«Dünya bizim mədəniyyətimizdən

bəhrələnməlidir»

 

Azərbaycan sivilizasiyalararası dialoqun mərkəzinə çevrilir

 

Əhməd Qəşəmoğlu: «Biz öz potensialımızı üzə çıxarıb daha geniş istifadə etsək, daha böyük uğurlar əldə edəcəyik»

 

Dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadandialoqdan çox asılıdır. Çünki humanitarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir.

 

2000-ci ilin avqust ayında  Mədəniyyət  Nazirliyi nəzdində  yaradılan mədəniyyət siyasəti şöbəsinin  əsas məqsəd milli mədəniyyətin nəzəri əsaslarının işlənib hazırlanması, beynəlxalq təşkilatlarla fəal əməkdaşlığın qurulması, xarici ölkələrin mədəni quruculuq sahəsində   təcrübələrinin öyrənilməsi və  s.  idi.

2001-ci ilin sonlarında  Mədəniyyət Nazirliyi yaxın beş il üçün  “Azərbaycan mədəniyyətinin dövlət İnkişaf Proqramı”nı işləyib hazırladı. UNESCO  və İSESCO  ilə əlaqələrin  qurulması, sonralar bu əlaqələrin genişlənməsi milli mədəniyyətimizin dünyaya açılan pəncərəsi rolunu oynadı.

Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” konvensiyalara qoşulmaqla dünyaya öz sülh məramı mesajını bir daha verdi.

Azərbaycan BMT, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, UNESCO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESCO və digər beynəlxalq qurumlar vasitəsilə öz mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda, dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusilə böyük xidmətləri vardır.

Bakıda keçirilən müxtəlif beynəlxalq səviyyəli mədəni tədbirlər  fundamental iqtisadi-siyasihumanitar birgəliyin, mədəni dəyərlərin vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir, dünyanı yeni qlobal innovasiyalar üzərində düşünməyə vadar edir. Bu cür qlobal miqyaslı tədbirlərin təşkili artıq ənənə halı alıb.  Mehriban Əliyevanın təşəbbüsü ilə  muğam və aşıq sənəti, Novruz bayramı da UNESCO-nun müvafiq siyahısına  bəşəri məqsədlərə xidmət edir.

Politoloq  Elçin Mirzəbəyli  «Bizim Yol» qəzetinə verdiyi açıqlamada bildirib ki, Azərbaycan artıq uzun müddətdir ki, humanitar forumlara ev sahibliyi edir. “Bakıda keçirilən qlobal forumlara hər il daha çox dövlət və hökumət başçılarının qatılması, forumun işinə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin maraq göstərməsi bu mötəbər tədbirin artıq yüksək beynəlxalq status daşımasından xəbər verir. Humanitar forumlar artıq “Bakı platforması” adını alıb. Bu isə o deməkdir ki, humanitar inteqrasiya prosesi Azərbaycanın təşəbbüsü ilə elə Azərbaycanda gerçəkləşdirilir. İstər BMT, istərsə də digər beynəlxalq təşkilatlarla, Avropa İttifaqı və digər qlobal inteqrasiya məkanları ilə humanitar müstəvidə əməkdaşlıq Azərbaycanın ən çox uğur qazandığı  istiqamətlərdən biri hesab oluna bilər. Nəzərə almaq lazımdır ki, humanitar əməkdaşlıq anlayışı kifayət qədər genişdir və özündə mədəniyyətlərarası dialoqdan ərzaq təhlükəsizliyinədək bir çox sahələri əhatə edir. Bu baxımdan ölkəmizin humanitar əməkdaşlıq müstəvisində atdığı addımları və irəli sürdüyü təşəbbüsləri qənaətbəxş hesab etmək olar. Bu, eyni zamanda ölkənin müsbət imicinin formalaşması baxımından çox mühüm əhəmiyyət kəsb edir”.

Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası Azərbaycana və dünyayaverir ?

Bu suala şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu nun cavabı belə oldu ki,  dünya bizə lazım olduğu qədər, bizdünyaya  lazımıq: “Azərbaycan sadəcə təkcə bir coğrafi ərazi demək deyil. O  uzun əsrlər öncə təşəkkül tapmış mədəniyyət sisteminə malik bir ölkədir. Azərbaycan Nizami deməkdir, Füzuli deməkdir, Nəsimi deməkdir, böyük filosoflar deməkdir. Buna görə Azərbaycanla əlaqələrin yaranması  bütün dünya üçün əhəmiyyətlidir. Biz bunu dünyaya  təqdim etməliyik. Dünya bizim mədəniyyətimizdən bəhrələnməlidir. Dünyanın qan çanağına döndüyü, böphran içərisində, savaşlar içərisində çalxalandığı bir vaxtda bizim mütəfəkkirlərimizin  fəlsəfəsini, humanist ideyasını təqdim etmək yerinə düşər. Bu dünyanın daha yaxşı yöndə hərəkətinə yardımçı ola bilər. Biz bir qədər Qərbə oxşamağa çalışırıq- şəhərsalmada, musiqimizdə. Ama əslinə qalsa biz öz potensialımızı üzə çıxarıb müasir tələblər səviyyəsində ortaya qoysaq, daha böyük uğurlarımız olar. Bir misal deyim: Dünyada tanınmış məşhur yazıçı Koel qədim türk mənbələrini öyrənərək, bu potensialdan istifadə edərək dünya ədəbiyyatına yeni bir nəfəs  gətirdi və bununla da uğur qazandı. Əslində Qərb Şərqdən öyrəniləcək çox  şeyin olduğunu bilir, bu yöndə araşdırmalar aparır. Bizöz potensialımızı üzə çıxarıb daha geniş  istifadə etsək, daha böyük uğurlar əldə edəcəyik. Bizim Novruz bayramımız, Muğamımız, xalçalarımız dünyaya təqdim olunarkən mədəniyyət incisi kimi qəbul edildilər. Biz daha çox fayda verə bilərik. Çünki qədim və böyük mədəni irsə sahibik.

Bundan həmçinin  iqtisadi fayda da götürə bilərik. Məsələn, müəyyən mərasimlərdən, deyək ki Novruz bayramından daha geniş istifadə edə bilərik. Bundan ölkəyə turistlərin cəlb edilməsi  məqsədi ilə istifadə oluna bilər. Braziliya Sanba festivalından nə qədər gəlir götürür.  Bizöz milli bayramlarımızın, mədəniyyət nümunələrimizin layiqli təqdimatını keçirərək bundan iqtisadi fayda götürə bilərik. Nizaminin yaradıcılığıa müraciət edə bilərik, dastanlarımıza,  xalq folkloruna müraciət edərək yeni təqdimat  üsulları tapmaq olar. Amma bunu şouya çevirmək lazım deyil.

Əraziləri işğal altında olan bir  dövlətin həm təbliğat həm tanıtım layihəsi halında verilməlidir. Bunu düşünülmüş şəkildə etməliyik. Bakıda keçirilən Avropa Oyunlarında Nizami yaradıcılığından, milli ornamentlərdən istifadə gələn qonaqlarımız tərəfindən böyük maraqla qarşılanmışdı. Çoxlu sayda mədəni tədbirlərə ev sahibliyi etmiş Azərbaycanın bu sahədə artıq biz müəyyən təcrübəsi var”.- deyə Əhməd Qəşəmoğlu qeyd edib.

Böyük ölkələr ticarət festivalı ənənəsini yaradıb və bu festivallar turist axınına səbəb olub. Festivallarda turistlər nəinki alış-veriş edir, eyni zamanda ölkənin tarixi abidələri, mədəniyyəti ilə tanış olurlar”. Bu fikirləri də  Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səsləndirib.

Nazir bildirib ki, ticarət festivalı QafqazdaOrta Asiyada ilk təcrübədir:  Festival zamanı “Tax-free” tətbiq olunacaq. Bu təcrübə heç bir yerdə yoxdur. İlk dəfə Azərbaycanda olacaq. Azərbaycanda tətbiq olunacaq ilk təcrübə gözləyirik ki, bu addım yaxşı nəticə verəcək”. Ə. Qarayev qeyd edib ki, ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. Onun sözlərinə görə, festival yüngül sənaye məhsulları üçün nəzərdə tutulub. Bu bir başa iqtisadiyyatımıza yeni gəlirin gəlməsinə, eyni zamanda ölkəmizin təbliğinə hesablanmış addımdır.

Əsrlərin sərt sınağından öz tolerantlıq və humanizm ideyaları ilə süzülüb gələn Azərbaycan hər zaman sülh,əmin- amanlıq mesajları verib və verməkdədir. Artıq beynəlxalq aləmdə öz gücünü göstərməyə, öz sözünü deməyə başlayan ölkəm ən böyük qüdrətin silahlarla deyil, barışla  əldə olunacağını hər zaman isbatlamağa çalışır. Odlar Yurdu dünyaya mədəni inteqrasiyası ilə bir başa düşüncələrə duyğulara xitab edir, quruculuq , yaradıcılıq,  sevgi,  dinc yaşamın bəşəriyyətin xilas yolu olmasını yorulmadan bəyan edir.

 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur Yer üzünü

 

İlhamə Rəsulova

 

Bizim Yol.- 2017.- 17 mart.- S.15.