildir. Bildirim ki, mədəniyyət təkcə topludan ibarət deyil. Mədəniyyət hətta dərk edib dəyişmək prosesinin özüdür. nəhayət mədəniyyətə texnologiyalar daxildir.

Bax bu üçlük vəhtəd təşkil edir: yaradıcı proses, onun nəticələri onun texnologiyaları. Bu mənada mədəniyyət təbiəti, insanın özünü cəmiyyəti dərk edib dəyişmək prosesidir. Nəticədə əldə olunan ruhi, yəni əqli mənəvi, eləcə maddi dəyərlər normalar toplusudur. Həmin dəyərlərin normaların istehsalı, qorunub saxlanması, istehlakı, yayılması texnlogiyalarıdır. 

İncəsənət isə mədəniyyətin bir hissəsidir. Çox vacib bir hissəsidir. Onsuz yaşamaq mümkün deyil. İncəsənət hər bir xalqın milli mədəniyyətinin əsas göstəricisidir. Amma mədəniyyət tam sosial sistem olaraq təkcə incəsənətdən ibarət deyil.  Mədəniyyət nədən ibarətdir? Mədəniyyəti kürə şəklində tam sistem kimi göstərmək olar. Mədəniyyət ikinci təbiətdirsə, insanın bütün həyat fəaliyyətinin sahələri bura daxildir. Biri-biri ilə üzvü bağlı olaraq sistem təşkil edilir. Ona görə kulturologiyada mədəniyyət təhlil ediləndə məhz sistemli təhlildən istifadə edilir. Çünki bütün dünya sistemdən ibarətdir. Hətta insan da, cəmiyyət , millət , dövlət , atom da sistemdən ibarətdir.  

Bu kürədə bir-biri ilə üzvü bağlı olan bir sıra vacib sahələr var. Hansı ki, bu sahələr insanın həyat fəliyyətinin sahələridir. Bu sahələrə təhsil tərbiyə, elm texnologiya, iqtisadiyyat maliyyə, incəsənət ədəbiyyat, informasiya mətbuat, din etika, daxili xarici münasibətlər, siyasət, həyat tərzi həyatı təmin etmək, nəqliyyat, dil, təbabət s. daxildir.

Baxın, bu sistem tam bir sistemdir, ayrılmazdır. Bunların hamısı mədəniyyətdir. Allah-təala təbiəti onun zirvəsi olan insanı - əqli mədəniyyət sahibini yaradıb. İkinci süni təbiəti, yəni mədəniyyəti isə insan yaradır. Mədəniyyət sisteminə daxil olan bu sahələrin insan həyat fəaliyyətində öz əhəmiyyəti, öz xüsusiyyəti, öz enerjisi, öz dinamikası, öz istiqaməti, öz inkişaf qanunları, öz texnologiyaları yeni imkanları var. Bunlar biri-birilə bağlıdır, bu bağlılığı da yaradan insandır.

Maraqlısı odur ki, mədəniyyətin səmərəli milli maraqlara uyğun inkişafı insanın fəaliyyəti seçdiyi üstünlüklərlə, yəni prioritetlərlə bağlıdır. Bura yalnız iqtisadiyyat daxil deyil. Çünki iqtisadiyyat hər sahənin əsasını təşkil edir başqa sahələri maliyyələşdirməyə şərait yaradır. İqtisadiyyatı çıxmaq şərti ilə, təhsil, texnologiya tərbiyə mədəniyyətdə əsas sahədir. Onlar mədəniyyətdə aparıcı iki əsas istiqamətdir. Keyfiyyətli təhsil olmasa, elm olar, iqtisadiyyat inkişaf edər. Elmi texnologiya olmasa, rəqabətə davamlı istisadiyyat, keyfiyyətli təhsil olar. Nəhayət tərbiyyə olmasa, insani keyfiyyətlər - alicənablıq, mərdlik, vətənpərvərlik olmaz. İqtisadiyyat mədəniyyətin maddi hissəsidir. İqtisadiyyatın əsasında əqli mədəniyyət var.

İncəsənətə gəldikdəİncəsənətin mədəniyyətdə böyük rolu var. Mənim ana nənəm Azərbaycanda ilk rəssam qadındır. Söhbət Qeysər Kaşıyevadan gedir. Mən elə bir ailədə böyümüşəm ki, həmişə bizim ailədə incəsənətə, elmə böyük rəğbət hissi olub. İncəsənət mədəniyyətdə həlledici rol oynamır. O, bir milli göstərici kimi inkişafı, insani keyfiyyəti, millətin adət-ənənələri, zövqləri bir çox çizgiləri-istedadı əks etdirən sahədir.

Mədəni tərəqqi, dövlətin qüdrətli olması, rəqabətə dözümlü olması, təhlükəsiz inkişafı təmin etmək üçün həlledici intelektual, etik, hüquqi idarəçilik mədəniyyətidir. Bunların da əsasını götürsək, intelektual etik mədəniyyəti götürəcəyik. qədər əqli mədəniyyət inkişaf etmiş olsa, eyni zamanda qədər milli-mənəvi dəyərlər inkişaf eləsə, insani keyfiyyətlər inkişaf etsə, insan da, cəmiyyət , dövlət qüdrətli olar. İncəsənət mədəniyyətin əsasən yaradıcılığıdır, yaraşığıdır, millətin adət-ənənəsini göstərən, dünyada nümayiş etdirən çox vacib bir sahədir. Ümumiyyətlə, insanın etik, estetik inkişafı üçün incəsənətin misilsiz rolu var. 

-Azərbaycanda mədəniyyət siyasətini hansı mərhələlərə bölmək olar?

-Mən istərdim ki, mədəniyyət siyasəti barəsində mədəniyyət naziri cənab Əbülfəz Qarayev danışsın. Mənim öz yanaşmam var. Təəssüflər olsun ki,  Mədəniyyət Nazirliyi eskpert kimi məni bir dəfə olsun mədəniyyət siyasətini hazırlamağa dəvət etməyib. Mən 2000-ci ilin fevralından Avropa Şurasının mədəniyyət siyasəti üzrə ekspertiyəm. 1999-cü ildə ilk dəfə olaraq Azərbaycanı Norveçdə Beynəlxalq Kulturoloji Konqresdə təmsil eləmişəm. Mədəniyyət siyasətinə elmi yanaşmada məruzəmi bəyəndilər məni Avropa Şurasının Ekspertlər Şurasına qəbul etdilər. 

-Yaxınlarda Azərbaycan Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyə başladı. Bu sədrlik Azərbaycan mədəniyyətinin tanıdılması üçün hansı imkanlar yaradacaq?

-Məncə, bununla fürsət imkanlar yaranıb ki, Azərbaycanın zəngin mədəniyyətini, mütərəqqi inkişafını, Manna dövlətindən başlayaraq bu günkü müasir Azərbaycan dövlətinə qədər təbliğ edə bilərik. İkincisi, yüksək əqli etik mədəniyyətimizi nümayiş etdirərək Azərbaycana məhəbbət hissini artırmaq olar. Bununla da, Qarabağla bağlı haqq mübarizəmizə dəstək qazana bilərik. Müasir dünyada bilirsiniz ki, informsiya müharibəsi gedir. Düşmənlərimiz bizə qarşı bütün cəbhələrdə vuruşular, bizi gözdən salmağa çalışırlar. Mənə elə gəlir ki, dost qazanmaq üçün xarici ölkələrdə yüksək səviyyəli insanların çıxışına, problemlərin müzakirəsinə, mədəniyyətimizin təbliğinə ehtiyac var.

 

(Davamı gələn sayımızda)

Ramid İbrahimov

 

Bizim yol.- 2014.- 5 iyun.- S.13.