“Zamanın yeganə meyarı
yaddaşdır”
Soyuq qış gününün
isti xatirələri...
18 yanvar - 23 il (1952-1956 və 1960-1979-cu illər) Azərbaycan maarifinə rəhbərlik etmiş akademik Mehdi Mehdizadənin doğum günüdür.
Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov akademik Mehdi Mehdizadə ilə bağlı özünün və özünə məlum olan digər xatirələrini bölüşüb.
Akademik yazdıqları haqqında əyalət müəlliminin də fikirlərini bilmək istəyirdi...
“1984-cü ilin yazı idi. Mehdi müəllimdən məktub aldım. Sevindim. Oxuyub mütəəsir oldum: “Əzizim Miriş müəllim! “Azərbaycan xalq təhsilinin sürətli inkişafı“adlı əsərimə rəy verməyinizi xahiş edirəm.“ (Miriş Hüseynov, əməkdar müəllim)
Təsəvvür edirsinizmi, akademik adi kənd müəllimindən kitabına rəy yazmasını xahiş edir. Bu onun sadəliyi ilə yanaşı, öz müəllimini yaxşı tanımasından, onun qələminə və savadına bələd olmasından irəli gəlirdi.
Xalqımızı canı, varlığı qədər sevərdi. Həmkarının, dostlarının uğurlarına uşaq kimi sevinərdi...
“Nazirliyin Kollegiya iclasında bir rayonun Maarif şöbə müdirini işdən azad etdilər. Səhərisi gün məni kabinetinə çağırıb dedi: “Get onu başa sal ki, qəbahətinin ucbatından vəzifədən uzaqlaşdırıldın. Amma biz sənə ögey deyilik. Ailəni, uşaqlarını nəzərə alıb, məktəblərdən birinə müəllim göndərərik...” İllər boyu onunla birgə işlədik. And içirəm, təhsilimizin inkişafında, formalaşmasında onun maddi marağı olmayıb.” (Nəcəf Nəcəfov, o zaman Kadr idarəsinin rəisi)
Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi.
“Akademik Mehdi Mehdizadə öz şəxsiyyəti, şəxsı nümunəsi ilə hər yerdə, hər zaman yüksək pedaqoji etikanı nümayiş etdirirdi.Yüksək dərəcədə mədənilik, düzlük, paklıq, ədalət, qayğıkeşlik, səmimiyyət, təvazökarlıq onun şəxsiyyətinin heyrətamiz cəhətləri idi…” (Hüseyn Əhmədov, akademik)
Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüməkdə olan nəslin təhsili, təlim-tərbiyəsi idi.
“Bu qədər tanınmış, yüksək səviyyəli, böyük titullu alim olasan, amma Bəşir kimi balacaların yazılarını oxuyub qiymət verməsini unutmayasan... Bunun özü Mehdizadənin böyüklüyünə dəlalət edir!... (Bəşir Əhmədov, professor)
Mehdizadə Azərbaycanın təhsil tarixində bənzəri olmayan nazir olub.
“Onu son
mənzilə yola salanda
bir daha əmin oldum ki, xalqının xidmətində
duranlar, qayəsi yaxşılıq,
xeyirxahlıq etmək olanlar
dünyasını dəyışsələr də mənən
əbədi olaraq yaşayacaqlar…”
(Rəfiqə
Mustafayeva, professor)
Bəli, Mehdizadə çox halal, niyyəti saf insan idi. Ona görə
də bu sözləri deməyə
onun tam haqqı çatırdı.
“…Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz
böyük müəllimlərimiz
olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və
adları bu şərəfli siyahıda
davam etdirilən onlarla digər müəllim.Onlar dünən
də olub, bu gün də
var, gələcəkdə
də olacaqlar”. (Mikayıl Cabbarov, sabiq Təhsil naziri)
Akademik M.Mehdizadə
həmişə hesab
edirdi ki, təhsil kiminsə mülahizəsi, dirijor çubuğu ilə yox, elmi-pedaqoji əsasda qurulmalı və idarə olunmalıdır.
”Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə
kim idisə akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi.“ (Əjdər Ağayev, professor)
Bu gün Mehdizadənin
sözləri təhsil
işçiləri arasında
zərb-məsələ çevrilib,
bunlar dəyərli sözlər kimi pedaqoji fikir tariximizə düşüb.
“Biz müəllimlər hamıya örnək olmalıyıq. Çünki təlim-tərbiyənin başında biz dayanırıq.
Böyüyən nəsli həyata
biz hazırlayırıq. Ona görə də müəllimin bir nömrəli keyfiyyəti
halallıq olmalıdır.
Halal olmayan müəllim kamil insan yetişdirə
bilməz.” (Mehdi
Mehdizadə)
Mehdizadə əsl xalqın
adamı idi...
“Dəyərli Maarif
naziri mərhum Mehdi Mehdizadəni həyatda görməmişəm. Baxmayaraq ki,
onun nazir olduğu dönəmdə
BDU-da müəllim işləmişəm. O zamanları
mən təhsildən
daha çox, elmə bağlı idim. Özüm elmlər doktoru
olmasam belə, artıq 5-ə yaxın namizədlik işlərinə
rəhbərlik etmişdim.
Ancaq son onilliklərdə təhsilə
daha yaxından bağlı olduğumdan həmkarlarımdan mərhum
Mehdizadə haqqında
çox xoş sözlər eşidirəm.
Hətta
bir dəfə təhsil eksperti hörmətli Nadir İsrafilovdan
zarafatla soruşdum ki, sən rəhmətliyin
qohumusan ya yerlisisən ki, bu qədər ağız dolusu ondan danışırsan?
Nadir müəllim cavab
verdi ki,
professor, özün hər
dəfə deyirsən
ki, hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən
asılıdır. Mən də
səndən nümunə
götürürəm. Əgər onu şəxsən tanısaydın, məndən
daha çox tərifləyərdin. O, bütün
canı və qanı ilə şəxsi yox, ictimai mənafe daşıyıcısı idi...”
(Şahlar Əsgərov,
əməkdar elm xadimi,
professor)
" Tarixdə qalmaq üçün, hər şeydən əvvəl,
insanların qəlbində,
xatirələrində yaşamaq
lazımdır, bizim Mehdi müəllim kimi...”
Mənim
pedaqoji sahə ilə bağlılığımda,
gələcəyimiz olan
təhsilə xüsusi
önəm verməyimdə,
və təhsil işçilərinə hədsiz
rəğbət bəsləməyimdə
Mehdi müəllimin şəxsi nümunəsinin
böyük rolu olub
Nadir İsrafilov
Bizim Yol.- 2019.- 19 yanvar.- S.13.