“Musiqi dərki bir az arxa plana keçib”

 

Aygün Səmədzadə: “Xatirənin mahnıya çevrilməsi üçün ordan səndə bir sevgi qığılcımı qalmalıdı”

 

Modern.az saytının müsahibi tanınmış bəstəkar Aygün Səmədzadədir.

Tut ağacı”, “Məktəb illəri”, “Ruhumuz qovuşacaq”, “Bu dünyanı nağıl bilək” və bu kimi onlarla məşhur mahnının müəllifi bəstəkar Aygün Səmədzadə həm də musiqi tarixinin mahir bilicisidir.

 

- Aygün xanım, uzun müddət musiqi tarixinin tədrisi ilə məşğul olmusunuz. Azərbaycan musiqi tarixi Şərq incəsənətini nə dərəcədə zənginləşdirib?

- Professional Azərbaycan musiqisi şifahi ənənələrə əsaslanan Şərq musiqisinə yazılı not ədəbiyyatı gətirib. İrihəcmli musiqi janrlarının Şərqdə ilk və ən gözəl təməllərini qoyub. Şərq və Qərbin musiqi dünyalarının ən vacib bərabər nailiyyətləri sözün əsl mənasında, professional Azərbaycan musiqisi ilə çox baglıdır. Muğam operası, simfonik muğam, caz muğamı və ümumiyyətlə, adları bir yazıya sığmayan yüzlərlə klassik janrda meydana çıxan Azərbaycan münasibəti buna parlaq misaldır. Bu zənginliyi yaradanlar isə Üzeyir bəy və onun ardınca gələn nəhəng musiqi ordusu idi.

 - 2017-ci ildəyik... Zəngin musiqimiztarixi ənənələrimiz var... Hazırda musiqinin dərkinin zəif olduğu bir cəmiyyətə bunu aşılamaq bir bəstəkar kimi sizin üçün nə dərəcədə çətindir?

- Bu çox ağır məsələdir... 2017-ci ilmusiqi dərkinin inkişafı əvəzinə, zəifləməsindən danışmaq... Biz peşəkar musiqi təhsili olanların bir qismini kənara qoysaq, ümumi dinləyici kütləsi musiqiyə münasibət baxımından doğrudan da, geriləyir. Az-çox zövqü, dərketmə qabiliyyəti olanlarını da kütləvilik incidir. Adamların müəyyən bədii fikri doğru-düzgün anlaması üçün bu gün cümlələri ixtisar etmək məcburiyyətindəyik. Musiqi dərki bir az arxa plana keçib. Çünki buna ağılla, savaşla, münbit mühitdən gəlməlisən. O da çətindir... Amma harada olsa da, Azərbaycanda belə olmamalı idi. Çünki musiqi ənənələrimiz və zəngin nümunələrimiz var. Avropa musiqisinin minilliklərlə yarada bildiyini Üzeyir bəy və məsləkdaşları bir yüzillikdə Azərbaycan üçün yaradıb bu xalqın ovcuna qoydular, ruhuna hopdurdular. Hələ ki bu sütunlara arxayınıq. Sonrabaş verəcək, bilmirəm. Amma bu, bütün dünyada gedən bir  prosesdir, yəqin ki, azı-çoxu hər zaman olub. Dərk edən və dərk etməyənlər də hər zaman var olacaq ki, aradakı fərq duyulsun. Amma bu fərqin kəskin dərinləşməsini heç istəməzdim. Bunun müalicəsini yalnız musiqinin düzgün təbliğatında və təhsilində görürəm.

 - Musiqiyə bu cür ziyalı yanaşma sizə haradan formalaşıb?

- “Musiqiyə ziyalı yanaşma” - bu ifadəni çox sevdim. Qeyri-təvazökar səslənsə , vaxtsa yazdıqlarıma görə belə bir fikir eşidəcəyimi gözləmişəm. İçində ziya varsa, sənətində görsənməlidir. Yoxdursa, istəyirsən, hər kitabdan 5-10 sitat əzbərlə, xeyri olmaz. Musiqi əsl kimliyini ələ verə biləcək qüvvəyə malikdir yazdıqların sənin düşüncə tərzini səviyyəni nümayiş etdirir

 - Atanız, akademik Ziyad Səmədzadə musiqiyə sevgisi ilə fərqlənir. Sizin bu sənəti seçməyinizdə atanızın kimi rolu olub?

- Sənəti seçənə qədər oxuyursan, öyrənirsən. Atamın anamın rolu desəm, daha dogru olar; qabiliyyəti görmə qabiliyyəti onu düzgün istiqamətləndirmə. Bir şübhəsiz ki, genetika inkişafım üçün münbit mühit...

-  Ziyalı ailədə anadan olmanız musiqiyə baxışınızda nələri dəyişdi?

- Böyük bir ziyali nəslin nümayəndəsiyəm. Ona görə mənimçün heç dəyisməsə , hər şey dəyişdi...

- Bəstələriniz elə bil ki, içinizdə gizlənən uşaqlığın harayıdır. O “uşaqbəzən tut ağacına çıxmaq istəyir, bəzən, isə məktəb illərinin həsrətini çəkir. Aygün xanım, o “uşaqolmasaydı, siz bir bəstəkar kimi nəyi itirərdiniz?

- İçimdəkiuşaqitsə, ürəyim küsər. Musiqimin xarakteri gedər. Mənim uşaq tərəfim ruhumun qanadlarıdı. Təkcə mahnılarımda yox, həyatda da bèləyəm. O “uşaq”dan bərk-bərk yapışmışam. Qaçsa, özüm itərəm.

- Aygün xanım, ən məşhur bəstələrinizdən birinin - “Tut ağacımahnısının yaranma prosesindən danışaq...

- Yazdıqlarımın yaranma prosesi özüm üçün maraqlıdır. Gəlir, yazıram... Hiss, emosiya, haradasa məntiq, haradasa xaos - bütün bunların inadla, sevgiylə, ağrıyla ən əsası səliqəylə mədəni şəkildə ərsəyə gəlməsini ugurum hesab edirəm.

 - Bugünkü Azərbaycan estradası üçün Aygün Səmədzadə mahnılarının səviyyəsində deyil?

- Səviyyəyə qalxmaq səviyyəyə düşmək problem oldugu üçün (gülür).

 - Aygün xanım,  bizə uşaqlığınızdan bir xatirə danışın... Hansı mahnınızı həmin xatirənin ovqatında görürsünüz?

- İndi hansısa bir xatirəni yada sala bilmərəm. Amma fraqmentar şəkildə deyim: Yayın istisi... Tut agacının hasarları aşan budaqlarına söykənib "Kəndimiz" mahnısını oxuyardım. Həyətimizdə yalançımikrafon”larla konsert verərdim. Sıraya düzülüb dənizə gedərdik. Hər meyvəni öz vaxtında yeyərdik buna görə sevinərdik. Bilgəhdə namaz qılan araqçınlı babama necə maraqla baxdığım da yadımdadır, isti yay gecəsi ilıq qum üzərində, meynələrin arasında uzanıb ulduzları saya-saya anamın nağıllarıyla yuxuya getməyim ... Buzovnada “Ata-Boba evi”ndə böyük bir masa arxasında, hər iki başında nənəm babam üçün nəzərdə tutulan daha hündür kreslolar qoyulmuş geniş ailə süfrəsində səhər yeməyi gözəl idi deyim ki, o çörəyin, o qəndin, pendirin dadı heç yerdə yoxdu. (gülümsəyir).

Ən köhnə xatirələrimdən biri isə körpəykən atamın məni " çiçəyim" mahnısıyla yatırmasıdır. Sonralar bunu özünə deyəndə "axı çox balacaydın, necə qalıb yadımdasöylədi. Bir pianonun klavişlərinə aşağıdan-yuxarıya baxmağımı unutmuram. Fortepianonun altından yuxarı boylanmaqçun da çox balaca çox bilmək istəyən olmalısan məncə. Bəlkə, kiməsə maraqlı, kiməsə gülməli gələr deyə, bunu da deyim: "Bizim Cəbiş müəllimfilmi bir müddət ekranlarda olmayıb. Ona görə biz doğrudan da HADİSƏ olan bu filmə baxmaq üçün uşaqlarla dərsdən kinoteatra qaçmışdıq.

... bu gün seçimimiz düz olduguna görə bunu fəxrlə qeyd edirəm (gülür). Sadaladıqlarımdan gələn enerji bütün mahnılarıma hopub..

- Hər xatirənin öz xəyali musiqisi varmı?

- Xatirələr mahnıda da, sönmüş arzuda da, soyuq torpaqda da, külə dönmüş kağızda da qala bilər. hər xatirənin baxtına mahnıya çevrilmək düşsəydi,  dünyanın musiqisi elə xatirə dəftərlərində olardı. Xatirənin mahnıya çevrilməsi üçün ordan səndə bir sevgi qıgılcımı qalmalıdı.

 - Son illərin müşahidəsi göstərir ki, Aygün xanım daha əvvəlki kimi şou-biznes nümayəndələri ilə işləməyə televiziya proqramlarına maraqlı deyil. Bunun səbəbi nədir?

- Heç bir zaman ekranlarda səbəbsiz şəkildə çox görünməyə maraqlı olmamışam. Əgər məni ardıcıl olaraq verilişlərdə görsəniz, bilin ki, ya zaman baxımından rahat vaxta düşüb, ya dəfələrlə təkid olunduqdan sonra inciməsinlər deyə, çıxmışam. Söhbət özündənrazılıq ədəbazlıqdan, “mənəm mənəmlik”dən getmir. Tamaşaçı qarşısına çıxmağa səbəbin saç, paltar, ayaqqabı dişləri nümayiş etdirməkdirsə, efirdən kimisə söymək, bilmədiklərini məsləhət vermək, dərs keçmək, öyüd-nəsihət verməkdirsə, burada mənə ehtiyac yoxdur. Maraqlı aparıcılarla müsahibəni sevirəm. Verdiyi sualı alacağı cavabı anlayanları yəni...

O ki qaldı şou-biznes nümayəndələrinə, gözəl müğənnilərdisə, onlara kəskin olmasa, marağım var. Çünki yazdıqlarımı gözəl ifalarda eşitmək həm mənə , həm musiqimi sevənlərə xoş əhval gətirər.

 - Aygün xanım, son olaraq həm hazırki, həm qarşıdakı  elmi-nəzəri bəstəkarlıq planlarınızdan danışardınız...

- Hazırda həm elmi , həm musiqi əsərləri üzərində çalışıram. Çox mühüm bir dram əsərinə musiqini tamamlamaq üzrəyəm. Məşqlərin başlanmasını səbirsizliklə gözləyirəm.

Hər şey yaxşı olsa, gerçəkləşdirmək istədiklərimizlə reallıq uygunlaşa bilsə, yaxında yenə konsertim olacaq.

 - Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov s. kimi klassik bəstəkarlarımızın əsərlərində bəzi qatlar, incə detallar var ki, onlar əsl musiqi hadisəsi olsa da. diqqəti çəkməyiblər. Bu kimi hallara münasibətiniz....

 - Əsl musiqi hadisəsi olub diqqət çəkməmək çox əsərlərin başına gələ bilər. bu onu yaradan üçün ağır olsa da, zaman hər şeyi yerinə qoyur. Eşidilmək, sevilmək qismətindədirsə, bu, vaxtsa, olacaq..

... bu dahilərin musiqisindəki daha dərin qatları görməmək, eşitməmək sənətin deyil, ona dəyər verə bilməyənin itkisidir.

 

Bizim Yol.- 2017.- 10 iyun.- S.15.