"Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi" təsis edilib

 

Azərbaycan Prezidenti İlham ƏliyevMaqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olanMaqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi fəaliyyətinin təmin olunması üçünİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 000 manat vəsait ayrılıb.

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsiMaqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri iki ay müddətində həll etməlidir.

 

Bizim yol.- 2018.- 3 fevral.- S.15.