«Bu dövlət təşkilatını başqa ölkədə görə bilməzsiniz»

 

Ramiz Əsgər: «İlk Qərbi Azərbaycandan Borçalıdan başlanıldı»«Elə bölgələr var orada iki, ya da üç cilddə folklor nümunərləri toplanır»

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgər iləFolklor milli-mədəni dəyərlərmövzusunda həmsöhbət olduq.

Söhbətimizi təqdim etməmişdən öncə həmsöhbətimiz haqqında məlumat verək. R.Əsgər 40 tərcümə kitabının müəllifidir. "Divani-lüğət-it-türk"ün, "Oğuznamə"ni, "Kutaqdu bilik"i, türkmən, Krım-tatar, Orta Asiya ədəbiyyatından nümunələri Azərbaycan dilinə  çevirməklə çap etdirib. O, Orxon-Yenisey abidələri görmək üçün Monqolustana, Xakasiyaya, Tuvaya səyahətlər edib. Türk məmləkətlərini qarış-qarış gəzib, öz gözləri ilə gördüyü qədim abidələri yenidən tədqiq edib, bu haqda kitab yazıb. Bu il professor Ramiz Əsgərin bu il 60 illik yubileyi elmi sessiya ilə qeyd edilib.

R.Əsgərin baş elmi işçisi olduğu Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsi «Kitabi-Dədə Qorqud» abidəsinin 1300 illik yubileyinin qeyd olunduğu dövrdə bu möhtəşəm abidənin konseptual elmi tədqiqata cəlb olunması zərurətindən yaranıb. Şöbə 2000-ci ilin aprel ayında yaradılıb. Qorqudşünaslıq şöbəsinin müntəzəm olaraq elmi realizasiyası ilə məşğul olduğu əsas elmi istiqamətlər «Kitabi-Dədə Qorqud»un tədqiqi (poetika, mətnşünaslıq, ideya-məzmun) problemlərinin araşdırılması, «Kitabi-Dədə Qorqud» mətninin tekstoloji təhlili, qədim türk dastanları ilə müqayisəli araşdırılması, dastanın mifik qatlarının semiotik strukturunun araşdırılması, «Kitabi-Dədə Qorqud»un izahlı lüğətinin akademik mətninin hazırlanması, «Dədə Qorqud» elmi-ədəbi toplusunun nəşrə hazırlanmasıdır.

«Dədə Qorqud» toplusunun nəşrinə 2001-ci ildən başlanılıb. Toplu Qorqudşünaslığa folklorşünaslığa dair elmi tədqiqatlar ədəbi material hissələrindən ibarətdir. Toplunun istifadə dairəsinin genişliyini təmin etmək üçün materialların ingiliscə rusca xülasəsi verilir. Toplunun səhifələrində Folklor İnstitutunun elmi kontingentinin axtarışları araşdırmaları ilə yanaşı, dünya folklorşünaslığının ən mühüm nailiyyətləri işıq üzü görür. İldə 4 sayının nəşri nəzərdə tutulan toplunun artıq 10 sayı nəşr olunub.

Tədqiqat obyekti kimi seçilən folklorşünaslıq problemlərinin əhatə dairəsinə görə ümumtürk miqyasını əhatə edən, elmi səviyyəsi baxımından isə müasir Avropa folklorşünaslığının nəzəri səviyyəsində olan «Dədə Qorqud» toplusunun nəşrini son on ildə Folklor İnstitutunun mühüm nailiyyətlərindən hesab etmək olar.

 

Folklorşünasların problem…

 

R.Əziz deyir ki, folklor nümunələrinin toplanmasında problem olur: “Folkorşunasın əsas işi toplamaqdır, yığmaqdır. Yəni folklor nümunələrini gəzib-dolaşıb toplayıb hazırlamaq, yazmaqdır. Bu zaman müəyyən problemlərlə rastlaşmaq olur. Bu problem sinə dəfdərin, yən folklor bilcisinin bildiyini deməməsidir. Bu da folklorşünasın işini çətinləşdirir. Bir sözlə folklorun toplanması sistemləşdirilməsi folklorşünasların işidir, vəzifəsidir. Bu məqsədlə folklorşünaslar il ərzində Azərbaycanın müxtəlif bölgələrinə ezam olunur toplanmış folklor nümunələri əsasında yeni-yeni toplular hazırlayırlar. Toplanan  folklor nümunləri təhlil olunmalı, onların həcmi, keyfiyyəti toplama prinsiplərinə əməl olunmalıdır.

Deyim ki, biz türk xalqlarında folkor nümunələri sırasında dastanlar çoxluq təşkil edir. Asiyadan Avropaya qədər ərazilərdə yaşamış türklərin məşhur dastanlar yaradıblar. Əlbəttə ki, dastanlar qəhrəmanlıq məhəbbət mövzusundadır. Azərbaycan türk ellərinin mərkəzidir. Biz mədəniyyətdə, ədəbiyyatda irəldəyik. Biz türk dünyasının mərzəiyik, qərb deyilik, şərq deyilik, qərblə şərqin mərkəzindəyik. Azərbaycan türkləri moderndirlər. Bizdə başqa sahələrdə olduğu kimi folklor sahəsində irəliləyiş olub, qabaqcılıq”.

 

 

Dövlətin folklor sahəsinə qayğısı var

 

R.Əziz hesab edir ki, dövlətin folklor sahəsinə  qayğsı var o, qayğını belə dəyərləndirdi: “Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində Folklor İnistitutu fəaliyyət göstərir. Belə bir dövlət təşkilatını siz başqa ölkədə görə bilməzsiniz, çünki yoxdur. Bu təşkilatda 200 nəfərə yaxın şəxs çalışır. İnistitutun Elmi şurası, Klassik folklor şöbəsi, Türk xalqları folkloru şöbəsi, Dədə Qorqud şöbəsi, Aşıq yaradıcılığı şöbəsi, Mifologiya şöbəsi, Müasir folklor şöbəsi, Mərasim folkloru şöbəsi, Folklor yazılı ədəbiyat şöbəsi, Folklorun toplanması sistemləşdirilməsi şöbəsi, Musiqi folkloru şöbəsi, Folklor fondu, Şəki bölməsi, Azsaylı xalqların folkloru bölməsi, Qazax-Borçalı bölməsi, Xarici əlaqələr bölməsi fəaliyyət göstərir. Elmlər doktorları namizədləri, elmi işçilər var.

Folklor İnstitutu Akademiyanın Humanitar - İctimai Elmlər Bölməsinin milli, humanitar - ictimai milli - ideoloji təmayülünün istər elmi - mədəni, istərsə ideoloji baxımdan əsas ağırlıq mərkəzlərindən biridir. Folklor İnstitutunun Azərbaycan milli dövlətçiliyinin, xüsusən onun milli ideoloji əsaslarının möhkəmləndirilməsində olduqca böyük əhəmiyyəti vardır. Belə ki, folklor çoxqatlı, çoxişarəli mürəkkəb bir sistemdir. Onun çoxsaylı növləri, janrları, şəkilləri, mətn tipləri variantları ilə bərabər onların strukturunda dəyişməz, sabit modellər, məzmun ifadə qəlibləri iştirak edir. Bu anlamda folklorun öz işarə sistemi, öz dil şifrəsi ilə açılan kodları mövcuddur. Sabit modellərdə dünya, insan insanın mənəvi dünyası dövlət dövlətçilik kimi anlayışlar bu sistemdə işarələnir.

Özünəqayıdış, özündən istifadə, özünüdərk yalnız folklora qayıdışla, ondan faydalanmaqla mümkündür. Cəmiyyətdə hər hansı bir ideyanın aşılanmasında, ictimai rəyin formalaşdırılmasında folklorun funksional imkanlarının reallaşdırılması effektivliyinə görə kommunikasiyanın heç bir başqa vasitəsi ilə müqayisə oluna bilməz. Çünki folklorun yaddaşında hazır kodlar mövcuddur, sadəcə olaraq informatik siqnalların göndərilməsi onların funksionallığını təmin etmiş olur. İnstitut elmi tədqiqat funksiyasından başqa bu missiyanı da yerinə yetirir. Bu mənada Folklor İnstitutu milli - mənəvi dəyərlərin qorunduğu məbəddir. Ən əski çağlardan üzü bəri xalqın yaratdığı ən gözəl dəyərlər, adətlər, ənənələr, davranışlar, oyun, yarış, tamaşa, rəqs , musiqi söz burada qorunur. Folklorun bir tərəfdən operativ şəkildə toplanması nəşri, digər tərəfdən isə onun aktiv kommunikativ sferaya daxil edilməsi bu İnstitutun missiyalarındandır. Bu elmi təşkilatda müxtəlif bölgələrin folkloru toplanır. İlk Qərbi Azərbaycandan Borçalıdan başlanıldı. Çünki o ərazilərdə yaşamış yaşlı insanlar həyatla vidalaşmaq təhlükəsi var idi. Həmin ərazilər hazırda başqa ölkənin ərazisidir. Bildiyiniz kimi folkloru yaşlı insanlar bilir, onlar sinə dəfdər olurlar. Qarabağ folkloru da toplanır. Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi araşdırılmasılayihəsi əsasında hazırlanmış üç cildlik toplunun hər üç cildi bu şöbədə hazırlanmış topluya daxil olan materialların demək olar ki, böyük əksəriyyəti şöbə əməkdaşları tərəfindən toplanıb. Elə bölgələr var orada iki, ya da üç cilddə folklor nümunərləri toplanır. İndi Cənubi Azərbaycanın folklor nümunələri toplanır. Düzdür bu çox çətindir. Adamlar var ki, həmin ərazinin folklorunu toplayıb göndərirlər”.

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.-2014.-20 may.-S.13.