Mobil telefonlar haqqında nələri bilmirik?

 

Mobil rabitə insana geniş imkanlar yaratmaqla bərabər təhlükələr vəd edir

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişafı insanların həyatında mühüm rol oynayır. Mobil telefonlarinternet  həyatımızın ayrılmaz parçasına çevrilib. Hazırda dünyada beş milyarddan çox mobil telefon, iki milyarddan çox internet istifadəçisi var. Bu gün Azərbaycanda da gənclərin mütləq əksəriyyəti mobil telefon istifadəçisidir. “Ağıllı telefonlar”ı sayəsində istənilən məlumata çata bilir, sürətli internetdən rahat istifadə edə bilirlər. Bəs hamının istifadəsində olan telefonlar haqqında nə bilirik? Bizimyol.info bu barədə araşdırmanı təqdim edir.

 

İlk mobil telefonlar

 

İlk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunub. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclədiyi aparatı təqdim edib. Bu aparatın çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 santimetr olub. Telefon 8 saat ərzində akkumulyatoir vasitəsilə işləyə bilib. Telefonun ilkin satış qiyməti 3995 dollar olub.

Təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim digər rahatlığı olan qrafik displey əlavə olunub. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar insanların istifadəsinə verilib.

 

Mobil telefonların  reytinqi

istehsal olunduğu ölkələr

 

2013-cü ildə "J.D. Power and Associates" tədqiqat agentliyi müasir istehlakçıların tələblərinə cavab verən populyar mobil ticarət markalarının reytinq cədvəlini hazırlayıb. "Apple" şirkəti doqquzuncu dəfə 855 bal toplayaraq lider olub. İstehlakçılardan 795 bal almış "Nokia" şirkəti populyarlığa görə ikinci ən böyük smartfon istehsalçısı, "Samsung" şirkəti isə 793 balla 3-cü ən populyar marka hesab olunub. İlk beşlikdə, həmçinin "Motorola" "HTC" şirkətləri yer alıblar.

"J.D. Power and Associates" şirkətinin çıxardığı nəticələr istehlakçıların konkret məhsul üzrə rəy təəssüratlarına əsaslanıb. Sorğuya cavab verənlər üçün smartfonların məhsuldarlığı 33 faizlə, dizaynı 23 faizlə, funksiyaları istifadəsinin asan olmağı hər biri 22 faizlə əsas götürülüb.

İstifadə olunan mobil telefon markalarından "Nokia" Finlandiyanın, "Samsung LG electronics" Koreya Respublikasının, "Apple" "Motorolla" Amerika Birləşmiş Ştatlarının, "HTC" Çin Xalq  Respublikasının, "Huawei" Çexiya Xalq Respublikasının, "Sony Ericsson" isə İsveç Böyük Britaniyanın məhsuludur.

 

Ölkəmizdə gənclərin maraq

göstərdiyi marka modellər

 

"İNTEGRALPLUS" mağazalar şəbəkəsindən verilən məlumata görə, gənclər daha çox son model mobil telefonlara maraq göstərirlər. Xüsusən, alıcılar "Samsung Galaxy S5", "Samsung Note 3" "İphone 5s" modellərinə diqqət edirlər: "Hazırda mağazamızda "Galaxy Note 3" 599 manat, "Samsung S5" 699 manat, "İphone 5S" isə 689 manatdır. Müştərilər seçim edərkən daha çox android sisteminin olmasına, kamera göstəricilərinin keyfiyyətinə, sosial şəbəkələri dəstəkləməsinə önəm verirlər. Təbbi ki, maraqlar fərqlidir. Daha sadə model istəyən var, bütün funksiyaların yüksək olmasını istəyənlər . Kampaniyadan asılı olaraq telefon satışı kifayət qədər həyata keçirlir. Faizsiz kredit, kartlara xüsusi endirim kimi kampaniyalar geniş marağa səbəb olur.  Ümumilikdə isə seçimlər maraqlar fərqli olur"

"İNTEGRALPLUS" mağazalar şəbəkəsindən bildirirlər ki, gənclər yeni çıxacaq modellər haqqında suallar verirlər. Xüsusən "İphone 6" 2015-də istehsal olunacağı gözlənən "Samsung 6s" haqqında suallar çoxluq təşkil edir.

"IRSHAD Telecom" mağazalar şəbəkəsindən isə dedilər ki, indiyə kimi alıcılar aldıqları heç bir modeldən şikayətçi olmayıblar. Mağaza rəsmisi qeyd etdi ki, etibarlı modellər satılıb: "Seçim çox olduğundan istifadəçilər müxtəlif modellərə maraq göstərirlər. Elə bir model yoxdur ki, müştərilər onunla maraqlanmasın. Ancaq hazırda daha çox "Samsung" "Apple" firmaları arasında rəqabət gedir. Ən çox diqqət mərkəzində olan "Apple" firmasına məxsus olan "İphone 5S"dir. 16 GB-lıq yaddaş kartına malik olan model 696 manatdır. Mağazada ən bahalı telefon modeli "İphone 5S"dir. 64 GB yaddaş kartı olan model isə 835 manata təklif olunur".

"Baku Electronics" mağazalar şəbəkəsində isə kampaniyalardan asılı olaraq modellərə qarşı marağın dəyişdiyini dedilər. Mağaza rəsmisi deyir ki, hazırda "Samsung", "HTC" modellərinə tələbat çoxdur: "Qiymətlər olduqca müxtəlifdir. Ən aşağı qiymətdən, ən yüksək qiymətədək məhsullarımız var. Gənclər mağazamızın saytında istənilən telefonun parametrləri, qiyməti haqqında məlumatlar əldə edə bilər. Alıcılar daha çox "Samsung", "HTC", "Sony xperia" telefonlarına üstünlük verirlər. Ancaq yenə bütün bunlar müştərinin seçimindən, zövqündən istəyindən asılı olaraq dəyişir".

 

Ağıllı telefon”lardan  şikayətlər...

 

Telefon satışı təmiri ilə məşğul olan Məhəmməd Rəsulzadə deyir ki, hazırda ən çox "Samsung" firmasının məhsulları satılır. Ancaq mobil telefonlardan şikayətlər olduqca çoxdur:

"İstifadəçilər daha çox smartfonların "donma"sından şikayət edirlər. Belə olan zaman adətən telefonun ekranı tez-tez sönüb-yanır, bəzən uzun müddət istifadəyə yararsız halda qalır. Ən çox problemli telefonlar "Samsung" firmasının məhsullarıdır.  Heç bir "Samsung" modelinin batareyası 6 aydan artıq davam gətirmir. İstifadəçilər bununla bağlı qədər şikayət etsələr , əlimizdən batareyanı dəyişməkdən başqa heç gəlmir. Batareya dəyişilən zaman isə təbii ki, orijinal batareya qoyulmur. Bu zaman onların istifadə müddəti daha da az olur. Telefona yazılan proqramlar isə hamısı yenilənmiş versiyada, orijinal proqramlardır. Əks halda telefon həmin proqramı dəstəkləmir".

 

Mobil telefonlar  insan

orqanizminə necə təsir göstərir?

 

Fransanın Bordo Universitetinin apardığı tədqiqatların nəticəsində məlum olub ki, insan gün ərzində 30 dəqiqədən artıq mobil telefondan istifadə edirsə, bu, onda beyin xərçəngi xəstəliyinə tutulma riskini artırır. Eyni zamanda İsraildəki Təl-Əviv Universiteti "Beylinson" xəstəxanasının alimləri iddia edir ki, mobil telefonların elektromaqnit şüalanması ilə insan orqanizmində qalxanabənzər vəzdə xərçəng xəstəliyinin yaranması inkişafı arasında əlaqə var.

Bir digər beynəlxalq təşkilatın apardığı araşdırmalar nəticəsində, mobil telefonsuz smartfonsuz qalmanın artıq psixi pozuntuya çevrildiyi aşkarlanıb. Britaniya ABŞ-dakı psixiatrlar bunu "no mobile phobia" ya "nomofobi" adlandırıblar. Bu mobil telefondan məhrum qalmaq, xüsusilə sosial şəbəkələrə daxil ola bilməmək qorxusudur. Britaniyada 1000 telefon istifadəçisi arasında keçirilmiş anonim sorğuya əsasən respondentlərin 66 faizi mobil telefonlarını itirəndə ya telefon əllərinin altında olmayanda özlərini çox narahat, depressiyada hiss etdiklərini qeyd ediblər. 18-24 yaşlılar arasında bu göstərici 76 faizdir. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə mobil telefonlarla bağlı elektromaqnit şüalanmasını xərçəngin inkişafının potensial səbəblərindən biri kimi qəbul edib. Mütəxəssislərin fikirincə,  müəyyən zaman daxilində mobil telefonların elektromaqnit şüalanması orqanizmə ciddi təsir göstərir.

Hematologiya Klinikasının elmi rəhbəri İsgəndər Bağırov deyir ki, telefonun insanda xərçəngin hər hansı bir növünü yaratması tam dəqiqliklə sübut olunmayıb. Tibb sahəsində bu barədə dəqiq müayinələr aparılmayıb: "Mobil telefonlardan insana dəyən ziyan elektromaqnit dalğalarının orqanizmə göstərdiyi təsirə bərabərdir. Belə bir paralellik var. Ancaq telefonun konkret hansısa xərçəng xəstəliyini yaratdığını demək olmur"

 

Dəyanət Babayev:  "Mobil telefonlardan

asılılıq xəstəlik kimi qəbul olunacaq"

 

Regional Psixologiya Mərkəzinin direktoru Dəyanət Rzayev deyir ki, mobil telefonlardan uzaq qalmamq bir vərdişdir. İnsanlarda bu getdikcə asılılığa çevrilir. Psixoloqun sözlərinə görə, narkomaniya, alkoqolizm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlik qəbul olunduğu kimi, mobil telefonlardan, sosial şəbəkələrdən, internetdən asılılıq da bir neçə il sonra xəstəlik kimi qəbul olunacaq: "Əvvəllər narkomaniya alkoqolizm xəstəlik kimi qəbul olunmurdu. Sonradan daxil edildi. Gənclərimiz yatarkən, istirahət edərkən, hətta ayaqyoluna gedərkən belə telefonu yanlarından ayırmırlar. İnsana elə gəlir ki, mobil telefon yanında olmasa ona təcili zəng gələcək, yaxınlarından kiməsə isə olacaq o, telefona çata bilməyəcək şəklində qorxular yaranır. Halbuki, əvvəllər mobil telefonlar yox idi. Insanların da həyatı yolunda idi. Hər bir işlərini vaxtında görə bilirdilər".

Psixoloqun sözlərinə görə, mobil telefonlardan asılı olma insanlarda obssessiv-kompulsiv pozuntu yaradır. Bunlar isə insanın həm zamanını alır, həm aşırı həyəcana səbəb olur: "Gənclər üçün telefondan asılılıq vaxt itkisinə səbəb olur. Onlar daim telefon üzərində sosial şəbəkələrdə olurlar. Yəni dayanmadan virtual ünsiyyət qururlar. Bu isə özü bir növ yarışa çevrilir. Gələcəkdə isə mobil telefonlardan asılılıq xəstəlik kimi qeydə alınmalıdır".

 

Aysel İsgəndərli

 

Bizim Yol.- 2014.- 26 iyun.- S.11.