Milli KitabxanadaQuriya

gündəlikləri” kitabı təqdim olunub

 

Mirzə Fətəli Axundov adına Milli KitabxanadaQuriya gündəliklərikitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, gürcü şair Giorgi Kekelidzenin müəllifi olduğu kitabı Azərbaycan dilinə İmir Məmmədli tərcümə edib.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Giorgi Kekelidze Gürcüstan Parlamentinin Milli Elektron Kitabxanasının baş direktoru və təsisçisidir. O, 2008-ci ildə GürcüstanınSaba” ədəbiyyat mükafatı laureatı, 2013-cü ildə “Beynəlxalq Müşfiq Mükafatı” laureatı olub: “Giorgi Kekelidzenin kitabında Gürcüstanın Quriya bölgəsinin adət və ənənələri təsvir edilir. Bolqarıstanın Qabrovo və Azərbaycanın Şəki bölgəsi kimi, Gürcüstanın Quriya bölgəsinin sakinləri də qeyri-adi hazırcavablığı və yumor hissi ilə fərqlənir”.

 Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzetin redaktoru Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, AYB-nin tərcümə bölməsinin rəhbəri Pərvin Nurəliyeva və başqaları Azərbaycan-gürcü ədəbi əlaqələrindən danışıb, kitabın tərcümə olunmasını iki ölkənin mədəni həyatı üçün əlamətdar hal kimi dəyərləndiriblər.

 Qeyd edək ki, “Gürcü ədəbiyyatı silsiləsindən dərc olunan kitabın təqdimatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib

 

Bizim Yol.- 2017.- 10 mart.- S.15.