Arif Məlikovun 85 illiyinə həsr edilmiş tədbir keçirilib

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun 85 illiyinə həsr edilmiş tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aparıcısı musiqişünas Leyla Həsənova olan tədbirdə böyük bəstəkarın həyat yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Bəstəkarın fortepiano əsərlərindən, balet musiqisindən, eləcə kino musiqisindən nömrələr məktəbin şagirdləri müəllimləri tərəfindən ifa olunub. Bəstəkarın, həmçinin rəssamlıq qabiliyyətinin olmasını nəzərə alaraq məktəbin rəsm şöbəsinin şagirdlərinin müxtəlif mövzulu rəsm əsərləri təqdim edilib. Bununla yanaşı, qonaqlar A.Məlikovun həyat yaradıcılığını əks etdirən videoçarxa baxıblar.

Tədbir çərçivəsində bəstəkarın tələbələri - Ceyhun Allahverdiyev Gülnarə Məmmədova sənətkarın yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Cümhüriyət.- 2018.- 20 dekabr.- S.14