Xalq rəssamının yubileyinə həsr olunmuş sərgi açılıb

 

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq Rəssamı Asəf Cəfərovun 90 illiyinə həsr olunmuş sərgisi açılıb.Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan sərgi sentyabrın 30-dək davam edəcək.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, Mədəniyyət Turizm Nazirliyinin təsviri sənət sektorunun müdiri Qalib Qasımov başqaları çıxış edərək rəssamın həyat yaradıcılığından danışıblar sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd ediblər ki, 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini alan rəssam 1951-1957-ci illərdə B.İ.Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirib. Rəssamın zəngin yaradıcılığından söz açan natiqlər deyiblər ki, o, vaxtilə mükəmməl sənət əsərləri yaradıb.

Vurğulanıb ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri nümayiş olunur. Asəf Cəfərov tematik tablo, portret, mənzərə natürmort janrlarında özünəməxsus kompozisiya, kolorit ilə fərqlənən əsərlər yaradıb. Rəssamın yaradıcılığında milli çalarlar, folklora müraciət ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir.

Diqqətə çatdırılıb ki, görkəmli fırça ustası Ə.Vahid, V.Mustafazadə, S.Bəhlulzadə, Arif Məlikov, Cəfər Cabbarlı, Vəcihə Səmədova, Rəşid Behbudov digər onlarla tanınmış görkəmli şəxsiyyətlərin portretinin müəllifidir. O, Abşeron mənzərələri silsiləsinə daxil olan Abşeron, Daş hasarlar, Maştağa kəndi, Abşeronun qızıl qumları, Bakıda qış, İsti gün", Qış, Əncir kolu, Bahar, Axşam motivi digər bu kimi əsərlər işləyib ərsəyə gətirib. Onun Nəsimi azad düşüncəlilərin məclisində Oyanış əsərlərini tarixi janrda işlənib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Bizim yol.- 2017.-23 sentyabr.- S.11.