Fuad Poladovun günahı

 

Kinoşünas Aygün Aslanlı dörd ildir ki, Fuad Poladovdan Skafandrlı adam adlı kitab yazıb. Kitabı sifariş verən nəşriyyat bu müddətdə çapı gecikdirdi. Bir neçə ay əvvəl isə məlum oldu ki, nəşriyyatın özünə məlum olan səbəblərdən kitab ümumiyyətlə çap olunmayacaq.

 

Aygünlə, bir neçə dostumuzla qərara aldıq ki, Fuad müəllimə kiçik hədiyyə edək, kitabı nəşrə hazırlayaq. Hətta bir nəşriyyatdan razılıq da alınmışdı. Ancaq Fuad müəllim birmənalı şəkildə yox dedi.

Hər halda ailəsinin vaxtsa kitabın çapına razılıq verəcəyinə ümid edirik.

Skafandrlı adamı Aygün reportaj, müsahibə janrlarının müşahidələrinin üzərində qurub. Kitab oxucuya qəhrəmanın müxtəlif kimliklərini açır. Uşaqlığından, böyüdüyü mühitdən tutmuş kinodakı, teatrdakı fəaliyyətinə qədər maraqlı detallar, faktlar yer alıb. Kitabboyu Fuad Poladov özü ilə müəllif, oxucusu arasında dəfedilməz məsafə qoyur. Elə bir məsafə ki, hətta qəhrəman icazə versə belə özün onu keçməyə utanırsan. Belə bir məsafəli münasibəti qəhrəmanın özü yaradır, diktə edir sən dəyər verərək tabe olursan.

Fuad Poladovun fikirlərində razılaşdığımız, razılaşmadığımız məqamlar ola bilər. Ancaq bir şey müzakirə mövzusu deyil: onun şəxsiyyəti, bütövlüyü, bütünlüyü...

O, müsahibələrin birində Necə düşünürsünüz, sənətkarın, yaradıcı adamın ictimai mövqeyi olmalıdırmı? sualına tutarlı cavab verir: Sənətkarın ilk növbədə mövqeyi olmalıdır ki, sonra ictimai mövqeyi olsun. Onun bioqrafiyası bunun praktiki nümunəsidir...

Fuad Poladovu sonuncu dəfə, keçən yay Hikmət Rəhimovun Qara dəlik qısametrajlı filminin baxışında gördüm. Baxış kiçik məkanda keçirilirdi əsasən sənət adamları dəvət olunmuşdu. O, gələndə səs dalğası eşidildi: Fuad müəllim gəlir! Sezdim ki, onun gəldiyini görəndə hamı özünü yığışdırdı, ciddiləşdi. O, asta, təmkinli addımlarla yaxınlaşdı, hamıyla bir-bir görüşdü. Görəsən, bir hansı aktyorun gəlişini bu qədər səmimi ehtiramla qarşılayacaqlar?

...Dünən çox güvənilən mənbədən məlumat aldıq ki, dünyasını dəyişən gün Azdramanın səhnəsində vaxtilə Fuad müəllimin baş rol aldığı Şah Qacar tamaşası oynanılıb tamaşa sonrası onun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xatirəsinin yad edilməsi teatrın rəhbərliyin xoşuna gəlməyib bunu səhnədə tamaşaçıya təklif edən aktyorlara irad tutulub. Bu bir tərəfə. İndi ara-sıra bir qisim aktyor həmkarından, bəzi sənətşünaslardan Fuad Poladovun ünvanına kin dolu sözlər ünvanlanır. Azdramanın rəhbərliyi , onun həmin kin püskürən aktyor həmkarları da Fuad Poladovu bağışlaya bilmirlər: prinsipial mövqeyinə, özü kimi qala bildiyinə, sözü demək bacarığına, bütövlüyünə, sınmadığına, insanların ona təmənnasız sevgisinə, sayğısına görə...

Kitabda Fuad müəllim Hüseyn Seyidzadə barədə bir əhvalat danışır, onun haqqında dedikləri həm özünün taleyidir: Seyidzadə "Qatır Məmməd" filmini öz ssenarisi əsasında çəkirdi. İlkin ssenarini Mixail Maklyarski Kirill Rapoport adlı iki yəhudi yazmışdı. Seyidzadə işi götürəndə şərt qoymuşdu ki, filmi mənə verirsizsə, ssenariyə əlavələr eləməyə icazə verin. Maklyarski, Rapopot qanır, Qatır Məmməd kimdi?! Onun haqqında yaza bilərlər, axı?! Beləcə, filmin 80%-i çəkilmişdi. Mingəçevirdə idik. Son kadrlar çəkilirdi. Birdən pul kəsildi. Bir həftə pul gözlədik, gəlmədi. Əvəzində filmin direktorunu Bakıya çağırıb dedilər ki, şələ-külənizi yığın qayıdın. Seyidzadəyə dedilər ki, bizə xəbər çatıb ki, sən ssenaridən kənara çıxırsan. O da bu barədə ilk gündən xəbərdarlıq elədiyini xatırlatdı. Təkid elədilər ki, qayıt, onların ssenarisini çək. Rejissor razılaşmadı. "Mən necə başlamışamsa, elə bitirəcəm, ya da çəkmirəm", - dedi. Filmi aldılar əlindən. Hüseyn Seyidzadə belə möhkəm xarakterli insan idi. Hətta istəməyə-istəməyə çəkdiyi "Qaynana"da nəsə eləməyə çalışırdı. İmkan vermirdilər. Hər tərəfdən sıxışdırırdılar onu. Çünki həddindən artıq ötkəm adam idi. Dili vardı, dilçəyi . Yaxşıya yaxşı deyirdi, pisə pis. O insan üçün ortaq məxrəc yox idi. Sözünü birbaş üzə deyirdi. kinostudiyanın direktorundan qorxurdu, başqalarından. İstedadlı olduğu üçün istedadına arxayın olduğu üçün belə xasiyyəti vardı. Bu da çoxlarının xoşuna gəlmirdi. Çünki özləri onun kimi cəsur ola bilmirdilər, olanlara da paxıllıq eləyirdilər, vurmağa, sındırmağa çalışırdılar. Seyidzadə isə sınan adam deyildi. Sınanda da birdəfəlik ürəyindən sındı dünyadan getdi.

İndi niyəsə belə rəy yaratmağa çalışırlar ki, guya Fuad Poladov ən gözəl rollarını məhz Azərpaşa Nemətovun tamaşalarında yaradıb. Əcəba, Fuad Poladovun kinodakı, müxtəlif teatrlardakı çoxillik fəaliyyəti necə olsun? Bəlkə Aliyə demiş, əksinə, Fuad Poladov faktoruna görə, məsələn, Şah Qacara gəlirdilər? Hər halda bu faktdır ki, Fuad Poladov Rus Dram Teatrına gedəndən sonra, bu teatra gələn azərbaycanlıların sayı çoxalmışdı...

Kitabdan elə təsirlənirəm ki, - o üç nöqtələrin arxasında, öz sözü ilə desəm, skafandrın altında mərd, özünə, sözünə sadiq, ən əsası isə peşəsinə aşiq, mükəmməlliyə can atan bir kişi gördüm cümləsini oxuyanda istər-istəməz barmaqlarım kiçik hərflərlə yazılan kişi sözünü silərək, KİŞİ yazır. Aygündən , mümkünsə bu sözü kitabda böyük hərflərlə verməsini xahiş edirəm...

 

Sevda Sultanova

 

Bizim Yol.- 2018 .- 8 may.- S.15.